Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Torbalı
Torbalı (türk. Torbalı) — İzmir ilinin ilçəsi. İzmirin cənub-şərqində yer alır. İl mərkəzinə uzaqlığı 36 km-dir. İlçənin şimalında Buca və Kamalpaşa, şərqində Bayındır və Tirə, cənubunda Səlcuq, qərbində isə Menderes ilçələri yerləşir. İlçənin sahəsi 577 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 185,908 nəfərdir.
Duz torbası
Duz torbası (Duzluq, Duzqabı) — duz saxlamaq üçün istifadə edilən torba. Duz torbasından Azərbaycan və Türkmənistanda duzu müəyyən müddət saxlamaq və həmçinin daşımaq üçün istifadə edilirdi. Xüsusi naxış və ornamentlərlə bəzədilmiş duz torbası uzun, dar boğazlı olmaqla müxtəlif rəngli yun, pambıq və həmçinin ipək ipliklərdən Zili (Qayıq) toxunuşla toxunmuş olur. Müasir zamanda duz müxtəlif ölçülərdə müxtəlif növ kisələrdə saxlanır və daşınır. Müasir duzqabı (nəməkdan) isə içinə duz tökmək üçün kiçik qab olmaqla saxsı, şüşə, plasmas və digər materialdan hazırlanır.
Borçalı
Borçalı — Gürcüstan tarixi-coğrafi hissəsi, Debedi dərəsi daxildir. Adı 17-ci əsrdə məskunlaşan türkmən tayfası Qarapapaq'ların gəlməsi ilə şəkillənib. == Tarixi == 1213–cü ildən başlamaqla 16 il müddətində şərq ölkələrinə səyahət etmiş, 1213–1220–ci illərdə həm də Təbriz, Marağa, Urmiya, Əhər, Mərənd, Vəravi, Xoy, Sərab, Ərdəbil, Uşnu və Miyana kimi Azərbaycan şəhərlərini gəzmiş Yaqut əl-Həməvi 1224–1228–ci illərdə qələmə aldığı Mucəm əl-buldan adlı coğrafi lüğətində yazır: === Rus işğalı === ==== Gürcüstan quberniyası tərkibində ==== 1744-cü ildə Nadir şahın fərmanı ilə Borçalı Qazax mahalı ilə birlikdə Gəncə bəylərbəyliyindən alınaraq Kartli-Kaxetiya krallığının tabeçiliyinə verilmişdir. Fərman Gəncə bəylərbəyinin Nadir xan Əfşarın Muğanda şah elan olunmasına qarşı çıxması ilə izah olunur. Sonralar isə 1783-cü ildə Çar Rusiyası ilə Gürcüstan arasında bağlanmış Georgiyevsk traktatı nəticəsində Gürcüstan, o cümlədən də Borçalı Rusiya ərazisinə qatılmışdır. ==== Gürcüstan–İmeretiya quberniyası tərkibində ==== ==== Tiflis quberniyası tərkibində ==== 1880-1929-cu illərdə Tiflis quberniyasının ərazisində təşkil edilmişdir. Ərazisi 1880-ci ilin məlumatına görə 5940 kv. km., 1905-ci ildə 6870 kv. km. təşkil etmiş, 1917-1921-ci illərdə 4360 kv.
Torpaqlı
Torpaqlı (Ərdəbil) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. Torpaqlı Axtarma (palçıq vulkanı) — Abşeronda palçıq vulkanı.
Xorablı
Xorablı (fars. خورابلو‎) - İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd.
Zorbalıq
Zorbalıq, bəzən bulliyinq (həmçinin bullinq, ing. bullying) və ya təkləmək kimi qeyd olunur — bir insanın qəsdən başqa bir insana zərər verdiyi aqressiv davranış forması. Buna ad qoymaq, ələ salmaq, sataşmaq, şayiələr yaymaq, döymək və əşyaları götürmək daxildir. Zorbalıq müxtəlif izah olunur. Birləşmiş Krallıqda zorbalığın hüquqi izahı olmasa da, ABŞ-nin bəzi ştatlarında zorbalığa qarşı qanunlar var. Zorbalıq əsas dörd növə bölünür - emosional (bəzən əlaqəli kimi qeyd olunur), şifahi, fiziki və kiber. Zorbalıq fərdi və ya qruplaşma forması ala bilər. Zorbalıq mədəniyyəti insanların bir-biri ilə qarşılıqlı olduğu hər hansı bir kontekstdə inkişaf edə bilər. Zorbalıq adətən məktəbdə, ailədə, iş yerində, evdə və qonşuluqda mövcüd olur. Zorbalıq üçün əsas platforma sosial şəbəkə saytlarıdır.
Şorbaçı
Yaşayış məntəqələri Şorbaçı (Hacıqabul) — Azərbaycanın Hacıqabul rayonunda kənd. Şorbaçı (Cəlilabad) — Azərbaycanın Cəlilabad rayonunda kənd. Şorbaçı bələdiyyəsi — Azərbaycan Respublikasının Cəlilabad rayonunda bələdiyyə.
Dəmirli (Borçalı)
Dəmirli — Gürcüstanın Bolnisi rayonunda kənd. == Təhsil == İlk məktəb 1932-ci ildə yaradilib. Baza məktəbi (2006-cı ildə 9 sinifdə 66 şagird) fəaliyyətdədir. == Tanınmış şəxsləri == Əlövsət Osmanlı - fizika riyaziyyat elmləri namizədi. == Məşhurları == Əlövsət Osmanlı - Fizika-riyaziyyat elmləri namizədi. == Coğrafi mövqeyi == Dəmirli kəndi Gədi çayının sol sahilində, rayon mərkəzindən 21 km qərbdə, dəniz səviyyəsindən 800 m hündürlükdə yerləşir. == Əhalisi == 1918-ci ildə 109 nəfər, 1926-cı ildə 20 ailədə 109 nəfər, 2002-ci ildə 95 ailədə 359 nəfər, 2006-cı ildə 96 ailədə 350 nəfər,2016-cı il 77 ailə 308 nəfər.
Elsuort Torpağı
Elsuort Torpağı, (ing. "Ellsworth Land") (əvvəllər Elsuort Dağlıq Bölgəsi), Antarktidada Antarktik yarımadasının quru hissəsinə yaxın bir yerdə yerləşən bölgəsidir. Meri Berd Torpağının şərqində, Ronni buzluğu ilə Bellinshauzen dənizi arasındadır. Bölgədə bir neçə sıradağları görmək olar. Bunlardan Elsuort dağlarındakı Vinson massiv (5.140 m) Antarktidanın ən yüksək nöqtəsidir. Kələ-kötür və buzla örtülü olan bölgə 1935-ci ildə amerikalı səyyah Linkoln Elsuort və pilotu Herbert Hollik-Kenyon tərəfindən, qitənin üzərindən təyyarə ilə keçərkən tapılmışdır. Argentina, Çili və ABŞ-nin, üzərində haqq iddia etdiyi Elsuort Torpağı hələ tam olaraq kəşf edilməmişdir.
Enderbi Torpağı
Enderbi Torpağı (ing. Enderby Land) — Şərqi Antarktida ərazisinin bir hissəsi olaraq, 44°38' və 59°34' şərq uzunluğunda qərararlaşır. == Coğrafiya == Qərbdən Kraliça Mod Torpağı, şərqdən isə Kemp Torpağı ilə əhatələnir. Kosmonavtlar dənizi sahillərini yuyur. Enderbi Topağının bir hissəsini təşkil edən Bernad yarımadasında 2300 metr hündürlüyə malik olan Neypier dağı yerləşir. Yarımada Kosmonavtlar dənizini Birlik dənizindən ayırır. Yarımada 100 km dəniz daxilinə uzanır. Buz qatının qalınlığı mərkəzi hissədə 2000—2500 metr təşkil edir. Bəzi sahələr buzdan tam azad ola bilir. Enderbi Torpağının şərq hissəsində dağ massivi yerləşir.
Eyvaz Borçalı
Ayvaz Məhəmməd oğlu Ayvazov və ya Eyvaz Borçalı (5 may 1938, Ağammədli, Marneuli rayonu) — şair, tərcüməçi, 1968-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1981), "Azərbaycanfilm" kinostudiyasının keçmiş rəhbəri (1984–1986). == Həyatı == Eyvaz Borçalı 1938-ci il mayın 5-də Gürcüstanın Borçalı (Marneuli) rayonunun Ağaməmmədli kəndində anadan olmuşdur. Burada Qaçağan onbirillik məktəbini bitirdikdən sonra M. F. Axundov adına Rus Dili və Ədəbiyyatı İnstitutuna daxil olmuşdur. Azərbaycan Yazıçılar İttifaqının zəmanəti ilə həmin institutun VI kursundan Moskvaya, M. Qorki adına Ədəbiyyat İnstitutuna, bədii tərcümə bölməsinə keçirilmişdir. Buranı bitirdikdən sonra Azərnəşrdə redaktor kimi əmək fəaliyyətinə başlamışdır (1964). "Azərbaycanfilm" kinostudiyasında ssenari redaksiya heyətinin üzvü (1970), "Mozalan" satirik kino-jurnalının baş redaktoru (1971–1984), C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru (1984–1986) vəzifəsində işləmişdir. Ədəbi yaradıcılığa 1960-cı ildə "Ədəbiyyat və incəsənət" qəzetində çıxan "Əbədi məşəl" şerilə başlamışdır. Bundan sonra dövri mətbuatda vaxtaşırı şeirlərini və bədii tərcümələrini çap etdirmişdir. Bakı şəhər Oktyabr rayonu xalq deputatları Sovetinə üç çağırış deputat seçilmişdir. "Kirpi" jurnalının baş redaktoru olmuşdur (1986–1993).
Georq torpağı
Qeorq Torpağı — Frans-İosif Torpağı arxipelaqına daxil olan Rusiyaya məxsus olan ada. Şimal Buzlu okeanın suları ilə əhatələnmişdir. İnzibati cəhətdən Arxangelsk vilayəti ərazisinə daxildir. == Coğrafiyası == Adanın uzunluğu 115 km, sahəsi — 2821 km² təşkil edir. Qeorq Torpağı arxipelaqın ən böyük adasıdır. Ən hündür zirvəsi Brusilov kupol buzlağıdır (416 m). Ada buxta və fiodlarla parçalanmışdır. Qeorq Torpağı ilə Aleksandra Torpağı arasında Kembricski boğazı yerləşir. == Tarixi == Ada britaniyalı qütb araşdırmaçısı Benjamin Li Smit Kral V Georqun şərəfinə adlandırmışdır.
Kartof şorbası
Kartof şorbası (alm. Kartoffelsuppe‎) — alman və avstriya mətbəxinə məxsus, əsas inqrediyenti kartof olan ənənəvi şorba. Çox qatı olduğunda şorba kartof ayntopfu adlandırılır. Azərbaycan mətbəxində də kartof şorbası mövcuddur. == Tərkibi == Kartof şorbasının tərkibi ət suyu, kartof, soğan, yağ, un, duz, bəzən isə yumurta sarısı və süd kimi ərzaqlardan istifadə olunur. == Hazırlanması == Kiçik-kiçik doğranmış soğanı yağda azca qovurulduqdan sonra unla qarışdırılır. Doğranmış kartoflar və duz əlavə edilərək bişirilir. Bişən şorbanı blender vasitəsilə püre halına gətirilir. Ayrı bir qabda hazırlanan yumurta və süd qarışığı şorbaya əlavə oluna bilər. Bir az daha qaynatdıqdan sonra kartof şorbanız servisə verilir.
Kemp Torpağı
Kemp Torpağı — Kemp dənizi sahili boyunca uzanan ərazi. == Ədəbiyyat == William J. Mills: Exploring Polar Frontiers: A Historical Encyclopedia. ABC-Clio, Santa Barbara 2003, S. 342, ISBN 978-1-57607-422-0.
Kots Torpağı
Kots Torpağı (ing. Coats Land) — Şərqi Antarktidada 20° və 36° qərb uzunluqları arasında yerləşir. Şərqdən Kraliça Mod Torpağı, qərbdən isə Filhnera şelf buzlağı əhatələnir. Dəniz kənarı bölgədə Luitpold və Kerd sahilləri ərazisi daxildir. == Coğrafiyası == Kots Torpağının böyük hissəsi materik buzlağından ibarətdir. Buzlağın qalınlığı 500—1000 metr təşkil edir. Buzlaq şelfə doğru uzanır. Sahillərini Ueddell dənizi yuyur. Qərb hissədə Teron dağı buzlağın üzərinə çıxır. == Tarixi == Torpaq 1904-ci ildə Şotlandiya Milli Antarktika ekspedisiyasının rəhbəri Vilyam Bryus tərəfindən Ceyms və Endryu Kots qardaşlarının şərəfinə adlandlrılmımdır.
Kusov Torpağı
Kusov Torpağı — Yeni Torpaq arxipelaqına daxil olan iri bir ada. İnzibati cəhətdən Rusiyanın Arxangelsk vilayəti ərazisinə daxildir. Ada Barens dənizi ilə əhatələnmişdir. Arxipelaqın cənubunda yerləşir. Adadan cənubda yalnız kiçik adsız adalar vardır. Vayqaç adasından Kara darvazası boğazı ilə ayrılır. Adadan bir qədər aralıda Prokofev və Persey bankələri yerləşir. 59 metrə malik olan ən hündür zirvə adanın cənub-şərqində yerləşir. İkinci zirvə isə 52 metrdir. Adanın mərkəzində yerləşir.
Luara torpağı
Luara torpaqları və ya Pei-de-la-Luar (fr. Pays de la Loire, IPA: ​[pɛ.i də la lwaʁ]) — Fransanın qərbində bir bölgədir. Paytaxtı Nant şəhəridir. == Coğrafiyası == Ərazisi 32 082 km²-dir. Luara, Luar, Sarta və Mayenn çayları bu ərazidən axır. == Tarixi == == İnzibati bölgüsü == Region departamentlərinə daxildir :Mayenn, Atlantik Luara, Men və Luara, Sarta və Vandeya.
Milne Torpağı
Milne Torpağı (dan. Milne Land; qren. Ilimananngip Nunaa) — Qrenlandiyanın şərqində yerləşən ada. Skorsbi körfəzi ndə yerləşir. Sahəsi 3913 km²təşkil edir. 113 km uzunluğa, eni isə 45 km-dir. Adanın ən hündür nöqtəsi 2200 metrdir. Burada yaşayış yoxdur. Britaniya kral donanmasının üzvü David Milnenin şərəfinə adlandırılmışdır.
Miso şorbası
Miso şorbası (yap. 味噌) — Yapon şorbası. Düyü, arpa, dəniz duzu, mərcinin birləşməsindən əmələ gələn şorba. Əslində şorbadan duz dadı gəlir ancaq bəzi məmulatlar qatıldığı üçün şorba dadını dəyişib. Yemək miso ilə hazırlanmışdır. Miso şorbası şirində ola bilər. Həmçinin dieta üçündə əlverişlidir. Miso şorbasının yaranmasının səbəbi uzun sürən müharibələrdir. Yaponiya tarixində Edo dövrünü incələyən alimin iddiasına görə misonun kökü Çinə qədər gedib çıxır. O dövrdə miso, hişio və kuki olaraq adlandırılırdı.
Müşfiq Borçalı
Məmişlər (Borçalı)
Məmişlər — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd. Məmişlər kəndi Hüseyin kəndindən 3-3,5 km şimalda Şamdüyə dağinin şimal-şərq ətəyində yerləşir. Bu sahə Sovet hakimiyyəti gəlməmişdən əvvəl Osman ağanın(Qara Osman ) mal–qarası üçün otlaq yeri, yaylaq yeri olmuşdur. Osman ağanın Məmiş, Şərif, Qərib adlı oğlanları varmış onlar nökərləri ilə mal–qaranı ora, yaylağa apararmış. Sovet hakimiyyəti gəldikdən sonra Məmiş kişi buranın iqliminə və yerinə yaxşı bələd olduğu üçün heç hara getməmiş, qohum əqrabasını də başına yığıb orada yurd salıb yaşamağa başlamışdır. Və ondan sonra ora Məmişin adına olaraq bu kənd Məmişlər kimi tarixə düşmüşdür. Hazırda kənddə yaşayış davam edir. kənd əhalisi indidə mal -qara ilə məşğuldurlar.Kicik oğlu Qəribində Rusdam adında oğlu olmuş onunda Hamza ,Həmid ,Ədiı və Məhəmməd oğlanları və Güləvatın adında bir qızl olmuşdur Məmişlər kəndi Qaraxaç silsiləsinin şərq yamaclarında, rayon mərkəzindən şimal-qərbdə, dəniz səviyyəsindən 1620-1650 metr yüksəklikdə yerləşir. Coğrafi cəhətdən rayonun Yuxarı Qarabulaq, Hüseynkənd və Salaməleyk kəndləri ilə qonşudur. Məmişlər Yırğançayla yanaşı bölgənin ən hündür dağ kəndlərindən biridir.
Mərcimək şorbası
Mərcimək şorbası, əsas məmulatı qırmızı, sarı və ya yaşıl mərcimək olan; un, duz, tərəyağı, ət suyu, soğan, qırmızı və ya qara bibər ilə hazırlanan şorba. Türkiyədə mərcimək şorbası düzəltmək üçün soğandan əlavə kartof, kök və iyli kərəviz də istifadə olunur. Şorba qaynadıqda buxarlanmasın deyə üstünə paltar(həli) qoyulur.
Nar şorbası
Nar şorbası (fars. آش انار‎ āš e anār; azərb. anar aşı‎) — Azərbaycan və İranın milli xörəklərindən biri. Bu yeməyin vətəni İran və İraqdır. Çorba, qədim Çin və Spartada miladdan əvvəl I əsrdə hazırlanmışdır. Daha sonra bu qidalandırıcı və faydalı yemək bütün dünyada yayılmış və onun müxtəlif reseptləri icad edilmişdir. Müasir növ şorba maddələr sayı, məhsullar dəsti və hətta tutarlılıq baxımından əhəmiyyətli dərəcədə fərqlənir. Bu mütləq maye şorba deyil — məsələn, Alman aintopf və ya Fin şorbası calakeutto kimi çox qalın və qidalı ola bilər. Bütün bunlar bu resepti icad edən insanların ənənələrindən asılıdır. Ən qeyri-adi, əlbəttə ki, əriştə və şokoladdan olan Yapon şorbası, Karib dənəsində hazırlanan — iguana şorbası və Afrikada bişirilən qəhvə, banan və kirdən olan şorbalardır.
Nordenşeld Torpağı
Nordenşeld Torpağı (norv. Nordenskiöld Land) — Qərbi Şpisbergen adasının bir hissəsini təşkil edən ərazi (Şpitsbergen, Norveç). Öz növbəsində bir yarımadadır və adanın qərbində yerləşir. Torpaq İsford və Vanmiyenfiord arasında qərarlaşır. Torpaq finland qütb araşdırmaçısı kralı Adolf Nordenşeldin (1832—1901) şərəfinə adlandırılmışdır.
Noxud şorbası
Noxud şorbası — noxudla hazırlanan şorba növü. Bir çox dünya mətbəxində noxud şorbası hazırlanır. Əsasən Pisum sativum növündən olan noxuddan hazırlanır. Noxud şorbası qədim zamanlardan hazırlanan xörəklərdən biridir. Aristofan "Quşlar" əsərində noxud şorbasının adını çəkmişdir. Kanadada sarı noxud şorbası Kvebek mətbəxinin ənənəvi xörəklərindən biridir. Kanadanın ingilisdilli bölgələrində noxud şorbası Conni çörəyi ilə servis edilir. Almaniyada donuz əti və ya sosiska ilə bişirilməsi geniş yayılıb, eləcə də, hazır noxud şorbası konservləri satılır. Niderlandda noxud şorbasının snert adlandırılan xüsusi çeşidi hazırlanır. İndoneziya və Surinam keçmiş Niderland müstəmləkələri olduğu üçün bu ölkələrdə də noxud şorbası geniş hazırlanan xörəklərdəndir.
Tortoli
Tortoli (it. Tortolì) — Sardiniyada şəhər.
Kordali
Kordali və ya palayi (kürd. kurdaliî) — İran və İraq arasında sərhədyanı ərazilərdə danışılan kürd dillərindən biri. == Yayılması == Bu idiom İranın İlam ostanının bəzi yerlərində (Abdanan, Dehluran və s.) danışılır. İraqda Əli-əl-Qərbidə və Vasit mühafəzəsində yayılmışdır.
Toradi
Toradi — Azərbaycan Respublikasının Astara rayonunun Hamoşam kənd inzibati ərazi dairəsində kənd. Torə (tora) talış dilində "su mənbəyi", "kanal" və di "kənd" deməkdir.
Möhbalı Əmiraslanov
Möhbalı Firudin bəy oğlu Əmiraslanov (1902, Balahəsənli, Zəngəzur qəzası – 15 may 1984, Bakı) — Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini, Azərbaycan SSR Ali Sovetinin deputatı, podpolkovnik. Möhbalı Firudin bəy oğlu Əmiraslanov 1902-ci ildə Qubadlı rayonunun Balahəsənli kəndində anadan olub. 1920-ci ilin avqust ayında Qubadlı qəza milis idarəsində işə girir və 1924-cü ildə Bakıya gələrək texnikumun axşam şöbəsinə daxil olur və gündüz taxta zavodunda fəhlə işləyir. 1927-ci ildə Azərbaycan Politexnik İnstitutuna qəbul olur və 1929-cu ildə Stalin adına Moskva Polad İnstitutuna təhsilini davam etdirməyə göndərilir. 1931-ci ildə o, Leninqrada göndərirlir və 1934–1936-cı illərdə Daşkəsən metallurgiya kombinatında baş mühəndisi əvəz edərək, tikintiyə rəhbərlik edir. 1936-cı ildə Azərbaycan Dəzgahqayırma zavoduna direktor təyin edilir. 1938-ci ildə Xalq Yerli Sənaye Komissarının müavini vəzifəsində işləyir. 1939-cu ildə toxuculuq sənayesi naziri təyin edilir və 1941-ci ilin mart ayından Azərbaycan KP tikinti və inşaat materialları üzrə katibi seçilir. 1942-ci ildə müharibəyə gedir. Döyüşlərdə iştirak edən M. Əmiraslanov 1944-cü ildə podpolkovnik rütbəsi alır.