Susuz (Talin)

Susuz — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talın rayonunda kənd.[2][3]

Kənd
Susuz
40°27′59″ şm. e. 43°45′22″ ş. u.
Ölkə  Ermənistan
Region Talın mahalı
Rayon Talın rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.610 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 430 nəf. (2011)[1]
Rəsmi dili
Xəritəni göstər/gizlə
Susuz xəritədə
Susuz
Susuz
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rayon mərkəzindən 16 km məsafədə yerləşir. Toponim türk dilində "çay, kiçik çay, gölməçə" mənasında işlənən su sözü ilə[4][5] -suz şəkilçsinin birləşməsindən əmələ gəlmişdir.

Hidrotoponimdir. Quruluşca düzəltmə toponimdir. Erm. SSR AS RH-nin 12. XI.1946-cı il fərmanı ilə adı dəyişdirilib Tsamakasar qoyulmuşdur. 1590-cı ilə aid mənbədə Susuz kimidir[6] XX əsrin əvəllərinə aid mə’lumatda Aleksandropol qəzasında qışlağın adı kimidir[7]. 1915-ci ildə kəndin əhalisi qovulduqdan sonra Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1946-cı ildə kənd ermənicə Samasakar adlandırılmışdır. XIX əsrdə Qars əyaləti-nin Oltin dairəsində Susuz-qışlaq və Susuzdaq, həmin əyalətin Kaqızman dairəsində Susuz, Şimali Qafqazda Ter əyalətinin Nalçik dairəsində Susuzlar kənd adları ilə eynidir. Mənbədə Qars əyalətində bir köçün (maldar elin) də Susuz adlandığı göstərilmişdir (yenə orada). Gətirilmə addır. Anadolunun şərqində Susus mahalının adındandır. Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Сусуз // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. с. 370.

1918-ci ilin əvvəlində burada 90 nəfər azərbaycanlı yaşamışdır[8]. Kəndin əhalisi 1918-ci ilin fevral-mart ayında ermənilərin təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur[8].

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. Шопен И. Исторический памятник состояния Армянской области в эпоху ее присоединения к Российской империи. Спб., 1852.
  3. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
  4. Мурзаев Э. М. Словарь народных географических терминов, М., "Мысль", 1984. s.528–529
  5. Древнетюркский словарь, Л., "Наука", 1969. s.512
  6. Iravan eyaletinin mufessel defteri. Istanbul. Basbakanlik Arsivi, № 633.
  7. Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис, 1913.
  8. 1 2 История Азербайджана по документам и публикациям, Баку, "Элм", 1990. s.220