Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Teletayp
Teletayp —Yazı maşını tipli klaviaturası olan, hərf çap edən teleqraf aparatı. Klaviaturası və çap maşınına bənzər yazma mexanizmi olan teleqraf aparatı; informasiyanı avtomatik olaraq qəbul edən və lentə yazan maşındır. Həm nöqtədən-nöqtəyə, həm də nöqtədən-çox nöqtəyə konfiqurasiyalarda müxtəlif rabitə kanalları vasitəsilə yazılmış mesajları göndərmək və qəbul etmək üçün istifadə edilə bilən elektromexaniki cihazdır. Əvvəlcə onlar 1830-cu illərin sonu və 1840-cı illərdə elektrik mühəndisliyinin ilk istifadəsi kimi inkişaf edən teleqrafda istifadə edildi, baxmayaraq ki, teleprinterlər ən erkən 1887-ci ilə qədər teleqraf üçün istifadə edilməmişdir. Maşınlar erkən istifadəçi interfeysi təmin etmək üçün uyğunlaşdırılmışdır. Əsas kompüterlər və minikompüterlər, yığılmış məlumatların kompüterə göndərilməsi və cavabın çap edilməsi xüsusiyyətləri təmin edir. Bəzi modellər həmçinin məlumatların saxlanması üçün (ya yazılan daxiletmədən və ya uzaq mənbədən alınan məlumatdan) delikli lent yaratmaq və yerli çap və ya ötürülmə üçün belə lenti oxumaq üçün də istifadə edilə bilər. Teleprinter və ya teletayp Samuel Morse, Alexander Bain, Royal Earl House, David Edvard Hughes, Emile Baudot, Donald Murray, Charles L. Krum, Edward Kleinschmidt və Frederik G. Creed də daxil olmaqla bir sıra mühəndislərin bir sıra ixtiraları nəticəsində təkamül etdi. Teleprinterlər Morze əlifbasının istifadəsi üzrə təlim keçmiş operatorlara ehtiyac olmadan mesaj göndərmək və qəbul etmək üçün icad edilmişdir. Klaviaturadan istifadə etmək üçün öyrədilmiş bir operatoru olan iki teleprinterdən ibarət sistem iki təlim keçmiş Morze kodu operatorunu əvəz etdi.
Teletayp rejimi
Lələtəpə
Lələtəpə — Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin 2.9 km şimal-qərbində yerləşən 271.1 m hündürlüyə malik təpə. == Etimologiyası == Lələtəpə adlandırılan yüksəklik mühüm tarixi, etnoqrafik, dini və mədəni əhəmiyyət kəsb edir. Folklorşünas Sədnik Paşa Pirsultanlının tədqiqatlarından aydın olur ki, "Lələ dağı" (bir adı da Lələ yaylağıdır) Cəbrayıl rayonunun Cocuq Mərcanlı, Füzuli rayonunun Mirzənağılı və Qazaxlar kəndi yaxınlığında, qərbi isə Füzuli rayonunun Əhmədalılar kəndindədir. Yerli camaatın dediyinə görə Lələ öz qəbrinə yaxın olan Arğalı türbəsində, ondan xeyli aralı olan Babı gümbəzində yaşamış, yaz-yay aylarında isə "Lələ dağı", "Lələ yaylağı" deyilən yerdə çardaq qurmuşdur." == Tarixi == Hərbi strateji əhəmiyyətə malik olan bu təpənin tutulması Horadiz şəhəri və Füzuli rayonunu atəş nəzarətində saxlamağa imkan verir. Lələtəpə Qarabağ müharibəsi zamanı 1994-cü il fevral ayının 11–12-də döyüş yerlərindən biri olub. Yüksəklik 1993-cü ildə Ermənistan ordusu tərəfindən tutulub. Sonra Lələtəpə 1994-cü ildə "Horadiz əməliyyatı" zamanı Azərbaycan ordusu tərəfindən ələ keçirilsə də, sonralar ağır döyüşlər nəticəsində yenidən Ermənistan ordusunun nəzarətinə keçib. 2 aprel 2016-cı ildə Lələtəpə Dördgünlük müharibə zamanı Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib. İşğaldan azad edilmiş Lələtəpə yüksəkliyinə illər sonra ilk dəfə Azərbaycan bayrağını aprelin 2-də təxminən saat 05:45 radələrində asan hərbi qulluqçu Asim Əliyev olub. 2017-ci il Fevral döyüşləri zamanı Ermənistan Silahlı Qüvvələri Lələtəpə yüksəkliyin almaq məqsədilə təxribat törədiblər.
Lələtəpə əməliyyatı (2020)
Lələtəpə əməliyyatı və ya Cəbrayıl əməliyyatı — İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanın Cəbrayıl rayonu ərazisində yerləşən Lələtəpə istiqamətində baş verdiyi iddia edilən hərbi əməliyyat. Bir sıra iddialara görə, bu əməliyyat müharibə zamanı Ermənistan tərəfinin ən çox itki verdiyi hərbi əməliyyatdır. Müxtəlif mənbələrə görə, erməni tərəfdən 700-dən çox itki olmuş, 44 tankdan 42-si döyüş meydanında qalmışdır. Hərbi ekspertlərin fikrinə görə, Lələtəpə əməliyyatının uğursuzluğu Dağlıq Qarabağ Müdafiə Ordusu üçün dağıdıcı olmuş, erməni müdafiə qüvvələrinin onurğasını qırmışdır. General-leytenant Samvel Babayanın sözlərinə görə, ümumiyyətlə, "Lələtəpə əməliyyat" baş tutmamışdır. O qeyd etmişdir ki, bu istiqamətdə Horadiz kəndinə uğursuz hücum keçirilmiş, bu zaman Ermənistan tərəfindən 2 nəfər həlak olmuşdur. == Zəmin == Lələtəpə Azərbaycanın Cəbrayıl rayonu ərazisində yerləşir. Bu təpə 12 fevral 1994-cü ildə Ermənistan Silahlı Qüvvələrinin işğalı altında düşmüşdü. 2016-cı ilin aprelində baş tutan Dördgünlük müharibə zamanı təpə Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilmişdir. == Əməliyyat == 27 sentyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri Qarabağda Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün İkinci Qarabağ müharibəsinə başlamışdır.