Apollonius (Tianalı)
Tianalı Apollonius (yun. Ἀπολλώνιος ὁ Τυανεύς, təxminən m. 1 – 98) — Roma filosofu, yeni pifaqorçular məktəbinin təmsilçisi. Dövrümüzə onun adına yazılan 97 məktubu gəlib çatmışdır.
== Həyat yolu və fəaliyyəti ==
Miladi III yüzillikdə yazıçı Lusius Flavius Filostratus Apolloniusun kimliyinə həsr olunmuş “Tianalı Apolloniusun həyatı” adlı bir roman yazmışdır. Bu roman hərəsində 40 fəsil olan 8 kitabdan ibarətdir. Orada Apolloniusun müxtəlif şəhərlərə səfərləri, onun krallarla, məmurlarla və müdriklərlə görüşləri, dini-fəlsəfi mülahizələri, möcüzələri, sehrbazlığı haqqında söhbət açılmışdır. Sonra o, Romaya qayıtdıqdan sonra imperator Nero tərəfindən təqib olunmuş, ancaq növbəti imperator Vespasianusun zamanında yüksək vəzifəyə yüksəlmişdir. İmperator Domisianusun dövründə isə o yenə də təqib olunmuş və möcüzə göstərərək hamının gözü qarşısında qeyb olmuşdur. Sonra Efesdə peyda olmuş, orada pifaqorçular məktəbini yaratmışdır.