Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Taxıllar
Qırtıckimilər (lat. Poaceae) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinə aid bitki fəsiləsi. Fəsilənin nümayəndələri birillik və ya çoxillik otlar, yerüstü hissələri bəzən odunlaşan, hətta ağacşəkilli bitkilərdir. Taxılkimilərin qədim ekoloji tiplərindən bambuk, qarğı, murquz kimi hündür gövdəli növləri də vardır. bu fəsiləyə daxil olan növlər saçaqlı, sürünən, kökümsov bitkilər olub, əksəriyyəti çim əmələ gətirəndir. Yarpaqları növbəli olmaqla iki cərgə üzrə düzülür, xətvarıdır, aşağısında buğum aralarını əhatə edən qın əmələ gətirir. Çiçəklər ikicinslidir, ziqomorfdur, mürəkkəb çiçək pulcuqları ilə əhatə olunaraq sünbülcüklərdə yerləşir. Çiçəkyanlığı iki dairədə yerləşmiş pərdəşəkilli pulcuqlardan təşkil olunmuşdur. Çiçəkyanlığının xarici dairəsində iki ədəd aşağı və yuxarı çiçək pulcuğu vardır. Erkəkcik 3 ədəddir.
Tapılma (1939 film)
Tapılma (rus. Подкидыш) — Rina Zelenaya və Aqniya Bartonun ssenarisi əsasında rejissor Tatyana Lukaşeviç tərəfindən 1939-cu ildə Mosfilm kinostudiyasında çəkilmiş sovet bədii filmi. Film 27 yanvar 1940-cı il tarxində ekranlara çıxıb. Bu film, ilk sovet ailə filmlərindən biri olur. Əvvəlcə qara-ağ rəngdə olan film, 2010-cu ildə rəngli olaraq təkrar istehsal edilmişdir. 1930-cu illərin ikinci yarısında Aqniya Barto və Rina Zelenaya evdən çıxıb Moskva küçələri ilə gəzintiyə çıxan və onu "Mosfilm" kinostudiyasına gətirən qızın axtarışı haqqında ssenari yazırlar. Baxmayaraq ki, o vaxt hər ikisinin hələ kino üçün ədəbi-dramaturji materialla işləmək təcrübəsi yox idi və hətta kinostudiya ilə ilkin razılaşma da olmasa da, buna baxmayaraq, Mosfilmdə heç bir redaktə tələb olunmadan ssenari dərhal təsdiq olunur. 1939-cu ildə rejissor Tatyana Lukaşeviçin rejisorluğa ilə filmin istehsalına başlanılır. Tatyana Lukaşeviç 3 may 1939-cu ildə çəkiliş üçün hazırlıq işlərinə başlayır. Həmin il dekabrın 1-də film ilk görünüşü üzərində işlər tamamlanır.
Tapılma (film, 1939)