Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Vaqif Verdiyev (travmatoloq)
Vaqif Qambay oglu Verdiyev (1 yanvar 1948, Kirovabad) — Azərbaycan Respublikasının əməkdar elm xadimi (2008), tibb elmləri doktoru, professor, həkim ortoped-travmatoloq. Vaqif Verdiyev 1948-ci il yanvar ayının 1-də Gəncə şəhərində ziyalı ailəsində anadan olub. 1970-ci ildə N. Nərimanov adina ADTİ-nu bitirdikdən sonra 1973-cü ilə qədər Gəncədə travmatoloq işləyib. 1973–1978-ci illərdə- H. İ. Turner adına Leninqrad ET Uşaq Ortopediyası institutunda elmi işci vəzifəsində işləyib. "Uşaqlqrda hipofosfatemik böyrək osteopatiyası "(aşağı ətrafların kliniki-rentgenoloji müayinə və cərrahi müalicəsi) mövzusunda namizədlik dissertasiyasını 1978 ildə Moskva şəhərində müdafiə etdikdən sonra Bakı ET Travmatologiya və Ortopediya institutuna dəvət edilib. Əvvəl kiçik, sonra baş elmi işçi və 1980-ci ildən sümük patologiyası şöbəsində rəhbər vəzifəsində işləyib. 1986–1988-ci illərdə Kiev ET Ortopediya İnstitutunda elmi ezamiyyətdə olub və" Boyartımı başa çatmiş xəstələrdə skoliozun ağır formalarının cərrahi müalicəsi" mövzusunda doktorluq dissertasiyası üzərində çalışmışdır. Bakiya qayitdıqdan sonra 1988–1992-ci illərdə institutun elmi işlər üzrə direktor müavini işləmiş, eyni zamanda sümük patologiyası və böyüklərin ortopediyası şöbəsinə rəhbərlik etmişdir. Bu dövrdə Qarabağ müharibəsində yaralananların ETTOİ-da müalicə olunmasında təşkilatı və bir başa ixtisaslaşmış yardım göstərilməsində fəal iştirak etmişdir. Savaşın kəskin dövrü bitdikdən sonra 1994-cü ildə Kiev şəhərində doktorluq dissertasiyasını müdafiə etmişdir.
Reduksiya (ortopedik cərrahiyyə)
Reduksiya — sınığı və ya çıxığı düzgün vəziyyətə qaytarmaq üçün cərrahi əməliyyat. "Reduksiya" termininin mənası hər hansı bir aradan qaldırma və ya kəmiyyət azalması demək deyil, əksinə bərpanı nəzərdə tutur: (re - "geri, başlanğıc vəziyyətə" + ducere – "aparıcı/gətirmək") — yəni "normal vəziyyətə gətirir”. Sümük sındıdan sonra qırıqlar yerdəyişmə nəticəsində hamarlığını itirir. Qırılan sümüyün heç bir deformasiya olmadan sağalması üçün sümük parçaları yenidən öz normal anatomik vəziyyətinə uyğunlaşdırılmalıdır. Ortopedik cərrahiyyə yerdəyişməni azaltmaqla sınıq sümüyün normal anatomiyasını yenidən yaratmağa çalışır. Reduksiya prosesi qısa müddət ərzində şiddətli ağrılı ola bildiyindən, adətən qısa təsirli anesteziya, sedativ və ya sinir bloku altında aparılır. Qiriq hissəcikləri quraşdırıldıqdan sonra, reduksiya, gipslərin tətbiqi, dartma və ya plitələr, vintlər və ya digər implantlar vasitəsilə saxlanılır, bu da öz növbəsində xarici və ya daxili ola bilər. Reduksiya "qapalı" və ya "açıq" cərrahiyyə üsullarla ola bilər: Qapalı reduksiya — sümük parçalarına cərrahi məruz qalmadan yığmaq. Açıq reduksiyada — sınıq hissəcikləri toxumaların parçalanması ilə cərrahi olaraq müəyyən edilir.