HƏSRƏT
HƏTƏM
OBASTAN VİKİ
Həşim Kəlbiyev
Həşim Adil oğlu Kəlbiyev — tarixçi-etnoqraf, Lənkəran Dövlət Universitetinin qurucularından biri. == Həyatı == Həşim Adil oğlu Kəlbiyev 1957-ci il aprel ayının 18-də Lənkəran rayonunun Şilavar kəndində anadan olmuşdur. 1968-ci ildə Şilavar kənd ibtidai məktəbini, 1974-cü ildə Lənkəran şəhər 5 saylı orta məktəbini bitirmiş, 1975-77-ci illərdə SSRİ Dövlət Daxili Qüvvələrində xidmət etmişdir. 1983-cü ildə Azərbaycan Pedaqoji İnstitutunun Tarix fakültəsini bitirmişdir. == Elmi-pedaqoji fəaliyyəti == Lənkəran şəhər məktəblərində müəllim və direktor müavini işləmişdir. 1992-ci ildən Lənkəran Dövlət Universitetində işləməyə başlamış və universitetin tədris sisteminin ilk qurucularından biri olmuşdur. Dövrü mətbuatda, elmi jurnallarda “Lənkəran bölgəsində məskənsalma”, “Lənkəranın ənənəvi evləri”, “Lənkəran bölgəsində ilk insan izi”, “Bəlləbur Bəzzdir”, “Lənkəran-Astara bölgəsinin ənənəvi düyü yeməkləri”, “Lənkəran bölgəsində qədim dini ayinlərin qalıqlarına dair”, “Talışların ailə məişətinin bəzi xüsusiyyətlərinə dair”, “Talışların həsirçilik sənəti və əhalinin məişətində onun yeri” və s. məqalələri, “Şilavar (Şilvo) haqqında tarixi etnoqrafik oçerklər”, “Talışların maddi və mənəvi mədəniyyət dəyərləri”, “Sənətkar ömrü”, “Ərəb müəllifləri Talış haqqında”, “Kadusilərin (qədim talışların) Azərbaycan tarixində yeri”, “Azərbaycanın Cənub-Şərq bölgəsi əhalisinin etnoqrafik xüsusiyyətləri” adlı altı kitabın və “Ali məktəb kuratoru işinə dair vəsait” adlı metodiki tədris vəsaitinin müəllifidir. == Əsərləri == 6 monoqrafiyanın, Azərbaycan, rus və türk dillərində olmaqla 40-a qədər elmi məqalənin, iki tədris metodiki vəsaitinin müəllifidir. === Monoqrafiya və kitabları === Şilavar{Şilvo} haqqında tarixi-etnoqrafik oçerklər.
Həşim Qadoyev
Aktyor. == Həyatı == Həşim Qadoyev 10 may 1937-ci ildə Tacikistanın Küləb şəhərində anadan olub. GİTİS-də aktyorluq fakültəsində (1960) və ali rejissorluq kurslarında (1965) təhsil alıb. 1961-ci ildən Tacikistan Akademik Teatrının aktyor və rejissorudur. 1963-cü ildən filmlərdə çəkilir. Tacikistan və SSRİ xalq artistidir. == Filmoqrafiya == Dədə Qorqud (film, 1975) Əzablı yollar (film, 1982) Qara gölün cəngavərləri (film, 1984) Ənvər Həsənov.
Həşim Rəhman
Həşim Şərif Rəhman — ABŞ-lı peşəkar boksçu. "The Rock" yəni "Qaya" mənasını verən ləqəblə də məşhurdur. Ağır çəkidə WBC, IBO & IBF üzrə titulların sahibi. Toplam 62 döyüşün 50-sini qalib, 9-unu məğlub, 2-sini isə bərabərliklə keçirib. Qalib olduğu döyüşlərin 40-ı nokautla qeydə alınıb. 2001-ci ildə Lennox Lewisi 5-ci raundda etdiyi nokaut da bu siyahıya daxildir.
Həşim bəy Teymurxanov
Həşim bəy Teymurxan bəy oğlu Allahveysov-(1808-?), Qarabağ atlı alayının vəkili, mülkədar == Həyatı == Həşim bəy Teymurxan bəy oğlu 1808-ci ildə Kolanı mahalının I Gərravənd obasında dünyanı tanımışdı. Molla yanında oxmuşdu. Şərq dillərini və rus dilini öyrənmişdi. Çar ordusunda xidmət еtmişdi. Qarabağ atlı alayının vəkili idi. Praporşik hərbi rütbəsi vardı. == Ailəsi == Həşim bəyin törəmələri Həşimbəyov soyadını daşıyırdılar. Həşim bəyin Qəhrəman bəy, Hüsеyn bəy, Məhəmməd bəy, Həsən bəy, Qasım bəy və Əli bəy adlı oğlanları vardı.
Seyid Həşim
Seyid Həşim — XIX əsr və XX əsrin əvvəllərində seyid kimi tanınmış biri. == Həyatı == Seyid Həşim Seyid Qara Məhəmməd oğlu təxminən 1858-ci ildə Şuşa şəhərində anadan olmuşdur. Seyid Həşim yeniyetmə yaşda olarkən atası Seyid Qara Məhəmməd dünyasını dəyişmişdir. Seyid Həşim atasının ölümündən çox illər sonra Kərbəlaya ziyarətə getmiş və oranın Şeyxi ilə görüşmüşdür. Kərbəladakı Şeyx Seyid Qara Məhəmmədin paltarını eləcə də səfər zamanı əlində tutduğu əsaya sancılan tünd rəngli saçağı ona təqdim etmişdir. Şeyx Seyid Qara Məhəmmədin məzarına yığılmış nəzirləri özü ilə aparmağı təklif etsə də, Seyid Həşim bundan imtina etmiş, nəzirlərin yoxsullara, kimsəsizlərə, xəstələrə paylanmasını istəmişdir.Seyid Həşim Seyidli kəndinin, Qazılı soyunun adlı-sanlı bəyi Məhəmmədalı bəyin (1828–1873) kiçik qızı Mələk xanımla (…– 1941) ailə həyatı qurmuşdur.Sovet Rusiyasının hərbi müdaxiləsi nəticəsində Azərbaycan müstəqilliyini itirdikdən sonra ölkədə kütləvi repressiyalar aparıldı, neçə-neçə dəyərli insanlar incidildi, təqib edildi. Hər zaman tutulmaq təhlükəsi ilə yaşayan dəyərli insanlar sırasında Seyid Həşim də var idi. O, 1931-ci ilin mart ayının əvvəllərində dünyasını dəyişmişdir. Öz istəyi ilə Ağdamın "Qarağaacı" qəbirstanlığında torpağa tapşırılmışdır. Müsəlman qaydalarına görə qəbrinin itməsini vəsiyyət etmişdir.Seyid Həşimin Seyidə, Ayna, Əziz adlı üç qızı, Talıb, Qayıb, Talıb adlı üç oğlu olmuşdur.
Həşim Arslanov
Həşim Arslanov (özb. Hoshim Arslonov; 1 avqust 1956, Nəməngan – 29 may 2020, Daşkənd) — Özbəkistan teatr və kino aktyoru, Özbəkistan Respublikasının Əməkdar artisti. == Həyatı == Həşim Arslanov 1 avqust 1956-cı ildə Nəməngan vilayətinin Çust şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Ostrovski adına Daşkənd Dövlət Teatr İnstitutuna daxil olmuş və 1977-ci ildə oranı bitirmişdir. 1977-2017-ci illərdə Özbəkistan Milli Akademik Dram Teatrının aktyoru kimi çalışmışdır. Həşim Arslanov dublyaj sahəsində uzun müddət uğurla fəaliyyət göstərmişdir. Yaradıcılığı boyu 1000-dən artıq film və seriala özünəməxsus səsi ilə özbək dilində həyat verib. Onun səsi "Karib dənizinin quldurları", "Harri Potter", "Üzüklərin hökmdarı" kimi dünyaşöhrətli filmlər üçün məxsusi hesab olunurdu. Həşim Arslanov "İçəridə" serialındakı Cəlal Duman obrazını böyük ustalıqla səsləndirmişdir və onun səsi olmadan bu rolu təsəvvür etmək mümkün deyildi. Həşim Arslanov 29 may 2020-ci ildə Daşkənddə vəfat etmişdir.
Həşim Əliyev
Haşım (Həşim) Bədəl oğlu Əliyev (1892, Bakı – 5 sentyabr 1919, Bakı) — Azərbaycan bolşevik inqilabçısı, "Hümmət" təşkilatının fəal nümayəndəsi. == Həyatı == Haşım Bədəl oğlu Əliyev 1892-ci ildə Bakıda anadan olmuşdur. İlk təhsilini Bakı real məktəbində almışdır. Gənc yaşlarından inqilabi fəaliyyə başlamış, 1915-ci ildə bolşeviklər partiyasına daxil olmuşdur. 1917-ci ilin sentyabr ayında keçirilmiş ümumi siyasi tətilin hazırlanmasında və təşkilində yaxından iştirak etmişdir. 1917-ci ildə bolşevik "Hümmət" təşkilatının tapşırığı ilə Tağıyev fabrikinin (sonralar V. İ. Lenin adına kombinatın) fəhlələri arasında inqilabi iş aparmışdır.Haşım Əliyev "Hümmət" təşkilatının 1918-ci ilin yanvar ayında keçirilən ümumi yığıncağında təbliğatçılar qrupunun üzvü təsdiq olunmuş, "Hümmət" qəzetinin nəşr edilməsi və yayılmasında fəal iştirak etmişdir. Həmin ilin yazında Bakı Xalq Komissarları Sovetinin tapşılığı ilə Bakı və Gəncə qəzalarında bolşeviklərin kəndli deputatları sovetlərini yaratmasına kömək etmiş, onların Bakı proletarları ilə ittifaqının möhkəmləndirməsi istiqamətində təbliğat işləri aparmışdır.Haşım Əliyev 1918-ci ilin axırlarında "Hümmət" təşkilatının gizli fəaliyyətində yaxından iştirak etmiş, Bakıda Mərkəzi Fəhlə Konfransı sədrinin müavini seçilmişdir. O, 1918-ci ilin dekabrdakı siyasi və 1919-cu ilin mayındakı ümumi tətillərinin fəal iştirakçısı olmuşdur. 1919-cu ilin avqust ayında bolşevik "Hümmət" təşkilatının konfrasında iştirak etmiş və Mərkəzi Komitənin üzvü seçilmişdir. === Ölümü === 1919-cu il sentyabrın 5-də Haşım Əliyev, Levan Qoqoberidze və Mir Fəttah Musəvi hazırkı Fəvvarələr meydanı ərazisində mövcud olmuş "Yeni işıq" (rus.
Abdulla Həşimov
Abdulla Abiddin oğlu Həşimov (14 aprel 1930, Qax rayonu – 8 aprel 1992) — kənd təsərrüfatı elmləri namizədi. == Həyatı == Abdulla Həşimov 14 aprel 1930-cu ildə Qax rayonunun İlisu kəndində anadan olmuşdur. 1946-cı ildə İlisu kənd orta məktəbini bitirmişdir. 1951-ci ildə Gəncədə Azərbaycan Kənd Təsərrüfatı İnstitunun Zootexniya fakültəsindəki təhsilini əla qiymətlərlə başa çatdırmışdır, 1954-cü ildə SSRİ-də, Moskva şəhərində Ümumittifaq Elmi-Tədqiqat Yemçilik və Yemləmə Texnologiyası İnstitunun aspitanturasını bitirmiş və 1955-ci ildə müdafiə edərək elmlər namizədi alimlik dərəcəsini almışdır. 9 aprel 1992-ci ildə Qax rayonunda məzuniyyətdə olarkən vəfat etmişdir. 4 övladı, 5 nəvəsi var. Sənətşünaslıq üzrə fəlsəfə doktoru, rəssam Aynurə Həşimovanın atasıdı. == Fəaliyyəti == Təhsil aldığı institutun təyinatı ilə 1951–1955-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Torpaqşünaslıq Və Aqrokimya institutunda işləmişdir. 1955–1961-ci illərdə Gəncədə Azərbaycan Elmi-Tədqiqat Heyvandarlıq İnstitutunda böyük elmi işçi vəzifəsi tutmuşdur. 1961–1962-ci illərdə Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirinin müavini işləmişdir.
Arif Həşimov
Arif Məmməd oğlu Həşimov (28 sentyabr 1949, Şahbuz) — texnika elmlər doktoru, akademik, "Azərenerji" ASC-nin prezidentin müşaviri və LAYİHƏ-AXTARIŞ ENERGETİKA İnstitutunun direktoru, AMEA Fizika İnstitutunun "Yüksək gərginliklərin fizikası və texnikası" laboratoriyasının rəhbəridir. Əməkdar Elm Xadimi (2005), AMEA-nın həqiqi üzvü (2007) AMEA Fizika İnstitutunun baş direktoru (22.01.2021). 19 fevral 2022 etibarən AMEA-nın prezident vəzifəsinin icraçisi. == Həyatı == Arif Həşimov 28 sentyabr 1949-cu ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz şəhərindən müəllim ailəsində anadan olmuşdur. 1966-cı ildə Azərbaycan Neft və Kimya İnstitutunun Energetika fakültəsinə daxil olmuş, 1971-ci ildə institutu bitirdikdən sonra AMEA Fizika İnstitutunun "Elektrofizika" laboratoriyasında işləməyə başlamışdır. Hazırda laboratoriya "Yüksək gərginliklərin fizikası və texnikası" adlanır və A.M.Həşimov onun rəhbəridir. O, 1980-ci ildə namizədlik, 1993-cü ildə isə doktorluq dissertasiyasını müdafıə etmişdir. Akademik Ç.M.Cuvarlı tərəfindən yaradılmış Azərbaycan yüksək gərginliklər fizikası və texnikası elmi məktəbi A.M.Həşimov tərəfindən əhəmiyyətli dərəcədə inkişaf etdirilmişdir. A.M.Həşimovun iştirakı ilə yerinə yetirilmiş tədqiqatların nəticələri dəfələrlə SSRİ və Azərbaycan Elmlər Akademiyasının elmi hesabatlarına çox əhəmiyyətli nəticələr kimi daxil edilmişdir. O, 2002-ci ildə AMEA-nın Fizika İnstitutunun direktoru vəzifəsinə seçilmiş və bu vəzifəni 01.06.2009-cu ilə qədər icra etmişdir.
Aynurə Həşimova
Aynurə Abdulla qızı Həşimova — Azərbaycan Rəssamlar İttifaqının üzvü, Təsviri Sənət Qalereyasının müdiri, Sənətşünaslıq üzrə fəlsəfə doktoru (2015). == Həyatı == Həşimova Aynurə Abdulla qızı 29 iyul 1979-cu ildə Bakı şəhərində anadan olub. 1993–1997-ci illərdə Əzim Əzimzadə adına Rəssamlıq Texnikumunu bitirib. 1998–2002-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının bakalavr pilləsini bitirib. 2002–2005-ci illərdə həmin Akademiyada magistr təhsili alıbdır. 2006-cı ildə Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun dissertantı olaraq "Dizayn tərkibli təsviri incəsənət məşğələlərində uşaqların təfəkkürünün və qabiliyyətlərinin inkişafı imkanları" mövzusunda dissertasiya müdafiə edərək sənətşünaslıq üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır. 2001-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Fərdi sərgiləri keçirilib, dövlət tədbirlərinin yüksək səviyyədə təşkilinə görə dəfələrlə fəxri fərmanlarla , diplomlarla , təşəkkürnamələrlə təltif edilibdir. 2007-ci ilədə Bakı Şəhər Təhsil İdarəsinin fəxrə fərmanı ilə təltif edilib. 2006-cı il 10 may Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyətinin təşəkkürnaməsi ilə təltif edilib.
Azər Həşimov
Azər Həşimov (d. 6.11.1984, Mingəçevir, Azərbaycan SSR, SSRİ) — Azərbaycan futbolçusu. Karvan futbol klubunun yarımmüdafiəçisidir. == Həyatı == Azər Həşimov ilk dəfə 11 yaşında Mingəçevirin uşaq futbol məktəbində futbolla məşğul olmağa başlamışdır. İlk məşqçisi Elbrus İsmayılov olmuşdur. 5 il bu məktəbdə futbolun sirrlərini öyrənən Azər, 2003-2004cü illərdə Azərbaycan Milli Ordusu sıralarında hərbi xidmət keçmişdir. Evlidir. 2 övladı var == Karyerası == 1999-cu ildə, Həvəskarlar Liqasında çıxış edən Mingəçevirin "Ulduz" komandasında futbol oynamağa başlamışdır. 3 il bu klubda keçirdikdən sonra hərbi xidmətə çağırılmış, və bu müddət ərzində Bakının "Ədliyyə" klubunda çıxış etmişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra, Birinci dəstədə çıxış edən Mingəçevirin "Energetik" klubuna keçmişdir.
Bala Həşimxanlı
Bala Həşimxanlı — Azərbaycan Respublikasının Sabirabad rayonunun Moranlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Sabirabad rayonunun Moranlı kənd inzibati ərazi dairəsi tərkibindəki Bala Haşımxanlı kəndi Bala Həşimxanlı kəndi adlandırılmışdır. == Toponimikası == Etnotoponimdir. "Kiçik Haşımxanlı kəndi" deməkdir. Yaşayış məntəqəsi XIX əsrin ortalarında Haşımxanlı (indiki Böyük Haşımxanlı) kəndindən çıxmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Muğan düzündə yerləşir. == Əhalisi == == İqtisadiyyatı == Əsasən kənd təsərrüfatına əsaslanır. Kənddə pambıq və heyvan yemi- yonca, eyni zamanda Sabirabada xarakter olan bostan məhsulları becərilir. == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.
Bilqeyis Həşimzadə
Bilqeyis Əhməd qızı Həşimzadə (1900, Nuxa – fevral 1961, Bakı) — ilk azərbaycanlı hüquqşünas qadın. == Həyatı == Bilqeyis Həşimzadə 1900-cü ildə Şəkidə, fəhlə ailəsində doğulub. Bilqeyis iki yaşında olarkən atası rəhmətə getmişdir. O, Şəki 2 №-li ipək fabrikində fəhlə işləyən əmisi Lüti Həsən oğlunun himayəsində qalmışdir. Ailədə maddi vəziyyətin ağır olması ilə əlaqədar əmisi 7 yaşlı Bilgeyisi Şəkinin tanınmış bəylərindən olan Rzaqulu bəyin evinə qulluqçu verir. O zaman Rzaqulu bəy evinin yuxari mərtəbəsində qizlar üçün məktəb təşkil etmişdi. Həmin məktəbdə Nəriman Nərimanovun bacisi qızı Nabat Nərimanova dərs deyirdi. Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, Nabat xanım inqilabdan qabaq Şəkidə, Bakıda qız məktəblərində dərs demişdir. "Dəbistan", "İşıq" və s. məcmuələrdə maarifə dair yazılarla çıxış etmişdir.
Bəxtiyar Həşimov
Bəxtiyar Əjdər oğlu Həşimov (iyul 1975, Həsənli, Sabirabad rayonu – 3 fevral 1994, Füzuli rayonu) — şəhid. == Həyatı == Bəxtiyar Həşimov 1975-ci ilin iyul ayında Sabirabad rayonunun Həsənalı kəndində anadan olub. 1982-1992-ci illərdə Balvar kənd tam orta məktəbində oxumuşdu. === Ailəsi === Subay idi. Ailənin ilk övladı idi. == Hərbi xidməti == 1993 cü ilin iyul ayının 20-də Hərbi komisarlığ tərəfindən həqiqi hərbi xidmətə çağrılmışdır. 1993-1994-cü illərdə Bəxtiyar müxtəlif döyüş bölgələrində xidmət etmişdir. Döyüş dostlarının dediyinə görə Bəxtiyar çox çəsur döyüşçü idi. Bütün döyüş əməliyyatlarında həmişə öndə getmişdir. 1994-cü ilin fevralın 3-də Füzuli rayonu bölgəsində gedən qızğın döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.
Cabbar Həşimov
Həşimov Cabbar Seyid Həşim oğlu — Azərbaycan pedaqoqu, Azərbaycan SSR Əməkdar Müəllimi. == Həyatı == Cabbar Həşimov 1898-ci ildə Cəbrayıl qəzasının Aybasanlı оbasında dünyaya göz açmışdı. Оrta məktəbi bitirdikdən sоnra Azərbaycan Pedaqoji İnstitutuna daxil оlmuşdu. İnstitutu tamamlayandan sоnra Qaryagin (Füzuli) rayоnunun Aybasanlı kəndində müəllim kimi fəaliyyətə başlamışdı. Rayоnun bir çоx məktəblərində məktəb dirеktоru vəzifəsində çalışmışdı. == Ailəsi == Cabbar Həşimov Gövhər xanımla ailə qurmuşdu. Nuru, Arif, Vaqif adlı оğulları, Еlmira, Еlminaz adlı qızları var. == Mükafatları == Cabbar Həşimov "Lеnin", "Qırmızı Əmək Bayrağı" оrdеnləri ilə təltif оlunmuşdu, Əməkdar Müəllim adına layiq görülmüşdü. == Mənbə == Ənvər Çingizoğlu, Qarabağda maarif, Bakı: Zərdabi LTD, 2013, 288 səh.
Cəmil Həşimli
Cəmil Əflatun oğlu Həşimli (11 avqust 1995, Kürdəmir – 5 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Cəmil Həşimli 1995-ci il avqustun 11-də Kürdəmir şəhərində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan Cəmil Həşimli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Cəmil Həşimli oktyabrın 5-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəmil Həşimli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəmil Həşimli ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəmil Həşimli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəmil Həşimli ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Elmira Həşimzadə
Elmira Həşimzadə — azərbaycanlı aktrisa. == Həyatı == Elmira Haşımzadə 23 sentyabr 1945-ci ildə Xaçmazda anadan olub. Sumqayıt Kimya və Texnologiya Texnikumunda (1971), M.A.Əliyev adına ADİİ-da təhsil alıb (1971-1976).
Elçin Həşimov
Elçin Həşimov (Elçin Ləzgi oğlu Həşimov; 5 sentyabr 1973, Bakı, Azərbaycan SSR) — Azərbaycan tarzəni, Azərbaycan Respublikasının əməkdar artisti (2007), Azərbaycan Respublikasının xalq artisti (2020). == Həyat və Yaradıcılığı == Elçin Həşimov 5 sentyabr 1973-cü ildə Bakıda anadan olub. Əslən Füzuli rayonunun Əhmədbəyli kəndindən olan Elçin Həşimov, Qara Qarayev adına 8 nömrəli musiqi məktəbində ilk musiqi təhsilini alıb. 1988–1992-ci illərdə Asəf Zeynallı adına musiqi texnikomunu fərqlənmə diplomu ilə bitirmişdir. 1992–1997-ci illərdə Bakı Musiqi Akademiyasında “tar” ixtisası üzrə məzun olub, hazırda Azərbaycan Milli Konservatoriyasının dosentidir, eyni zamanda Musiqi Kollecində Tar ixtisası üzrə muğam fənnindən tədris edir. 1999-cu ildən etibarən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının orkestr solistidir. Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" milli tamaşasında muğam solo partiyasını ifa edərək İstanbulda, Parisdə UNESCO-nun səhnəsində Qətər Respublikası, İsveçrədə, Tacikistanda və dünyanın digər ölkələrində bu tamaşa ilə çıxış etmişdir. Eyni zamanda Vasif Adıgözəlovun Natavan operasında, Şəfiqə Axundovanın Gəlin Qayası operasında,Tomris baletində, Üzeyr Hacıbəyovun O olmasın bu olsun operettasında ifa etmişdir. Strasburqda Azərbaycanın Avropa Şurasına qəbulu zamanı təmsil etmişdir. 2001-ci ildə Vaşinqtonda “Silkway” festivalında, 2002-cü ildə bütün dünya musiqiçiləri ilə birlikdə “Atlas Ensemble” orkestrində çıxış etmişdir.
Elşən Həşimov
Həşimov Elşən Qiyas oğlu (Lənkəran rayonu) — milli təhlükəsizlik və hərbi elmlər doktoru (2019), professor (2017). == Həyatı == Həşimov Elşən Qiyas oğlu 2 noyabr 1970-ci il tarixində Lənkəran rayonunun Boladı kəndində anadan olmuşdur. 1994–1995-ci illərdə Ukraynanın Nikolayev vilayətinin Pervomaysk şəhərində 16613 saylı hərbi hissədə heyət rəisi vəzifəsində xidmət etmişdir. 1995–1998-ci illərdə Xarkov Hərbi Universitetinin əyani adyunkturasında təhsil almaqla xidmətini davam etdirmişdir. 1998–1999-cu illərdə Xarkov Hərbi Universitetinin "Raket silahları və texnoloji qurğular" kafedrasında "assistent" vəzifəsində, 1999–2000-ci illərdə "müəllim" vəzifəsində xidmət etmişdir. 12.01.2000-ci il tarixindən öz xahişimlə Ukrayna Silahlı Qüvvələrindən tərxis olunmuşdur. 2000–2002-ci illərdə Azərbaycan Ali Hərbi Məktəbinin Hava hücumundan müdafiə kafedrasının müəllimi, 2003–2007-ci illərdə Mexanika kafedrası rəisinin müavini vəzifələrində xidmət etmişdir. 2007–2013-cü illərdə Mexanika kafedrasının rəisi vəzifəsini icra etmişdir. 2014-cü ildə Silahlı Qüvvələrin Hərbi Akademiyasının Elm və Adyunktura şöbəsinin dosenti, Elm və Adyunktura şöbəsinin rəisi vəzifələrində. 2015–2020-ci illərdə Silahlı Qüvvələrin Hərbi Akademiyasının Adyunktura və Elm şöbəsinin rəisi-professor vəzifəsində xidmət etmişdir.
Famil Həşimov
Həşimov Famil İsfəndiyar oğlu (31 dekabr 1935, Əyin, Qubadlı rayonu, Azərbaycan SSR, SSRİ – 31 dekabr 1991, Azərbaycan) — "Avanqard" qəzetinin redaktoru, Qubadlı rayon Partiya Komitəsinin katibi, Qubadlı rayon Aqrokombinatının Baş direktoru. == Həyatı == Famil Həşimov 31 dekabr 1935-ci ildə Qubadlı rayonunun Əyin kəndində anadan olmuşdur. 1942-ci ildə Əyin kənd natamam orta məktəbinə qədəm qoymuş, sonra təhsilini Qubadlı qəsəbə orta məktəbində davam etdirmiş və 1954-cü ildə orta məktəbi bitirmişdir.1955-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki BDU) İqtisadiyyat fakültəsinə daxil olmuşdur. Tələbəlik illərində yaxın qohumu Azərbaycanın xalq yazıçısı Süleyman Rəhimovun evində qalmışdır. Yazıçının evində qalması, onunla yaxından təmasda olması Famil Həşimovun sonrakı həyat və yaradıcılığına öz əhəmiyyətli təsirini göstərmişdir.1960-cı ildə Famil Həşimov ali təhsilini başa vuraraq Qubadlı rayonuna qayıdır. Həmin ildə Qubadlı Rayon Xalq Deputataları Sovetinin orqanı olan "Avanqard" qəzetində məsul katib kimi işə başlayır. 1962–1963-cü illərdə Cəbrayıl rayon Kolxoz-sovzox idarəsində təşkilatçı müfəttiş, 1963–1964-cü illərdə Zəngilan istehsalat idarəsində təşkilatçı müfəttiş, 1964-cü ildən 1966-cı ilə kimi Qubadlı Rayon Kənd Təsərrüfatı idarəsində iqtisadçı vəzifəsində işləmişdir. Harada işləmsəindən asılı olmayaraq vaxtaşırı yerli mətbuatda və respublikada dərc olunan qəzet və jurnallarda müxtəlif mövzülarda məqalələr dərc etdirmişdir.Jurnalistlik istedadı və qabiliyyəti F.Həşimovu yenidən ilk iş yeri olan "Avanqard" qəzetinə gətirdi. 1966-cı ildən 1979-cu ilə kimi – 13 il fasiləsiz olaraq "Avanqard" qəzetində redaktor vəzifəsində işlədi. O, bu müddət ərzində qəzetin yüksək ideya-siyasi səviyyədə çıxmasına nail olmaqla bərabər, gənc jurnalist kadrlarının yetişməsində də böyük səy göstərmişdir.
Fikrət Həşimov
Fikrət Həşimov (1948, Şahbuz – 8 fevral 2022) — Azərbaycan Respublikasının əməkdar rəssamı, professor. == Həyatı == 1948-ci ildə Azərbaycanın Şahbuz rayonunda anadan olub. 1968-ci ildə isə Əzim Əzimzadə adına rəssamlıq məktəbini bitirib. 1976-cı ildən Sankt-Peterburq şəhərində İ. Repin adına rəssamlıq akademiyasında təhsilini davam etdirib. 1978-ci ildə SSRİ Rəssamlar İttifaqının üzvü seçilib. Rəssam dəzgah boyakarlığı ilə məşğul olur. Əsərləri Rusiya, Polşa, Almaniya, Çexoslovakiya və İtaliyada nümayiş etdirilib. Müxtəlif əsərləri milli muzeylərdə və şəxsi kolleksiyalarda saxlanılır. Muzeylərində rəssamın “XX-əsrin arabası” əsəri nümayiş etdirilir. Moskva Dövlət Tretyakov Qalereyasında Azərbaycan mövzusunda "Bül-bül kimi ötərdik" və "Araz çayının mahnısı" adlı əsərləri saxlanmaqdadır.
Fərrux Həşimov
Fərrux Mirzəmməd oğlu Həşimov (24 mart 1988; Qubadlı rayonu, Azərbaycan — 1 noyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kapitan-leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Fərrux Həşimov 1988-ci il martın 24-də Qubadlı rayonunun Əliquluuşağı kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun Hərbi Dəniz Qüvvələrinin "Su Altı Hücum" (SAH) Xüsusi Təyinatlı Qüvvələrinin kapitan-leytenantı olan Fərrux Həşimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Qubadlının və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Fərrux Həşimov noyabrın 1-də Xocavənd rayonunun Qırmızı Bazar istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərrux Həşimov "Qarabağ" ordeni ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərrux Həşimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərrux Həşimov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərrux Həşimov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərrux Həşimov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərrux Həşimov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.Şəhid F.Həşimova məxsus materiallar ailəsi tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinin İkinci Qarabağ müharibəsi fonduna təhvil verilmişdir.
Hüseyn Həşimli
Hüseyn Məmməd oğlu Həşimli (25 avqust 1965, Teyvaz, Culfa rayonu – 20 iyun 2020, Naxçıvan) — filologiya üzrə elmlər doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycan Respublikasının Əməkdar elm xadimi. == Həyatı == Həşimli Hüseyn Məmməd oğlu 1965-ci il avqustun 25-də Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Teyvaz kəndində anadan olmuş, orta məktəbi həmin kənddə bitirmişdir. 1982–1986-cı illərdə Naxçıvan Dövlət Pedaqoji İnstitutunda Azərbaycan dili və ədəbiyyat ixtisası üzrə ali təhsil almış və oranı fərqlənmə diplomu ilə bitirmişdir. O, 1986–2019-cu illərdə Naxçıvan Dövlət Universitetində müəllim, baş müəllim, dekan müavini, tədris işləri üzrə prorektor vəzifələrində işləmiş, 2019-cu ildən ömrünün sonunadək Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsində çalışmışdır. Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü olan Hüseyn Həşimli geniş ədəbi və bədii yaradıcılıqla da məşğul olmuşdur. Hüseyn Həşimli 1998-ci ildə filologiya üzrə fəlsəfə doktoru, 2011-ci ildə isə filologiya üzrə elmlər doktoru elmi dərəcəsi, 2017-ci ildə professor elmi adı almışdır. Görkəmli alim zəngin elmi yaradıcılıqla pedaqoji fəaliyyəti uğurla əlaqələndirmiş, uzun illər Naxçıvan Dövlət Universitetində gənc kadrların hazırlanması işində böyük əmək sərf etmişdir. 30 kitabın, o cümlədən 350 elmi məqalənin müəllifi olan Hüseyn Həşimlinin çoxsaylı elmi əsərləri həm də beynəlxalq jurnallarda nəşr olunmuşdur. Onun elmin inkişafı sahəsindəki xidmətləri yüksək qiymətləndirilmiş, 2007-ci ildə "Azərbaycan Respublikasının əməkdar elm xadimi" fəxri adına layiq görülmüşdür. Hüseyn Həşimli elmi-pedaqoji fəaliyyəti ilə yanaşı, həm də ictimai-siyasi xadim kimi də xidmətlər göstərmiş, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin III, IV, V, VI çağırış deputatı, Ali Məclisin Sosial siyasət, elm, təhsil, idman və mədəniyyət məsələləri komitəsinin sədri olmuşdur.
Həşimabad (Urmiya)
Həşimabad (fars. هاشم اباد‎‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,024 nəfər yaşayır (184 ailə).
Həşimxanlı
Həşimxanlı (əvvəlki adı: Haşımxanlı) — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Sabirabad rayonunun Haşımxanlı kənd inzibati ərazi dairəsi tərkibindəki Haşımxanlı kəndi Həşimxanlı kəndi, Haşımxanlı kənd inzibati ərazi dairəsi Həşimxanlı kənd inzibati ərazi dairəsi adlandırılmışdır. == Din == Kənddə Həşimxanlı kənd məscidi dini icması fəaliyyət göstərir.
Həşimxanlı (dəqiqləşdirmə)
Həşimxanlı — Azərbaycan Respublikasının Sabirabad rayonunda kənd. Bala Həşimxanlı — Azərbaycan Respublikasının Sabirabad rayonunda kənd.
Həşimxanlı bələdiyyəsi
Sabirabad bələdiyyələri — Sabirabad rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Murad Həşimov
Murad Həşimov (3 iyun 1988, Şəki, Azərbaycan SSR) —azərbaycanlı aparıcı. == Həyat və karyerası == Murad Əhməd oğlu Həşimov 3 iyun 1988-ci ildə Şəki şəhərində anadan olub. İbtidai və orta təhsili Şəkidə 18 saylı məktəbdə alıb. 2008-ci ildə Azərbaycan Mədəniyyət və İncəsənət Universitini bakalavr diplomu ilə bitirib. Elə həmin ildən televiziya və radio sahəsində fəaliyyətə başlayıb. 2008-2009-cu illərdə "Kanal S" televiziyasında aparıcı işləyib. 2009-cu ildə Türkiyədə "Maltepe Universiteti"ndə televiziya sahəsində təhsil alıb. İstanbulun bir sıra televiziyalarında təcrübələr keçib. 2009-2010-cu illərdə bir müddət "TQDK"da məsləhətçi olaraq fəaliyyət göstərib. 2010-cu ildə "GRBS Şirkətlər Qrupu"nun PR manager-i və mətbuat katibi olub.
-ущ-(ий) боле́льщица вот тебе бо́г захлебну́ться макру́рус отслони́ть пропа́лываться пу́пчатый селёдочник брио́шь лугово́дство ма́ркер отзо́лка поно́шенность разлютова́ться ума́ять юнна́тка cayman deacon lader pleasance shut out whole-length невручение низкопоклонство