Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ulduz topaları
Ulduzların bir qismi ulduz topaları adlanan qruplarda toplaşır. Hər bir ulduz topasındakı ulduzlar bir-birlərilə qarşılıqlı cazibədə olurlar və fəzada bir vahid obyekt kimi hərəkət edirlər. Ulduz topaları 3 növə bölünür: açıq ulduz topları, kürəvi ulduz topaları və ulduz assosiasiyaları. Açıq ulduz topası və ya sadəcə açıq topa – eyni molekulyar buluddan meydana gəlmiş bir neçə min ulduzdan əmələ gələn bir ulduz qrupuna verilən addır. Topalar dağınıqdır və bir mərkəz ətrafında deyil. Açıq topalar ancaq aktiv ulduz quruluşunun olduğu spiralvari və nizamsız qalaktikalarda olurlar. Ümumilikdə bir neçə yüz milyon ildən cavandırlar. Açıq ulduz topalarına misal olaraq Ülkər və Buğa ulduz topalarını göstərmək olar. Kürəvi ulduz topaları- sferik və elliptik formada olurlar. Hər bir kürəvi topada yüz minlərlə, hətta milyonlarla ulduz olur.
Kürəvi ulduz topaları
Kürəvi ulduz topaları- sferik və elliptik formada olurlar. Hər bir kürəvi topada yüz minlərlə, hətta milyonlarla ulduz olur. Bu topaların orta diametrləri 30 ps-dir. Günəşətrafı fəzada hər 8 ps3 həcmcə bir ulduz düşdüyü halda kürəvi ulduz topasında, xüsusilə onun mərkəzi hissəsində bir kub parsek həcmə on minlərlə ulduz düşür. Kürəvi ulduz topaları parlaq olduqlarından onlar çox uzaq məsafədən görünürlər. İndiyədək Bizim Qalaktikada 130 kürəvi topa kəşf olunub. Kürəvi ulduz toplarında nəhəng ulduzlara o cümlədən RR Lira tipli dəyişənlərə çox rast gəlirik. == Yerləşməsi == Kürəvi ulduz topaları qalaktik ekvatordan hər iki tərəfə simmetrik paylanıblar. Qalaktika müstəvisində uducu qaz-toz mühiti sıx olduğundan kürəvi topalar burada az görünürlər. Kürəvi toplar əsasən Qalaktikanın mərkəzində toplanıblar.
Pavarı
Pavarı (az-əbcəd. پاوارێ‎, fars. پاوه‌رود‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Mərkəzi bəxşinin Dəram qəsəbəsinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 558 nəfər yaşayır (172 ailə).
İria topalağı
İria topalağı (lat. Cyperus iria) — topalaq cinsinə aid bitki növü.
Papirus topalağı
Papirus topalağı (lat. Cyperus papyrus) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin topalaqkimilər fəsiləsinin topalaq cinsinə aid bitki növü. 5 m-dək hündürlüyündə çiçəkverən gövdəsi üçtilli, yoğun, dar lansetvarı yarpaqları aşağıda pulcuqvarı çıxıntılarla örtülüdür. Çiçək qrupu iri, çətirşəkilli olub, 6–16 çiçək sünbülcüyündən əmələ gəlmiş çoxlu silindrik sünbüllərdən ibarətdir. Papirus topalağı tropik Afrikada çay və göl sahillərində, sakit axan sularda bitir. Geniş cənkəlliklər əmələ gətirir. Qədimdə Misirdə, Fələstində və Cənubi Avropanın bir sıra ölkəsində becərilirdi. Papirus topalağı dekorativ bitki kimi bağ, park və oranjereyalarda yetişdirilir. Papirus topalağının gövdəsindən parça, ayaqqabı və s. hazırlanmasında istifadə olunur.
Pavarı Qışlağı
Pavarı Qışlağı (az-əbcəd. پاوارێ قێشلاغێ‎, fars. قشلاق پاوه‌رود‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Mərkəzi bəxşinin Dəram qəsəbəsinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 49 nəfər yaşayır (13 ailə).
Açıq ulduz topları
Açıq ulduz topası və ya sadəcə açıq topa – eyni molekulyar buluddan meydana gəlmiş bir neçə min ulduzdan əmələ gələn bir ulduz qrupuna verilən addır. == Yerləşməsi == Açıq ulduz topaları əsasən Ağ Yolda toplanmışlar. Bu topaların ulduzlarını ümumi qalaktik fondan ayırmaq çox çətindir. Bunun üçün spektral tədqiqatlar aparmaq, çoxlu sayda ulduzların rəng göstərəcilərini və məxsusi hərəkətlərini öyrənmək lazımdır. Hər bir açıq topanın ulduzları eyni şüa sürətinə və məxsusi hərəkətə malikdir. Açıq çoxluq, eyni nəhəng molekulyar buluddan əmələ gələn və təxminən eyni yaşda olan onlarla və bir neçə min ulduzdan ibarət ulduz klasterinin bir növüdür. Süd Yolu qalaktikasında 1100-dən çox açıq klaster aşkar edilib və daha çoxunun mövcud olduğu güman edilir. Onların hər biri qarşılıqlı cazibə qüvvəsi ilə sərbəst şəkildə bağlıdır və Qalaktika Mərkəzinin orbitində fırlanarkən digər çoxluqlar və qaz buludları ilə sıx qarşılaşma nəticəsində pozulur. Bu, daxili yaxın qarşılaşmalar nəticəsində çoxluq üzvlərinin itirilməsi və qalaktikanın əsas gövdəsinə dağılması ilə nəticələnə bilər. Açıq klasterlər ümumiyyətlə bir neçə yüz milyon il yaşayır, ən kütləviləri isə bir neçə milyard il yaşayır.