Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tachea
Emu (lat. Dromaius) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin kazuarkimilər dəstəsinin kazuarlar fəsiləsinə aid heyvan cinsi. Bu fəsiləyə yeganə Adi emu (Dromaius novaehollandiae) (Latham, 1790) növü daxildir. 1980-ci ilə qədər dəvəquşukimilər dəstəsinin nümayəndələri də bu fəsiləyə aid edilirdi. Emu dəvəquşuna oxşayır, uça bilmir, bir neçə növü məlumdur. Hamısı Avstraliyada yayılmışdır. Üç barmağı var. Bu dəstəyə daxil olan emu Avstraliyanın kollu səhralarında və bozqızlarda məskən salır. Onlar bitkilərin yaşıl hissəsini yeyir, bəzi yerdə əkinə zərər vurur. Dişi emu bir neçə yumurta qoyur, erkək emu kürt yatıb bala çıxarır və onları gəzdirib qayğısına qalır.
Tether
Tether (nişan: ₮) — ən populyar blokçeyn mərkəzli kriptovalyutalardan biridir. Çoxları Tetherın kriptovalyuta dünyasındakı ticarət və pul köçürmə bazarındakı mövcud rolunun bu yeni maliyyə texnologiyalarının inkişafı və genişləndirilməsi üçün çox vacib olduğuna inanır. Tetherı idarə edən, iFinex, blockchaindəkı Tether dövriyyəsi tokenlərı qədər ABŞ dollarını (və ya avro kimi digər ümumi valyutaları) daima kənara qoyduğunu iddia edir. Tetherın ən məşhur tokenı, USDT adlanır və bu, dollarla dəstəklənir və dəyəri 1 dollardır. == Ən əhəmiyyətli xüsusiyyətləri == Qiymət sabitliyi: Tetherın qiyməti təxminən 1 ABŞ dollarına bərabərdir. Dəstəkli: Bu iddia, kriptovalyutalar dünyasındakı müşahidəçilər və mütəxəssislər tərəfindən davamlı sorğularla təsdiqlənir. Maliyyə Şəffaflığı: Tetherın maliyyə məlumatları canlı olaraq izlənilə bilir. Asan nağd olmaq: Tether mübadilə bazalarında asanlıqla nağd ola bilər. Təhlükəsizlik: Blockchain texnologiyası ilə Tether şəbəkəsinin təhlükəsizliyi təmin edilir.
Heather Graham
Heather Graham (d. 29 yanvar 1970, Miluoki, Viskonsin, ABŞ), ABŞ aktrisası. 1989-ci ildə kinodakı ilk aktyorluq təcrübəsini yaşadığı Drugstore Cowboy ilə müsbət tənqidlər aldı. 2007-ci ildə baş rolunu Victor Rasuk ilə paylaşdığı Adrift in Manhattan adlı filmdə canlandırdığı diş həkimi "Rose Phipps" adlı personajla hər kəs tərəfindən bəyənildi. 2009-cu ildə çəkildiyi The Hangover filmində isə Detroit Film Critics Society tərəfindən verilmiş bir çox mükafatın da sahibi olmuşdur.
Request Tracker
Request Tracker — sorğuları işləmək üçün pulsuz sistemdir. Request Tracker anlayışını müxtəlif cür konfiqurasiya etmək olar. Request Tracker e-poçtla göndərilən insident məlumatını avtomatik qeydiyyata alır və bu məlumatı göndərən istifadəçiyə bilet verir. İnformasiya verilənlər bazasında saxlanılır.
Sweather Weather
Sweater Weather
"Sweater Weather" — amerikan alternativ rok qrupu The Neighbourhood-un mahnısı. Mahnı qrup üzvləri Cessi Ruterford, Zak Ebels və Ceremi Fridman tərəfindən yazılıb, prodüserliyi Castin Pilbrou etmişdir. Mahnı onların debüt albomu I Love You.-nun aparıcı sinqlı kimi yer alır. "Sweater Weather" 2013-cü ilin iyun ayında "Billboard Alternativ Mahnılar" hit-paradında birinci sıraya yüksəldi. 2020-ci ildə mahnı TikTok sosial şəbəkəsində yenidən populyarlıq qazandı. Mahnı 2022-ci il tarixində Spotify-da ən çox oxunan mahnılar arasında ilk 100-də yer alıb.
Stanley Thatcher Blake
Stenli Tatçer Bleyk (ing. Stanley Thatcher Blake; 1910 – 24 fevral 1973) - Avstraliya botaniki. == Elmi işləri == The honey flora of South-Eastern Queensland (avec C. Roff), Queensland Department of Agriculture and Stock, 1958, 199 p., 175 pl. A Revision of Melaleuca leucadendron and its Allies (Myrtaceae), Contributions from the Queensland Herbarium, N°1, 1969, 114 p. A revision of Carpobrotus and Sarcozona in Australia, genera allied to Mesembryanthemum (Aizoaceae), Brisbane, 1969, Contributions from the Queensland Herbarium, N°7, 65 p., 11 plates. Studies in Cyperaceae, Brisbane, 1969, Contributions from the Queensland Herbarium, N°8, 48 p. A revision of Plectranthus (Labiatae) in Australia, Brisbane, 1971, Contributions from the Queensland Herbarium, N°9, 120 p. Idiospermum (Idiospermaceae), a new genus and family for Calycanthus australiensis, Brisbane, 1972, Contributions from the Queensland Herbarium, N°12, 37 p. Neurachne and its allies (Gramineae), Brisbane, 1972, Contributions from the Queensland Herbarium, N°13, 53 p. Plinthanthesis and Danthonia and a review of the Australian species of Leptochloa (Gramineae), Brisbane, 1972, Contributions from the Queensland Herbarium, N°14, 19 p.
Cisco Packet Tracer
Cisco Packet Tracer — Şəbəkə simulyasiya proqramı. Heç bir fiziki qurğu istifadə etmədən qarışıq sistemlərin simulyasiyasının aparıldığı proqram təminatı. Proqram istifadəçilərə simulyasiya edilmiş komanda xətti interfeysindən istifadə edərək Cisco marşrutlaşdırıcılarının və açarlarının konfiqurasiyasını simulyasiya etməyə imkan verir. Packet Tracer istifadəçilərə simulyasiya edilmiş şəbəkə cihazlarını uyğun gördükləri kimi əlavə etmək və silmək imkanı verən sürükləyib buraxan (Drag and drop) istifadəçi interfeysindən istifadə edir. Proqram təminatı əsasən Cisco Şəbəkə Akademiyası tələbələrinə fundamental CCNA-nı öyrənməyə kömək etmək üçün tədris vasitəsi kimi diqqət mərkəzindədir. Əvvəllər CCNA Akademiyası proqramında qeydiyyatdan keçmiş tələbələr bu aləti pulsuz yükləyə və təhsil məqsədləri üçün istifadə edə bilərdilər. == Üstünlükləri == Cisco Packet Tracer də, əsasən CCNA kurikulum mövzuları ilə bağlı modelləşdirmələr yer alıb. Sadə Lan dizaynı, OSPF, RIP, EIGRP və.s kimi mövzuların realizəsini aparmaq mümkündür. Proqram Windows və Linux platformalarında 6 dildə yayılır. == İstifadəsi == Proqram təminatı əsasən təhsildə tətbiq olunur.
Əhməd Qüdsi Tecer
Əhməd Qüdsi Tecer (4 sentyabr 1901, Qüds – 23 iyul 1967, İstanbul) – Türkiyəli müəllim, şair, dramaturq və siyasətçi. O, xalq mədəniyyəti sahəsindəki fəaliyyəti ilə tanınır. Onun əsərləri Qaracaoğlan və Yunus Əmrənin həyatına işıq tutub. O həm də Xalq aşığı Aşıq Veysəli Türkiyəyə tanıdan, Xalq musiqisi tərtibçisi Müzəffər Sarısözəni kəşf edən şəxs kimi tanınıb. 1930-cu illərdə poeziya sahəsində adını hallandıran ədəbiyyat adamının ən məşhur əsəri Münir Ceyhanın məktəb nəğməsi halına gətirdiyi "Orada bir kənd var uzaqda" şeiridir. Tecer şairliklə yanaşı, Türkiyə səhnəsinə yerli və milli elementlər əsasında teatr əsərləri bəxş edən dramaturqdur. O həmçinin VI. dövr Seyhan, VII dövr Türkiyə Böyük Millət Məclisində Şanlıurfa millət vəkili vəzifəsində çalışıb. == Həyatı == Əhməd Qüdsi Tecer 1901-ci ildə Qüdsdə anadan olub. Atası o dünyaya gələn zaman Qüds Dünyası Baş Müdirliyinin müdiri olan Əbdürrəhmən bəy, anası isə Xədicə xanımdır. Ailəsi Eğinin Apçağa kəndindəndir.
Marqaret Tetçer
Marqaret Hilda Tetçer (ing. Margaret Hilda Thatcher; 13 oktyabr 1925[…], Qrantem[d], Linkolnşir qraflığı[d][…] – 8 aprel 2013[…], Rits oteli[d], Vestminster borosu[…]) — Britaniyalı siyasətçi. Birləşmiş Krallıqda ən uzun müddət vəzifədə qalmış baş nazir və ölkənin yeganə qadın baş naziri. Yaxın tarixdə ölkəyə ən çox təsir edən insanlardan olub. Tətbiq etdiyi siyasətlər səbəbi ilə həm böyük dəstək görüb, həm də ciddi müxalifətlə qarşılaşmışdı. Gəncliyində parlaq bir tələbə olduğu kimi mühafizəkar tələbə cəmiyyətində siyasi tədbirlərdə də iştirak edirdi. Mühafizəkar partiyaya gənc yaşda üzv oldu. Zəngin bir iş adamı ilə ailəli olmuşdur. Tetçer 1975–1990-cı illər arasında Mühafizəkarlar Partiyasına rəhbərlik etmiş, 1979–1990-cı illərdə isə baş nazir olmuşdur. Ümumi siyasi yolu liberal-mühafizəkar istiqamətində idi.