Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Birləşdirilmiş Avropa Tokamakı
CET (JET; Birləşdirilmiş Avropa Tokamakı-ing. Joint Eurorean Torus) — tokamak tipli eksperimental qurğu. == Tarixi == Birlik ölkələri ilə Britaniyanın atom enerjisi üzrə idarəsinin laboratoriyasında (Kalem, Oksford yaxınlığında) qurulmuşdur. CET-də yüksəktemperaturlu plazma ilk dəfə 1983-cü ildə alınmışdır. == Təsviri == Qurğuda plazmanın həcmi 100 m³-ə qədərdir; cərəyan bir neçə meqaamperə çata bilir, plazmanın saxlanma müddəti bir neçə saniyədir. CET-də aparılmış sınaqlar deytron-tritron plazmasında termonüvə sintezinin həyata keçirilməsinin mümkünlüyünü (1991); maqnit sahəsinin gərginliyi 3,8 Tl, ionların temperaturu 30 keV, elektronların sıxlığı 5.1019 m³ olduqda termonüvə reaksiyasından maksimum enerji ayrılmasına (16 MVt; 1997) nail olmaq imkanını təsdiq etdi. Plazmanın CET-də alınmış parametrləri və onun saxlanma vaxtı (müddəti) idarəolunan termonüvə sintezinin praktiki həyata keçirilməsi üçün lazım olan qiymətə çatmışdır. 2006-cı ildə Kadaraş şəhərində (Fransa) ITER (Beynəlxalq termonüvə eksperimental reaktoru -ing. International Thermonuclear Experimental Reactor – ) tipli daha güclü termonüvə qurğusunun tikilməsi qərara alınmışdır.
Tolimak
Alfa Sentavr (α Sentavr, qısaldılmış Alfa Sen, α Sen) — Günəş Sisteminə ən yaxın ulduz sistemidir və Günəşdən 4.37 işıq ili (1.34 pr) məsafəsindədir. Alfa Sentavr (həmçinin Rigil Kentaurus adlanır)α Sentavr, α Sentavr A, α Sentavr B və kiçik qırmızı cırtdan α Sentavr C ( bu ulduz həmçinin Proksima Sentavr adlandırılır) -dən ibarət üçlü ulduz sistemidir. Adi gözlə, bu üç komponent vizual ulduz ölçüsü -0.27 olan bir ulduz kimi görünür. α Sentavr gecə göyündə Sirius və Kanopusdan sonra üçüncü parlaq ulduz kimi müşahidə olunur. Proksima Sentavr (α Sen C) günəşdən 4.24 işıq ili (1.30 pr) məsafəsindədir və günəşə ən yaxın ulduzdur, buna baxmayaraq o, adi gözlə görünmür. α Sentavr A kütləsi 1,1 Günəş kütləsi və parlaqlığı 1,519 Günəş parlaqlığı tərtibindədir, α Sentavr B isə daha kiçik və soyuqdur kütləsi 0,907 Günəş kütləsi, parlaqlığı 0,445 Günəş parlaqlığı tərtibində. 79,91 illik period ərzində ortaq mərkəz ətrafındakı məsafə Günəş ilə Pluton arasındakı məsafə (35,6) tərtibindən Günəş İlə Saturn arasındakı məsafə tərtibinə (11,2) azalmışdır. α Sentavr adi gözdə tək ulduz hesab edilir və Erboğanın cənub bürcündə parlaq ulduza verilir. -0,27 Sirius və Canopusdan daha həddindən artıq olan vizual ölçülü (A və B ölçülərindən hesablanır) görünür. Gecə göyün ən parlaq ulduzu Arcturusdur.
Toyama
Toyama (yap. 富山市) — Yaponiyanın Honşu adasında olan Çubu regionunda yerləşən Toyama prefekturasının eyniadlı paytaxtı.
Tomak
Tomak (ing. Tomacco) — pomidorun qələmlik tütünə vurulması yolu ilə əldə edilmiş bitki. 2003-cü ildə amerikan fermeri Rob Braur tərəfindən yetişdirilmişdir. Tomakı hibrid adlandırmaq düzgün deyildir, çünki o calaq yolu ilə əldə edilməmişdir. == Tarixi == 1959-cu ildə "Scientific American"' jurnalında belə bitkinin yetişdirilməsi prosesi təsvir edilmişdi və iddia edilirdi ki, tərkibində nikotin olan pomidor tipli bitki əldə etmək mümkündür. Hələ yetişdirilməzdən öncə bitki "Simpsonlar" multserialında ("E-İ-E-İ- (Annoyed Grunt)" seriyası) xatırlanmışdı. Bu seriyadan ilhamlanan Rob Baur jurnaldakı məqalənin köməyilə bu bitkini yetişdirə bilmişdi. Yoxlamalar göstərdi ki, bitkinin yarpaqlarında doğrudan da nikotin var. 2004-cü ildə "tomacco" sözü Amerikan dialekt cəmiyyəti tərəfindən neologizm kimi tanınmışdır.
İbrahim Toraman
İbrahim Toraman (20 noyabr 1981 və ya 20 oktyabr 1981, Sivas) — Stoper bölgəsində oynamış türk keçmiş milli futbolçudur. == Klub karyerası == === Sivas DSİ Spor === İbrahim Toraman futbola Sivas DSİ Sporda başlayıb və 6 il həvəskar kimi çıxış edib. Burada oynayarkən həvəskar komandalar əsasında Qaziantepspor, MKE Ankaragücü və Gençlerbirliği kimi klubların diqqətini çəkib. === Qaziantepspor === O, əvvəlcə "Qaziantepspor" a gedib və təxminən 7 il Qaziantepdə qalıb. Qaziantepsporun bütün gənclərdən ibarət komandalarında çıxış edib. === Beşiktaş === 2004–2005Bir çox böyük komandanın transfer siyahısında birinci olan İbrahim Toraman 2004–2005 mövsümündən əvvəl "Beşiktaş" la 3 illik müqavilə imzalamışdı. Həmin mövsüm liqada 25 matçda 1 qolla, 1 kubokda və 2 UEFA kubokunda matça çıxıb. 2005–20062005–06 mövsümündə liqanın ilk həftəsində Kayseri Erciyesspor ilə ilk oyununu keçirdi. O, ilk qolunu "Diyarbakırspor" və Mustafa Doğana vurub və Kürşat Duymuş müdafiənin ürəyindəki ad oldu. Mövsüm ərzində o, 16 liqa oyununa çıxıb və 3 qol vurub.
Kametaro Toyama
Kametaro Toyama (外山亀太郎, Toyama Kametaro, 23 oktyabr 1867 – 29 mart 1918) – Yaponiya genetiki və zooloqu. Baramaçılıq sahəsindəki fəaliyyətinə görə tanınır. Mendelizmi Yaponiyada populyarlaşdıran şəxs hesab olunur. == Karyerası == Kametaro Toyama 1867-ci ildə Yaponiyanın Kanaqava prefekturasının ərazisində doğulmuşdur. O, 1885-ci ildə Tokio Ali Kənd və Meşə Təsərrüfatı Məktəbinə daxil olmuş, 1892-ci ilin iyulunda məzun olmuşdur. 1896-cı ildə Fukuşima prefekturasında baramaçılıq məktəbinin başçısı təyin olunmuşdur. Tokioya qayıtmazdan qabaq Yaponiya Kənd Təsərrüfatı Cəmiyyətində və Yaponiya Baramaçılıq Cəmiyyətində vəzifələr tutmuşdur.7 fevral 1902-ci ildə Bungimaru gəmisi ilə Siama doğru yola düşmüşdür. Siam kralı Çulalonqkorn onu Siam Kənd Təsərrüfatı Nazirliyinin nəzdində olan Baramçılıq Bürosunun baş mütəxəssisi təyin etmişdir. O, 1905-ci ilin martında Yaponiyaya qayıtmışdır. 1905-ci ilin sentyabrında Tokio Universitetinin Kənd Təsərrüfatı Kollecində işləməyə başlamış və 1908-ci ildə kollecin professoru olmuşdur.
Tokara adaları
Tokara adaları (yap. 吐噶喇列島) — Sakit okeanda, Yaponiyaya məxsus adalar qrupu. Onlar Ryukyu adalarının (Nansey) bir hissəsidir. Osumi və Amami adaları arasında yerləşir. Osumi adalarından Şərqi Çin dənizini Sakit Okeanla birləşdirən Tokara boğazı ilə ayrılır. Adalarda Toşima kəndi yerləşir. Adalar inzibati cəhətdən Kaqoşima prefekturasına daxildir.
Tokmar qalası
Tokmar qalası — Daşucu-Antalya avtomobil yolunun 22-ci km-də yerləşir. Tokmar qalası dənizə yaxın bir təpə üzərində inşa edilmişdir. Cənubi yalçın bir qaya ilə əhatə olunmuş qalanın şimalında müdafiə bürcləri vardır. XII əsrdə tikildiyi güman edilir. == Tarixi == Tokmar adının haradan gəldiyi dəqiq bilinmir. Qalanın orta əsrlərdəki adı Latınca Castellum Novumoladır. Novum: fəlsəfədə "yeni fikir, yeni ideya, yeni axın" mənasındadır. "Yeni qala" mənasına yaxın olduğunu düşünülür. Tokmar qalasının digər bir adı isə mənbələrdə Norberd və ya Norpert olaraq qeyd olunur. 1198-ci ildə Tokmar və Silifke qalalarının rəhbəri Sevadios adını (Bu Yunan dilində Sebastos yəni Augustusdur) alan Heri adlı şəxsdir.
Toyama Masakazu
Toyama Masakazu (外山正一, 23 oktyabr 1848, Tokio – 8 mart 1900) və ya Toyama Şoiçi – Yaponiya pedaqoqu və şairi. Miçiqan Universitetinin ilk yapon tələbələrindən biri olmuşdur. == Həyatı == Toyama Masakazu 1848-ci ildə Yaponiyanın Edo şəhərində yoxsul samuray ailəsində doğulmuşdur. 1861-ci ildə Qərb elmləri üçün nəzərdə tutulmuş şoqunluq məktəbi Banşo Şirabeşoda ingilis dili təhsil aldıqdan sonra ingilis dili müəllimi olmuşdur. 1866-cı ildə şoqunluq tərəfindən Londona göndərilmiş 14 yapon tələbədən biri olmuşdur. 1868-ci ildə Yaponiyaya qayıtmış, 1870-ci ildə xarici işlər naziri Arinori Morinin katibi kimi ABŞ-yə göndərilmişdir.Toyama 1872-ci ildə ABŞ-də təhsil almaq üçün qazandığı təqaüdü iki yapon tələbə ilə bölüşməyə qərar vermişdir. Ann-Arbor şəhərində yaşamaq daha ucuz olduğu üçün o, Miçiqan Universitetini seçmişdir. Toyama Ann-Arbor liseyində təhsil aldıqdan sonra 1873-cü ildə Miçiqan Universitetinə daxil olmuşdur. 1876-cı ildə universiteti buraxaraq Yaponiyaya qayıtmışdır. 1886-cı ildə Miçiqan Universitetinin fəxri incəsənət magistrı dərəcəsini almış və ABŞ universiteti tərəfindən bu dərəcəyə layiq görülən ilk yapon olmuşdur.Yaponiyaya qayıtdıqdan sonra Tokio Universitetinin fəlsəfə və sosiologiya üzrə ilk yapon professoru olmuşdur.
Toyama prefekturası
Toyama prefekturası — Yaponiyanın Çubu regionunda prefektura. Ərazisi 4 247 kvadrat-kilometr, əhalisi 1 091 000 nəfərdir. Mərkəzi Toyama şəhəridir.
Toyama Şoiçi
Toyama Masakazu (外山正一, 23 oktyabr 1848, Tokio – 8 mart 1900) və ya Toyama Şoiçi – Yaponiya pedaqoqu və şairi. Miçiqan Universitetinin ilk yapon tələbələrindən biri olmuşdur. == Həyatı == Toyama Masakazu 1848-ci ildə Yaponiyanın Edo şəhərində yoxsul samuray ailəsində doğulmuşdur. 1861-ci ildə Qərb elmləri üçün nəzərdə tutulmuş şoqunluq məktəbi Banşo Şirabeşoda ingilis dili təhsil aldıqdan sonra ingilis dili müəllimi olmuşdur. 1866-cı ildə şoqunluq tərəfindən Londona göndərilmiş 14 yapon tələbədən biri olmuşdur. 1868-ci ildə Yaponiyaya qayıtmış, 1870-ci ildə xarici işlər naziri Arinori Morinin katibi kimi ABŞ-yə göndərilmişdir.Toyama 1872-ci ildə ABŞ-də təhsil almaq üçün qazandığı təqaüdü iki yapon tələbə ilə bölüşməyə qərar vermişdir. Ann-Arbor şəhərində yaşamaq daha ucuz olduğu üçün o, Miçiqan Universitetini seçmişdir. Toyama Ann-Arbor liseyində təhsil aldıqdan sonra 1873-cü ildə Miçiqan Universitetinə daxil olmuşdur. 1876-cı ildə universiteti buraxaraq Yaponiyaya qayıtmışdır. 1886-cı ildə Miçiqan Universitetinin fəxri incəsənət magistrı dərəcəsini almış və ABŞ universiteti tərəfindən bu dərəcəyə layiq görülən ilk yapon olmuşdur.Yaponiyaya qayıtdıqdan sonra Tokio Universitetinin fəlsəfə və sosiologiya üzrə ilk yapon professoru olmuşdur.
Calophyllum inophyllum var. takamaka
Calophyllum inophyllum (lat. Calophyllum inophyllum) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin kalofillumkimilər fəsiləsinin kalofillum cinsinə aid bitki növü. == Sinonimləri == Balsamaria inophyllum Lour. Calophyllum apetalum Blanco [Illegitimate] Calophyllum bingator Roxb. Calophyllum blumei Wight Calophyllum inophyllum f. oblongata Miq. Calophyllum inophyllum f. obovata Miq. Calophyllum inophyllum var. takamaka Fosberg Calophyllum inophyllum var.
Uğur üçün su tökmək
Uğur üçün su tökmək — Azərbaycan, Bolqarıstan, Ermənistan, İran, İraq, Serbiya, Şimali Makedoniya, Türkiyə və digər yaxın ölkələrdə xalq adəti. Xalq inancına görə, səfərə və ya bir işə gedən adamın arxasınca su tökmək xeyir gətirir. Bu, səfərin və ya işin xoşbəxtcəsinə sonlanması üçün edilir. Bu adət məktəbə, imtahana, iş müsahibəsinə, orduya və s. yerlərə gedəndə də edilir.Balkan yarımadası ölkələrinin etnologiyasında belə hesab edilir ki, tökülən və ya axan su mobilliyi və hərəkətin rahatlığını simvolizə edir. Buna səbəb onun dayanmaması və ya ilişib qalmamasıdır. Beləliklə, suyun tökülməsi kiminsə başladığı işin baş tutması üçün edilir ki, o da tökülən su kimi rəvan getsin. Bəzi ərazilərdə su töküləndə belə deyilir: "O, su kimi təmiz və aydın getsin".