Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Torağay
Torağaylar Torağay palçıq vulkanı — Abşeron ərazisində, Qobustanda palçıq vulkanı. Hündürlüyü 407 m. Şorca Torağay (Məlikan) Torağay (Məlikan) Turağayçay — Tərtər rayonu ərazisində çay.
Buynuzlu torağay
Buynuzlu torağay (lat. Eremophila alpestris) — Sərçəkimilər dəstəsinə, Torağaylar fəsiləsinə aid olan quş növü. == Təsviri == Bədənlərinin uzunluğu 16–17 sm arasında dəyişir. Bədənin yuxarı hissəsi gümüşü çəhrayı, aşağı hissəsi isə ağımtıldır. Üzündəki xarakterik bir maska var, başın arxasında isə buynuzlara bənzəyən uzun qara tükləri olur. == Yayılması == Yayılma arealı olduqca böyükdür. Yuvalama bölgəsi Atlas dağlarından Şimali və cənubi Amerikaya qədər uzanır. Qış ayları Mərkəzi Avropanın ənənəvi qonağıdır Птица — регулярный зимний гость на побережье Центральной Европы.. Bu növə daxil quşlar əsasən meşəsiz lanşaft zonalarını daha üstün bilir. Meşə ətrafı ərazilərdə, tundranın şibyəli sahələrində yayılır.
Kəkilli torağay
Kəkilli torağay (lat. Galerida) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin torağaylar fəsiləsinə aid heyvan cinsi. Afrika və Avrasiyada yayılmışdır. Uzunluqları 18 sm təşkil edir. Bitki toxumları və həşəratlarla qidalanırlar. == Təsnifat və areal == 2018-ci ilin fevralına olan məlumata görə cinsə 7 növ daxildir: Galerida cristata (Linnaeus, 1758) — Adi kəkilli torağay; Afrika və Avrasiyada geniş ərazidə yayılmışdır; Galerida deva (Sykes, 1832) — Sayks kəkilli torağayı; Hindistanın mərkəzi; Galerida macrorhyncha Tristram, 1859 [syn. Galerida randonii] — Şərqi Mərakeş və Şimali Əlcəzair; Galerida magnirostris (Stephens, 1826) — Enlidimdik kəkilli torağay; Cənubi Afrika: CAR, Lesoto və Cənub-Şəqri Namibiya; Galerida malabarica (Scopoli, 1786) — Malabar kəkilli torağay; Qərbi Hindistan; Galerida modesta Heuglin, 1864 — Günəşli kəkilli torağay; Afrikada geniş ərazidə yayılmışdır; Galerida theklae A. E. Brehm, 1857 — Qısabarmaq kəkilli torağay; Pireney yarımadası, Şimali və Qərbi Afrika, Qərbi Böyük Səhradan Misirə qədər və Edfiopiyada az bir ərazidə.
Muhamməd Torağay
Muhamməd Torağay, Uluqbəy, Mirzə Uluqbəy, Məhəmməd Tarağay Uluqbəy (22 mart 1394, Sultaniyə, Zəncan ostanı – 27 oktyabr 1449, Səmərqənd) — riyyaziyyatçı, astronom, böyük alim və hökmdar və Teymurlular sülaləsindən olan dövlət adamı. Teymurləngin nəvəsi idi. Atası Şahruxun ölümündən sonra 1447-ci ildən Teymurilər sülaləsinin başçısı olmuşdur. Uluqbəy rəsədxanasında tərtib edilən ulduz kataloqu uzun müddət dünyada ən mötəbər kataloq sayılmışdır. Uluqbəy yaxşı elm adamı olduğu qədər, yaxşı dövlət adamı olmamışdır. Bir neçə döyüşü uduzmuş, 1480-ci ildə Herat əhalisini qılıncdan keçirtmişdir. Üsyan edən oğlunun qoşunlarına məğlub olandan sonra Məkkəyə getməyə icazə verilmiş, ancaq öz sözünün üstündə durmayan oğlu tərəfindən öldürülmüşdür. Onun adını bütovlükdə Sultan Al əüd dövlə Uluq bəy Gurkan kimi yazırlar. Əmir Teymurun oğlu Sultan Şahruxun 1394-cü ilin martın 22-də, yəni xalqımız üçün əziz bir gündə, Novruz bayramında Azərbaycanın Sultaniyyə şəhərində doğulan ilk oğluna Muhamməd Torağay adı qoyurlar.Hökmdar nəslindən olan gənci də qısaca olaraq Turğay Mirzə deyə çağırılır. Sarayda hər cür qayğı ilə əhatə olan Turğay Mirzəni gələcəyin hökmdarı kimi tərbiyə etməyə çalışırlar.
Torağay (Məlikan)
Torağay (fars. طوراغاي‎) — İranın Şərqi Azərbaycan ostanının Məlikan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 636 nəfər yaşayır (160 ailə).
Torağay vulkanı
Torağay palçıq vulkanı — Azərbaycan Respublikasının ən böyük palçıq vulkanlarından biridir. Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsindən 28 km məsafədə yerləşir. Bu vulkan daha çox Çeyildağ qəsəbəsinə yaxındır və buradan da 12 km məsafədə yerləşir. Onun kraterinin diametri təxminən 900 metrdir. Bu vulkan hələ də faliyyətdədir. Vulkan 402 metr hündürlüyə malikdir. Torağay palçıq vulkanı Azərbaycanın nəhəng və relyef baxımından yaraşıqlı və kəskin ifadə olunmuş vulkanlarından biridir. Mütləq hündürlüyü olan bu vulkanın fəaliyyəti 1841-ci ildən başlayaraq qeydə alınır və sonuncu püskürmə 1988-ci ildə baş vermişdir, ən intensiv fəaliyyət dövrü isə dörd dəfə püskürdüyü 1984-1988-ci illərin payına düşür. Vulkan plio­sen-eopleystosen süxurlarından təşkil olunmuş eyniadlı antiklinalın şimal-şərq qanadının tavan hissəsini mürəkkəbləşdirən ümumqafqaz və antiqafqaz istiqamətli qırılmaların kəsişmə düyünündə yerləşir. Vulkan ətraf relyefin hamarlanmış formaları fonunda kəskin surətdə seçilir və özlüyündə kəsik konus görünüşlü iri dəyirmi yüksəkliyə cavab verir.
İkixallı torağay
Torakal fəqərələr
Torakal (döş) fəqərələri (lat. vertebrae thoracales) —- onurğalılarda döş fəqərələri boyun fəqərələri ilə bel fəqərələri arasında olan fəqərə sütununun orta seqmentini təşkil edir. Torakal fəqərələri döş qəfəsinin arxa divarının əmələ gəlməsində iştirak edir. İnsanlarda 12 döş fəqərəsi var və onlar boyun və bel fəqərələri arasında orta ölçülüdür. Onlar bel fəqərələrinə doğru gedərək ölçüdə böyüyürlər, aşağı olanlar isə yuxarıdakılardan çox böyükdür. Onlar qabırğaların başları ilə artikulyasiya üçün gövdələrin yan tərəflərində, eləcə də qabırğaların faset birləşmələri ilə artikulyasiya üçün 11-ci və 12-ci istisna olmaqla, hamısının eninə proseslərində tərəflərin olması ilə fərqlənir. Konvensiyaya görə, insanın döş fəqərələri T1-T12 nömrələnir, birincisi (T1) kəllə sümüyünə ən yaxındır, qalanları isə onurğadan bel nahiyəsinə enir. Təqdim olunanlar 2-dən 8-ə qədər döş fəqərələrinin ümumi xüsusiyyətləridir. 1 və 9-dan 12-ə qədər olan fəqərələr aşağıda ətraflı təsvir olunan müəyyən xüsusiyyətlərə malikdir. Torakal bölgənin ortasındakı cisimlər ürək şəklindədir, həm anteroposterior, həm də eninə istiqamətdə genişdir.
Torakal kanal
Döş qəfəsi limfa axacağı və ya torakal kanal (həmçinin sol limfa kanalı, qida kanalı kimi də tanınır) — insan anatomiyasında limfa sisteminin iki limfa kanalından daha böyüyü (digəri sağ limfa kanalıdır). Torakal kanal limfa sistemində əsas rol oynayır. Bədənin limfasının çox hissəsi bu kanal tərəfindən toplanır və sonra daxili boyun və sol körpücükaltı venalar arasında brakiosefalik vena yaxınlığında qana axır. Torakal kanal təmiz limfa deyil, həm limfa, həm də emulsiya edilmiş yağları ehtiva edən bir maye olan hilus daşıyır. O, həmçinin sağ döş qəfəsi, qol, baş və boyundan başqa (sağ limfa kanalı tərəfindən boşaldılan) limfanın çox hissəsini bədəndə toplayır. Kanalın deşilməsi zamanı maye plevra boşluğuna daxil olur. Bu mayeyə şilotoraks deyilir. Yetkinlərdə döş kanalının uzunluğu adətən 38-45 sm və orta diametri təxminən 5 mm-dir. Damar adətən 12-ci torakal fəqərə (T12) səviyyəsindən başlayır və boyun kökünə qədər uzanır, sonra enir və venoz bucaqla bitir. Torakal kanal T12 fəqərəsi səviyyəsində[3] sisterna şilinin yuxarı kənarından başlayır.
Torakal cərrahiyyə
Torakal cərrahiyyə (lat. thorax — döş qəfəsi) — döş qəfəsi əməliyyatıdır. Müxtəlif vaxtlarda, müxtəlif illərdə torakal cərrahlar süd vəzilərində cərrahiyyə, ağciyər, ürək, yemək borusu, mediastinum cərrahiyyə əməliyyatları həyata keçirmişlər. Məhz torakal cərrahiyyədən ürək cərrahiyyəsi, mammologiya və damar cərrahiyyəsi kimi müasir tendensiyalar yaranıb. Təbabətin bugünkü texnoloji inkişafı səviyyəsində bütün bu fənlərin yaxınlaşması tendensiyası yenidən müşahidə olunur. Torakal cərrahlar tərəfindən hazırlanmış minimal invaziv texnologiyalar (videotorakoskopiya, mediastinoskopiya) sayəsində ağciyərlərdə, ürəkdə və mediastendə əməliyyat aparmaq üçün keyfiyyətcə yeni imkanlar yaranmışdır. Travmatik xarakterinə görə unudulmuş sinir gövdələrində bir sıra əməliyyatlar canlandırılıb, histoloji müayinə üçün toxuma nümunələrinin götürülməsi ilə diaqnostik imkanlar genişləndirilib, çox litrlik qan itkiləri və brütlə müşayiət olunan saatlarla aparılan əməliyyatlar kosmetik qüsurlar keçmişdə qaldı.
Adi kəkilli torağay
Adi kəkilli torağay (lat. Galerida cristata) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin torağaylar fəsiləsinin kəkilli torağay cinsinə aid heyvan növü. == Təsviri == Kəkilli torağaylar 18 sm uzunluğa, 45 q çəkiyə sahib olurlar. Güclü və bükülü bir dimdiyə, orta uzunluqlu pençəyə, böyük və geniş qanadlara və başında bir kəkilə sahibdir. Ləkəklərinin rəngi tünd boz, qarın nahiyyəsi isə ağ rəngdədir. qanadlarınımn kənarları qırmızımtıldır. Quyruğu qırmızımtıl-qonur rəngə sahibdir. == Səsi == Qarışıq qışqırıqları "tryudritrie" kimi səslənir və mahnının əsas motivini təşkil edir. Mahnını əsasən yerdə, daş üzərində və ya uçarkən oxuyur. Mahnıları olduqca melodikdir və bəzən digər quşların səsslərinmidə yamsılıya bilirlər.
Torağay palçıq vulkanı
Torağay palçıq vulkanı — Azərbaycan Respublikasının ən böyük palçıq vulkanlarından biridir. Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsindən 28 km məsafədə yerləşir. Bu vulkan daha çox Çeyildağ qəsəbəsinə yaxındır və buradan da 12 km məsafədə yerləşir. Onun kraterinin diametri təxminən 900 metrdir. Bu vulkan hələ də faliyyətdədir. Vulkan 402 metr hündürlüyə malikdir. Torağay palçıq vulkanı Azərbaycanın nəhəng və relyef baxımından yaraşıqlı və kəskin ifadə olunmuş vulkanlarından biridir. Mütləq hündürlüyü olan bu vulkanın fəaliyyəti 1841-ci ildən başlayaraq qeydə alınır və sonuncu püskürmə 1988-ci ildə baş vermişdir, ən intensiv fəaliyyət dövrü isə dörd dəfə püskürdüyü 1984-1988-ci illərin payına düşür. Vulkan plio­sen-eopleystosen süxurlarından təşkil olunmuş eyniadlı antiklinalın şimal-şərq qanadının tavan hissəsini mürəkkəbləşdirən ümumqafqaz və antiqafqaz istiqamətli qırılmaların kəsişmə düyünündə yerləşir. Vulkan ətraf relyefin hamarlanmış formaları fonunda kəskin surətdə seçilir və özlüyündə kəsik konus görünüşlü iri dəyirmi yüksəkliyə cavab verir.
Şorca Torağay (Məlikan)
Şorca Torağay (fars. شورجه طوراغاي‎) — İranın Şərqi Azərbaycan ostanının Məlikan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 308 nəfər yaşayır (65 ailə).
Tonqal qalamaq
Tonqal qalamaq — Novruz bayramının adət ənənələrindən biri. Çərşənbələrdə (və Novruz axşamında) tonqal qalanması, göyə yanar fişənglər, tarixən üskü — lopa atılması, bayram süfrəsi düzəldilməsi Azərbaycanda qədim el adətidir. Tonqal qalamaq, oddan atdanmaq, başı üzərinde lopa-üskü fırlayıb göyə atmaq əski mifik dünyagörüşlə bağlı məsələdir. İşığın, günəşin gücünə inanan qədim insan odun-alovun köməyi ilə yad-yabançi ruhları, soyuq, qaranlıq, xəstəlik gətirən, yaşayışa sıxıntı verən pis — şər qüvvələri qovub uzaqlaşdırmağın mümkünlüyünə inanırdı. Burada bütün məqamlarda od — Günəşin rəmzi kimi düşünülürdü. Çillədən-qışdan çıxmaq üçün tonqal, od yandırılması əslində dolayısı ilə həm də Günəşin-yazın çağrılması mərasimidir. Bu aktın icrası zamanı tonqalın üstündən atılarkən: söylənməsi də əski təsəvvürlə, çillədən, qışın ağrı-acısından qurtulmaq üçün oda — mikrogünəşə bir xilaskar kimi yanaşılması qənaəti ilə bağlıdır. Əsasən də yetkinlik yaşına çatan gənc qızlar kənardan onun dediklərini eşitməsinlər deyə ürəyində bu nəğməni oxuyarlar. Od yaşamaq, yaşatmaq rəmzidir. Yazılı mənbələrə istinadən demək olar ki, Novruz bayramı eradan əvvəl 505-ci ildə yaranmışdır.
Taqal dili
Taqal dili — Filippin əhalisinin üçdə birinin ana dili (danışanların sayına görə ölkədə 2-ci dil). Avstroneziya dillərindəndir. Standart forması,Filippin dili adlanır və milli dilidir və Filippinlərin iki rəsmi dillərindən biridir.
Sahil tonqal otu
Sahil tonqal otu - lat. Zerna riparia R. sıx çim əmələ gətirən,dik duran, çox gövdəli ot bitkisidir. Taxıllar fəsiləsinin efemer xassəli çoxillik ot bitkisidir. Yarpaqlan ensiz xətli olub 30-60(70) sm-ə qədər boy verirlər. Çiçəkyanlığı süpürgəvaridır və hər gövdənin tilində 10-15 sm uzunluğunda yerləşirlər. May ayının əvvəlində çiçəkləyir, sonunda isə meyvə verirlər. Bir qədər quraqlığa davamlıdır, suvarıldıqda bol yaşı, kütlə verirlər. Sahil tonqa, otu rekultivasiyanın bioloji mərhələsində əkin qara yoncası ilə sıx cəngəllik əmələ gətirə bilirlər. Yaxşı fitomeliorativ xüsusiyyətə malikdir.
Azərbaycanda tonqal qalamaq adəti
Tonqal qalamaq — Novruz bayramının adət ənənələrindən biri. == Haqqında == Çərşənbələrdə (və Novruz axşamında) tonqal qalanması, göyə yanar fişənglər, tarixən üskü — lopa atılması, bayram süfrəsi düzəldilməsi Azərbaycanda qədim el adətidir. Tonqal qalamaq, oddan atdanmaq, başı üzərinde lopa-üskü fırlayıb göyə atmaq əski mifik dünyagörüşlə bağlı məsələdir. İşığın, günəşin gücünə inanan qədim insan odun-alovun köməyi ilə yad-yabançi ruhları, soyuq, qaranlıq, xəstəlik gətirən, yaşayışa sıxıntı verən pis — şər qüvvələri qovub uzaqlaşdırmağın mümkünlüyünə inanırdı. Burada bütün məqamlarda od — Günəşin rəmzi kimi düşünülürdü. Çillədən-qışdan çıxmaq üçün tonqal, od yandırılması əslində dolayısı ilə həm də Günəşin-yazın çağrılması mərasimidir. Bu aktın icrası zamanı tonqalın üstündən atılarkən: söylənməsi də əski təsəvvürlə, çillədən, qışın ağrı-acısından qurtulmaq üçün oda — mikrogünəşə bir xilaskar kimi yanaşılması qənaəti ilə bağlıdır. Əsasən də yetkinlik yaşına çatan gənc qızlar kənardan onun dediklərini eşitməsinlər deyə ürəyində bu nəğməni oxuyarlar. Od yaşamaq, yaşatmaq rəmzidir. == Tarixi qaynaqlarda Novruz == Yazılı mənbələrə istinadən demək olar ki, Novruz bayramı eradan əvvəl 505-ci ildə yaranmışdır.