Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Thrash Metal
Treş-metal (ing. Thrash metal) — sürətli və ən ağır "metal" növüdür. "Thrash Metal"ın kökü 1970-ci illərin sonu 80-ci illərin əvvəllərindən, bəzi metal qruplarının hardkor və pank musiqisinin həddindən artıq sürətləndirməsi ilə, klassik metal melodiyalarının birləşməsindən gəlir. Bu tərzin daha da inkişaf edib tanınmasında Venom və Motorhead qruplarının böyük əməyi olmuşdur. Bəziləri 1981-ci ili, Thrash-ın yaranma ili kimi qəbul edir. Bəzilərinə görə isə bu, lap əvvəldən belədir. Black Sabbath-ın "Symptom of the Universe"-də (1975) ilk Tharsh riffi işlədilmişdir. "İnto The Void" və "Children Of The Grave"-i də (hər 2-si 1971) buna aid etmək olar. Speed Metal-ın qabaqcıllarından olan Judas Priest-ın 1978-ci ildəki "Stained Class" adlı işlərində də Thrash-ın izləri var idi. Qrupun bateristi Les Blink-in tempolu ritmi ilə, sürətli gitara rifflərinin birləşdiyi "Tyrant"-ın canlı performansı Thrash-a yaxın idi.