Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Torbalı
Torbalı (türk. Torbalı) — İzmir ilinin ilçəsi. İzmirin cənub-şərqində yer alır. İl mərkəzinə uzaqlığı 36 km-dir. İlçənin şimalında Buca və Kamalpaşa, şərqində Bayındır və Tirə, cənubunda Səlcuq, qərbində isə Menderes ilçələri yerləşir. İlçənin sahəsi 577 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 185,908 nəfərdir.
Tornado
Tornado və ya Amerika qasırğası − topa yağış buludları ilə əlaqəli şəkildə fırlanan sütunşəkilli hava axınıdır. Tornado buludlardan yerə qədər uzanır və böyük dağıdıcı gücə sahib olan təbii fəlakətdir. Əksər tornadoların hərəkət sürəti 65–180 km/saat arasında dəyişir, eni 75 metrə bərabər olur və bir neçə kilometr hərəkət edir. Xüsusi təhlükəli tornadolar isə 450 km/saatdan artıq sürətə, 1,5 km-dən böyük enə malik olmaqla yanaşı, yerdə 100 km-dən artıq yol qət edə bilirlər. Tornado haqqında ilk elmi nəzəriyyə 1917-ci ildə Alfred Vegener tərəfindən irəli sürülmüş və indiyədək doğru olaraq qəbul edilməkdədir. Su hövzəsinin üzərində meydana gələn hava burulğanı, yerdən çəkdiyi sular ilə su tornadosu yarada bilər. == Həmçinin bax == ABŞ-Kanada tornadosu (1985) == Xarici keçidlər == Fotos von Tornados Arxivləşdirilib 2006-06-13 at the Wayback Machine Familie von Wasserhosen über dem Adriatischen Meer Arxivləşdirilib 2007-09-27 at the Wayback Machine European Severe Storms virtual Laboratory (ESSL) (englisch) European Severe Weather Database (ESWD) (englisch) The Tornado and Storm Research Organisation (TORRO) (englisch) NSSL: National Severe Storm Laboratory, USA (englisch) What is a Tornado? Essay von Charles A. Doswell, Cooperative Institute for Mesoscale Meteorological Studies, Norman (OK), USA (englisch) Was ist ein Tornado?
Şorbaçı
Yaşayış məntəqələri Şorbaçı (Hacıqabul) — Azərbaycanın Hacıqabul rayonunda kənd. Şorbaçı (Cəlilabad) — Azərbaycanın Cəlilabad rayonunda kənd. Şorbaçı bələdiyyəsi — Azərbaycan Respublikasının Cəlilabad rayonunda bələdiyyə.
Torna
Torna metalların və süni materialların kəsmə ilə hazırlanmasında tətbiq olunan texnoloji əməliyyat növüdür. Torna əməliyyatı kəskilərin tətbiqi ilə torna dəzgahlarında aparılır. Başqa əməliyyatlardan fərqli olaraq burada əsas hərkəti pəstah, köməkçi hərkəti isə alət yerinə yetirir. Pəstah fırlanır, kəski isə supportun köməyi pəstah boyunca hərəkət etdirilərək veriş hərəkətini alır. Bu zaman kəskiyə verilən eninə veriş kəsmə dərinliyini yaradır, bunun nəticəsində də emal zamanı yonqar əmələ gəlir. Xüsusi hallarda alət də baş hərkətin alınmasında iştirak edir. Klassik torna əməliyyatında fırlanan səthlər emal olunmuşlar. Hal-hazırda müasir CNC idraəetmə sistemi ilə təchiz olunmuş dəzgahlar daha mürəkkəb səthlərin emalına imkan yaradırlar. Verişin istiqamətindən asılı olaraq uzununa və eninə torna əməliyyatları mövcuddur. Alətin pəstaha nisbətən vəziyyəti isə xaric və daxili yonma ilə səciyyələnir.
Adel Torpağı
Adeli torpağı (fr. Terre Adélie) — Fransanın idarə etdiyi Antarktika sektoru. Ərazinin sərhədləri Antarktidanın sahili boyunca keçir və bu koordinatlarda yerləşir: 66°12′ c.g. 136°11′ ş.u. и 66°48′ c.g., bu nöqtələrdən sərhəd Cənub qütbünə qədər 2600 kilometrliy uzunluğunda qitənin içərinə gedir. Sahil xəttinin ümumi uzunluğu təxminən 350 km təşkil edir. Adeli torpağı 432 min kilometrdən çox sahə tutur, və o, demək olar ki, tamamilə buzla örtülürüb. Buranın sahilləri 1837-ci ildə franssız dənizçi Jul Dyumon Dyurvill tərəfindən tapılmışdır və arvadının şərəfinə Adeli adını qoymuşdur. 12 yanvar 1956-cı ildən ərazidə Fransanın Dyuomon d'Yurvil adlı daimi illik elmi-tədqiqat qütb stansiyası fəaliyyət göstərir. Stansiya antarktik sahilində bu koordinatlarda yerləşir: 66°40′ c.g.
Adeli torpağı
Adeli torpağı (fr. Terre Adélie) — Fransanın idarə etdiyi Antarktika sektoru. Ərazinin sərhədləri Antarktidanın sahili boyunca keçir və bu koordinatlarda yerləşir: 66°12′ c.g. 136°11′ ş.u. и 66°48′ c.g., bu nöqtələrdən sərhəd Cənub qütbünə qədər 2600 kilometrliy uzunluğunda qitənin içərinə gedir. Sahil xəttinin ümumi uzunluğu təxminən 350 km təşkil edir. Adeli torpağı 432 min kilometrdən çox sahə tutur, və o, demək olar ki, tamamilə buzla örtülürüb. Buranın sahilləri 1837-ci ildə franssız dənizçi Jul Dyumon Dyurvill tərəfindən tapılmışdır və arvadının şərəfinə Adeli adını qoymuşdur. 12 yanvar 1956-cı ildən ərazidə Fransanın Dyuomon d'Yurvil adlı daimi illik elmi-tədqiqat qütb stansiyası fəaliyyət göstərir. Stansiya antarktik sahilində bu koordinatlarda yerləşir: 66°40′ c.g.
Aleksandra Torpağı
Aleksandra Torpağı — Frans-İosif Torpağı arxipelaqına daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayəti ərazisinə daxildir. Ada Frans-İosif Torpağı qoruğuna daxil edilmişdir. Şimal-şərqində Qütb Təyyarəçiləri yarımadası yerləşir. Ən hündür nöqtəsi 382 metrdir. == Tarixi == Ada ilk dəfə Bencamin Li Smit tərəfindən kəşf edilmişdir. Hidroloji stansiya, aerodrom, 31-ci bölük Yan İosifoviç Naqurskiyin şərəfinə adlandırılmışdır. Böyük Vətən müharibəsi dönəmində burada almanlara məxsus meteostansiya fəaliyyət göstərmişdir. Üstəlik sualtı qayıqların yanacaqla təminat bazası var idi. Bu obyeklər 1944-cü ilin iyuluna qədər fəaliyyət göstərmişdir.
Andre Torpağı
Andre Torpağı (norv. Bünsow Land) — Qərbi Şpisbergen adasının bir hissəsini təşkil edən ərazi (Şpitsbergen, Norveç). Veydefiord və Vudfiord arasında yerləşir. Şimalı hündürlüyü 700 m olan yayladan, cənubu isə maksimal hündürlüyü 1367 m olan düz təpələrdən ibarətdir. İsveçli qütb araşdırmaçısı Solomon Avqust Andrenin şərəfinə adlandırılmışdır. Ərazisinin böyük hissəsi buzla örtülüdür.
Ay torpağı
Ay torpağı — Ayın səthində olan reqolitin incə hissəsi. Xüsusiyyətləri yerinin səthindən əhəmiyyətli dərəcədə fərqlənə bilər. Ay torpağının fiziki xüsusiyyətləri, ilk növbədə, davamlı meteorik təsirlər və illər ərzində Günəş və ulduzlararası yüklü atom hissəcikləri tərəfindən bombardman edildiyi bazalt və anortozit süxurların mexaniki parçalanmasının nəticəsidir. Proses, hissəciklərin zaman keçdikcə daha da incə ölçüyə endirildiyi böyük dərəcədə mexaniki aşınmanın yaratdığı bir hava şəraitindən biridir. Bu vəziyyət, molekulyar oksigenin (O2), rütubətin, atmosfer küləyinin və güclü bioloji proseslərə kömək edən bir sıra vasitələrin vasitəçiliyi ilə yerinin səthində torpaq meydana gəlməsi ilə əsaslı şəkildə ziddiyyət təşkil edir. Ay torpağı əsasən 1 sm və ya daha az diametrli hissəciklərdən ibarətdir. Ay tozları, Ay torpağından daha incədir. Hansı ölçü fraksiyasının "toz" təşkil etdiyinə dair dəqiq məlumat yoxdur; bəzi hissəciklərin diametri 50 μm, bəziləri isə 10 μm-dən daha azdır. [mənbə göstərin] == Formalaşma prosesləri == Ətraflı bax: SelenologiyaAy torpağının formalaşmasını təşkil edən proseslər aşağıdakı kimidir: [mənbə göstərin] Bölünmə: meteorit və mikrometeoritlərin toqquşması nəticəsində yaranan süxur və mineralların mexaniki olaraq daha kiçik hissəciklərə bölünməsi;Aqqlutinasiya: mineral və qaya parçalarının mikrometeorit təsiriylə şüşəyə çevrilməsi; İonların və yüksək enerjili hissəciklərin təsirinin səbəb olduğu Günəş küləyi səpələnməsi və kosmik şüa yayılması.Bu proseslər zaman keçdikcə Ay torpağının fiziki və optik xüsusiyyətlərini dəyişməyə davam edər və buna kosmosun aşınması deyilir. Əlavə olaraq burada yerləşən vulkanik lavalar yuxarı doğru yüksələrkən səthə geri düşməzdən əvvəl kiçik şüşə qırıntılarına çevrilərək soyuyur.
Azəri Torpağı
Azəri Torpağı — 1999-ci il Eyyub Yaqubovun Duet Amburan albomundan olan mahnı.
Baffin Torpağı
Baffin torpağı (ing. Baffin Island, inuktitut ᕿᑭᖅᑖᓗᒃ, Qikiqtaaluk) — Kanada Arktik arxipelaqına daxildir. Sahəsi 478 min km²-dir. Atlantik okeanda yerləşir. Baffin Torpağında yerləşən Nettillinq gölü dünyada adada yerləşən ən böyük göldür.
Bunqe Torpağı
Bunqe Torpağı — qumsal, tundra-bataqlıq ərazilərlə örtülmüş düzənlik. Kotelnı adası ilə Faddeyevski yarımadası arasında yerləşir. İnzibati cəhətdən Rusiya Federasiyasının Yakutiya Respublikası ərazisinə daxildir. Sahəsi 6,2 min. km² təmkil edir. XX əsrə aid xəritələrdə bu ərazi boğaz olaraq göstərilir. Kotelnı adası ilə qərbdən, Qedenştorm körfəzi ilə şərqdən əhatələnir. Ən hündür nöqtəsi 58 metrdir. Zirvə adanın mərkəzində yerləşir və Evsekyo-Bulqunnyax adlanır. Ən böyük gölü Evsekyo-Kyoeldür.
Byunsov Torpağı
Byunsov Torpağı (norv. Bünsow Land) — Qərbi Şpisbergen adasının bir hissəsini təşkil edən ərazi (Şpitsbergen, Norveç). İsfordun daxili sahil hissəsini təşkil edir. Öz növbəsində bir yarımadadır. İsfordun üç hissəsi ilə parçalanmışdır — Billefiord, Sassenfiord və Tempelfiord. İsveçli iş adamı Fridrix Byusnovun (1824–1897) şərəfinə adlandırılmışdır. Ərazisində Sassen-Byunsov Land Milli Parkı yerləşir.
Bərgüşad torpağı
Bərgüşad mahalı — XIV əsr-1840 inzibati nahiyə. Qarabağ xanlığının bölgələrindən biri. İndiki Qubadlı rayonu ərazisidir. Bir çox tədqiqatçılara görə, sözün birinci komponentini təşkil edən “bərgü” sözü qədim türk mənşəli “barq” tayfasının adındandır. Çingiz xanın oğlu Çuçinin 1207-ci ildə qərbə doğru yürüşü zamanı başqa tayfalarla yanaşı “bərgü” tayfasının torpaqlarını tutması faktı tarixdən məlumdur. Iran tarixçisi Fəxrəddin Mübarəkşah (XII) 58 türk tayfası arasında “bərgü” tayfasının da adını çəkib. Fəzlullah Rəşidəddin (XIII əsr) bu etnonimi “bərküt” (bərgülər) kimi qeydə almışdır. XV əsr Azərbaycan şairi Bədr Şirvaninin əsərlərində də Bərgüşad coğrafi adı çəkilir == Mahalın tarixindən == == Osmanlı dövrü == 1593-cü ildə tərtib olunmuş Urud və İsgəndərqalası livalarının müfəssəl dəftərinə görə İsgəndərqalası livası 13 nahiyəyəsindən biri. == Səfəvi dövrü == Qarabağ bəylərbəyliyinin doqquz mahalından biri. 1628-ci ildə Bərgüşad mahalının hakimi Maqsud sultan Dünbili idi.
Dikson Torpağı
Dikson Torpağı (norv. Dickson Land) — Qərbi Şpisbergen adasının bir hissəsini təşkil edən ərazi (Şpitsbergen, Norveç). İsford və Veydefiord arasında yerləşir. Öz növbəsində bir yarımadadır. İsfordun üç hissəsi ilə parçalanmışdır — Billeford, Sassenford və Tempelford. İsveçli iş adamı və bir çox arktika ekspedisiyalarını maliyyələşdirən Oskar Diksonun (1823—1897) şərəfinə adlandırılmışdır.
Duz torbası
Duz torbası (Duzluq, Duzqabı) — duz saxlamaq üçün istifadə edilən torba. Duz torbasından Azərbaycan və Türkmənistanda duzu müəyyən müddət saxlamaq və həmçinin daşımaq üçün istifadə edilirdi.Xüsusi naxış və ornamentlərlə bəzədilmiş duz torbası uzun, dar boğazlı olmaqla müxtəlif rəngli yun, pambıq və həmçinin ipək ipliklərdən Zili (Qayıq) toxunuşla toxunmuş olur.Müasir zamanda duz müxtəlif ölçülərdə müxtəlif növ kisələrdə saxlanır və daşınır. Müasir duzqabı (nəməkdan) isə içinə duz tökmək üçün kiçik qab olmaqla saxsı, şüşə, plasmas və digər materialdan hazırlanır.
Elsuort Torpağı
Elsuort Torpağı, (ing. "Ellsworth Land") (əvvəllər Elsuort Dağlıq Bölgəsi), Antarktidada Antarktik yarımadasının quru hissəsinə yaxın bir yerdə yerləşən bölgəsidir. Meri Berd Torpağının şərqində, Ronni buzluğu ilə Bellinshauzen dənizi arasındadır. Bölgədə bir neçə sıradağları görmək olar. Bunlardan Elsuort dağlarındakı Vinson massiv (5.140 m) Antarktidanın ən yüksək nöqtəsidir. Kələ-kötür və buzla örtülü olan bölgə 1935-ci ildə amerikalı səyyah Linkoln Elsuort və pilotu Herbert Hollik-Kenyon tərəfindən, qitənin üzərindən təyyarə ilə keçərkən tapılmışdır. Argentina, Çili və ABŞ-nin, üzərində haqq iddia etdiyi Elsuort Torpağı hələ tam olaraq kəşf edilməmişdir.
Enderbi Torpağı
Enderbi Torpağı (ing. Enderby Land) — Şərqi Antarktida ərazisinin bir hissəsi olaraq, 44°38' və 59°34' şərq uzunluğunda qərararlaşır. == Coğrafiya == Qərbdən Kraliça Mod Torpağı, şərqdən isə Kemp Torpağı ilə əhatələnir. Kosmonavtlar dənizi sahillərini yuyur. Enderbi Topağının bir hissəsini təşkil edən Bernad yarımadasında 2300 metr hündürlüyə malik olan Neypier dağı yerləşir. Yarımada Kosmonavtlar dənizini Birlik dənizindən ayırır. Yarımada 100 km dəniz daxilinə uzanır. Buz qatının qalınlığı mərkəzi hissədə 2000—2500 metr təşkil edir. Bəzi sahələr buzdan tam azad ola bilir. Enderbi Torpağının şərq hissəsində dağ massivi yerləşir.
Georq torpağı
Qeorq Torpağı — Frans-İosif Torpağı arxipelaqına daxil olan Rusiyaya məxsus olan ada. Şimal Buzlu okeanın suları ilə əhatələnmişdir. İnzibati cəhətdən Arxangelsk vilayəti ərazisinə daxildir. == Coğrafiyası == Adanın uzunluğu 115 km, sahəsi — 2821 km² təşkil edir. Qeorq Torpağı arxipelaqın ən böyük adasıdır. Ən hündür zirvəsi Brusilov kupol buzlağıdır (416 m). Ada buxta və fiodlarla parçalanmışdır. Qeorq Torpağı ilə Aleksandra Torpağı arasında Kembricski boğazı yerləşir. == Tarixi == Ada britaniyalı qütb araşdırmaçısı Benjamin Li Smit Kral V Georqun şərəfinə adlandırmışdır.
Kemp Torpağı
Kemp Torpağı — Kemp dənizi sahili boyunca uzanan ərazi. == Ədəbiyyat == William J. Mills: Exploring Polar Frontiers: A Historical Encyclopedia. ABC-Clio, Santa Barbara 2003, S. 342, ISBN 978-1-57607-422-0.
Kots Torpağı
Kots Torpağı (ing. Coats Land) — Şərqi Antarktidada 20° və 36° qərb uzunluqları arasında yerləşir. Şərqdən Kraliça Mod Torpağı, qərbdən isə Filhnera şelf buzlağı əhatələnir. Dəniz kənarı bölgədə Luitpold və Kerd sahilləri ərazisi daxildir. == Coğrafiyası == Kots Torpağının böyük hissəsi materik buzlağından ibarətdir. Buzlağın qalınlığı 500—1000 metr təşkil edir. Buzlaq şelfə doğru uzanır. Sahillərini Ueddell dənizi yuyur. Qərb hissədə Teron dağı buzlağın üzərinə çıxır. == Tarixi == Torpaq 1904-ci ildə Şotlandiya Milli Antarktika ekspedisiyasının rəhbəri Vilyam Bryus tərəfindən Ceyms və Endryu Kots qardaşlarının şərəfinə adlandlrılmımdır.
Kusov Torpağı
Kusov Torpağı — Yeni Torpaq arxipelaqına daxil olan iri bir ada. İnzibati cəhətdən Rusiyanın Arxangelsk vilayəti ərazisinə daxildir. Ada Barens dənizi ilə əhatələnmişdir. Arxipelaqın cənubunda yerləşir. Adadan cənubda yalnız kiçik adsız adalar vardır. Vayqaç adasından Kara darvazası boğazı ilə ayrılır. Adadan bir qədər aralıda Prokofev və Persey bankələri yerləşir. 59 metrə malik olan ən hündür zirvə adanın cənub-şərqində yerləşir. İkinci zirvə isə 52 metrdir. Adanın mərkəzində yerləşir.
Luara torpağı
Luara torpaqları və ya Pei-de-la-Luar (fr. Pays de la Loire, IPA: ​[pɛ.i də la lwaʁ]) — Fransanın qərbində bir bölgədir. Paytaxtı Nant şəhəridir. == Coğrafiyası == Ərazisi 32 082 km²-dir. Luara, Luar, Sarta və Mayenn çayları bu ərazidən axır. == Tarixi == == İnzibati bölgüsü == Region departamentlərinə daxildir :Mayenn, Atlantik Luara, Men və Luara, Sarta və Vandeya.
Milne Torpağı
Milne Torpağı (dan. Milne Land; qren. Ilimananngip Nunaa) — Qrenlandiyanın şərqində yerləşən ada. Skorsbi körfəzi ndə yerləşir. Sahəsi 3913 km²təşkil edir. 113 km uzunluğa, eni isə 45 km-dir. Adanın ən hündür nöqtəsi 2200 metrdir. Burada yaşayış yoxdur. Britaniya kral donanmasının üzvü David Milnenin şərəfinə adlandırılmışdır.
Palmer Torpağı
Palmer Torpağı (ing. Palmer Land) — Antarktik yarımadasının cənubunda, Qreyam Torpağı ilə Elsuort Torpağı arasında yerləşir. 1964-cü ilə qədər Antarktik yarımadası adlanırdı. == Adı == Torpağın adası amerikalı kapitan Nataniel Palmerin şərəfinə adlandırılmışdır. O, 1820−1821-ci illərdə Antarktik yarımadasını tətqiq etmişdir. == Yerləşməsi və sərhədləri == Palmer Torpağı Antarktik yarımadasınln cənubunda yerləşir. Şimal sərhədi — Qreyam Torpağı ilə sərhəd qərbdən Ceremi burnu, şərqdən isə Agassiz burnuna uzanır. Qərb sərhədi — I Aleksandr Torpağı ilə VI Georq boğazı ilə ayrılır. Boğazda VI Georq şelf buzlağı yerləşir. Şərq sərhədi — Ueddell dənizi və Ronn şelf buzlağı.
Kornati
Kornati (xorv. Kornati) — Xorvatiyada milli park. Orta Dalmatiya bölgəsində, Adriatik dənizində olan Kornati arxipelaqında yerləşir. Yaxınlıqda Zadar, Şibenik və Bioqrad-na Moru şəhərləri var. == Ümumi məlumat == Milli park arxipelaqın böyük bir hissəsini əhatə edir. Ancaq şimalda olan bir neçə ada parkın ərazisinə aid deyil. Park ərazisinə ümumi sahəsi 50 km² ola 89 ada daxildir. Adaların sahil xətlərinin uzunluğu 238 km-dir. Parkın dəniz hövzəsi ilə birlikdə sahəsi 220 km²-dir. Kornati arxipelaqı adaların çox sıx yerləşməsi ilə diqqəti cəlb edir.
Toradi
Toradi — Azərbaycan Respublikasının Astara rayonunun inzibati ərazi vahidində kənd. == Adın mənşəyi == Torə (tora) talış dilində "su mənbəyi", "kanal" və di "kənd" deməkdir.
Turacı
Turacı — Azərbaycan qədim qadın xalq rəqsi. Qədim xalq rəqsi "Turacı" lirik və incə melodiyası ilə seçilir və qadınlar tərəifndən ifa edilir. Gözəl dağ quşuna həsr edilmiş qədim, təqribən XIX əsrin əvvəllərində aid olan rəqsdir. Azərbaycanın hər yerində geniş yayılmışdır. Həzin, qəlboxşayan musiqisi var. Rəqs bir növ turacın uçuşunu xatırladır. Rəqqasənin hər bir hərəkəti quşun uşuçunu, havada süzməsini xatırladır. Turacı rəqsinə dair belə bir əfsanə var. Qarabağ xanı Nəcəfqulu xanın çox qəşəng bir rəqqası varmış, xan onun gözəlliyini, məharətini çox qiymətləndirərmiş. Bir dəfə xanın oğlunun toyunda bu rəqqas rəqs sənətinin çox incə, çox gözəl möcüzələrini nümayiş etdirir.