Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tazılar (bürc)
Tazılar (lat. Canes Venatici) — 88 rəsmi müasir bürcdən biridir. 17-ci əsrdə Yan Qeveliy tərəfindən yaradılan kiçik bir şimal bürcüdür. Adı latın dilində "ov itləri" mənasını verir və bürc tez-tez təsvirlərdə qonşu bürc olan Naxırçı bürcünün itlərini təmsil etmişdir. Görünən ulduz ölçüsü 2.9 olan Canum Venaticorum, bürcün ən parlaq ulduzudur. La Superba isə çılpaq gözlə görünən ən qırmızı ulduzlardan və parlaq karbon ulduzlarından biridir. Canes Venatici-nin ulduzları parlaq deyil. Bürc klassik dövrlərdə Ptolemey tərəfindən hazırlanan ulduz kataloqunda Böyük Ayı bürcünün altındakı yararsız ulduzlar siyahısına salınmışdı. Orta əsrlərdə bu ulduzların Naxırçı bürcü ilə eyniləşdirilməsi səhv sistem nəticəsində ortaya çıxdı. Naxırçı bürcünün bəzi ulduzları ənənəvi olaraq dəyənəyə (yun.
Taliban
Taliban (puşt. طالبان "Taliblər") — 1994-cü ildə yaranan və 1996–2001-ci illərdə Əfqanıstanın əksər ərazisini idarə etmiş hərəkatdır. Hal-hazırda Əfqanıstanı idarə edir. Hərəkat Qəndəhar şəhərindəki mədrəsədə, Şeyx Məhəmməd Omərın başçılığı altında, 30 tələbə ilə birgə yaradılıb. Bəzi mənbələrə görə[mənbə göstərin] təşkilat Pakistan xüsusi xidmət orqanları tərəfindən Türkmənistan ilə ticarət yolunun müdafiəsi üçün yaradılmışdır. Talibanları digərlərindən zahirən fərqləndirən xüsusiyyət onların qara çalma və ağ paltar geymələridir. Məhəmməd Nəcibulla rejiminin yıxılmasından sonra dayanmayan vətəndaş müharibəsi zamanı talibanlar, əfqan ictimaiyyətini İslam bayrağı altında birləşməyə çağırırdı. Məhəmməd Nəcibulla rejimini qorumaq və ölkədə sovet ideologiyasının dağılmasına imkan verməmək üçün ölkəyə yeridilən SSRİ qoşunlarına qarşı müqavimət göstərən təşkilat, Pakistanın xüsusi xidmət orqanı – ISI tərəfindən dəstəklənirdi. Taliblər hakimiyyətə gəldikdikləri dövrdə ölkənin rəsmi adlandırılması Əfqanıstan İslam Əmirliyinə dəyişdirildi. Taliban hakimiyyəti yalnız 4 ölkə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İçkeriya və Pakistan tərəfindən tanınmışdır.
Taliban hücumu (2021)
Əfqanıstanın süqutu olaraq da bilinən 2021 Taliban hücumu — Taliban və Əl-Qaidə də daxil olmaqla müttəfiq silahlı qruplar tərəfindən Əfqanıstan hökümətinə və müttəfiqlərinə qarşı davam edən hərbi hücumdur. ABŞ və müttəfiq qoşunlarının əksəriyyətinin Əfqanıstandan çıxarılması ilə birlikdə 1 may 2021-ci ildə başladı. Hücumun ilk üç ayında Taliban, nəzarət etdiyi rayonların sayını 73 -dən 223 -ə çatdıraraq kənd yerlərində əhəmiyyətli irəliləyişlər etdi, şəhər mərkəzlərini tədricən təcrid etdi. 6 Avqustdan başlayaraq, Taliban Əfqanıstanın otuz dörd əyalət paytaxtından otuzunu ələ keçirdi və 10 Avqusta qədər Taliban ölkənin ərazisinin 65% -nə nəzarət etdi. Hücum, Taliban'ın sürətli ərazi qazancları, habelə daxili və beynəlxalq təsirləri ilə qeyd olunur. 10 avqustda ABŞ səlahiyyətliləri Əfqanıstanın paytaxtı Kabilin 30–90 gün ərzində Talibanın əlinə keçəcəyini təxmin etdilər. 15 Avqustda Associated Press, Talibanın Kabilə çatdığını və hakimiyyətin "ötürülməsini" gözlədiklərini bildirdi.
Təhrik-i-Taliban-i-Pakistan
Pakistan Talibanı və ya formal olaraq Təhrik-i-Taliban-i-Pakistan — Pakistan-Əfqanıstan sərhədində fəaliyyət göstərən terrorçu təşkilat.2007-ci ildən fəalliyyət göstərən qruplaşmanın lideri (şeyx) Bayatullah Məshud həmçinin İran-Əfqanıstan sərhəddində də öz aktivliyini qoruyub saxlamaqdadır.