Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Teizm
Teizm (yun. Θεός, Teos - tanrı) — zəkaya və iradəyə malik, bütün maddi və mənəvi proseslərə möcüzəli təsir göstərən fövqəltəbii varlıq kimi Tanrının mövcudluğunu qəbul edən dini-fəlsəfi təlim. Daha dəqiq, kainatla Tanrı arasındakı əlaqəni aydınlaşdıran, mövcud kainatın yaranması və idarəsinə cavabdeh olan bir Tanrı anlayışını özündə əks etdirən, bu Tanrının müxtəlif yollarla din göndərdiyi fikrini müdafiə edən əqidədir. Bu yanaşmaya görə, Tanrı daima insanlarla əlaqə halındadır. Bu baxışları mənimsəmiş insanlara Teist deyilir. Aləmdə baş verən şeyləri teizm çox vaxt Allah qayəsinin həyata keçirilməsi kimi nəzərdən keçirir. Təbii qanunauyğunluq teizmdə Allah qayəsindən asılı şəkildə götürülür. Deizmdən fərqli olaraq teizm Allahın bütün dünya hadisələrində bilavasitə iştirakını qəbul edir, panteizmdən fərqli olaraq allahın dünyadan kənarda və dünya üzərində mövcudluğunu müdafiə edir. Teizm klerikalizmin, teologiyanın və fideizmin ideoloji əsası olmaqla elmə və elmi dünyagörüşə ziddir. == Növləri == === Monoteizm === Monoteizm yalnız bir tanrının olduğu inancıdır.
Thium
Gəvən (lat. Astragalus) – paxlakimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == == Növləri == Andrey gəvəni (Astragalus andreji Rzazade) Çin gəvəni (Astragalus chinensis L.fil.) Tükcüklüçiçək gəvən (Astragalus dasyanthus Pall.) Biyanyarpaq gəvən (Astragalus glycyphyllos L.) Zarlı gəvən (Astragalus membranaceus Bunge) (=A.penduliflorus Lam.) Monqol gəvəni (Astragalus mongholicus Bunge) (=A.penduliflorus Lam.) Sıxyarpaq gəvən (Astragalus picnophyllus Stev.) Keçəbudaq gəvən (Astragalus piletocladus Freyn et Sint.) == Bakı gəvəni == Status. Azərbaycanın nadir endem bitki növüdür. Yayılması. Abşeron yarımadasında, Mərdəkan, Şüvəlan, Buzovna qəsəbələri ətrafında. Bitdiyi yer. Dənizkənarı qumluq sahələrdə. Ehtiyatı. Çox azdır.
Thylogale thetis
Thylogale thetis (lat. Thylogale thetis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin i̇kikəsicidişlilər dəstəsinin kenqurular fəsiləsinin filander cinsinə aid heyvan növü.
Mame Thiam
Mame Baba Thiam (9 oktyabr 1992) — Seneqalli futbolçu. "Fənərbaxça" klubunun hücumçusudur.
Teist təkamül
Teist təkamül (Tanrıya bənzər təkamül, təkamül kreativizmi), klassik dini təlimlərdəki Tanrı və yaradılışı müasir elmi anlayışdakı bioloji təkamül nəzəriyyəsinə uyğun edən bir görüşdür. Teist təkamül elmi bir nəzəriyyə deyil, təkamül elmini və bəzi dini izahları əlaqələndirən bir görüşdür. Bu şəkildə teistik təkamül nəzəriyyəsinə baxanlar dinlə elm arasındakı qarşıdurmanı rədd edir və yaradılışın təkamül izahının dini baxımdan problemli olmadığını düşünürlər.
Teizm seminarları (Mütəhhəri)
Teizm seminarları — Mürtəza Mütəhhərinin elmi-fəlsəfi əsəri. == Məzmun == Bu kitab M. Mütəhhərinin “teizm” mövzusunda etdiyi on altı çıxışının və həmin seminarda iştirak edən alimlərlə elmi diskussiyalarının məhsuludur. Kitab kifayət qədər maraqlı, dövrü üçün yeni olan mövzularla zəngindir. Kitabın birinci hissəsində Allahın varlığının isbatı üçün konkret olaraq üç yol göstərilir və bu yollar ətrafında ayrı-ayrılıqda geniş elmi, fəlsəfi müzakirələr aparılır, güclü dəlillər irəli sürülür. İkinci hissədə isə diqqət çəkən mühüm mövzu “teizm və təkamül nəzəriyyəsi” haqqındakı müzakirələrdir. Bu mövzuda Mütəhhəri bir çox İslam alimlərindən fərqli olaraq yeni, maraqlı yanaşma ortaya qoyur; o sübut edir ki, əslində, Allahın varlığı mövzusu ilə Darvinin Təkamül nəzəriyyəsi heç bir halda toqquşmur.
Teizm seminarları (Mürtəza Mütəhhəri)
Teizm seminarları — Mürtəza Mütəhhərinin elmi-fəlsəfi əsəri. == Məzmun == Bu kitab M. Mütəhhərinin “teizm” mövzusunda etdiyi on altı çıxışının və həmin seminarda iştirak edən alimlərlə elmi diskussiyalarının məhsuludur. Kitab kifayət qədər maraqlı, dövrü üçün yeni olan mövzularla zəngindir. Kitabın birinci hissəsində Allahın varlığının isbatı üçün konkret olaraq üç yol göstərilir və bu yollar ətrafında ayrı-ayrılıqda geniş elmi, fəlsəfi müzakirələr aparılır, güclü dəlillər irəli sürülür. İkinci hissədə isə diqqət çəkən mühüm mövzu “teizm və təkamül nəzəriyyəsi” haqqındakı müzakirələrdir. Bu mövzuda Mütəhhəri bir çox İslam alimlərindən fərqli olaraq yeni, maraqlı yanaşma ortaya qoyur; o sübut edir ki, əslində, Allahın varlığı mövzusu ilə Darvinin Təkamül nəzəriyyəsi heç bir halda toqquşmur.
Hear Them Calling
Hear Them Calling (azərb. Onların çağırışlarını eşidirəm‎) — İslandiyanın 2016 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.Qreta Saloume "Hear Them Calling" mahnısı ilə İslandiyanı İsveçin paytaxtı Stokholmda keçirilən Avroviziya 2016-da təmsil etmişdir. Mahnı ifaçının özü tərəfindən bəstələnmişdir.
Heim ins Reich
"Heim ins Reich" (Almanca tələffüz: [ˈhaɪm ʔɪns ˈʁaɪç] ( dinlə); alman dilindən – "Reyx bizim evimizdir", "Reyxin evi") — 1938-ci ildə Almaniya füreri Adolf Hitler tərəfindən elan edilmiş, alman xalqını toplamaq və Nasist Almaniyasından kənarda yaşayan bütün folksdoyçenin milli kimliyini gücləndirmək üçün nəzərdə tutulmuş siyasi doktrina və tədbirlər sistemi. Bu ictimai-siyasi şərait bir daha alman məsələsini həll etməyə, Nasist Almaniyasına xas olan xarici və daxili siyasətin ideoloji rəhbərlərinə və yeni metodlarına əsaslanaraq pangermanizmi gücləndirməyə yönəlmişdi. "Heim ins Reich" siyasətinin hədəfində olan əsas əhali qrupları avstriyalılar və folksdoyçe, Polşanın bir sıra qərb vilayətləri (Sileziya), Sudetland və Versal sülh müqaviləsi nəticəsində Almaniyadan götürülən ərazilər idi.Proqramın məqsədi alman diasporunun üzvlərini Almaniyaya geri qayıtmaq, alman xalqına reinteqrasiya etmək idi. "Heim ins Reich" siyasətinin həyata keçirilməsini 1941-ci ildə SS departamentlərindən birinə çevrilən Folksdoyçe Mittelştelle şöbəsi həyata keçirmişdir. == İstinadlar == == Ədəbiyyat == Lars Bosse: Volksdeutsche Umsiedler im „Reichgau Wartheland“, Magisterarbeit Christian-Albrechts-Universität, Kiel 1992. Günther Pallaver, Leopold Steurer (Hrsg.): Deutsche! Hitler verkauft Euch! Das Erbe von Option und Weltkrieg in Südtirol, Bozen 2011.
In This Moment
In This Moment — Amerikan Alternativ metal qrupu. == Tarixi == 2005-ci ildə Maria Brink və gitarist Chris Howorth tərəfindən yaradılmışdır. Daha sonra qrupa zərb alətləri üçün Jeff Fabb, gitarist Blake Bunzel ilə bas gitarist Josh Newell qrupa qatıldı. Qrup ilk demo sinqllarını MySpace, musiqi şəbəkəsin də yaymağa başladı. In This Moment-in ilk studio albomu "Beautiful Tragedy" 2007-ci ildə bıraxıldı. Bir sonrakı il isə qrupun ikinci studio albomu "The Dream" adlı albom diskləri ABŞ-də geniş şəkildə satılmağa başladı. 2010-ci ildə isə "A Star-Crossed Wasteland" adlı albomları çıxdı. Bu albomdan sonra In This Moment 2012-ci il avqustun 14-də "Blood" adlı albomları bıraxıldı.
This Is Us
Bu bizik (ing. This Is Us) - 20 sentyabr 2016-cı ildə NBC-də premyerası olan bir Amerika televiziya serialıdır.
This Is War
This Is War — Thirty Seconds to Mars musiqi qrupunun studiya albomu. 4 dekabr 2009-cu ildə yayımlanan albom Virgin Records etiketi ilə satışa buraxılmışdır.
This is Love
This is Love (azərb. Bu sevgidir‎) — Yunanıstanın 2017 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.Demy Yunanıstanı Avroviziya 2017-də "This is Love" mahnısı ilə təmsil etmiş və finalda 19-cu yeri tutmuşdur.. Demy-nin Avroviziya səhnəsində ifa etdiyi mahnı ("This is Love") Yunanıstanın tanınmış bəstəkarlarından olan Dimitris Kantopulos tərəfindən bəstələnmişdir. Bəstəkar (Kantopulos) eyni zamanda Azərbaycanın 2013-cü ildə müsabiqədə təmsil olunduğu və ölkəyə 2-ci yer qazandırdığı "Hold Me" mahnısını bəstələmişdir.
Burn This Disco Out
Burn This Disco Out — Maykl Ceksonun "Off the Wall" albomundakı mahnılardan biri.
Is This a Zombie?
Is This a Zombie?, Yaponiyada tanınan adı ilə Kore wa Zombie Desu ka? (これはゾンビですか?, Kore wa Zonbi Desu ka?, azərb. Bu bir zombidir?‎) və ya qısaca Korezom (これゾン, Korezon) — Kobuyçi və Muririnin rəssamlığı ilə Şiniçi Kimura tərəfindən yazılan ranobe seriyası. Fujimi Shobo nəşriyyatı 2009-cu ilin yanvarından 2015-ci ilin iyununa kimi Fujimi Fantasia Bunko imprinti altında ranobenin 19 cildini nəşr etmişdir. Ranobe əsasında 2 manqa adaptasiyası və bir yonkoma adaptasiyası istehsal olunmuşdur. Studio Deen tərəfindən anime serialı adaptasiyası istehsal olunmuş və Yaponiyada 11 yanvar 2011-ci ildən 31 mart 2011-ci ilə kimi yayımlanmışdır. "Is This a Zombie? of the Dead" (これはゾンビですか? オブザデッド, Kore wa Zonbi Desu ka? Obu za Deddo) adlı ikinci mövsüm isə 5 aprel 2012-ci ildən 7 iyun 2012-ci ilə kimi nümayiş etdirilmişdir.
Something Just Like This
Something Just Like This musiqisi amerikan qrup The Chainsmokers və Britaniya rok qrupu olan Coldplay tərəfindən ifa olunan mahnıdır. Musiqi ilk dəfə 2017-ci ilin fevral ayının 22-də yayımlanmışdır. 2016-cı ilin sentyabr ayında The Chainsmokers qrupu 2 qısa klip təqdim etməklə tezliklə Kris Martin ilə birgə mahnı hazırlayacaqlarını elan etmişdir. == Musiqi haqqında == Musiqi üçün hazırlanmış klip ilk dəfə 2017-ci ilin fevral ayının 22-də Vevo kanalında nümayiş etdirilmişdir. Məhz həmin tarixdə 300 milyon insan tərəfindən izlənildiyi qeyd olunur. Something Just Like This nüfuzlu musiqi hit-paradı olan Billboard Hot 100-də debüt olaraq 56-cı nömrə ilə göstərilmişdir. Lakin ikinci həftəsində musiqi beşinci pilləyədək irələməyi bacardı. Bu The Chainsmokers qrupununun "Don't Let Me Down" və "Closer" mahnılarından sonra üçüncü dəfə Coldplay qrupunun isə "Viva la Vida" mahnısından sonra ikinci dəfə ilk beşliyə daxil olduğu mahnıdır. Həmçinin Coldplay və The Chainsmokers qrupları 2017-ci ilin fevral ayının 22-də Londonda yerləşən O2 Arenasında 2017 Brit Mükafatları adlı musiqi mərasimində bu mahnını ilk dəfə canlı ifa etdilər.
This Is Me Trying
"This Is Me Trying" (kiçik hərflərlə stilləşdirilmiş) — amerikalı müğənni-bəstəkar Taylor Sviftin mahnısı. Mahnı onun 24 iyul 2020-ci ildə Republic Records tərəfindən yayımlanmış səkkizinci studiya albomu olanFolklore-un doqquzuncu trekidir. "This Is Me Trying" Svift və Cek Antonoff tərəfindən yazılmış, istehsal prosesində isə onlar arasında Co Elvin də yer almışdır. Mahnı orqan, yavaş templi təbil və nəfəs alətlərində ifa olunan orkestr pop və drim-pop janrındadır. "This Is Me Trying" "üç fərqli personajın baxış bucağından" yazılmışdır. Svift özü mahnının sözlərində 2016-2017-ci illərdə yaşadığı hisslərə yer vermişdir. Mahnıdakı hekayəni danışan şəxs "dağıdıcı təsirin rədd edilməsi" perspektivini təsvir edir. Svift başqasının onun haqqındakı nöqteyi-nəzərini qəbul edərək trekin hekayə danışanı kimi gizlənməyə çalışmışdır. O, 2020-ci ildə hazırladığı Folklore: The Long Pond Studio Sessions adlı sənədli filmində mahnının alkoqolizmə də toxunduğunu söyləmişdir. Tənqidçilər mahnının istehsalını və sözlərini, bəziləri isə Sviftin vokal performansını tərifləmişdirlər.
This Is My Life
This Is My Life - İslandiya təmsilçisinın 2008 Avroviziya Mahnı Müsabiqəsindəki ifa etdiyi mahnı.
Həşim Kəlbiyev
Həşim Adil oğlu Kəlbiyev — tarixçi-etnoqraf, Lənkəran Dövlət Universitetinin qurucularından biri. == Həyatı == Həşim Adil oğlu Kəlbiyev 1957-ci il aprel ayının 18-də Lənkəran rayonunun Şilavar kəndində anadan olmuşdur. 1968-ci ildə Şilavar kənd ibtidai məktəbini, 1974-cü ildə Lənkəran şəhər 5 saylı orta məktəbini bitirmiş, 1975-77-ci illərdə SSRİ Dövlət Daxili Qüvvələrində xidmət etmişdir. 1983-cü ildə Azərbaycan Pedaqoji İnstitutunun Tarix fakültəsini bitirmişdir. == Elmi-pedaqoji fəaliyyəti == Lənkəran şəhər məktəblərində müəllim və direktor müavini işləmişdir. 1992-ci ildən Lənkəran Dövlət Universitetində işləməyə başlamış və universitetin tədris sisteminin ilk qurucularından biri olmuşdur. Dövrü mətbuatda, elmi jurnallarda “Lənkəran bölgəsində məskənsalma”, “Lənkəranın ənənəvi evləri”, “Lənkəran bölgəsində ilk insan izi”, “Bəlləbur Bəzzdir”, “Lənkəran-Astara bölgəsinin ənənəvi düyü yeməkləri”, “Lənkəran bölgəsində qədim dini ayinlərin qalıqlarına dair”, “Talışların ailə məişətinin bəzi xüsusiyyətlərinə dair”, “Talışların həsirçilik sənəti və əhalinin məişətində onun yeri” və s. məqalələri, “Şilavar (Şilvo) haqqında tarixi etnoqrafik oçerklər”, “Talışların maddi və mənəvi mədəniyyət dəyərləri”, “Sənətkar ömrü”, “Ərəb müəllifləri Talış haqqında”, “Kadusilərin (qədim talışların) Azərbaycan tarixində yeri”, “Azərbaycanın Cənub-Şərq bölgəsi əhalisinin etnoqrafik xüsusiyyətləri” adlı altı kitabın və “Ali məktəb kuratoru işinə dair vəsait” adlı metodiki tədris vəsaitinin müəllifidir. == Əsərləri == 6 monoqrafiyanın, Azərbaycan, rus və türk dillərində olmaqla 40-a qədər elmi məqalənin, iki tədris metodiki vəsaitinin müəllifidir. === Monoqrafiya və kitabları === Şilavar{Şilvo} haqqında tarixi-etnoqrafik oçerklər.
Həşim Qadoyev
Aktyor. == Həyatı == Həşim Qadoyev 10 may 1937-ci ildə Tacikistanın Küləb şəhərində anadan olub. GİTİS-də aktyorluq fakültəsində (1960) və ali rejissorluq kurslarında (1965) təhsil alıb. 1961-ci ildən Tacikistan Akademik Teatrının aktyor və rejissorudur. 1963-cü ildən filmlərdə çəkilir. Tacikistan və SSRİ xalq artistidir. == Filmoqrafiya == Dədə Qorqud (film, 1975) Əzablı yollar (film, 1982) Qara gölün cəngavərləri (film, 1984) Ənvər Həsənov.
Həşim Rəhman
Həşim Şərif Rəhman — ABŞ-lı peşəkar boksçu. "The Rock" yəni "Qaya" mənasını verən ləqəblə də məşhurdur. Ağır çəkidə WBC, IBO & IBF üzrə titulların sahibi. Toplam 62 döyüşün 50-sini qalib, 9-unu məğlub, 2-sini isə bərabərliklə keçirib. Qalib olduğu döyüşlərin 40-ı nokautla qeydə alınıb. 2001-ci ildə Lennox Lewisi 5-ci raundda etdiyi nokaut da bu siyahıya daxildir.
Seyid Həşim
Seyid Həşim — XIX əsr və XX əsrin əvvəllərində seyid kimi tanınmış biri. == Həyatı == Seyid Həşim Seyid Qara Məhəmməd oğlu təxminən 1858-ci ildə Şuşa şəhərində anadan olmuşdur. Seyid Həşim yeniyetmə yaşda olarkən atası Seyid Qara Məhəmməd dünyasını dəyişmişdir. Seyid Həşim atasının ölümündən çox illər sonra Kərbəlaya ziyarətə getmiş və oranın Şeyxi ilə görüşmüşdür. Kərbəladakı Şeyx Seyid Qara Məhəmmədin paltarını eləcə də səfər zamanı əlində tutduğu əsaya sancılan tünd rəngli saçağı ona təqdim etmişdir. Şeyx Seyid Qara Məhəmmədin məzarına yığılmış nəzirləri özü ilə aparmağı təklif etsə də, Seyid Həşim bundan imtina etmiş, nəzirlərin yoxsullara, kimsəsizlərə, xəstələrə paylanmasını istəmişdir.Seyid Həşim Seyidli kəndinin, Qazılı soyunun adlı-sanlı bəyi Məhəmmədalı bəyin (1828–1873) kiçik qızı Mələk xanımla (…– 1941) ailə həyatı qurmuşdur.Sovet Rusiyasının hərbi müdaxiləsi nəticəsində Azərbaycan müstəqilliyini itirdikdən sonra ölkədə kütləvi repressiyalar aparıldı, neçə-neçə dəyərli insanlar incidildi, təqib edildi. Hər zaman tutulmaq təhlükəsi ilə yaşayan dəyərli insanlar sırasında Seyid Həşim də var idi. O, 1931-ci ilin mart ayının əvvəllərində dünyasını dəyişmişdir. Öz istəyi ilə Ağdamın "Qarağaacı" qəbirstanlığında torpağa tapşırılmışdır. Müsəlman qaydalarına görə qəbrinin itməsini vəsiyyət etmişdir.Seyid Həşimin Seyidə, Ayna, Əziz adlı üç qızı, Talıb, Qayıb, Talıb adlı üç oğlu olmuşdur.
Həşim Arslanov
Həşim Arslanov (özb. Hoshim Arslonov; 1 avqust 1956, Nəməngan – 29 may 2020, Daşkənd) — Özbəkistan teatr və kino aktyoru, Özbəkistan Respublikasının Əməkdar artisti. == Həyatı == Həşim Arslanov 1 avqust 1956-cı ildə Nəməngan vilayətinin Çust şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Ostrovski adına Daşkənd Dövlət Teatr İnstitutuna daxil olmuş və 1977-ci ildə oranı bitirmişdir. 1977-2017-ci illərdə Özbəkistan Milli Akademik Dram Teatrının aktyoru kimi çalışmışdır. Həşim Arslanov dublyaj sahəsində uzun müddət uğurla fəaliyyət göstərmişdir. Yaradıcılığı boyu 1000-dən artıq film və seriala özünəməxsus səsi ilə özbək dilində həyat verib. Onun səsi "Karib dənizinin quldurları", "Harri Potter", "Üzüklərin hökmdarı" kimi dünyaşöhrətli filmlər üçün məxsusi hesab olunurdu. Həşim Arslanov "İçəridə" serialındakı Cəlal Duman obrazını böyük ustalıqla səsləndirmişdir və onun səsi olmadan bu rolu təsəvvür etmək mümkün deyildi. Həşim Arslanov 29 may 2020-ci ildə Daşkənddə vəfat etmişdir.
Həşim Əliyev
Haşım (Həşim) Bədəl oğlu Əliyev (1892, Bakı – 5 sentyabr 1919, Bakı) — Azərbaycan bolşevik inqilabçısı, "Hümmət" təşkilatının fəal nümayəndəsi. == Həyatı == Haşım Bədəl oğlu Əliyev 1892-ci ildə Bakıda anadan olmuşdur. İlk təhsilini Bakı real məktəbində almışdır. Gənc yaşlarından inqilabi fəaliyyə başlamış, 1915-ci ildə bolşeviklər partiyasına daxil olmuşdur. 1917-ci ilin sentyabr ayında keçirilmiş ümumi siyasi tətilin hazırlanmasında və təşkilində yaxından iştirak etmişdir. 1917-ci ildə bolşevik "Hümmət" təşkilatının tapşırığı ilə Tağıyev fabrikinin (sonralar V. İ. Lenin adına kombinatın) fəhlələri arasında inqilabi iş aparmışdır.Haşım Əliyev "Hümmət" təşkilatının 1918-ci ilin yanvar ayında keçirilən ümumi yığıncağında təbliğatçılar qrupunun üzvü təsdiq olunmuş, "Hümmət" qəzetinin nəşr edilməsi və yayılmasında fəal iştirak etmişdir. Həmin ilin yazında Bakı Xalq Komissarları Sovetinin tapşılığı ilə Bakı və Gəncə qəzalarında bolşeviklərin kəndli deputatları sovetlərini yaratmasına kömək etmiş, onların Bakı proletarları ilə ittifaqının möhkəmləndirməsi istiqamətində təbliğat işləri aparmışdır.Haşım Əliyev 1918-ci ilin axırlarında "Hümmət" təşkilatının gizli fəaliyyətində yaxından iştirak etmiş, Bakıda Mərkəzi Fəhlə Konfransı sədrinin müavini seçilmişdir. O, 1918-ci ilin dekabrdakı siyasi və 1919-cu ilin mayındakı ümumi tətillərinin fəal iştirakçısı olmuşdur. 1919-cu ilin avqust ayında bolşevik "Hümmət" təşkilatının konfrasında iştirak etmiş və Mərkəzi Komitənin üzvü seçilmişdir. === Ölümü === 1919-cu il sentyabrın 5-də Haşım Əliyev, Levan Qoqoberidze və Mir Fəttah Musəvi hazırkı Fəvvarələr meydanı ərazisində mövcud olmuş "Yeni işıq" (rus.
This Is the Night
This Is the Night (azərb. Bu gecə həmin gecə‎) – Maltanı 2012 Avroviziya Mahnı Müsabiqəsində təmsil edən Kurt Kalleyanın müsabiqədə ifa etdiyi mahnı.
This War of Mine
This War of Mine (azərb. Bu, mənim muharibəmdir‎) — 11 bits studios tərəfindən hazırlanan və nəşr olunan müharibədən sonra həyatda qalma videooyunudur. Oyun Bosniya müharibəsi əsnasında 1992-1996-cı illər arasında baş verən Sarayevo müharisəsindən ilham alıb. Oyun cəbhədə döyüşən əsgərlərdən yox, müharibədən zərər çəkən xalq haqqındadır. Xarakterlər, gündəlik təhlükələrdən xilas olmaq üçün bir çox çətin qərarlar vermək məcburiyyətindədirlər. Oyunda verilən qərarlara bağlı olaraq, hər bir xarakter üçün müxtəlif sonluqlar var. "This War of Mine" 2014-cü ilin noyabr ayında Microsoft Windows, OS X və Linux üçün satışa çıxarıldı. Android və IOS versiyaları 2015-ci il iyul ayının 14-də satışa çıxarıldı. PlayStation 4 və Xbox One versiyaları isə 2016-cı il yanvar ayının 29-da This War Of Mine: The Little Ones (azərb. Bu, mənim muharibəmdir: Balaca Olanlar‎) başlığı altında satışa çıxarıldı.
Həşim bəy Teymurxanov
Həşim bəy Teymurxan bəy oğlu Allahveysov-(1808-?), Qarabağ atlı alayının vəkili, mülkədar == Həyatı == Həşim bəy Teymurxan bəy oğlu 1808-ci ildə Kolanı mahalının I Gərravənd obasında dünyanı tanımışdı. Molla yanında oxmuşdu. Şərq dillərini və rus dilini öyrənmişdi. Çar ordusunda xidmət еtmişdi. Qarabağ atlı alayının vəkili idi. Praporşik hərbi rütbəsi vardı. == Ailəsi == Həşim bəyin törəmələri Həşimbəyov soyadını daşıyırdılar. Həşim bəyin Qəhrəman bəy, Hüsеyn bəy, Məhəmməd bəy, Həsən bəy, Qasım bəy və Əli bəy adlı oğlanları vardı.
This Is Me (Kila Setl mahnısı)
This Is Me (azərb. Bu mənəm‎) — ABŞ müğənni və bəstəkarı Kila Setl tərəfindən ifa edilmiş mahnıdır. Mahnı "Atlantic Records" tərəfindən 26 oktyabr 2017-ci ildə "The Greatest Showman: Original Motion Picture Soundtrack" albomundan sinql kimi çıxarılmışdır.
Waka Waka (This Time for Africa)
I've Been Waiting for This Night
I've Been Waiting for This Night (azərb. Mən bu gecəni gözləyirdim‎) — Litvanın 2016 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.Donni Montell "I've Been Waiting for This Night" mahnısı ilə Litvanı İsveçin paytaxtı Stokholm şəhərində keçirilən Avroviziya 2016-da təmsil etmişdir. Mahnı İsveç bəstəkarları Conas Tander və Beatris Robertsson tərəfindən bəstələnmişdir.
KonoSuba: God's Blessing on This Wonderful World!
KonoSuba: God's Blessing on this Wonderful World! (azərb. KonoSuba: Tanrının bu möhtəşəm dünyaya lütfü!‎), Yaponiyada tanınan adı ilə Kono Subarashii Sekai ni Shukufuku wo! (この素晴らしい世界に祝福を!, Kono Subarashii Sekai ni Shukufuku wo!, azərb. Bu möhtəşəm dünyaya xeyir-dua ver!‎) və ya qısaca KonoSuba — Natsume Akatsuki tərəfindən yaradılmış və yazılmış komediya roman seriyası. Roman seriyası Kazuma Sato adlı oğlanın öldükdən sonra fentezi dünyasına düşməsindən, bu dünyada bir ilahə, bir sehrbaz və bir səlibçi ilə ittifaq yaradıb bədheybətlərə qarşı döyüşməsindən bəhs edir. Əsər ilk öncə veb-roman şəklində 2012-ci ilin dekabrından 2013-cü ilin oktyabrına qədər Shōsetsuka ni Narō veb-roman saytında yayımlanmışdır. Veb-roman daha sonra Kurone Mişimanın rəssamlığı ilə ranobe şəklinə salınmış və 2013-cü ilin oktyabrında Kadokawa Shoten nəşriyyatının Kadokawa Sneaker Bunko imprinti altında nəşr olunmağa başlamışdır. Masahito Vatanarinin rəssamlığı ilə hazırlanan manqa adaptasiyası Fujimi Shobo nəşriyyatının "Monthly Dragon Age" jurnalında 2014-cü ilin oktyabrından nəşr olunur. 2015-ci ilin martında HobiRecords tərəfindən Drama CD buraxılmışdır.
This Town Ain't Big Enough for Both of Us
This Town Ain't Big Enough for Both of Us (azərb. Bizim üçün bu şəhər kifayət qədər böyük deyil‎)— amerikalı Sparks rok-qrupun "Kimono My House" albomunun birinci mahnısıdır. 1974-ci ilin martında ("Barbecutie" ilə o biri tərəfində) sinql kimi buraxılmışdır. O, "UK Singles Chart"- da #2 (#5 — Hollandiya, #12 — Almaniya) yerə qalxmışdı və tarixdə qalan "öz dövrun ən orijinal sinqllardan biri" ləqəbi almışdı (Deyv Tompson, Allmusic).