Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nayin
Nayin — İranın İsfahan ostanının şəhərlərindən və Nayin şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 24,424 nəfər və 6,950 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti Nayin dilində danışırlar.
Talin
Talın, Yuxarı Talın — Ermənistan Respublikasının Talın mahalı ərazisində şəhər. Talın rayonunun mərkəzi. == Tarixi == Yuxarı Talın İrəvan quberniyasının Eçmiədzin qəzasında kənd olmuşdur. İndi Talın rayonunun mərkəzidir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim fərqləndirici əlamət bildirən yuxarı sözü ilə «söyüd ağacı», «söyüd kolu» mənasında işlənən tal və qədim türk dilində «daxma, mağara, kaha» mənasında işlənən in sözünün birəşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Kəndin adı erməni dilində Verin Talin (verin "yuxarı" deməkdir) formasında qeyd edilir.
Təyin
Təyin — cümlədə isimlə və ya isimləşmiş sözlərlə ifadə olunan hər hansı üzvü izah edən ikinci dərəcəli üzvə təyin deyilir. Təyin necə?, nə cür?, hansı?, neçə?, nə qədər?, neçənci? suallarından birinə cavab verir. Məsələn: Anar intizamlı oğlandır. Sinifdə iyirmi şagird var. Təyin daha çox sifət, feili sifət və işarə əvəzlikləri ilə ifadə olunur. Məsələn: Kəndimiz uca dağlar qoynunda yerləşir (sifətlə). Mağazadan beş dəftər aldım (sayla). Bu kitab çox maraqlıdır (əvəzliklə). Yatmış körpə səsə oyandı (feili sifət).
Adıyaman (Talin)
Adıyaman — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Talın rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən şimal-şərqdə yerləşir "İrəvan əyalətinin icmal dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 12. XI.1946-cı il fərmanı ilə adı dəyişdirilib Qarnhovit qoyulmuşdur. == Toponimikası == Adyaman — İrəvan quberniyasının Aleksandropol qəzasında (Martuni r-nunda) kənd adı . Mənbədə İrəvan əyalətinin Məzrə və Şirakel nahiyələrində Adıyaman iki kəndin adı kimi qeyd olunmuşdur. 1919-cu ildə kəndin əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1946-cı ildə kənd ermənicə Qarnhovit adlandırılmışdır. Türkcə mənbələrdə kəndin adı Adiyaman kimidir. Hələ XIX əsrin I yarısında bu kəndin Yuxarı Adyaman və Aşağı Adyaman məntəqələri yaranmışdır.
Alagöz (Talin)
Alagöz — İrəvan quberniyasının İrəvan qəzasında, indi Talın rayonunda kənd Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə adı dəyişdirilib Aragatsavan qoyulmuşdur.
Aşağı Talin
Aşağı Talın, Kiçik Talın, Türk Talını — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Talın rayonunda kənd. == Tarixi == Aşağı Talın kəndi rayon mərkəzindən 5 km məsafədə yerləşir. Kəndin digər adı «Türk Tatar Talını» olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kənddə yalnız azərbaycanlılar məskunlaşmış və 1873-cü ildə burada 248 nəfər, 1886-cı ildə 253 nəfər, 1897-ci ildə 418 nəfər, 1908-ci ildə 376 nəfər, 1914-cü ildə 400 nəfər, 1916-cı ildə 471 nəfər əhali yaşamışdır. 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalmış, yerli sakinləri - azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya olunmuş, Türkiyədən köçürülən ermənilər yerləşdirilmişdir. Toponim Azərbaycan toponimiyasında fərqləndirici əlamət bildirən aşağı sözü ilə türk dilində «söyüd ağacı, söyüd kolu» mənasında işlənən tal sözündən və türk dilində «daxma, koma, mağara, kaha» mənasında işlənən in sözündən əmələ gəlmişdir. Fitotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Sovetinin Rəyasət Heyətinin 25 yanvar 1978-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Nerkin Talin qoyulmuşdur.
Bağçacıq (Talin)
Bağçacıq — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talın rayonunda kənd. == Tarixi == Alagöz dağının cənub-qərb ətəyində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Erm. SSR AS RH-nin 25.1.1978-ci il fərmanı ilə adı dəyişdirilib Particak qoyulmuşdur. == Əhalisi == Kənddə 1831-ci ildə 10 nəfər, 1873 - cü ildə 82 nəfər, 1886-cı ildə 93 nəfər, 1897-ci ildə 140 nəfər, 1904 - cü ildə 101 nəfər, 1914 - cü ildə 107 nəfər, 1916-cı ildə 152 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq sakinləri - azərbaycanlılar qırğınlarla tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. İndi ermənilər yaşayır.
Daşpolad Tayib
Daşpolad Tayib (uyğ. تاشپولات تېيىپ, çin. ənən. 塔西甫拉提・特依拜, pinyin: tǎxīfǔlātí tèyībài; 1958, Sincan-Uyğur Muxtar Rayonu) — uyğur əsilli Çin coğrafiyaşünası. 2010-cu ildən 2017-ci ilədək Sincan Universitetinin prezidenti vəzifəsində çalışmış olan Tayibə Çin hökumətinin keçirdiyi gizli məhkəmədə ölüm hökmü verilmişdir. == Həyatı == Daşpolad Tayib 1958-ci ildə Çin Xalq Respublikasının Sintszyan-Uyğur Muxtar Rayonunda, yerli bir uyğur ailəsində anadan olmuşdur. Tayib 1978-ci ildə coğrafiya təhsili almaq üçün Sincan Universitetinə daxil olmuş və 1983-cü ildə oradan məzun olmuşdur. O, 1988-ci ildə Yaponiyaya, Tokio Elm Universitetində magistr və doktorantura təhsili almaq üçün getmiş və burada 1992-ci ilin martında tətbiqi coğrafiya üzrə mühəndislik fəlsəfə doktoru olmuşdur. Tayib 1993-cü ildə Sincan Universitetinin Coğrafiya fakültəsində professor vəzifəsinə təyin edilmişdir. O, 1996-cı ildə Sincan Universitetinin sədr müavini vəzifəsinə təyin edilmiş və 2010-cu ildə Sincan Universitetinin prezidenti, o cümlədən universitetdə Çin Kommunist Partiyası katibinin müavini vəzifəsinə təyin edilmişdir.
Düzkənd (Talin)
Düzkənd — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Talın rayonunda kənd.1728-ci ildən məlumdur == Tarixi == Rayon mərkəzindən 7–8 km qərbdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. == Toponimi == Toponim Azərbaycan dilində "düzən, çöl, düzənlik, düzəngah" mənasında işlənən düz sözü ilə türk dilində "şəhər, yaşayış məntəqəsi" mənasında işlənən kənd sözünün birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3. I.1935-ci il fərmanı ilə adı dəyişdirilib Baroj qoyulmuşdur. == Əhalisi == 1886-cı ildə ermənilər və kürdlər yerləşdirilmiş və azərbaycanlılar qovulmuşdur.
Dədəli (Talin)
Dədəli - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talın rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 14 km məsafədə, Alagöz dağının qərb ətəyində yerləşir. Ermənilər buraya 1828-ci ildən sonra Türkiyədən köçürülüb. Toponim təkə türk tayfasının bir tirəsi olan dədə etnoniminə mənsubluq bildirən -li şəkilçisinin qoşulması əsasında əmələ gəlib. Cavanşir tayfasının bir qolu da dədəli adlanırdı. Bu tayfa Arasbar sancağında, Xan arxı kənarında qışlayıb, trəvan əyalətinin sərhəddində yaylayırdı. «Dədə tayfasının yaşadığı kənd» mənasını ifadə edir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 12.XI.1946-cı il fərmanı ilə adı dəyişdirilib Yexnik qoyulmuşdur.
Karvansara (Talin)
Karvansara - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Talın rayonu ərazisində kənd. == Tarixi == Alagöz dağının cənub ətəyində yerləşirdi. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim «dəvə dəstəsi» mənasında işlənən karvan sözü ilə türk dilində «ev, təsərrüfat tikilisi» mənasında işlənən «saray» sözünün birləşməsindən əmələ gələn karvansara sözündən yaranıb «özgə yerlərdən gələn karvanların və yolçuların müvəqqəti qalması, qoşqu heyvanları və minik vəsaitinin saxlanması üçün böyük həyəti olan, xüsusi binası olan kənd» mənasını ifadə edir. Relyef əsasında yaranan sadə quruluşlu toponimdir. == Əhalisi == Kənddə 1873 - cü ildə 136 nəfər, 1886-cı ildə 155 nəfər, 1897-ci ildə 184 nəfər, 1908-ci ildə 140 nəfər, 1914 - cü ildə 148 nəfər, 1916-cı üdə 288 nəfər, 1918-ci ilin yanvarında 210 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-1919-cu illərdə kənd erməni təcavüzünə məruz qalaraq yerli sakinləri - azərbaycanlılar tarixi-etnik torpaqlarından qırğınlarla deportasiya olunmuş və kənd xarabalığa çevlilmişdir. 1920-ci ildə kənd ləğv edilmişdir. İndi ölü kənddir.
Nayin dili
Nayin dili——Hind-Avropa dil ailəsinin Şimal-qərbi İran dillərinin Mərkəzi İran qrupuna aid olan dildir ki İsfahan ostanında xüsusilə Nayində danışılır.
Nayin şəhristanı
Nayin şəhristanı— İranın İsfahan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Nayin şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 36,810 nəfər və 10,995 ailədən ibarət idi.
Qabaqtəpə (Talin)
Qabaqtəpə — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Talın rayonunda kənd. == Tarixi == Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim «ön hissə, ön tərəf» mənasında qabaq sözü ilə. Azərbaycan dilində «kiçik, alçaq dağ» mənasında işlənən «təpə» sözünün birləşməsindən əmələ gəlib «qabaq təpə yanında olan kənd» anlamını verir.Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Qarabulaq (Talin)
Qarabulaq — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Abaran rayonunda kənd. 1590-cı ildən mə'lumdur == Tarixi == Rayon mərkəzindən 23 km məsafədə, Abaran çayının sol tərəfində yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kəndin digər adı Yuxarı Qapılı olmuşdur.Ermənistan SSR AS RH-nin 15.VII.1946-cı il fərmanı ilə adı yişdirilib Yerincatap qoyulmuşdur. == Toponimi == 1728-ci ildə İrəvan əyalətinin Abaran nahiyəsində kənd adı. "Kəndin başqa adı Yuxarı Qapılı Andondur". 1828–1832-ci illərdə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və xaricdən gəlmə ermənilər yerləşdirilmişdir. 1946-cı ildə kənd ermənicə Yerincə-Tap adlandırılmışdır. 1728-ci ilə aid mənbədə Karuli adlanır.XIX əsrdə Cənubi Qafqazda mövcud olmuş 33 Qarabulaq toponimindənbiridir. Qarabulaq "yeraltə su", "yerdən qaynayıb çıxan və ona görə qara rəngə çalan su", "qara su", "içməyə yararsız su", "qışda donmayan bulaq" mə'nalarındadır.Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Гарабулаг // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти.
Qaraburun (Talin)
Qaraburun, Qırmızılı, Karakert — İrəvan quberniyasının Eçmiədzin qəzasında indi Talin rayonunda kənd. İrəvan xanlığında kənd. == Tarixi == Qaraburun rayon mərkəzindən 18 km məsafədə, Alagöz dağının ətəyində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim türk dilində «böyük, iri» mənasında işlənən qara sözündən və «irəli çıxan və ya suya doğru uzanan», «dağ çıxıntısı, dağın qolu, sıldırımlı qaya» mənasında işlənən burun sözündən əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 31.VII.1950-ci il fərmanı ilə adı dəyişdirilib Karmraşen (Qırmızı kənd), 21.l.1965-cı il fərmanı ilə yenidən dəyişdirilib Karakert (daş tikintisi) qoyulmuşdur. == İstinadlar == == Xarici keçidlər == Qaraburun (Talin) GEOnet Names Server-də.
Qırmızılı (Talin)

Sabunçu (Talin)
Sabunçu - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Talın rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 12 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kəndin adı «Sabunçular» formasında da göstərilir. Toponim türk dilində «kotan» mənasında işlənən saban sözünə -çı şəkilçisinin qoşulması əsasında əmələ gələn sabunçu etnonimindən əmələ gəlmişdir. Qaraqalpaqlarda sapun tayfasının olması fikrimizi təsdiq edir. Səfəvi padşahlarından Sultan Hüseyn 1704-cü ildə verdiyi fərmanda Aranda, Muğanda və İrəvan ətrafında yaşayan 36 türk tayfasından birinin sabunçu olduğunu göstərir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm.
Siçanlı (Talin)
Sıçanlı — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talın rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 25 km şərqdə, Alagöz dağının cənub-qerbində Qafqazın 5verstlik xəritəsində qeyd edilmişdir. Toponim oğuzlarin beydilli tayfasından olan sincan etnoniminə mənsubluq bildirən -lı şəkilçisinin qoşulması yolu ilə əmələ gəlmişdir Etnotoponimdir. Quruluşca düzəltmə toponimidir. Erm. SSR AS RH-nin 3 l 1925-ci fərmanı ilə adı dəyişdirilib Avtona qoyulmuşdur.
Susuz (Talin)
Susuz — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talın rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 16 km məsafədə yerləşir. Toponim türk dilində "çay, kiçik çay, gölməçə" mənasında işlənən su sözü ilə -suz şəkilçsinin birləşməsindən əmələ gəlmişdir. == Toponimi == Hidrotoponimdir. Quruluşca düzəltmə toponimdir. Erm. SSR AS RH-nin 12. XI.1946-cı il fərmanı ilə adı dəyişdirilib Tsamakasar qoyulmuşdur. 1590-cı ilə aid mənbədə Susuz kimidir XX əsrin əvəllərinə aid mə’lumatda Aleksandropol qəzasında qışlağın adı kimidir. 1915-ci ildə kəndin əhalisi qovulduqdan sonra Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir.
Talin (Urmiya)
Talin (fars. ‎طالين‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 217 nəfər yaşayır (42 ailə).
Talin (dəqiqləşdirmə)
Talın — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Talın mahalı ərazisində şəhər. Talın rayonunun mərkəzi. Talın rayonu — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Talın mahalı ərazisində rayon. Mərkəzi Talın şəhəridir. Talın mahalı — Qərbi Azərbaycanda tarixi mahal. Aşağı Talın — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Talın rayonunda kənd.
Talin mahalı
Talin mahalı — Qərbi Azərbaycanda tarixi mahal. == Tarixi == İrəvan əyalətinin şimal-qərb sərhədlərini əhatə edirdi. Onun Balıqlı çayından Sərdarabad arxına qədər eni təxminən 35 verst, Alagöz dağının zirvəsindən Qərbi Arpaçaya qədər uzunluğu 40 verst, ümumi sahəsi 1.400 kv.verst və ya 157.500 xalvar idi. Talin mahalı şimalda Şürəyöl əyaləti, şərqdə Alagöz dağlarının qarlı zirvələri, cənubda böyük və susuz çöllərlə ayrıldıqları Sərdarabad və Səədli mahalları, nəhayət qərbdə Qərbi Arpaçayın ayırdığı Qars Paşalığı ilə həmsərhəd idi. == Mənbə == Əziz Ələkbərli, "Qədim türk-oğuz yurdu "Ermənistan"", Bakı, "Sabah", 1994. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2 Həbib Rəhimoğlu.
Talin nahiyəsi
Talin nahiyəsi — XIV əsr-1995 inzibati nahiyə. İrəvan xanlığının bölgələrindən biri. == Tarixi == İndiki Ermənistanda mövcud olan azərbaycanlıların yaşadığı mahal. Osmanlı dönəmində Talin nahiyəsi davamı olan Talin mahalı İrəvan xanlığının tərkibinə daxil olmuşdur. Sonra mahal ərazisində Eçmiədzin qəzası təşkil olunmuşdur. Elxanilər dövlətinin Çuxursəəd tüməninin Talin nahiyəsi 1590 İrəvan əyalətinə tabe olan Talin nahiyəsində aşağıdakı kəndlər mövcud idi: Talın 1728-ci ilin icmal dəftərinə görə İrəvan əyalətinə tabe olan Talin nahiyəsində aşağıdakı kəndlər mövcud idi: 1747 İrəvan xanlığının mahalı olmuşdur. Talın mahalı İrəvan əyalətinin şimal-qərbində Alagöz dağı ilə Arpaçay arasında yerləşirdi. Bu mahal şimaldan Şörəyel, qərbdən onu Qars paşalığından ayıran Arpaçayla, cənubdan Sərdarabad və Səədli mahalları ilə, şərqdən isə Seyidli-Axsaxlı mahalı ilə həmsərhəd idi. İ.Şopen Talın mahalına məxsus 47 kənd qeydə almışdır və bu kəndlərdən 27-nin artıq dağıldığını qeyd edir [95, 444, 513-514, 575-576]. C.Bornoutyan Talın mahalı əhalisinin çox olmadığını və yararlı 20 kəndin olduğunu qeyd edir.
Talin rayonu
Talin rayonu — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Talın mahalı ərazisində rayon. Mərkəzi Talın şəhəridir. == Tarixi == Talin rayonu 1930-cu il sentyabrın 9-da yaradılıb. Ərazisi 1288 kv km-dir. Rayon mərkəzi Yuxarı Talın qəsəbəsidir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 74 km-dir. Talın rayonunun bir tərəfindən Arpaçay (dəyişdirilmiş adı Axuryan) axır. Alagöz dağının bir hissəsi və Qaraburun yaylası da Talın rayonu ərazisinə düşür. Ermənistan SSR Ali Soveti Rəyasət heyətinin müxtəlif fərmanları ilə rayon üzrə dəyişdirilmiş tarixi yer adları: == Coğrafi mövqeyi == === Relyefi === === Təbiəti === == Əhalisi == Quldərviş – 1918-ci il. Kəndin 400 nəfərdən artıq əhalisi işgəncələrlə öldürülmüş, salamat qalanlar isə daglarla Türkiyənin müxtəlif vilayətlərinə qaçmışlar.
Sayın
Sayın — Türk soyadı. Emel Sayın — Türk müğənni. Hulusi Sayın — Türk generalı. Digər Sayın (İcrud) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd.
Talın
Talın, Yuxarı Talın — Ermənistan Respublikasının Talın mahalı ərazisində şəhər. Talın rayonunun mərkəzi. == Tarixi == Yuxarı Talın İrəvan quberniyasının Eçmiədzin qəzasında kənd olmuşdur. İndi Talın rayonunun mərkəzidir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim fərqləndirici əlamət bildirən yuxarı sözü ilə «söyüd ağacı», «söyüd kolu» mənasında işlənən tal və qədim türk dilində «daxma, mağara, kaha» mənasında işlənən in sözünün birəşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Kəndin adı erməni dilində Verin Talin (verin "yuxarı" deməkdir) formasında qeyd edilir.
Adıyaman (Talın)
Adıyaman — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Talın rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən şimal-şərqdə yerləşir "İrəvan əyalətinin icmal dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 12. XI.1946-cı il fərmanı ilə adı dəyişdirilib Qarnhovit qoyulmuşdur. == Toponimikası == Adyaman — İrəvan quberniyasının Aleksandropol qəzasında (Martuni r-nunda) kənd adı . Mənbədə İrəvan əyalətinin Məzrə və Şirakel nahiyələrində Adıyaman iki kəndin adı kimi qeyd olunmuşdur. 1919-cu ildə kəndin əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1946-cı ildə kənd ermənicə Qarnhovit adlandırılmışdır. Türkcə mənbələrdə kəndin adı Adiyaman kimidir. Hələ XIX əsrin I yarısında bu kəndin Yuxarı Adyaman və Aşağı Adyaman məntəqələri yaranmışdır.
Alagöz (Talın)
Alagöz — İrəvan quberniyasının İrəvan qəzasında, indi Talın rayonunda kənd Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə adı dəyişdirilib Aragatsavan qoyulmuşdur.
Aşağı Talın
Aşağı Talın, Kiçik Talın, Türk Talını — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Talın rayonunda kənd. == Tarixi == Aşağı Talın kəndi rayon mərkəzindən 5 km məsafədə yerləşir. Kəndin digər adı «Türk Tatar Talını» olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kənddə yalnız azərbaycanlılar məskunlaşmış və 1873-cü ildə burada 248 nəfər, 1886-cı ildə 253 nəfər, 1897-ci ildə 418 nəfər, 1908-ci ildə 376 nəfər, 1914-cü ildə 400 nəfər, 1916-cı ildə 471 nəfər əhali yaşamışdır. 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalmış, yerli sakinləri - azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya olunmuş, Türkiyədən köçürülən ermənilər yerləşdirilmişdir. Toponim Azərbaycan toponimiyasında fərqləndirici əlamət bildirən aşağı sözü ilə türk dilində «söyüd ağacı, söyüd kolu» mənasında işlənən tal sözündən və türk dilində «daxma, koma, mağara, kaha» mənasında işlənən in sözündən əmələ gəlmişdir. Fitotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Sovetinin Rəyasət Heyətinin 25 yanvar 1978-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Nerkin Talin qoyulmuşdur.
Bağçacıq (Talın)
Bağçacıq — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talın rayonunda kənd. == Tarixi == Alagöz dağının cənub-qərb ətəyində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Erm. SSR AS RH-nin 25.1.1978-ci il fərmanı ilə adı dəyişdirilib Particak qoyulmuşdur. == Əhalisi == Kənddə 1831-ci ildə 10 nəfər, 1873 - cü ildə 82 nəfər, 1886-cı ildə 93 nəfər, 1897-ci ildə 140 nəfər, 1904 - cü ildə 101 nəfər, 1914 - cü ildə 107 nəfər, 1916-cı ildə 152 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq sakinləri - azərbaycanlılar qırğınlarla tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. İndi ermənilər yaşayır.
Dayın Xan
Dayın xan — türk, monqol və altay mifologiyasında müharibə tanrısı. Zayın Xan da deyilir. Döyüşçülərin qoruyucusudur. Əsgərlər döyüşlərdən əvvəl özündən kömək diləyirlər. == Etimologiya == (Day/Tay/Yay/ Yağ) kökündən törəmişdir. Dayın/Dayn sözü monqolcada döyüş deməkdir. Tuvaca və mançurcada yenə Dayın sözü döyüş mənası daşıyır. Türkçe Yavu/Yağı (düşmən), Yağma (hücum) sözləriylə də əlaqəlidir. == Mənbə == Türk Əfsanə Sözlüyü, Dəniz Qaraqurd, Türkiyə, 2011, (OTRS: CC BY-SA 3.0) (türk.) Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Düzkənd (Talın)
Düzkənd — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Talın rayonunda kənd.1728-ci ildən məlumdur == Tarixi == Rayon mərkəzindən 7–8 km qərbdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. == Toponimi == Toponim Azərbaycan dilində "düzən, çöl, düzənlik, düzəngah" mənasında işlənən düz sözü ilə türk dilində "şəhər, yaşayış məntəqəsi" mənasında işlənən kənd sözünün birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3. I.1935-ci il fərmanı ilə adı dəyişdirilib Baroj qoyulmuşdur. == Əhalisi == 1886-cı ildə ermənilər və kürdlər yerləşdirilmiş və azərbaycanlılar qovulmuşdur.
Dədəli (Talın)
Dədəli - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talın rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 14 km məsafədə, Alagöz dağının qərb ətəyində yerləşir. Ermənilər buraya 1828-ci ildən sonra Türkiyədən köçürülüb. Toponim təkə türk tayfasının bir tirəsi olan dədə etnoniminə mənsubluq bildirən -li şəkilçisinin qoşulması əsasında əmələ gəlib. Cavanşir tayfasının bir qolu da dədəli adlanırdı. Bu tayfa Arasbar sancağında, Xan arxı kənarında qışlayıb, trəvan əyalətinin sərhəddində yaylayırdı. «Dədə tayfasının yaşadığı kənd» mənasını ifadə edir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 12.XI.1946-cı il fərmanı ilə adı dəyişdirilib Yexnik qoyulmuşdur.
Emel Sayın
Emel Sayın (Türk. Emel Sayın; 20 noyabr 1945, Sarqışla, Sivas ili) — Türk müğənni.
Hulusi Sayın
Hulusi Sayın (28 aprel 1926, Elazığ – 30 yanvar 1991, Ankara) — Türk generalı. == Həyatı == Maltəpə Hərbi Liseyindən 1945, Quru Qoşunlarının Hərb Məktəbindən 1948, Jandarma Zabit Məktəbi 1952-ci il, Hərb Akademiyasından 1964-cü ildə məzun oldu. 1974-cü ildə General-mayor, 1978-də Tümgeneral və 1983-də General-leytenant oldu. Fövqəladə Hal Bölgəsində yaradılan Asayiş Birlikləri Korpusu Komandirliyindən 1 sentyabr 1989 tarixində təqaüdə çıxmışdır. Baş nazirlik baş müşavir vəzifəsini icra edərkən 30 yanvar 1991-ci il tarixində Ankarada evinin qarşısında uğradığı silahlı hücum nəticəsində öldürülmüşdür. Qəzetləri axtaran bir adam hərəkəti qeyri-qanuni nəhəng-Sol Silahlı İnqilab Birlikləri Təşkilatı adına boynuna götürərkən, Təhlükəsizlik Ümumi Müdiri Nəcati Bilican isə hadisə yerində Kürdüstan Milli Qurtuluş təşkilatının bir məlumatının tapıldığını açıqlamışdır.
Karvansara (Talın)
Karvansara - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Talın rayonu ərazisində kənd. == Tarixi == Alagöz dağının cənub ətəyində yerləşirdi. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim «dəvə dəstəsi» mənasında işlənən karvan sözü ilə türk dilində «ev, təsərrüfat tikilisi» mənasında işlənən «saray» sözünün birləşməsindən əmələ gələn karvansara sözündən yaranıb «özgə yerlərdən gələn karvanların və yolçuların müvəqqəti qalması, qoşqu heyvanları və minik vəsaitinin saxlanması üçün böyük həyəti olan, xüsusi binası olan kənd» mənasını ifadə edir. Relyef əsasında yaranan sadə quruluşlu toponimdir. == Əhalisi == Kənddə 1873 - cü ildə 136 nəfər, 1886-cı ildə 155 nəfər, 1897-ci ildə 184 nəfər, 1908-ci ildə 140 nəfər, 1914 - cü ildə 148 nəfər, 1916-cı üdə 288 nəfər, 1918-ci ilin yanvarında 210 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-1919-cu illərdə kənd erməni təcavüzünə məruz qalaraq yerli sakinləri - azərbaycanlılar tarixi-etnik torpaqlarından qırğınlarla deportasiya olunmuş və kənd xarabalığa çevlilmişdir. 1920-ci ildə kənd ləğv edilmişdir. İndi ölü kənddir.
Layın başı
Layın başı (rus. голова пласта, ing. outcrop, head of bed) — bilavasitə səthi açılan və eləcə də cavan çöküntülərlə örtülmüş şaquli, yaxud maili lay və ya təbəqələrin yuxarı hissəsi.
Layın dabanı
Layın dabanı (rus. подошва пласта, ing. base of bed, bottom of bed) — geologiyada layı aşağıdan məhdudlaşdıran səth (layın stratiqrafik alt sərhəddi).