TAPINMAQ

f.
1. Səcdə etmək, sitayiş etmək, ibadət etmək, pərəstiş etmək.
[Xəyyam:] Bir tanrıya lazımsa tapınmaq; Zövq əhli tapınsın sana birdən. H.Cavid.
[Elxan:] …Bütün varlıq mənim qılıncıma deyil, azad diləklərə, azad vicdanlara tapınmalıdır. C.Cabbarlı.

2. məc. Pərəstiş dərəcəsində sevmək, məftun olmaq.
Gözəlliyə tapındığı o gündən bəri; Bir başqalıq duyulmaqda onun səsində. Ə.Cavad.
Mən qapandığım, tapındığım hissiz, sükut aləmindən qayıdıram. Mir Cəlal.

TAPINMA
TAPINTI

Digər lüğətlərdə

бархо́тки ве́нский власти́тельный гусево́дческий заса́сывать котлови́на месяца́ми разбели́ть хами́ть зару́бина медиа́на ополови́нить павиа́н преть à la mode bottlenose lucky piece Lyonesse portiere revolutionism вздутый колонтитул обчищать рекордист ухудшение