TALEYİKƏMLİK
TALVAR
OBASTAN VİKİ
Jan Talon
Jan Talon (8 yanvar 1626 – 23 noyabr 1694) — Yeni Fransanın birinci intendantı. Talon 2 dəfə Kral XIV Lyudovik və onun naziri Jan Batist Kolbert tərəfindən Kanada, Akadiya və Nyufaundlendə ədalətin, ictimai asayişin, maliyyənin intendantı kimi xidmət etmək üçün təyin edilmişdir: 1665–1668 və 1670 −1672. Talon kaloniyanın iqtisadi əsasını kürk ticarətindən kənd təsərrüfatına dəyişdirməyə çalışdı, lakin daha çox əhali olmadan buna nail olmaq mümkün deyildi. Talon Yeni Fransaya 800-dən çox kralın qızları (filles du roi) kimi tanınan mühacirlər də daxil olmaqla mühacirlərin gəlməsini təşkil etdi. Onlar burada evlənmək üçün gələn gənc yetim qızlar idilər. Talon evlilik təqaüdləri və körpə mükafatları sayəsində əhalinin artımını canlandırdı. Evlənəndə və yenidən uşaq sahibi olanda cütlüklərə maliyyə kompensasiyası verilirdi. O pivə hazırlamaq üçün kətan və mayaotu kimi yeni məhsullar təqdim edərək, gəmiqayırma zavodu və odun sənayesi başladaraq, dağ-mədən sənayesini ruhlandıraraq Yeni Fransanın iqtisadiyyatını fərqliləşdirməyə çalışdı. Talon Kanadanın Kvebek şəhərində 1668-ci ildə "La Brasseries due Roy" adında ilk pivə zavodunu açdı. Talon həmçinin əhalini, kənd təsərrüfatı istehsalını və çiçəklənən koloniyanın özəl sektorunun artırmaq üzərində işləyirdi.
Patris Talon
Patris Giyom Atanas Talon (fr. Patrice Guillaume Athanase Talon; 1 may 1958, Vida[d]) — Benin siyasətçisi və iş adamı, 6 aprel 2016-cı ildən Benin Prezidenti. == Həyatı == Talon fon kökənlidir və Vidada anadan olmuşdur. Onun kökəni kölə tacirlərindən gəlir. Atası Vidadan, anası Abomeydəki Qedeqbe ailəsindəndir. Seneqalın Dakar Universitetində bakalavr dərəcəsini bitirdikdən sonra Parisdəki Mülki aviasiya milli məktəbinə daxil olmaq istəmişdir. Pilot olmaq arzusunda olan Talon tibbi müayinədən keçə bilmədi və bu arzusu yerinə yetmədi.1983-cü ildə Talon qablaşdırma və kənd təsərrüfatı təchizatı ticarətinə başladı. 1985-ci ildə Beninə qayıtdı və pambıqçılara kənd təsərrüfatı məhsulları təmin edən Qitələrarası Paylama Şirkətini qurdu. 1990-cı ildə Dünya Bankının Qərbi Afrika iqtisadiyyatını liberallaşdırmaq üçün verdiyi tövsiyələrdən sonra Benin pambıq istehsalı zəncirindən çəkilməyə çağrıldı. Talon daha sonra Benində üç pambıq fabriki açma şansı qazandı.
Northrop T-38 Talon
Northrop T-38 Talon, ABŞ-nin Northrop Corporation şirkəti tərəfindən istehsal edilmiş olan reaktiv mühərrikli təlim təyyarəsidir. İlk uçuşunu 10 mart 1959-cu ildə etmişdir. 1961-ci ildə xidmətə qəbul edilmiş və hal-hazırda da aktiv şəkildə istifadə olunur. 1961–1972-ci illər arasında 1187 ədəd istehsal edilmişdir. Maliyyə dəyəri 756.000 ABŞ dolları təşkil edir. 1961-ci ildən 1972-ci ilə qədər istehsal olunan T-38 təlim təyyarələri 21-ci əsrin texnologiyası ilə ayaqlaşmaq üçün bəzi modernizasiya edilirlər. Türkiyə Hərbi Hava Qüvvələri tərəfindən istifadə edilən 68 ədəd T-38 ARI programı əsasında TUSAŞ tərəfindən modernizasiya ediləcəkdir.T-38A “Talon”, iki mühərrikli yüksək hündürlüklü bir səsdən iti sürət ilə uçan təlim təyyarəsidir. T-38 qanadlarının ön tərəfi geriyə doğru əyilmiş vəziyyətdədir və gövdəsi aerodinamik quruluşa malikdir. Bu təyyarədə müəllim pilot və tələbə pilot ardıcıl olaraq bir-birinin arxasında katapult ilə təchiz edilmiş olan oturacaqlarda oturaraq kondisionerli bir pilot kabinəsində işləyirlər. Kritik komponentlər bel səviyyəsindədir və texniki heyət tərəfindən asanlıqla əldə edilə bilər.

Digər lüğətlərdə

алгоритмиза́ция беспросве́тный впла́виться ло́шади муштрова́ться неруши́мо отчиха́ться подыто́жить синхро́нный умолка́ние экс-депута́т госдота́ция полубольно́й стреле́ц чека́нность изумление ягат archiepiscopacy Cape May indigent Inverness Ladozhskoye Ozero Pattie peacherino обременять