Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Teflon lent
Teflon lent — su və qaz borularını sızdırmazlıq üçün santexnika işində istifadə olunan bir cihazdır. == Həmçinin bax == Boru == İstinadlar == İngiliscə Vikipediya Farsca Vikipediya == Xarici keçidlər == Vikianbarda Teflon lent ilə əlaqəli mediafayllar var.
Etalon
Etalon (fr. etalon) — müəyyən edilmiş qayda ilə təsdiq edilmiş, yenidən istehsal və saxlanması üçün istifadə edilən fiziki ölçü vahidi == Haqqında == 1)meyar, müəyyən edilmiş ölçü vahidinin dəqiq nümunəsi;2) məcazi mənada: hər hansı bir şey üçün ölçü nümunəsi, müqayisə üçün nümunə, əyar;3) ölçü vahidlərinin elm və texnikanın səviyyəsinə müvafiq böyük dəqiqliklə əks etdirilməsinə, saxlanılmasına və verilməsinə xidmət edən ölçü nümunəsi və ya ölçü cihazı. Məsələn, metrin etalonu. Milli etalon — ölkə daxilində istifadə üçün rəsmi qəbul edilmiş etalon. Beynəlxalq etalon — beynəlxalq razılaşma nəticəsində qəbul edilmiş etalon. == Həmçinin bax == Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi == Ədəbiyyat == R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Muflon
Muflon (lat. Ovis orientalis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin qoyun cinsinə aid heyvan növü.
Seylon
Şri-Lanka (sinhal. ශ්‍රී ලංකා; tamil. இலங்கை) və ya rəsmi adı ilə Şri-Lanka Demokratik Sosialist Respublikası (sinhal. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය; tamil. இலங்கை சனநாயக சோசலிசக் குடியரசு), tarixi mənbələrdə Sərəndib (سرنديب‎) adı ilə tanınırdı — Cənubi Asiyada ada-dövlət. Şri-Lanka Hind okeanında Hindistandan 31 km cənubda eyni adlı adada yerləşir. Ada-dövlət 1972-ci ilə qədər Seylon olaraq bilinirdi. Ümumi sahəsi 65610 kvadrat kilometr, əhalisinin sayı 21 milyon nəfərdən çoxdur. Şri-Lanka həm də Hind okeanının incisi adlandırılır. Hökumət qüvvələri ilə Tamil İlam Azadlıq Pələngləri (digər adı ilə Tamil pələngləri) arasında baş verən vətəndaş müharibəsi 1983-cü ildən bu yana davam edir.
Tefilin
Tefilin — yəhudi kişilərin bayram və şənbə günləri istisna olmaqla, sol qol və başlarına taxdıqları, içlərində Tövratdan hissələr olan dəridən hazırlanmış iki kiçik qutuya verilən ad. Tefilin, şənbə və bayram səhərləri istisna olmaqla, 13 yaşı tamam olmuş hər yəhudi kişi tərəfindən, xüsusi bir dua ilə taxılır. Sol qolda ürəyin xəttinə və başda iki gözün arasında alına taxılan bu qutucuqların içərisində, dəri üzərinə əl ilə yazılmış Tövratdan hissələr tapılar. (Təsniyə 4–9, Təsniyə 13–21, Çıxış 13: 1–10 və Çıxış 13: 11–16) Allahın adının çəkildiyi bu tomarlar ürək xəttində qoluna və gözləri arasında alnına bağlayan bir Yəhudi; Ürəyini, əllərini və gözlərini pis düşüncə və hərəkətlərdən qorumuş olur.
Ueylon
Villem Biykerk (nid. Willem Bijkerk; d. 20 aprel 1980, Apeldorn, Niderland) və ya səhnə adı ilə Ueylon (ing. Waylon) — Niderland müğənnisi. Ueylon The Common Linnets qrupunun üzvü olaraq Niderlandı Danimarkanın paytaxtı Kopenhagendə keçirilən 2014 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş və 2-ci yeri qazanmışdır. Ueylon eyni zamanda Niderlandı Portuqaliyanın paytaxtı Lissabonda keçiriləcək olan 2018 Avroviziya Mahnı Müsabiqəsində solo ifaçı olaraq təmsil etmişdir. == Musiqi karyerası == Villem Beykirk uşaqlıq vaxtlarından kantri musiqi janrından ilhamlanmış və ilkin olaraq sənətə West Virginian Railroad qrupunda barabançı olaraq başlamışdır. O, 1997-ci ildə EMI şirkəti ilə müqavilə imzalamışdır. ABŞ-nin Tennessi ştatında yerləşən Neşvilldə debüt albom hazırlıqlarına başlasa da, lakin həmin albomun hazırlığı daha sonra ləğv edilmişdir. 2001-ci ildən etibarən Amerikada yaşayan Villem idolu Ueylon Cenninqslə konsertlərdə ifa etmək fürsəti qazanmışdı.
Gelon
Gelón (özb. Gelon / Гелон) — Özbəkistan Respublikası nın Kaşkadarya vilayətində bir kəndin ərazisində yerləşən, Şahrisabz şəhərinin bir rayonu.Kishlak 1305 -ci ildə quruldu. Kənd sakinləri hələ də qədim adət və həyat tərzini qoruyub saxlayırlar, 2018-ci ilin ortalarına qədər xarici turistlər xüsusi sərhəd rejimi səbəbindən bu kəndə gedə bilmədilər. == Coğrafiyası == Gelon Özbəkistanın cənubunda, Kaşkadərya çayının hövzəsində, Pamir-Alay dağlarının qərb yamacında yerləşir.Ərazi Özbəkistan və Tacikistan sərhədində, Şahrisabzdan 80 kilometr aralıda yerləşir. Kishlak, hər tərəfdən yüksək dağlarla əhatə olunmuş, şərqdə 4000 metrdən çox yüksəkliyə çatmışdır. Özbəkistanın ən yüksək dağ kəndlərindən biridir. Çoxsaylı serpantinləri olan çətin, lakin mənzərəli bir dağlıq yolla bura getmək asan deyil. == İqlimi == İqlimi kontinental, quru, bəzi yerlərdə subtropikdir. == Əhalisi == Kəndin əhalisi 5.834 nəfərdir (2019). Etnik tərkibi: taciklər - 5831 nəfər, özbəklər - 3 nəfər.
Tello
Tello- kişilərin və qadınların qarışıq bir qrupda çeçələ barmaqla çiyin səviyyəsində bir-birindən tutaraq çiyinləri aşağı-yuxarı yırğalamaqla iki- orta və sürətli templi hissələrdən ibarət olan, Azərbaycanda, o cümlədən Naxçıvan Muxtar Respublikasının Şərur, Sədərək, Şahbuz, Culfa, Babək rayonlarındakı folklor kollektivlərinin repertuarlarına daxil edilən ən qədim yallı-qız adından irəli gələn mahnı yallısıdır.
Tenon
Vətər (yun.tenon, lat.tendo) — əzələnin quruluş hissəsi. Əzələ liflərinin ucları nazikləşərək sərt kollagen birləşdirici toxuma ya vətər liflərinə keçirlər. Bir neçə vətər lifi toplaşaraq ilkin vətər dəstələri əmələ gətirir, bunların birləşməsindən ikinci dərəc bunlardan da üçüncü və dördüncü dərəcə dəstələr əmələ gəlir. Nəhayət son dəstələr toplaşaraq vətəri təşkil edirlər.
Tulon
Tulon (fr. Toulon) — Aralıq dənizinin Lacivərd sahilində, Faron dağının ətəyində şəhər və kommuna. Fransanın cənub-şərqində Provans-Alp-Kot-d'Azür bölgəsində, Var departamentində kommuna. Şəhər Var departamentinin prefekturasıdır (inzibati mərkəz), Tulon rayonu və dörd kantondur: Tulon-1, Tulon-2, Tulon-3, Tulon-4.Tulon limanı Fransanın ən mühüm və böyük hərbi dəniz bazasına ev sahibliyi edir.Kommunanın sahəsi 42,84 km², əhalisi 167,816 nəfərdir (2006). Əhalinin artımının sabit həddi: 164,899 nəfərdir (2012). Şəhərdə əhalinin sıxlığı 3849,0 nəfər / km² təşkil edir. == Tarixi == Tulonun əsası burada bənövşəyi boyalar hasil edən finikiyalılar tərəfindən qoyulub. Merovinqlər dövründə Tulon yepiskopun oturduğu mərkəz idi. İlk yerli yepiskop Müqqədəs Qonorat olub. 889-cu ildə Toulon ərəblər tərəfindən dağıdıldı.
Boris Teplov
Boris Mixayloviç Teplov (rus. Борис Михайлович Теплов; 8 (20) oktyabr 1896, Tula – 28 sentyabr 1965, Moskva) — doğuşdan yaranan fərdi fərqliliklər və istedad problemlərini (məsələn, musiqi istedadları, sərkərdəlik qabiliyyəti) tədqiq edən bir rus psixoloqu idi. O, həmçinin Sovet Psixoloji Differensial psixologiya məktəbinin banisidir. Tanınmış rəqibi Aleksey Leontyev idi ki, o insanların istedadlarının doğuşdan əmələ gəldiyini deyil, təhsil və digər xarici təsirlərdən təsirləndiyini bildirirdi. Boris Teplov Voprosy Psikhologii adlı əsas rus psixoloji jurnalının baş redaktoru idi.
Bruk Teylor
Bruk Teylor (ing. Brook Taylor; d.18.8.1685, Edmonton — v.29.12.1731, London) — ingilis riyaziyyatçısı. == Bioqrafiya == Teylor 1685-ci il avqustun 18-də Edmonton şəhərində anadan olub və 1701-ci ildə Müqəddəs İohan kollecinə daxil olub, 1709-cu ildə bakalavr dərəcəsi aldı və 1714-cü ildə hüquq doktoru oldu. London Kral Cəmiyyətinin üzvü (1712), funksiyanı qüvvət sırasına ayırmaq üçün ümumi düstur vermiş, simin rəqsinə dair məsələnin riyazi öyrənilməsinin başlanğıcını qoymuşdur. Sonlu fərqlər nəzəriyyəsinin öyrənilməsində böyük rolu olmuşdur. Teylor perspektiv, yırğalanma mərkəzi, mərminin uçuşu, maqitlərin qarşılıqlı təsiri, kapillyarlıq və s. sahələrdə də əsərlər yazmışdır. == Xatirəsi == 1935-ci ildə Beynəlxalq Astronomiya İttifaqı Teylorun adına ayın görünən tərəfində krateri adlandırıb.
Elayza Teylor
Elayza Teylor (ing. Elayza Jane Taylor-Cotter, 24 oktyabr 1989-cu ildə anadan olub) — "100" serialında Klark Qriffin rolu ilə tanınan avstraliyalı aktrisa. == Bioqrafiya == Elayza Teylor Melburnda anadan olub. Bir qardaşı və iki bacısı var. Onun anası qrafik dizayner, atası isə keçmiş stend-up komediyaçısıdır. "Calder High" məktəbində oxuyub. O yeniyetmə vaxtlarında dəniz bioloqu olmaq istəyirdi. == Karyera == Elayza karyerasına hələ yeniyetmə ikən Avstraliyanın "Pirat adaları" və "Gecə əyləncəsi" serialında baş rollarla başlayıb. 2005-ci ildə o, 2008-ci ilə qədər Janai Timmins rolunu oynadığı "Network Ten "Qonşular"" adlı sabun operasına qoşuldu. Taylor şoudan ayrıldıqdan sonra Böyük Britaniyaya getdi və burada bir filmdə rol aldı.2013-cü ilin əvvəlində ABŞ-da heç bir iş təcrübəsi olmayan Taylor The CW-nin postapokaliptik serialı olan "100"da baş rola çəkildi.
Elizabet Teylor
Elizabet Teylor (ing. Elizabeth Rosemond Taylor, 27 fevral 1932[…] – 23 mart 2011[…], Los-Anceles, Kaliforniya) — Böyük Britaniya əsilli ABŞ aktrisası. Hollivudun "Qızıl dövrü"ndə kino kraliçası, habelə iki dəfə ən yaxşı qadın roluna görə "Oskar" mükafatı laureatı (1961, 1967). Qonorarı bir milyon dollar təşkil edən ilk aktrisa olmuşdur. O, daha çox şəxsi həyatı ilə və ilk növbədə səkkiz dəfə ailə həyatı qurması ilə diqqət mərkəzində olmuşdur. == Həyatı == Fevralın 27-i 1932-ci ildə İngiltərənin paytaxtı Londonda anadan olmuşdur. Valideynləri əslən Arkansas şəhərindən olmuşlar və ikisi də incəsənət adamı idilər. == Yaradıcılığı == "Batterfild 8" (BUtterfield 8) və "Virciniya Vulfdan kim qorxur?" (Who’s Afraid of Virginia Woolf?) filmlərindəki rollarına görə "Oskar" mükafatına layiq görülsə də, 1963-cü ildə çəkildiyi "Kleopatra" filmindəki Kleopatra rolu ilə daha çox tanınır. == Şəxsi həyatı == === Evlilikləri === Teylor 7 nəfərlə 8 dəfə ailə qurmuşdur. Konrad "Niki" Hilton (6 may 1950 – 29 yanvar 1951) (boşanıb) Maykl Uildinq (21 fevral 1952 – 26 yanvar 1957) (boşanıb) Maykl Todd (2 fevral 1957 – 22 mart 1958) (dul qalıb) Eddi Fişer (12 may 1959 – 6 mart 1964) (boşanıb) Riçard Barton (15 mart 1964 – 26 iyun 1974) (boşanıb) Riçard Barton (10 oktyabr 1975 – 29 iyul 1976) (boşanıb) Con Uorner (4 dekabr 1976 – 7 noyabr 1982) (boşanıb) Larri Fortenski (6 oktyabr 1991 – 31 oktyabr 1996) (boşanıb)Teylor Maykl Todd və Eddi Fişerlə evliliyi arasında dinini dəyişərək xristianlıqdan iudaizmə keçmişdir.
Etalon sınağı
Etalon sınağı – proqram və ya aparat təminatının məhsuldarlığını ölçmək üçün tətbiq olunan testlər kateqoriyasıdır. Aparaturanın etalon sınağı zamanı, avadanlığın hansısa parametrini (məsələn, sürətini) yoxlayan proqramlardan istifadə olunur. Proqram məhsullarının etalon sınağı, konkret məsələnin həlli zamanı proqramın səmərəliliyini, düzgünlüyünü və işləmə sürətini müəyyənləşdirməyə imkan verir. Sınaqdan keçirilən bütün proqramlar üçün eyni verilənlərdən istifadə edilir ki, nəticədə alınmış göstəriciləri müqayisə etmək və hansı proqramın hansı parametrə görə üstün olduğunu müəyyənləşdirmək mümkün olsun. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Frederik Teylor
Fredrik Teylor (ing. Frederick Winslow Taylor; 20 mart 1856[…] – 21 mart 1915[…], Filadelfiya, Pensilvaniya) — amerikan mexanika mühəndisi və menecer. Sənaye məhsuldarlığını artırmaq üçün sistemli şəkildə işləyən ilk insan olaraq tanınır. Menecment elminin atası hesab olunur. Fredrik Teylorun tədqiqatları və inkişaf etdirdiyi Elmi idarəetmə prinsipləri sənaye mühəndisliyinin əsaslarından biri olmuşdur. == Həyatı == Fredrik Teylor 20 mart 1856-cı ildə Pensilvaniya ştatının Germantaun şəhərində imkanlı ailəin uşağı kimi anadan olmuşdur. İlk təhsilini Germantaunda aldıqdan sonra, 1869-1870-ci illəri Fransa və Almaniyadakı məktəblərdə təhsil alaraq keçdi. Bundan sonra 1,5 il İtaliya, İsveç, Norveç, ingiltərə, Fransa, Almaniya və Avstriyaya səfər etdi. Sinif birincisi olduğu Ekseterdə Harvard Universitetində hüquq üzrə təhsil almaq üçün iki il hazırlıq keçdi. Buna baxmayaraq, sağlamlıqla bağlı problemləri olduğu üçün universitetdə təhsil almaqdan imtina etməyə məcbur oldu.
Fredrik Teylor
Fredrik Teylor (ing. Frederick Winslow Taylor; 20 mart 1856[…] – 21 mart 1915[…], Filadelfiya, Pensilvaniya) — amerikan mexanika mühəndisi və menecer. Sənaye məhsuldarlığını artırmaq üçün sistemli şəkildə işləyən ilk insan olaraq tanınır. Menecment elminin atası hesab olunur. Fredrik Teylorun tədqiqatları və inkişaf etdirdiyi Elmi idarəetmə prinsipləri sənaye mühəndisliyinin əsaslarından biri olmuşdur. == Həyatı == Fredrik Teylor 20 mart 1856-cı ildə Pensilvaniya ştatının Germantaun şəhərində imkanlı ailəin uşağı kimi anadan olmuşdur. İlk təhsilini Germantaunda aldıqdan sonra, 1869-1870-ci illəri Fransa və Almaniyadakı məktəblərdə təhsil alaraq keçdi. Bundan sonra 1,5 il İtaliya, İsveç, Norveç, ingiltərə, Fransa, Almaniya və Avstriyaya səfər etdi. Sinif birincisi olduğu Ekseterdə Harvard Universitetində hüquq üzrə təhsil almaq üçün iki il hazırlıq keçdi. Buna baxmayaraq, sağlamlıqla bağlı problemləri olduğu üçün universitetdə təhsil almaqdan imtina etməyə məcbur oldu.
Henlon ülgücü
Henlon ülgücü - Bir hadisəni açıqlayan zaman həqiqətə uyğun olmayan izahatları istisna etməyi məsləhət bilən deyimdir. Axmaqlığın səbəb olduğu bir şeyi hiyləgərliyin ayağına yazma. Bu deyim Robert Henlonun adı ilə bağlıdır. Eyni ideyanı daşıyan deyimlər daha əvvəl də mövcud olmuşdur.
Jermen Teylor
Marqaret Teylor
Marqaret Teylor (ing. Margaret Mackall Smith Taylor; 21 sentyabr 1788 – 14 avqust 1852[…], Missisipi ştatı) — ABŞ Prezidenti Zakari Teylorun həyat yoldaşı.
Mişel Leblon
Mişel Leblon (fr. Michel Leblond; 10 may 1932, Reyms – 17 dekabr 2009, Reyms) — Fransa futbolçusu və məşqçi. O, 1956-cı ildə keçirilən Çempionlar Kubokunun ilk finalında ilk qolu vurmağı ilə tanınır. İsveçrədə baş tutan 1954 FİFA Dünya Kubokunun iştirakçısı olmuşdur. Millinin heyətinə 2 dəfə salınsa da, ehtiyat oyunçular skamyasını tərk etməmişdir. "Reyms" klubunun əfsanə oyunçusu sayılır. == Mükafatları == Fransa çempionu: 1953, 1955, 1958, 1960 Fransa kuboku mükafatçısı: 1958 1956 və 1959-cu illərdə FİFA Dünya Kuboku finalçısı.
Oq Tekyon
Ok Taec-yeon kor. 옥택연; 27 dekabr 1988, Busan),Taecyeon kimi tanınan Cənubi Koreyalı reper, müğənni, bəstəkar, aktyor və sahibkardır. O, Cənubi Koreyanın 2PM oğlan qrupunun əsas repçisidir. 2010-cu ildə Ok Koreyanın "Zoluşkanın bacısı" dramında aktyor kimi debüt etdi və o vaxtdan bəri "Dream High (2011)", "Sen kimsən? (2013)", "Gözəl günlər (2014)", "Məclis(2015)", "Gəlin döyüşək", "Ruh (2016)", "Məni xilas et (2017)", "Oyun: Sıfıra doğru (2020)", "Gizli Kral Müfəttişi və Sevinc (2021)" və "Vincenzo (2021)" kimi seriallarda rol alıb.Həmçinin "Mavi Nikah (2013)" və "İtkinlərin Evi (2017)" filmlərində çəkilib. == Erkən həyat və təhsil == Oq Cənubi Koreyanın Seul şəhərində anadan olub, lakin 10 yaşında valideynləri və böyük bacısı Cihyen ilə birlikdə Böyük Boston Bölgəsində yerləşən Massaçusets ştatının Bedford, kiçik şəhərciyinə köçüb. İnternetdə ikən təbliğatını fərq etdiyi JYP Entertainment dinləmələrində iştirak etməyə onu bacısı Cihyen inandırdı. İştirak etmək üçün könülsüz olsada sonra hər ikisi onun 17-ci ad günündə Nyu-Yorka yollandı. Bir həftə sonra o, final 35-ə seçildi və müsabiqədə daha da irəli getmək üçün Cənubi Koreyaya getməyə çağırış aldı. Oq əvvəlcə model olmaq üçün müraciət etsə də, münsiflər ona rəqs və mahnı oxumağı sınamağı təklif ediblər.
Riçard Teylor
Riçard Teylor (ing. Richard Edward Taylor; 2 noyabr 1929[…], Medikan Hat, Alberta – 22 fevral 2018[…]) – Kanadalı fizik və Stanford Universitetinin professoru idi. 1990-cı ildə "Zərrəciklər fizikasında kvark modelinin təkmilləşdirilməsində mühüm əhəmiyyətə malik olan proton, elektron və bağlı neytronların dərin inelastik səpilməsinə dair qabaqcıl tədqiqatlarına görə" Cerom Fridman və Henri Kendall ilə birlikdə Fizika üzrə Nobel Mükafatına layiq görüldü.
Rocer Teylor
Rocer Teylor (26 iyul 1949) — Məşhur Rok qrupu Queen in üzvü İngiltərədə dünyaya gəlmişdir. Qrupun albomlarında ən əvvəldən bəri iştirak etmişdir və bəstələrin bir çoxunu özü səsləndirmişdir. Musiqi həyatına 8 yaşında başlamışdır. Musiqini çox sevsə də, peşəkar həyatına diş həkimi olaraq davam etmək istəmiş və 1967-ci ildə Londona köçərək ''London Hospital Medical School" da oxumağa başlamışdır. Lakin qısa vaxt ərzində buradan ayrılmış və "London Polytechnic" məktəbində biologiya öyrənməyə başlamışdır. 1968-ci ildə Brayan Mey və Tim Stafel ilə birlikdə Smile qrupunu qurmuş, lakin Stafelin qrupdan ayrılmasından sonra Freddi Merkyuri və Con Dikonla birlikdə Queen qrupunu qurmuşdur.
Seylon bəbiri
Seylon bəbiri (lat. Panthera pardus kotiya) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin bəbir növünə aid heyvan yarımnövü.
Tərlan
Tərlan — Azərbaycanda daha çox işlədilən kişi və qadın adı. Tərlan Əliyarbəyov — sovet hərbi xadimi. Tərlan Göyçəli — Aşıq Pəri Məclisinin üzvü Tərlan Musayeva — Sosialist Əməyi Qəhrəmanı; Azərbaycan Respublikası Milli Məclisinin I çağırış deputatı. Tərlan Əhmədov — azərbaycanlı futbol mütəxəssisi Haşım Tərlan — şair. Tərlan Fərzullayev — Aktyor. Koordinator.
Eqlön
Eqlön (fr.
Melön
Melön (fr. Melun) — Sena və Marna departamentinin ən böyük şəhərlərindən biridir. Şimaldan Fontenblo meşəsi ilə əhatələnib. Parisdən 45 km cənub-şərqdə yerləşir. Əhalisi 40503 nəfərdir (2012). == Tarixi == Sena çayı sahilində yerləşir. Sent-Əten adasıda bura daxildir. Ada da Notr-Dam qalasının divarları yerləşir. 1016-1031-ci illərdə II Robert tərəfindən yaardılmışdır. Orta əsrlərdə Melön romalılar tərəfindən işğal olunub.
Haşım Tərlan
Haşım Tərlan — şair. == Həyatı == Haşım Tərlan 1923-cü ildə Bakı şəhərində anadan olmuş, ilk təhsilini burada almışdır. O, kiçik yaşlarından şeir yazmağa başlamışdır. Tərlanın ailəsi Cənubı Azərbaycanda olduğu üçün, 1938-ci ildə onlar İrana köçüb, Sərab şəhərinin yaxınlığında, ata-baba yurdları olan Zangilabad kəndində məskən salırlar. İkinci dünya müharibəsi dövründə Tərlan kəndi tərk edərək Tehrana köçür, orda bir müddət nəqar işləyir, sonra tikiş fabrikində işə düzəlir. 1946-ci ilin dekabrında Cənubi Azərbaycanda milli hərəkat boğulduğdan sonra Tərlan bir müddət həbsə alınır və sürgün olunur. Azad olandan sonra o, yaradıcılığını gah gizli, gah açıq şəkildə davam etdirir. H. Tərlan 1964-cü ildən etibarən Səlamullah Cavidin Tehranda təşkil etdigi "Dostlar görüşü" ədəbi məclisinə cəlb olunur, məclisin iclaslarinda fəal iştirak edir. Tərlanin ilk yaradıcılıq dövrünü əhatə edən "Alovlu şeirlər" adlı kitabı oxucuların böyük rəğbətini qazanmışdır.