Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mülkiyyət toxunulmazlığı
Mülkiyyət toxunulmazlığı prinsipinə əsasən, heç kəs qanunda və beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Mülkiyyət hüququnun toxunulmaz olduğu həm Azərbaycanda əsas qanun olan Azərbaycan Respublikasının Konstitusiyasında və eyni zamanda Azərbaycan Respublikasının tərəfdar çıxdığı "İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Göründüyü kimi, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında əmlakdan maneəsiz istifadəni mahiyyət etibarilə şəxsin mülkiyyət hüququnun tanınması və qorunması kimi müəyyən etmişdir. Eyni zamanda "Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət insanın əşyaya münasibətini ifadə edir. Belə ki, mülkiyyətçi öz əşyası ilə bağlı digər, kənar şəxslərlə də münasibətdə olur.
Toxunulmazlar (film, 2011)
"1 + 1" (Fra. — "Toxunulmazlar") 2011-ci ildə real hadisələrə əsaslanan fransız komediya dramı müvəffəqiyyətli aristokrat Filipp haqqında. Qəza nəticəsində özünü əlil arabasında tapır və qaradərili, keçmiş xırda cinayətkar Drissi köməkçi kimi götürür. Əsas rolları Fransua Kluzet və bu aktyor işinə görə milli Sezar mükafatına layiq görülmüş Omar Si ifa edirlər. Premyerası 2 noyabr 2011-ci ildə Fransada baş tutdu. Rusiyada film 26 aprel 2012-ci ildə "1+1" adı ilə nümayiş olundu. 2012-ci ilin sentyabrında Fransa "Ən yaxşı xarici film" nominasiyasında Oskar heykəlciyi uğrunda yarışmaq üçün "Toxunulmazlar" filmini göndərdi, lakin film heç qısa siyahıya düşmə bilmədi. Buna baxmayaraq, film eyni kateqoriyada Qızıl Qlobus və BAFTA mükafatlarına namizəd olub. Paraplanda qəzaya uğradıqdan sonra iflic olan varlı aristokrat Filip ona baxmalı olan köməkçi axtarır. Namizədlərdən biri, qaradərili Driss bu işə maraq göstərmir — ona işsizlik müavinətini almağa davam etmək üçün rəsmi yazılı imtina lazımdır, lakin gözlənilmədən Filip onu işə qəbul edir.