Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Toratau
Toratau və ya Şixan (Tratau, Toratau; başq. Торатау — «qala-dağ») — Rusiya Federasiyasının Başqırdıstan Respublikası İşimbay rayonu və İşimbay şəhərinin rəmzi. Bu zirvə istər şəhərin istərsə rayonun gerbində əks olunmuşdur. 1965-ci ildən etibarən təbiət abidəsidir. İşimbay rayaonu ərazisində olan şahid dağlar arasında olan Kuştau, Yuraktau və Şaxtau Rusiyanın yeddi möcüzəsinə namizəd olaraq göstərilirdi. Toratau dağının Ağidel çayı sahilindən olan hündürlüyü 275 metrdir. Ətrafında olan düzənlikdən isə 280 metr hündürlüyə malikdir. Dağın dəniz səviyyəsindən olan hündürlüyü isə 406 metr təşkil edir. Dağ üzərində və çevrəsində 100 növdən çox ot bitkisinə rastlamaq mümkündür. Zirvənin qərb və cənub-qərb ətəklərində mağaralar vardır.
Əhməd Topatan
Əhməd Topatan (əsl adı: Daniel) — aktyor, Türkiyə ermənisi. Əhməd Topatan 1916-cı ildə Tarsusda anadan olub. Topatan 1975-ci il iyunun 26-da 59 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib. Aktyor İstanbulda dəfn olunub. Erməni mənşəli aktyor 1953-cü ildə “Drakula İstanbulda” filmi ilə diqqəti cəlb edib. İlk filmi isə 1950-ci ildə çəkilən “Çete” olub. Aktyorluğa gec yaşda başlayan Əhməd Topatan daha çox ciddi görkəmli, təmkinli caniləri canlandırıb. Amma onun müsbət obrazları da filmoqrafiyasında az deyil. 1964-cü ildə “Topqapı”, 1965-cui ildə “Son darbe”, 1967-ci ildə “Krallar ölmez” və 1971-ci ildəki “İntiqam kartallı” filmləri onun yaradıcılığına diqqəti daha da artırıb. 100-dən artıq filmdə rol alıb.
İbrahim Toraman
İbrahim Toraman (20 noyabr 1981 və ya 20 oktyabr 1981, Sivas) — Stoper bölgəsində oynamış türk keçmiş milli futbolçudur. İbrahim Toraman futbola Sivas DSİ Sporda başlayıb və 6 il həvəskar kimi çıxış edib. Burada oynayarkən həvəskar komandalar əsasında Qaziantepspor, MKE Ankaragücü və Gençlerbirliği kimi klubların diqqətini çəkib. O, əvvəlcə "Qaziantepspor" a gedib və təxminən 7 il Qaziantepdə qalıb. Qaziantepsporun bütün gənclərdən ibarət komandalarında çıxış edib. 2004–2005 Bir çox böyük komandanın transfer siyahısında birinci olan İbrahim Toraman 2004–2005 mövsümündən əvvəl "Beşiktaş" la 3 illik müqavilə imzalamışdı. Həmin mövsüm liqada 25 matçda 1 qolla, 1 kubokda və 2 UEFA kubokunda matça çıxıb. 2005–2006 2005–06 mövsümündə liqanın ilk həftəsində Kayseri Erciyesspor ilə ilk oyununu keçirdi. O, ilk qolunu "Diyarbakırspor" və Mustafa Doğana vurub və Kürşat Duymuş müdafiənin ürəyindəki ad oldu. Mövsüm ərzində o, 16 liqa oyununa çıxıb və 3 qol vurub.
Conatan
Conatan — Ad. Conatan Li Riçes — Dünyanın ən maraqlı insanı. Conatan Teydor — ABŞ ssenaristi, prodüseri və rejissoru Digər Conatan (tısbağa) — dünyanın ən yaşlı tısbağasi.
Goravan
Goravan — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd. == Tarixi == Vedi çayının sahilində, Vedi kəndinin cənubunda yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə Kürəvan, Qafqazın 5 verstlik xəritəsində Goravan kimi qeyd edilmişdir. == Toponimi == Toponim qədim türk dilində "mal-qara üçün pəyə", "həyət" mənasında işlənən kora sözünə , urartu dilində "ölkə yer" mənasında işlənən "ebani", "abani" sözünün fonetik forması olan avan (van) sözünün qoşulması əsasında əmələ gəlmişdir. Yuxarıda qeyd edilmişdir ki, kəndin adı 1728-ci il tarixdə tərtib edilmiş "İrəvan əyalətinin icmal dəftəri"ndə Kürəvan kimi qeyd edilmişdir. Toponimin Kürəvan formasının kökünü kürə sözü təşkil edir. Bu söz də qədim türk dilində kura formasında "mal-qara pəyəsi" mənasını ifadə edir. Kəndin adı yerli tələffüz forması Gorvan olduğuna görəErmənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4. IV.1944-cü il tarixli fərmanı ilə dəyişdirilib Yenikənd qoyulmuşdur. Sonra Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3.
Kolatan
Kolatan (Astara) — Azərbaycan Respublikasının Astara rayonunun inzibati ərazi vahidində kənd. Bala Kolatan — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Böyük Kolatan — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Kolatan (Germi) == Həmçinin bax == Kolatağ — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd.
Noravan
Noravan — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda kənd.
Qorağan
Qorağan — Azərbaycan Respublikasının Qax rayonunun Qorağan kənd inzibati ərazi dairəsində kənd. Bəzi tədqiqatçılar oykonimi qədim türk dillərində "dayanacaq", "hərbi düşərgə" mənasında işlədilən qori-qan (monqol variantı xoruqan) sözü ilə əlaqələndirib, yaşayış məntəqəsinin monqol işğalından (XIII əsr) sonra yarandığını güman edirlər. Ehtimal ki, kənd monqol işğalı dövründə hərbi məqsədlə salınmış məntəqə əsasında yaranmışdır. Azərbaycanda monqol mənşəli sözlərdən yaranmış toponimlərin çoxu Şəki, Balakən, İsmayıllı, Qax rayonlarının payına düşür. 1917-ci ildə, fevral inqilabından sonra Zaqatalanın nüfuzlu din xadimlərindən olan Hafiz Əfəndi (1920 və 1930-cu illərdə Zaqatalada antisovet üsyanlarının başçısı) vaxtı ilə çarizmin xristianlaşdırdığı bəzi məntəqələrdə, ələlxüsus da Qorağan kəndində sakinləri yenidən islam dininə döndərmək məqsədilə fəal təşviqat aparırdı. Bu da bölgədə konfessional zəmində gərginlik doğurmuşdu. XX əsrin 30-cu illərində isə Qorağan kəndində yaşayan xristian ingiloyların əksəriyyəti Gürcüstana köç edərək Tsiteltskaro rayonunda Samtatskaro (əvvəlki adı Anaqar Qorağan) kəndində məskunlaşmışlar. Kənd Acıçay sahilində, Alazan-Əyriçay çökəkliyində yerləşir. Relyefi düzən-çay-meşə relyeflərindən ibarətdir. Kəndin ərazisində çoxlu düzən yerlər kənd təsərrüfatının və maldarlığın inkşafına kömək edir.
Tarakan
Tarakan (lat. Blatta) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin tarakankimilər dəstəsinin tarakanlar fəsiləsinə aid heyvan cinsi. Nəzərə alınmalı olan ilk məqam tarakanların insanlarla təmasda ola bilməsidir. Onlar gecələr ortaya çıxa və ayaqları ilə dərinizi cızaraq kiçik qızartılara səbəb ola bilərlər. Bu cür qızartılar yaxşıca sabunla təmizlənməlir ki, daha ciddi problemə çevrilməsin. Qara tarakanlar, eləcə də digər tarakan növləri, ilk növbədə bakteriyaların daşıyıcısı olduqları üçün təhlükəlidirlər. Tarakanlar heç vaxt getməyəcəyimiz çirkli, iyrənc yerlərdə vaxt keçirirlər. Onlar sizin mətbəxinizdə bir meyvə parçasının üstündə olduğu kimi, meşədə çürüyən heyvan leşinin üstündə də rahatdırlar. Bu faktor onları təhlükəli zərərvericilər edir. Tədqiqatlar təsdiq etmişdir ki, tarakanlar 33-dən çox bakteriya növü daşıya və yaya bilir.
Torağay
Torağaylar Torağay palçıq vulkanı — Abşeron ərazisində, Qobustanda palçıq vulkanı. Hündürlüyü 407 m. Şorca Torağay (Məlikan) Torağay (Məlikan) Turağayçay — Tərtər rayonu ərazisində çay.
Torfavan
Torfavan — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Basarkeçər (Vardenis) rayonunda kənd.
Xorasan
Böyük Xorasan (pəhl. Xwarāsān; fars. خراسان‎, [xoɾɒːˈsɒːn] ( dinlə)) və ya Xəvər-zəmin — Qərbi və Orta Asiya arasında İran yaylasında tarixi şərq regionu. Sasani imperiyasından bəri yazılı mənbələrdə adı çəkilmişdir və Böyük İranın bir hissəsidir. İslam dövründə Böyük Xorasan İranda hazırda mövcud olan üç Xorasan vilayətindən çox daha böyük əraziləri əhatə edirdi. Region Əfqanıstan, İran, Türkmənistan, Özbəkistan və Tacikistanın hissələrini birləşdirmişdir. Xorasan adı farscadır və Baktriya dilindəki "Miirosan" sözündən götürülmüşdür, mənası "günəşin çıxdığı yer" və ya "şərq vilayəti"dir. Bu ad ilk dəfə Sasanilər imperiyası dövründə şərqdə yerləşən Fars vilayətinə verilmişdir və son orta əsrlərdən qonşu Mavəraünnəhrdən fərqli olaraq istifadə edilmişdir.
Vorotan
Şahverdilər (erm. Որոտան; Vorotan) — Ermənstanın Gorus rayonunun Sünik mərzində kənd. Şahverdilər kəndi Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasına bağlı olmuşdur. Andronikin və Nijdehin quldur dəstələri 1918-ci ilin avqust-sentyabr aylarında kəndə basqın edib dağıtmış, kənd camaatını qətlə yetirmişlər. Sağ qalan əhali kəndi tərk etmək məcburiyyəti qarşısında qalmışdır. SSRİ dövründə bəzi kənd sakinləri geri dönmüş və kənddə yaşamağa başlamışlar. 1961-ci ildə Tatev su-elektrik stansiyası tikilərkən kəndin adı dəyişdirilərək, "Vorotan" qəsəbəsi adlandırılmışdır. 1988-ci ildə kənddə yaşayan azərbaycanlılar Ermənistan SSR-də yaşayan digər soydaşları kimi deportasiyaya məruz qalmışlar və öz yurd-yuvalarını tərk etmişlər. 1933-cü ildə kənddə kolxoz qurulmuş, 1935-ci ildə isə ibtidai məktəb açılmışdır. Şahverdilərdə 8 illik məktəb, kitabxana, klub, tibb məntəqəsi, poçt binası, mağaza fəaliyət göstərirdi.
Aratan
Aratan — qədim türkcə ər "kişi", "igid", "sərrast atıcı", və tən "bərabər", "sanki özü", "elə bil" sözlərindən; ümumi mənası: "igid kimi", "sanki igid", "igidə tay" və s. Qədim türkcə təng (sonunda qovuşuq "nq" fonemi ilə) öz inkişafında eyni mənalı iki söz yaratmışdır: tən və tək. Azərbaycan dilində bu sözlərin ikisi də vardır. Məsələn, Aytən qız adı "Ay kimi", "Sanki ay" mənasını verir; tək sözü isə, məsələn, "aslan tək döyüşdü", yəni "şair kimi döyüşdü" ifadəsində qalır. Bu söz dilimizdə təkin formasında da işlənir. == Tarixi == Aratan- İrəvan xanlığının Karpibasar mahalında kənd adı. XIX əsrin II yarısından etibarən adı çəkilmir. Musa Kalankatlının "Alban tarixi"ndə Albaniyanın Arsak bölgəsində Tancik (yəni "Kiçik Tan"), Bulu-Tan (1828-ci ildə İrandan gəlmə ermənilər yerləşdikdən sonra təhrif olunmuş Plıtans şəklindədir) yəni "Ulu (böyük) Tan" və 1727-ci il arxiv sənədinə görə orada Müsəlman-Tan kənd adları ilə sıra təşkil edir. 1949-1950-ci illərdə kəndin əhalisi Azərbaycana köçürülmüşdür.
Cortan
Cortan, Cortdan və ya Cotdan — Bir növ süd məhsulu. == Hazırlanması == Kəndlərdə qatığı motal içinə töküb, onu çalıb kərəsini alarlar. Qatıqın kərəsi alınandan sonra,ayran əldə edilər. Sonra qurut hazırlamak üçün bu ayran torbaya tükülər və suyu alınar və bununla belə cortan ələ gələr ki süzmə qatıq kimi bərkdir və aşlarda istifadə olunar. Cortanları bir qoz ölçüsü qədər düzəldib və qurutsalar qurut yaranar. Bu məhsul Cənubi Azərbaycanda Marağa, Binab, Əcəbşir və Azərşəhrdə hazırlanar.
Dortan
Dortan (fr. Dortan) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şimali Oyonna kantonuna daxildir. Kommunanın dairəsi — Nantüa. INSEE kodu — 01148. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 1996 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 1350 nəfər arasında (15-64 yaş) 1071 nəfər İqtisadi fəal, 279 hərəkətsizdir (fəaliyyət göstərici 79.3%, 1999-cu ildə bu 76.9%). Fəal 1071 sakindən 955 nəfər (527 kişi və 428 qadın) işləyir, 116 nəfər işsizdir (49 kişi və 67 qadın). Aktiv olmayan 279 nəfər arasında şagird və ya tələbə, 111 nəfər təqaüdçü, 74 nəfər digər səbəblərə görə hərəkətsizdir.
Oraban
Oraban (əvvəlki adı: Oravan) — Azərbaycan Respublikasının Şəki rayonunun Baş Kəldək kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şəki rayonunun Başa Küngüt kənd inzibati-ərazi vahidi tərkibindəki Oravan kəndi Oraban kəndi adlandırılmışdır. Rəvayətə görə Oraban sözünün etimologiyası "ora" və "ban" sözlərinin birləşməsindən ibarətdir. Köçəri tayfa, indiki orabanlıların əcdadları Oraban kəndinin yerləşdiyi əraziyə sübh tezdən, "ora" "xoruz banı" vaxtı çatıb məskən salmışlar və binə etdikləri kəndin adını da Oraban qoymuşdur. Digər tədiqatçılara görə, oykonim fars mənşəli oura (qala) və məkan bildirən- van komponentlərindən düzəlib, "qala olan yer, qala yeri" mənasındadır. Oraban kəndi Şəkinin qədim yaşayış məskənlərindən biridir. Bunu kəndin yamac hissəsindəki qədim qəbristanlıq da sübut edir. Bu qəbristanlığın islamdan əvvəlki dövlərdə salındığı və buradakı qəbirlərin qədim alban tayfalarına məxsus olduğu ehtimal edilir. Bundan əlavə kəndin dağ hissələrinə iki alban kilsəsinin olduğuda bildirilir. Alban kilsələri kənd sakinlərinin həyətlərinə düşdüyündən zamanla dağıdılmışdır.
Oratağ
Aşağı Oratağ
Oxatan
Oxatan (astrologiya) Oxatan (bürc) — Zodiacal bürc.
Tartan
Tartan — müxtəlif vertikal və horizontal rənglərdən ibarət olan naxış. Bu naxış Şotlandiya kiltlərində daha çox işlənir.
Trayan
Mark Ulpi Trayan (18 sentyabr 53[…] – avqust 117, Selinus, Roma imperiyası[…]) — Roma imperatoru, Antoninlər sülaləsindən, romalı olmayan ilk Roma imperatorudur. Təcavüzkar xarici siyasət yeritmişdir. Dakların torpağını (Dakiya əyaləti adı ilə), Nabatiyyə padşahlığını (Ərəbistan vilayəti adı ilə) Romaya birləşdirdi. Trayan Parfiya padşahlığının paytaxtı Ktesifonu (Mədəini) ələ keçirmiş, Ermənisitan və Mesopotamiyanı bütünlüklə işğal etmişdi. Trayan dövründə Romada böyük tikinti işləri görülmüşdü. Trayan İspaniyada, romalı ailəsində anadan olmuş, atası ilə Romanın İudeya və Parfiya hərbi kompaniyalarında sıravi bir legioner kimi iştirak etmişdi. İmperator Narva bu gənc konsulu oğulluğa götürmüş, Reyndə döyüşlərin komandiri kimi göstərdiyi rəşadətə görə ona «Germanski» titulunu vermişdi. 98-ci ildə Narvanın ölümündən sonra Trayan imperator seçilib, ilk növbədə quruculuq işlərinə başlamış məhkəmə sistemini qaydaya salıb təkmilləşdirmiş, yeni küçələr və kanallar çəkdirməklə kommunikasiya sistemini bərpa etmiş, Romanı yeni əzəmətli tikintilərlə bəzəmişdi. Bunlar onun texniki işləri idi. Lakin Trayan tarixə daha çox ölkədə siyasi-mənəvi mühitin təmizləməsi ilə daxil olmuşdu.
Toran
Alatoranlıq, alaqaranlıq və ya toran — şəfəq vaxtı ilə günəşin doğuşu və günəşin qürubu ilə qaranlıq vaxt arasındadır. Üst atmosferdə səpələnmiş gün işığı aşağı atmosferi işıqlandırır və bu vəziyyətdə yer nə tamamilə işıqlıdır, nə də tamamilə qaranlıqdır. Günəş üfüqdə olduğundan, əslində görünə bilməz. Bu anda “mavi saat” (fransızca: l'heure bleue) adlanan mühit işığının qeyri-adi, romantik təbiəti fotoqraf və rəssamlar arasında populyardır. Alatoranlıq, texniki olaraq süni işıqlandırmaya ehtiyac olmadan xarici fəaliyyətlərin edilə biləcəyi günün səhər başlayıb, axşam başa çatan hissəsi olaraq təyin edilmişdir. Elmi baxımdan, alatoranlıq Günəşin (mərkəzinin) üfüqə görə mövcud olan bucağı ilə müəyyən edilir. Alatoranlıq üç alt kateqoriyaya malikdir: gündəlik mövqeyi (ən parlaq), dəniz mövqeyi və astronomik mövqeyi (ən qaranlıq).
Goravan səhrası
Goravan səhrası (erm. Գոռավանի անապատ) — Ermənistanın Ararat mərzi ərazisində Vedi və Goravan şəhərlərindən cənubda yerləşir. Səhra əsasən qumluqlarda ibarətdir. Səhra dəniz səviyəsindən 900–950 metr yüksəklikdə dağların arasında yerləşir. Səhranın ərazisində küləklərin fəaliyyəti nəticəsində qum düynləri əmələ gəlir. Səhranın ümumi sahəsi 250–300 ha təşkil edir. Səhranın şərqində Urs sisiləsi yerləşir Səhranın yaxınlığında Ermənistan dövləti tərəfindən təşkil olunan "Goravan qumları" adlı yasaqlıq yaradılmışdır. == İqlimi == Maksimal minimum −25°S, maksimum temperatur isə 42°S. olur. İlin 200–220 günü səhraya yağıntı düşmür. Qış dövrü noyabrdan martın əvvəllərinə qədər davam edir.
Kolatan (Astara)
Kolatan — Azərbaycan Respublikasının Astara rayonunun Kakalos kənd inzibati ərazi dairəsində kənd. == Etimologiyası == Kəndin adı Talış dilində "Kül"-kol, " əton " - o tərəf mənasını verir.Bu ad burada salınmış çay plantasiyaları ilə əlaqədar yaranmışdır.Digər versiyaya görə"yanmış o tərəf " anlamını verir.Bu ərazidə əvvəllər çəltikçiliklə, sonralar isə çayçılıqla məşğul olmuşlar.
Korkut Boratav
Korkut Boratav (1935, Konya)—türk iqtisadşısı. == Həyatı == Türkiyənin yetişdirdiyi önəmli alimlərindən biri olan Marksist iqtisadçı Korkut Boratav 1935-ci ildə Konyada doğuldu. 1959-cu ildə Ankara Universitetinin hüquq fakültəsini bitirdi. 1960-cı ildə tamamladığı Maliye Teorisi yüksek lisans eğitimi sonunda Ankara Üniversitesi Siyasal Bilgiler Fakültesinə asissent olaraq daxil oldu. 1964-cü ildə, eyni fakültədə, "iqtisad doktorası"nı tamamladı. 1964–1966-cı illərdə Kembric Universitetində araşdırmalar apardı. 1972-ci ildə dosent oldu. 1974-cü ildə Birleşmiş Milletler Cenevre Ofisində müşavir oldu. 1980-ci ildə Ankara Universiteti Senatosunca profesörlüğe yükseltildi. 1983-cü ildə Ankara Sıkıyönetim Komutanlığı'nca 1402 sayılı yasaya göre Üniversitedeki görevine son verildi.