protez-ortopedik

protez-ortopedik
protez
proteza
OBASTAN VİKİ
Protez
Protez, əskik olan bədən üzvlərininin yerinə işlədiləcək şəkildə edilmiş cihazların ümumi adıdır. Xəsarət, şiş cərrahiyələri, qanqren, iltihab və bunun kimi digər orqan ziyanları nəticəsində vücudun geri qalanının sağlamlığını qorumaq məqsədi ilə ziyan görən orqan çıxardılar. Bu orqanın funksiyasının və şəklinin yerinə işlənən protezler bu orqandan geriyə qalan bədən boşluğuna köməkçi materiallar vasitəsi ilə taxılar. Protezler yerinə işlədildiyi bölgəyə görə adlandırılırlar: çənə-üz protezləri, diş protezləri, qol, əl, ayaq protezləri, qulaq protezləri, saç protezləri, göz protezləri və s. Çoxu protez orqanının funksiyasının və görünüşünün yerinə tam olaraq işlədilə bilməz, amma bir dərəcəyə qədər köməkçi ola bilər. Ancaq yenə də protez istehsalı ilə xəstənin psixologiyası xeyli düzələ bilər. Protezler kauçuk, vinil, titan, qızıl və bunun kimi müxtəlif maddələrdən hazırlanır. Protezləri vücuda tutdurmağın bu kimi yolları var: Orqan ziyanının olduğu qisimdə protezin girib tutuna biləcəyi bir mexaniki mühafizəkar sahəsində mexaniki mühafizəkarlıqla, Mexaniki mühafizəkarlığın az olduğu vəziyyətdə sap, klemp, məngənə, qarmaqlar, kroşe kimi köməkçi vasitələrlə, Bəzi toxuma vasitələri ilə.
Reduksiya (ortopedik cərrahiyyə)
Reduksiya — sınığı və ya çıxığı düzgün vəziyyətə qaytarmaq üçün cərrahi əməliyyat. == Etimologiyası == "Reduksiya" termininin mənası hər hansı bir aradan qaldırma və ya kəmiyyət azalması demək deyil, əksinə bərpanı nəzərdə tutur: (re - "geri, başlanğıc vəziyyətə" + ducere – "aparıcı/gətirmək") — yəni "normal vəziyyətə gətirir”. == Təsviri == Sümük sındıdan sonra qırıqlar yerdəyişmə nəticəsində hamarlığını itirir. Qırılan sümüyün heç bir deformasiya olmadan sağalması üçün sümük parçaları yenidən öz normal anatomik vəziyyətinə uyğunlaşdırılmalıdır. Ortopedik cərrahiyyə yerdəyişməni azaltmaqla sınıq sümüyün normal anatomiyasını yenidən yaratmağa çalışır. Reduksiya prosesi qısa müddət ərzində şiddətli ağrılı ola bildiyindən, adətən qısa təsirli anesteziya, sedativ və ya sinir bloku altında aparılır. Qiriq hissəcikləri quraşdırıldıqdan sonra, reduksiya, gipslərin tətbiqi, dartma və ya plitələr, vintlər və ya digər implantlar vasitəsilə saxlanılır, bu da öz növbəsində xarici və ya daxili ola bilər. == Növləri == Reduksiya "qapalı" və ya "açıq" cərrahiyyə üsullarla ola bilər: Qapalı reduksiya — sümük parçalarına cərrahi məruz qalmadan yığmaq. Açıq reduksiyada — sınıq hissəcikləri toxumaların parçalanması ilə cərrahi olaraq müəyyən edilir.