Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Topbağ
Topbağ — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 3 iyul 1998-ci il tarixli, 518-IQ saylı Qərarı ilə Qəbələ rayonunun Zalam kənd inzibati ərazi vahidinin Topbağ kəndi Yenikənd kənd inzibati ərazi vahidinin tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 953-IIQ saylı Qərarı ilə Qəbələ rayonunun Topbağ kəndi Yenikənd kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Topbağ kənd inzibati ərazi vahidi yaradılmışdır. == Toponimikası == Əsl adı Topabağdır. Yaşayış məntəqəsini inqilabdan əvvəl mövcud olmuş Vəndamdərə kəndinin əhalisi əvvəllər zoğal və fındıq bağları olan indiki sahədə salmışdılar. Oykonim topa (sıx) və bağ (ağaclıq) sözlərindən ibarət olub, "sıx ağaclığı olan kənd" mənasındadır. Ərazisində bir neçə övliyalar olduğuna görə kənd topa şəklində olan bu ziyarətlərdən adını götürüb. == Coğrafiyası və iqlimi == Kənd Vəndam və Dəmiraparan çaylarının suayrıcında, Şəki, Qəbələ yaylasında yerləşir. Rayon mərkəzi ilə arası 30 km-dir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 532 nəfər əhali yaşayır.
Topbağ bələdiyyəsi
Qəbələ bələdiyyələri — Qəbələ rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Topdağ
Topdağ (Babək) — Babək rayonu ərazisində dağ. Araz çayı sahilindədir. Hündürlüyü 785 m. Topdağ (Zəngilan) — Zəngilan rayonu ərazisində dağ. Yerli əhali arasında Topunqəlbisi adı ilə tanınır.
Topdağ (Babək)
Topdağ — Babək rayonu ərazisində dağ (hünd. 786,6 m). Naxçıvan dağarası çökəkliyinin cənub-şərqində, Naxçıvan düzü sahəsində, Araz su anbarının sahilindəki alçaq burunu əmələ gətirən zirvə. Qaraçuq qəsəbəsindən 1,75 km qərbdədir. Üst Pleystosenin allüvial-prolüvial çöküntülərdən təşkil olunmuşdur. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin cənub-qərb cinahında yerləşir.
Topçaq
Topçaq düzü — Cəbrayıl rayonunun ərazisində yerləşir. == Ad açımı == Vaxtı ilə "Topçaq" düzü haqqında bir yazımızda bu adın "topa yer", dəyirmi yer" mənalarını verdiyini göstərmişdik. Bu fikri hörmətli xalq yazıçımız Sabir Əhmədliyə istinadən şərh etmişdik. Bu düzün təsvirini "Azığa doğru" romanında verən yazıçı yazır ki, babaların dediyinə görə, Topçaq vaxtı ilə müharibə meydanı olub. Bu el- obada Topçaq kimi tamaşalı yer olarmı? Bir düzdü, bir meydandı, məcməyi kimi dəpdəyirmidi. Toponimik, etnonimik araşdırmalar göstərir ki, T o p ç a q\\Topçak\\ Tobıçak bir etnosun adıdır. İ. N. Berezin orta yüzilliklərə aid olan "İqor knyaz Severskiy" adlı kitaba yazdığı rəydə T o p ç a k \\ T o b ı ç a k adlı tayfa birliklərindən də bəhs etmiş, həmin adın "kök at"; mənasını göstərmişdir. "qüvvətli, gözəl at"; 2) "girdə", "dairəvi", "yumru" mənalarındadır. F. E. Korş t o p ç a k sözünün "xüsusi növ at " mənasında olduğunu göstərmişdir.
Tapdıq
Tapdıq — kişi adı. Tapdıq Əmiraslanov — Ermənistan SSR-nin Əməkdar müəllimi (11.11.1963) Tapdıq Əlibəyli — Azərbaycan şairi, publisist Tapdıq Həsənov — coğrafiya elmləri doktoru, professor. Tapdıq Kamalov — Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı.
Hace Musa Topbaş
Hace Musa Topbaş (1917, Osmanlı imperiyası və ya Konya, Konya vilayəti – 16 iyul 1999) — Müasir Türk-İslam mədəniyyətinin ən görkəmli simalarından biri, alim. O, bütün İslam coğrafiyasında daha çox "Sahibü'l-Vefa" adı ilə tanınmışdır. == Həyatı == Hace Musa Topbaş Osmanlı imperatorluğunun son dönəmlərində dünyaya gəlmişdir. Atası Ahmed Hamdi Topbaş böyük İslam alimlərindən biri idi və Musa Topbaşı gənc yaşlarında ticarət sahəsinə yönləndirərək, İstanbulun Erenköy hissəsinə yerləşdirir. Musa Topbaş həzrətləri Erenköyde, məsnəvixan Tahiru'l Məvləvi, Elmalılı Məhəmməd Həmdi Yazır və digər çoxsaylı alimlərin müşayiətində zahiri təhsilini başa vurmuşdur. Xəttatlıq elmini məşhur türk xəttatı Hamit Aytaç, mənəvi tədrisini isə Mahmud Sami Ramazanoğlunun öndərliyi altında tamamlayır.
Osman Nuri Topbaş
Osman Nuri Topbaş (21 yanvar 1942, İstanbul) — İslam ailimi, din xadimi, mütəsəvvif, yazıçı. == Həyatı == === Təhsili === İbtidai təhsilini Ərənköy Zihni paşa ibtidai məktəbində almışdır. İlk təhsil illərində xüsusi Quran kurslarında təhsil alıb. ==== İmam Xətibdəki təhsili ==== 1953-cü ildə İstanbul İmam Xətib məktəbinə daxil olub. O illərdə bu məktəb Osmanlı imperiyasının böyük tanınmış şəxsləri sayılan M. Cəlaləddin Öktən, Mahir İz kimi ustadların, Nurəddin Topçu kimi Qərbdə təhsil almış mütəfəkkirlərin müəllimlik etdiyi önəmli bir qurum idi. Əmisi və yaşıdı Abidin Topbaş ilə birlikdə 1960-cı ildə bu məktəbi bitirdi.İmam Xətib illərində adı çəkilən böyük müəllimlərdən əlavə, M. Zəkayi Qonrapa, Yaman Dədə (Əbdülqadir Keçeoğlu), Əhməd Davudoğlu, Mahmud Bayram, Əli Rza Sağman kimi müəllimlərdən də dərs aldı. == Fəaliyyəti == Təhsili başa vurduqdan sonra bir müddət ticarət və sənaye sahəsində fəaliyyətini davam etdirir. 1962-ci ildə hərbi xidmətə yollanan Nuri Siirt-Tilloda ehtiyat zabit kimi müəllimlik edir. Hərbi xidmətdə olduğu illərdə müəllim olmaq arzusu ilə alışıb-yanan Nuri insanlara təhsil vermək və gənclərlə məşğul olmaqdan həzz alırdı. === Yaradıcılığı === Tarix, ədəbiyyat, dini elmlər və poeziyaya olan marağı səbəbindən yazıçılıq fəaliyyətinə 1990-cı illərdən başlayıb.
Tofiq
Tofiq və ya Tofik — Kişi adı. Tofiq Babayev Tofiq Babayev (bəstəkar) — bəstəkar Tofiq Babayev (general-mayor) — Milli Təhlükəsizlik nazirinin keçmiş müavini, general-mayor Tofiq Babayev (alim) — Tofiq İsmayılov Tofiq İsmayılov (rejissor) — Azərbaycan kino rejissoru və aktyoru, kinodramaturq, nasir Tofiq İsmayılov (akademik) — texnika elmləri doktoru, Azərbaycan Respublikasının 1-ci Dövlət Katibi Tofiq Hacıyev Tofiq Hacıyev (akademik) — Alim, türkoloq, filologiya elmləri doktoru, AMEA-nın həqiqi üzvü-akademik. Tofiq Hacıyev (professor) — Alim, müasir azərbaycan dilçisi, filologiya elmləri doktoru-professor. Tofiq Hacıyev (siyasətçi) — Gürcüstanın dövlət və ictimai-siyasi xadimi, təhsil işçisi, Tofiq Hüseynov Tofiq Hüseynov (aktyor) — Azərbaycan aktyoru. Tofiq Hüseynov (alim) — İqtisad elmləri doktoru Tofiq Hüseynov (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı, Xocalı soyqırımı şəhidi. Tofiq Hüseynov (Cavad oğlu) — Şəmkir rayonu İcra hakimiyyətinin sabiq başçısı Tofiq Hüseynov (professor) — Alim, filologiya elmləri doktoru, Professor. Tofiq Kərimov Tofiq Kərimov (siyasətçi) — Azərbaycanın daxili işlər naziri (18.11.1991 – 20.02.1992). Tofiq Kərimov (fotoqraf) — fotoqraf Tofiq Məmmədov Tofiq Məmmədov (rejissor) — Azərbaycan kinorejissoru. Tofiq Məmmədov (botanik) — AMEA-nın Mərdəkan Dendrarisinin direktoru. Tofiq Hüseyn — şair, publisist, "Tərəqqi" medalına layiq görülüb (2005).
Tapdıq Abbas
Abbas Tapdıq Əlikişi oğlu (4 sentyabr 1952, Əlinəzərli, Jdanov rayonu) — Qarabağ müharibəsinin veteranıdır, 1991–1993-cü illərdə 849 saylı özünümüdafiə batalionunda döyüşüb, Prezident tərəfindən "Əməkdar mədəniyyət işçisi" fəxri adı verilib, Pedaqogika üzrə fəlsəfə doktoru, 2008–2018-ci illərdə Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü olub. == Həyatı == 1952-ci il 4 sentyabrda Beyləqan rayonunun Əlinəzərli kəndində kolxozçu ailəsində anadan olub. 1971-ci ildə orta məktəbi, 1975-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirib. 1975–1983-cü illərdə Beyləqan rayonun orta məktəblərində müəllim, məktəb direktoru və inspektor vəzifələrində işləyib. 1983–1985-ci illərdə Beyləqan rayon təhsil şöbəsində inspektor-metodkabinet müdiri vəzifəsində işləyib. 1985–1991-ci illərdə Partiys Komitə Katibi, şöbə müdiri kimi partiya işində çalışıb. 1991-ci ildə Azərbaycan SSR Dövlət İdarələri İşçiləri Həmkarlar İttifaqı Beyləqan Rayon Komitəsinin sədri seçilib. 1990-cı ildə Azərbaycan Xalq Cəbhəsinin üzvü, AXC Beyləqan rayon şöbəsi İdarə heyətinin üzvü, mətbuat xidmətinin rəhbəri olub. 1991–1993-cü illərdə Xocavənd ərazisində gedən döyüşlərdə könüllü kimi Qarabağ müharibəsində fəal iştirak edib, 1993-cü ilin dekabr ayında erməni quldurlarının Beyləqan ətrafında məğlub edilməsində iştirak edib. 1992–1993-cü illərdə Beyləqan rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində işləyib.
Tapdıq Ağayev
Tapdıq Çingiz oğlu Ağayev (2 dekabr 1990, Tüntül, Qutqaşen rayonu – 8 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Tapdıq Ağayev 1990-cı il dekabrın 2-də Qəbələ rayonunun Tüntül kəndində anadan olub. 1996-2005-ci illərdə M. Murtuzov adına Tüntül kənd tam orta məktəbində təhsil alıb. 2006-2010-cu illərdə isə Sənaye-Pedaqoji Kollecində təhsil alıb. == Hərbi xidməti == Tapdıq Ağayev 2010-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Qusar rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi. Azərbaycan Ordusunun kiçik çavuşu olan Tapdıq Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tapdıq Ağayev oktyabrın 8-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Qəbələ rayonunun Tüntül kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tapdıq Ağayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Tapdıq Həsənov
Tapdıq Həsənov Güləhməd oğlu (1937, Təzəkənd, Qarayazı rayonu) — coğrafiya elmləri doktoru, professor. Azərbaycan Respublikasının əməkdar müəllimi və qabaqcıl təhsil işçisi == Həyatı == Tapdıq Həsənov 1937-ci ildə Gürcüstan Respublikasının Qardabani rayonunun Təzəkəndində anadan olmuş, 1961-ci ildə hazırkı Bakı Dövlət Universiteti Geologiya-Coğrafiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1962-ci ildə Azərbaycan EA İqtisadiyyat İnstitutunda kiçik elmi işçi vəzifəsinə də çalışmış və həmin institutun göndərişi ilə 1964-1967-ci illərdə Moskvadakı Yanacaq qazıntıları Elmi-tədqiqat İnstitutunun aspiranturasını bitirərək “Zaqafqaziya iqtisadi rayonunda mineral gübrələr sənayesinin inkişafı və yerləşdirilməsi” mövzusunda dissertasiya müdafiə edərək iqtisad elmləri namizədi elmi dərəcəsini alır. == Elmi fəaliyyəti == 1968-1969-cu illərdə Azərbaycan Respublikası Dövlət Plan Komitəsi nəzdindəki Elmi-Tədqiqat İqtisadiyyat İnstitutunda şöbə müdiri vəzifəsində çalışmışdır. Həsənov T.C. 1969-cu ildən Bakı Dövlət Universitetinin iqtisadi və sosial coğrafiya kafedrasına keçərək, orada müəllim, baş müəllim, dosent, 2013-cü ildən isə professor vəzifəsində 1975-ci ildən Azərbaycan Respublikası Coğrafiya cəmiyyətinin həqiqi üzvüdür.2007-ci ildə AMEA-nın akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda fəaliyyət göstərən Dissertasiya Şurasında “Azərbaycan Respublikası təsərrüfatının ərazi təşkilinin təkminləşdirilməsinin iqtisadi-coğrafi istiqamətləri” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, 2013-cü ildən professor adını almışdır.O, 140-çox elmi əsərin monoqrafiya, bir sıra dərslik və xəritələrin müəllifidir.Məhz Qarabağ münaqişəsinə ilk reaksiya verənlərdən biri olan T.G. Həsənov öz təşəbbüsü ilə “Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalının ağır sosial-iqtisadi nəticələri” (2002) əsərini yazıb. == Elmi əsərləri == Azərbaycanın dağ rayonlarının davamlı sosial-iqtisadi inkişafının potensial imkanları və istiqamətləri/ Azərbaycan Coğrafiya Cəmiyyəti, X cild, Bakı 2006 səh. 45-52. Azərbaycan təsərrüfatının ərazi təşkilinin tədqiqat metodları //Bakı Universitetinin xəbərləri. Təbiət elmləri seriyası.
Tapdıq Kamalov
Tapdıq Cəlal oğlu Kamalov — Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı. == Həyatı == 1939-cu il aprelin 20-də Masallı rayonunun Hacıtəpə kəndində anadan olmuşdur. Azərbaycan Politexnik İnstitutunun texnologiya fakültəsini bitirmişdir. Rus dilini bilir. Subaydır. == Siyasi fəaliyyəti == 26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının tərkibinə daxil edilmişdir. Bitərəfdir. 2000-ci il noyabrın 5-də 70 saylı Yardımlı-Masallı seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyası sədrinin müavini olmuşdur.
Tapdıq Quluzadə
Tapdıq Qurbanəliyev
Tapdıq Dövlətxan oğlu Qurbanəliyev (21 dekabr 1978; Şəki rayonu, Azərbaycan SSR — 16 oktyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Tapdıq Qurbanəliyev 1978-ci il dekabrın 21-də Şəki rayonunun Aydınbulaq kəndində anadan olub. Ailəli idi. 2 övladı yadigar qaldı. == Hərbi xidməti == Tapdıq Qurbanəliyev 1998-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi. Azərbaycan Ordusunun baş giziri olan Tapdıq Qurbanəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tapdıq Qurbanəliyev oktyabrın 16-da Hadrutun azad edilməsi zamanı şəhid olub. Şəki rayonundə Aydınbulaq kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tapdıq Qurbanəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Tapdıq Qurbanəliyev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
Tapdıq Əlibəyli
Tapdıq Abış oğlu Əlibəyli (1 iyul 1961, Bürzünbül, Yardımlı rayonu) — Azərbaycan şairi, publisist, "Konstitusiya" qəzeti, "Heyrət" dərgisinin təsisçi və baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin, Türk Ağsaqqalları Birliyi (TAİB) İdarə Heyətinin üzvü, "Qızıl qələm" mükafatı laureatı, Prezident təqaüdçüsüdür. == Həyatı == Tapdıq Abış oğlu Əlibəyli 1 iyul 1961-ci ildə Yardımlı rayonunun Bürzünbül kəndində anadan olub. Hamarkənd kənd orta məktəbini tərifnamə ilə bitirərək Azərbaycan Dövlət Pedaqoji Universiteti və Bakı Dövlət Universitetində ali təhsil almışdır. 1995-ci ildən Vətəndaş Həmrəyliyi Partiyası üzvü, VHP-nin Nizami rayon təşkilatının Ağsaqqallar Şurasının sədridir. == Əmək fəaliyyəti == Dövlət mustəqilliyimizin bərpa edilməsinin 20 illiyinə ithaf olunmuş "Azərbaycan" adlı diski (şeirləri səsləndirib: müəllif) kütləvi tirajla işıq üzü görüb. Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin, Azərbaycan Ağsaqqallar Şurasının, Türk Ağsaqqalları Birliyi (TAİB) Təşkilat Komitəsinin, İdarə Heyətinin üzvü, "Heyrət" dərgisi və "Konstitusiya" qəzetinin təsisçisidir. Ədəbi yaradıcılığı "Qızıl qələm" media mükafatı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin "Fəxri diplom" və "Hərbi vətənpərvərlik — 80" Yubiley medalı, Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqının, Alimlər Evinin və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Təşəkkürnamə" və diplomlarına layiq görülmüşdür. Prezident təqaüdçüsüdür. === Kitabları === Haqqa dayaq doğulmuşuq (şeirlər). Bakı: Mütərcim, 1997, 60 səh.
Tapdıq Əliyev
Tapdıq Əliyev — alim, Texnika elmləri doktoru (1991), professor (1992), Rusiya Su Təsərrüfatı Elmlər Akademiyasının muxbir üzvü (1992), Beynəlxalq Ekolokiya Akademiyasının müxbir üzvü (1993), Alekseyevski adına elmi-tədqiqat su təsərrüfatı institutunun hidrotexnika tikinti şöbəsinin rəisi, Rusiya Federasiyası Su Layihə İnstitutunun baş direktorunun müavini == Həyatı == Azərbaycan Politexnik İnstitutunu bitirmişdir (1970). 1970-1973-cü illərdə Azərbaycan Su Problemləri İnstitutunda kiçik elmi işçi olmuşdur. Moskvada Kostyakov adına Ümumittifaq Elmi–Tədqiqat Hidrotexnika və Meliorasiya İnstitutunun aspiranturasında oxumuş (1974-1977), 1978-ci ildə namizədlik dissertasiyası müdafiə etmişdir. 1991-ci ildə “Əlaqəli və əlaqəsiz qruntlarda kanalların hidrodinamiki dayanıqlılığı'” mövzusunda doktorluq dissertasiyası mudafiə etmişdir. 1979--1993-cü illərdə Alekseyevski adına elmi–tədqiqat Su Təsərrüfatı İnstitutunda hidrotexniki tikinti şöbəsinin rəisi işləmişdir. 1993-cü ildən Rusiya Federasiyası Su Layihə İnstitutunun baş direktorunun müavinidir. Eyni zamanda Moskva Kommunal Təsərrufat və Tikinti İnstitutunda şəhər tikintisi kafedrasının professorudur. Rusiya və xarici ölkələrdə 200-dən artıq elmi əsəri çap olunmuşdur. On monoqrafiyanın müəllifidir. Onun rəhbərliyi altında 20–dən artıq elmlər namizədi və doktoru hazırlanmışdır.
Tapdıq Əmiraslanov
Tapdıq Əmiraslanov (Tapdıq Muxtar oğlu Əmiraslanov; 1918, Zod – 1976, Vardenis rayonu) — Ermənistan SSR-nin Əməkdar müəllimi (11.11.1963); orta məktəb direktoru, Basarkeçər rayonunun partiya rəhbəri, həmin rayonun xalq maarif şöbəsinin müdiri (1960–1976). == Həyatı == Tapdıq Əmiraslanov 1918-ci ildə Basarkeçər rayonunun Zod kəndində anadan olmuşdur. 1933–1937-ci illərdə İrəvan Pedaqoji Texnikumunda təhsil almışdır. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsini bitirmişdir. T. M. Əmiraslanov 1937–1950-ci illər ərzində gənc nəslin təlim-tərbiyəsi sahəsində çalışmışdır. Qaraqoyunlu yeddiillik məktəbinin direktoru işləmişdir. 1950–1951-ci illərdə Basarkeçər rayon partiya komitəsinin təşkilat şöbə müdiri, 1951–1960-cı illərdə raykomun katibi və 1954-cü ildən rayonun ikinci katibi işləmişdir. 1960-cı ildən ömrünün sonunadək RXMŞ-nin müdiri olmuşdur. T. Əmiraslanov 25 il fasiləsiz rayon partiya komitəsi bürosunun üzvü olmuş, Ermənistan KP qurultaylarına nümayəndə seçilmiş, rayon sovetinin deputatı olmuşdur. Tapdıq Əmiraslanov 1976-cı ildə Ermənistan SSR-nin Basarkeçər rayonunda vəfat etmiş, Zod kəndində dəfn olunmuşdur.
Topraq Sağlam
Topraq Sağlam (türk. Toprak Sağlam) — Türkiyəli aktrisa. == Həyatı == Topraq Sağlam 1985-ci ildə oktyabrın 9-da İstanbulda anadan olub . Evdar xanım Handan Sağlam və rəssam Şakir Sağlamın ailəsində dünyaya gələn Topraq ailənin yeganə övladıdır . O , ibtidai təhsilini İqbaliyə İbtidai Məktəbində , orta təhsilini General Əli Rza Ərsin liseyində almışdır. Ali təhsillidir — Müjdət Gəzən Sənət Mərkəzi Konservatoriyasının Teatr bölümünü bitirmişdir .
İlyas Tapdıq
İlyas Tapdıq (tam adı: İlyas Oruc oğlu Tapdıqov; 30 noyabr 1934, Gədəbəy rayonu – 25 dekabr 2016, Bakı) — Azərbaycan şairi və tərcüməçisi, 1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR Lenin komsomolu mükafatı laureatı (1972). == Həyatı == İlyas Tapdıq 1934-cü il noyabrın 30-da Gədəbəy rayonunun Əli İsmayıllı kəndində doğulmuşdur. Gədəbəyin Kiçik Qaramurad kəndində orta məktəbi bitirdikdən sonra APİ-nin dil və ədəbiyyat fakültəsində təhsil almışdır (1952–1956). Ədəbi yaradıcılığa tələbəlik dövründə "Azərbaycan" jurnalında dərc olunan "Bakının gecəsi" şerilə başlamışdır. Uşaqgəncnəşrdə redaktor (1957–1962), Azərnəşrdə redaktor, böyük redaktor (1962–1968), "Gənclik" nəşriyyatında böyük redaktor, redaksiya müdiri, baş redaktor (1968–1976), Azərbaycan Baş Mətbuat Müvəkkilliyində qrup rəhbəri (1976–1978), Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində televiziya gənclər baş redaksiyasının baş redaktoru (1978–1983), Azərnəşrdə bədii ədəbiyyat şöbəsinin müdiri (1989–1992), Türkiyənin Ankara şəhərində Türk Standartları İnstitutunda və Xarici İşlər Nazirliyi və kalkınma ajansında müəllim, "Azərbaycan" qəzetinin Türkiyə üzrə xüsusi müxbiri (1992–1995) vəzifələrində işləmişdir. 1989-cu ildən Azərnəşrdə bədii ədəbiyyat şöbəsinin müdiri vəzifəsində çalışmışdır. "Gənclik" nəşriyyatı redaksiya şurasının üzvü, Azərbaycan komsomolu Şöhrət şurasının üzvü, "Türk əsrində Azərbaycan" jurnalının redaksiya heyətinin üzvü və Azərbaycan təmsilçisi olmuş, bir sıra respublika festival və müsabiqələrində münsiflər heyətinin üzvü olmuşdur. Təşviqat qatarında dəfələrlə rayonlara getmiş, zəhmətkeşlər qarşısında çıxış etmişdir. 60–80-ci illərdə qardaş respublikalarda keçirilən ümumittifaq tədbirlərinə, yubileylərə, uşaq kitabı həftəsinə, müşavirələrə dəvət olunmuşdur. Azərbaycan komsomolunun XXX, XXXI qurultaylarına nümayəndə seçilmişdir.
Şəbnəm Tapdıq
Şəbnəm Tapdıq (19 yanvar 1962-ci il) — müğənni, beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Respublikasının Əməkdar artisti, == Həyatı == Şəbnəm Tapdıqova 1962-ci il yanvarın 19-da Azərbaycan şairi və tərcüməçisi İlyas Tapdıqın ailəsində anadan olub 190 nömrəli məktəbi bitirdikdən sonra Azərbaycan Mədəniyyət və İncəsənət universitetinin tələbəsi olub. Elə o vaxt Dövlət Televiziya və Radio verilişləri komitəsinin mahnı müsabiqəsindən başlayıb. Ş.Tapdıqova həmin müsabiqələrin dəfələrlə qalibi olub. Rəşid Behbudov, Şövkət ələkbərova, Cahangir Cahangirov, Tofiq Quliyev və başqa görkəmli sənət adamları onun çıxışlarını təqdir etmişlər. Televiziyanın “Xatirə”, “Dan Ulduzu” ansambllarının müşayiəti ilə oxuduğu bəstəkar xalq, estrada mahnıları və həmçinin fransız, ərəb mahnılarının ifa edib. 7 il Azərbaycan Konsert Birliyində, 5 il R.Behbutov adına Mahnı teatrında solist kimi işləmişdir. Onun ifası bədii film və tamaşalarda istifadə olunmuşdur. Ş.Tapdıqova Dövlət Televiziya və Radionun geniş proqramlı konsertlərində çıxışlar etmişdir. Şəfiqə Axundovanın “Bəyaz Çiçəklər” ansamblı ilə Naxçıvan Muxtar Respublikasının bütün rayonlarında anşlaq konsertlər vermişdir. Gəncə, Sumqayıt, Mingəçevir, Şəmkir, Tovuz, Gədəbəy, Balakən, Lənkəran, Saatlı şəhərlərində uğurla solo konsertlər vermişdir.
Threads (tətbiq)
Threads (azərb. Threads‎) — əsası 6 iyul 2023-cü ildə Mark Zukerberq tərəfindən qoyulmuş sosial şəbəkə. Meta Platforms şirkətinə məxsusdur. Tətbiq, Twitter və digər mikrobloq platformaları kimi işləyir: istifadəçilər mətn, şəkillər və videolar yerləşdirə və paylaşa bilər; başqalarının yazılarına cavab verə, repost edə və bəyənə bilər. Tətbiq iOS və Android-də tam və məhdud funksionallıqla internetdə mövcuddur, tezliklə genişləndiriləcək. Sosial şəbəkə ilk 48 saat ərzində 80 milyon istifadəçiyə çatdı və daha əvvəl ChatGPT tərəfindən müəyyən edilmiş sürətli istifadəçi qeydiyyatı rekordunu qırdı.
Mobil tətbiq
Mobil proqram — telefon, planşet və ya saat kimi mobil cihazda işləmək üçün nəzərdə tutulmuş kompüter proqramı və ya proqram təminatı. Mobil proqramlar, tez-tez masaüstü kompüterlərdə işləmək üçün nəzərdə tutulmuş masaüstü proqramlardan və birbaşa mobil cihazda deyil, mobil veb brauzerlərdə işləyən veb proqramlardan fərqlidir. Proqramlar əvvəlcə e-poçt, təqvim və kontakt siyahısı kimi məhsuldarlıq yardımı üçün nəzərdə tutulmuşdu, lakin proqramlara olan ictimai tələbat mobil oyunlar, avtomatlaşdırılma, GPS və məkana əsaslanan xidmətlər, sifariş izləmə və bilet kimi digər sahələrə doğru sürətlə genişlənməsinə səbəb oldu. Əksər proqramlar internetə çıxış tələb edir. Proqramlar ümumiyyətlə rəqəmsal paylama platformasının bir növü olan proqram mağazalarından endirilir. Proqramlar üç növə bölünür: doğma (native) proqramlar, hibrid proqramlar və veb proqramlar. Doğma proqramlar xüsusi olaraq mobil əməliyyat sistemi, adətən iOS və ya Android üçün nəzərdə tutulub. Veb proqramlar HTML5 və ya CSS-də yazılır və adətən brauzer vasitəsilə işləyir. Hibrid proqramlar JavaScript, CSS və HTML5 kimi veb texnologiyalarından istifadə etməklə qurulur və yerli konteynerdə gizlənmiş veb proqramlar kimi fəaliyyət göstərir. == İcmal == Əksər mobil cihazlar veb-brauzer, e-poçt, təqvim, xəritə və musiqi, digər media və ya daha çox proqram satın almaq üçün mağaza kimi əvvəlcədən quraşdırılmış proqram təminatı kimi yığılmış bir neçə proqramla birlikdə satılır.
Topi
Damaliscus lunatus (lat. Damaliscus lunatus) — Damaliscus cinsinə aid heyvan növü.
Baha Tofiq
Baha Tofiq (türk. Bahâ Tevfik; 13 aprel 1884, İzmir, Aydın vilayəti – 15 may 1914, Konstantinopol) — Osmanlı mütəfəkkiri, yazıçısı, fərdiyyətçi (individualist) anarxisti. == Həyatı == Baha Tofiq 1884-cü ildə Osmanlı imperiyasının Aydın vilayəti ərazisinə daxil olan İzmir şəhərində anadan olmuşdur. O, ibtidai və orta təhsilini burada almışdır. Tofiq Məktəb-i Mülküyədə ali təhsil almış, 1907-ci ildə oradan məzun olmuşdur. O, İkinci Məşrutiyyətdən sonra vilayət maiyyət məmurluğu ilə qısa bir müddət Məclis-i Əyan katibliyində çalışmışdır. Rəhbər-i İttihad-i Osmani Məktəbində fəlsəfə üzrə dərs deməyə başlamış, vəfatına qədər bu vəzifədə çalışmışdır. Tofiq yazıçı Ömər Seyfəddinin fransız dili müəllimi olmuşdur. Baha Tofiq appendisitdən əziyyət çəkirdi. O, 15 may 1914-cü il tarixində, 30 yaşında vəfat etmişdir.
Cahanbəxt Tofiq
Cahanbəxt Tofiq (az-əbcəd. جهانبخت توفیق‎ ing. Jahanbakht Tofigh d. 9.2.1931, Sərab), ö. 28.4.1970 — azərbaycanlı məşhur sərbəst güləşçi. İranın dünya üzrə güləş çempionatlarında ilk qızıl medalını qazanmışdır. == Həyatı == 1931-ci ilin fevral ayının 9-da Şərqi Azərbaycan ostanının Sərab şəhərində anadan olmuşdur. Cahanbəxt Tofiqin qaraciyərində irsi xəstəlik olmuşdur. Bu xəstəlikdən anasını və qardaşını itirən Cahanbəxtin özü də 1970-ci ildə, cəmi 39 yaşında müalicə aldığı London şəhərində vəfat etmişdir. Zahirəddövlə məzarlığında dəfn edilmişdir.
Ceyms Tobin
Ceyms Tobin (ing. James Tobin) (5 mart 1918 – 11 mart 2002) — amerikalı iqtisadçı, Keynsçi maliyyə bazarları nəzəriyyəsi sahəsində mütəxəssis. İnvestisiya davranışı qaydası ilə bağlı apardığı tədqiqatlar maliyyə bazarına aid olan biliklərin artmasına səbəb olmuşdur. Bu tədqiqatlarına görə 1981-ci ildə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. == Həyatı == Harvard Universitetində təhsilini başa vurduqdan sonra, ABŞ hərbi dəniz donanmasında xidmət etmişdir. 1946–1949-cu illərdə Harvard Universitetinin təqaüdçüsü olmuşdur, 1947-ci ildə Harvard Universitetində doktorluq dərəcəsinə yüksəlmişdir. 1950-ci ildən Yel Universitetində işləməyə başladı və 1957-ci ildə burada professor dərəcəsinə yüksəldi. == Fəaliyyəti == 1941–1943-cü illərdə Vaşinqtonda (Kolumbiya) Qiymətlərin Tənzimlənməsi İdarəsinin, Mülki Təchizat və Hərbi İstehsal Şurasının iqtisadçısı işləmişdir. 1949-cu ildə Kembric Universitetində Tətbiqi iqtisadiyyat bölməsində (Böyük Britaniya) işləmişdir. 1950-ci ildən Yel Universitetinin adyunkt professoru, 1957-ci ildən həqiqi (tam) professoru olmuşdur.