Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tilakui
Tiləkui, Tiləkuy, Tiləku, Tilekuhi-İranın Kürdüstan ostanında yaşayan Kürdləşmiş Türk ellərindəndir.
Telavi
Telavi (gürc. თელავი, azərb. Qaracalar‎) — Alazan vadisində (Gürcüstan) şəhər, Telavi bələdiyyəsinin mərkəzi, Kaxetiya diyarının paytaxtı. Əhalisi — 19 629 nəfər (2014). Şəhər Sivi-Qombor dağ silsiləsinin şimal yamacında, dəniz səviyyəsindən 490 metr hündürlükdə, Tbilisidən 70 km. aralıda yerləşir. Telavinin adı b.e. I əsrinə aid mənbələrdə çəkilir. Şəhər Yaxın Şərqdən Avropaya aparan karvan yolunun üzərində vacib ticarət mərkəzi olmuşdur. XI əsrdə və XVII əsrdən XVIII əsrə qədər Kaxetiya çarlığının paytaxtı olmuşdur.
Karitaake Tevaaki
Karitaake Tevaaki (1 dekabr 1997) — Kiribatili sprinter. Karitaake Tevaaki Kiribatini 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Karitaake Tevaaki birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 100 m məsafəyə qaçış yarışlarında 1-ci təsnifat mərhələsində 14.70 saniyəlik nəticə ilə 3-cü cığırda 8-ci yeri tutdu və mübarizəni dayandırdı.
LA Qelaksi
Lobelia telekii
Lobelia telekii (lat. Lobelia telekii) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin zəngçiçəyikimilər fəsiləsinin firəngotu cinsinə aid bitki növü. == Sinonimləri == === Heterotipik sinonimləri === Lobelia fenniae T.C.E.Fr.
Senecio telekii
Senecio telekii (lat. Senecio telekii) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Jozef Teleki
Jozef Teleki (mac. Teleki József; 24 oktyabr 1790, Peşt[d], Peşt medyesi – 15 fevral 1855 və ya 16 fevral 1855, Peşt[d], Peşt medyesi) — 1830-cu ildən Macarıstan Elmlər Akademiyasının ilk prezidenti vəzifəsində çalışmış Macarıstan hüquqşünası və tarixçisi. == Həyatı == Jozef Teleki nəcib kalvinist ailəsində anadan olmuşdur. 1842–1848-ci illərdə Transilvaniya qubernatoru kimi fəaliyyət göstərmişdi.
Qaracalar (Telavi)
Qaracalar (gürc. ყარაჯალა) — Gürcüstanın Telavi bələdiyyəsində, Alazan-Həftəran vadisində yerləşən kənd. Əhalisi 4,891 nəfərdir (2014). Əhalinin çox hissəsi azərbaycanlı və müsəlmandır (əsasən Sünni). Kənddə bir məktəb, bir uşaq bağçası və bir məscid var. Kəndin əhalisi əsasən əkinçilik, maldarlıq (böyük və kiçik buynuz), üzümçülük və ən çox ticarətlə məşğul olur. Sovet İttifaqının dağılmasından sonra, kənd sakinlərinin əksəriyyəti Tiflisə, Türkiyəyə, Qazaxıstana, Ukraynaya, Rusiyaya köç etmişlər.
Telavi bələdiyyəsi
Telavi bələdiyyəsi (gürc. g.ə. თელავის მუნიციპალიტეტი, l.ə. telavis munitsipaliteti) — Gürcüstan Respublikasının Kaxeti mxaresində inzibati ərazi vahidi. 2006-cı ilədək Telavi rayonu adlanırdı.
Telavi qəzası
Telavi qəzası (rus. Телавский уезд, gürc. თელავის მაზრა / telavis mazra) — Rusiya imperiyası (Gürcüstan, Gürcüstan-İmeretiya və Tiflis quberniyaları tərkibində), Gürcüstan Demokratik Respublikası və Zaqafqaziya Sosialist Federativ Sovet Respublikası (Gürcüstan Sovet Sosialist Respublikası tərkibində) dövründə mövcud olmuş inzibati-ərazi vahidi. 1832-ci ilin kameral təsvirinə əsasən Telavi qəzasında yaşayan kişi cinsindən 29.816 nəfər olan əhalinin 26.825 nəfərini gürcülər, 3.621 nəfərini ermənilər, 771 nəfərini azərbaycanlılar, 132 nəfərini isə almanlar təşkil edirdi. 1851–ci ildə Rusiyada əhali sayının araşdırılması üçün həyata keçirilmiş IX təftişə əsasən, inzibati cəhətdən Qori, Yelizavetpol, Sığnaq, Telav və Tiflis qəzalarını, həmçinin Dağ dairəsini, Car–Balakən hərbi dairəsini, Osetiya dairəsini və Tuş–Pşav–Xevsur dairəsini əhatə edən Tiflis quberniyasının əhalisi 267.786 nəfəri kişilər, 223.699 nəfəri qadınlar olmaqla 491.485 nəfər idi. Əhalinin ümumi sayı haqqında məlumatlar imperiyanın Maliyyə Nazirliyinin Zaqafqaziya idarəsi tərəfindən təqdim olunmuşdu. Qəzalar və dairələr üzrə qadınların ayrıca sayını müəyyən etmək münkün olmamışdır. Kişilərin qəzalar və dairələr üzrə sayı haqqında məlumatlar isə Tiflisdən həqiqi dövlət məsləhətçisi Aleksey Fyodoroviç Kruzenştern tərəfindən təqdim olunmuşdu, bu məlumatlar Car–Balakən hərbi dairəsi istisna olmaqla quberniyanın kənd yerlərində 1842–ci ildə, şəhər yerlərində 1848–ci ildə, ümumən Car–Balakən hərbi dairəsinin yaşayış yerlərində isə 1844–cü ildə həyata keçirilmiş kameral təsvirlərə əsaslanırdı. Beləliklə, həmin məlumatlara əsasən Telav qəzasının bütün yaşayış yerlərində kişi cinsindən toplam 24.161 nəfər əhali yaşayırdı. Abanisxevi Abano О народонаселенiи Россiи по губернiямъ и уѣздамъ: LIII. Тифлисская губернiя, стр.
Telavi rayonu
Telavi bələdiyyəsi (gürc. g.ə. თელავის მუნიციპალიტეტი, l.ə. telavis munitsipaliteti) — Gürcüstan Respublikasının Kaxeti mxaresində inzibati ərazi vahidi. 2006-cı ilədək Telavi rayonu adlanırdı.
LA Qelaksi FK
Los Anceles Qelaksi (ing. Los Angeles Galaxy) — MLS-da oynayan futbol klubu. 1994-cü ildə Anschutz Entertainment Group tərəfindən yaradılmışdır. MLS-də 6 dəfə çempion olmuşdur və bu liqanı təşkil edən 10 klubdan biridir. 1994–2002 illərində matçları Rose Bowlda keçirirdilər. Hazırda oyunları StubHub stadionunda keçirirlər. Devid Bekhem də LA Qalaksidə oynamışdır.
Los-Anceles Gelaksi FK
Los Anceles Qelaksi (ing. Los Angeles Galaxy) — MLS-da oynayan futbol klubu. 1994-cü ildə Anschutz Entertainment Group tərəfindən yaradılmışdır. MLS-də 6 dəfə çempion olmuşdur və bu liqanı təşkil edən 10 klubdan biridir. 1994–2002 illərində matçları Rose Bowlda keçirirdilər. Hazırda oyunları StubHub stadionunda keçirirlər. Devid Bekhem də LA Qalaksidə oynamışdır.