Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Terrorist
Terrorizm (lat. terror – qorxu, vahimə) və ya Tədhiş (ərəb. تدهيش‎ – dəhşətə salma, çaşdırma) — haqqında birmənalı tərif mövcud olmasa da, mütəxəssislərin əksəriyyətinin qənaətinə görə siyasi, dini, ideoloji və iqtisadi məqsədlərə çatmaq üçün qeyri-qanuni əməllərin, zorakılığın, gücün, hədənin tətbiq olunması. Sovet ədəbiyyatlarında qeyd edildiyi kimi, terrorizmi yalnız dövlət xadimlərinə edilmiş hərəkət kimi qiymətləndirilə bilməz. Ona görə ki, real həyatda terror aktlarından daha çox günahsız kütlə, sivil şəxslər ziyan çəkir; həmçinin təkcə siyasi deyil, etnik, dini, kriminal, separatist və s. zorakılıq da terrorizmin bir növüdür. Terrorizm ekstremizmin təzahürlərindən biri olmasına baxmayaraq, ekstremizmin digər formalarından onunla fərqlənir ki, bir qayda olaraq terrorizmin bütün təzahürləri qanunaziddir. Göründüyü kimi, terrorçuluq cinayətkarlığın ən təhlükəli formalarından biridir. Sözügedən təhlükə transsərhəd formalardan törədilən terrorçuluğa da aiddir. Müasir terrorizmin tarixi eramızın I əsrindən indiki İsrail ərazisində Roma işğalçılarına qarşı yəhudi dini sektası olan "Zealotos"ların keçirdiyi terror aktlarında başlayır.
Terrorizm

Azərbaycanda terrorizm
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinə görə Azərbaycanda terrorizm dövlət üçün təhlükə mənbəyidir. == Azərbaycanda baş vermişş terror hadisələri == Tbilisi-Ağdam marşrut avtobusunun partladılması (1990) Bakı metrosunda partlayışlar Azərbaycan Dövlət Neft Akademiyasında terror hadisəsi == İŞİD-də Azərbaycandan olan döyüşçülər == Suriyada Vətəndaş müharibəsi başlayandan sonra əsasən Sumqayıt, Zaqatala, Balakən, Qusar, Xaçmaz, Qaxdan olan xeyli sayda Azərbaycan vətəndaşı bu ölkəyə döyüşmək üçün getmişdirlər. Azərbaycanlılar Suriyada müxtəlif qruplaşmalarda vuruşsalar da, say etibarilə əsasən terror təşkilatı İŞİD bayrağı altında vuruşmağa üstünlük verirlər. Terror təşkilatı İŞİD bayrağı altında vuruşan azərbaycanlıların sayının 300 civarında olduğu təxmin edilir. İŞİD terror qruplaşmasının döyüşçüsü kimi Suriyada olan və sonralar oradan vətəninə qaçmış 25 yaşlı tacikistanlı Fərrux Şərifov İŞİD terrorçuların Azərbaycandan gəlmiş bir neçə nəfərin başının kəsilməsinə şahidlik edib. Cəlladlar onları "xəvaric" adlandıraraq inamdan döndükləri üçün edam ediblər. Şərifovun sözlərinə görə, öldürülmək üçün şifahi xəbərçilik kifayətdir: insanın "inamı təhqir etdi"yini deyirlər və ya kürdlərin xeyrinə casusluqda ittiham edib dərhal edam edirlər. İŞİD-lə mübarizədə iştirak edən azərbaycanlı İmam Hüseyn basij antiterror qrupu kimi tanınır.
Terrorizm sosiologiyası
Terrorizm sosiologiyası — terrorizmi sosial fenomen kimi anlamağa çalışan sosiologiya sahəsi. Bu sahə terrorizmi müəyyənləşdirir, onun səbəblərini öyrənir və cəmiyyətə təsirini qiymətləndirir. Terrorizmin sosiologiyası siyasi elm, tarix, iqtisadiyyat və psixologiya sahələrindən istifadə edir. Terrorizm sosiologiyası tənqidi terrorizmşünaslıqdan onunla fərqlənir ki, burada terrorizmə şərait yaradan sosial şəraiti araşdırılır. Bu, həmçinin, insanların və dövlətlərin bu cür hadisələrə necə reaksiya verdiyini öyrənir. Terrorizm sahəsinin sosiologiyası terroru "ictimai quruculuq" kimi nəzərdən keçirir. Terrorizmin tərifi hadisələri şərh etmək və səbəbləri müəyyən etməkdən ibarətdir. Bu tərif prosesi və nəticədə ictimaiyyətə təqdimat ictimai təsəvvürləri manipulyasiya və müəyyən maraqları təşviq edə bilər. Bu sahə insanların siyasi dəyişiklik üçün kollektiv zorakılıq hərəkətlərinə necə motivasiya olunduğunu təhlil edir. Bu sahədə bildirilir ki, terrorizm sosial davranış kimi ünsiyyətə, paylaşılan və rəqabət aparan norma və dəyərlərə, sosial və özünü məhdudlaşdırma səviyyələrinə əsaslanır.