Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Cenifer Breninq
Cenifer Breninq (alm. Jenifer Brening‎; d. 15 dekabr, 1996, Berlin, Almaniya) — Almaniya müğənnisi və reper. O, Cessika Muskat ilə birlikdə ifa etdiyi "Who We Are" mahnısı ilə San-Marinonu 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. O, daha öncə Almaniyanın The Winner Is ... və Deutschland sucht den Superstar musiqi yarışmalarında da iştirak etmişdir.
Frekinq
Hidravlik parçalama üsulu və ya frekinq — şist nefti çıxarma üsulu. == Sağlamlığa və ekologiyaya təsiri == Frekinq üsulunda su və kimyəvi maddələr yüksək təzyiqlə qazma quyularına vurulur. Bu metod ekologiyaya, xüsusən içməli suyun çirklənməsinə səbəb ola bilər.Bu metod müxtəlif təbii kataklizmlərə səbəb olur. Frekinq metodunun tətbiqi 2013-cü ildə ABŞ-nin Ohayo ştatında çoxsaylı zəlzələlərə gətirib çıxarıb.
Kerninq
Kerninq — simvollararası intervaldır. Bu parametr üç qiymət alır: normal, genişlənmiş, sıxılmış. İnterval Sıxılmış [Condensed] İnterval Normal [Normal] İ n t e r v a l Genişlənmiş [Expanded]Adətən, kerninqin normal qiyməti verilmiş şriftin şəklinə görə avtomatik müəyyən olunur. Kerninqin qiymətini dəyişdirmək olar.
Krekinq
Krekinq — neftin tərkibindəki irimolekullu karbohidrogenlərin parçalanması nəticəsində kiçikmolekullu karbohidrogenlərin əmələ gəlməsi prosesinə deyilir. Krekinq prosesi karbon zəncirlərinin qırılması və daha bəsit doymuş və doymamış karbohidrogenlərin əmələ gəlməsi ilə baş verir. Əmələ gələn maddələr sonradan parçalana bilər. Krekinq prosesindən ayrılan etilendən polietilenin və etil spirtinin istehsalında geniş istifadə olunur. Karbohidrogenlərin molekullarının parçalanması radikal mexanizmi üzrə gedir. Əvvəlcə sərbəst radikallar əmələ gəlir. Məlumdur ki, sərbəst radikallar kimyəvi cəhətdən çox aktivdir və müxtəlif reaksiyalarda iştirak edə bilər. Krekinq prosesi zamanı radikallardan biri hidrogen atomunu ayırır (a), o biri isə birləşdirir (b). == Növləri == Krekinq prosesinin iki əsas növü vardır: termiki krekinq və katalitik krekinq. === Termiki krekinq === 2–7 MPa təzyiqdə və 470–550°C-də aparılır.
Trebine
Trebine (bosn. Trebinje, serb. Требиње / Trebinje, xorv. Trebinje) — Bosniya və Herseqovinaya daxil olan Serb Respublikasının cənub hissəsində yerləşəmn eyni adlı icmanın inzibati mərkəzi. Şəhər Herzeqovinanın cənub-şərqindəki Trebişnise çayında, Dubrovnikdən (Xorvatiya) cənub-şərqdə, Adriatik dənizindən 24 km məsafədə yerləşir. Şəhərin tarixi antik dövrlərdən başlayır. Adının özü qədim "Travuniya"-dan gəlir. Bu Adriatik sahilindəki Kotordan Dubrovnikə qədər mövcud şəhər və ətrafındakı dağları əhatə edən ərazinin adıdır. Adı slavyanların terbıne sözündən gəlməsi deyilir. Bununda mənası "təmizlənmiş torpaq, köklü yer" deməkdir.
Trençin
Trеnçin (slovak. Trenčín, mac. Trencsén) — Slovakiyanın qərbində sənaye şəhəri. Slovakiyanın şərgində Çyerna Qora dağ massivinin yamaclarında, Qornad çayı vadisində yerləşir. Əhali 56 min nəfərdir. Çexiya sərhəddindən 10 km məsafədədir. Vaq çayı sahilində yerləşir. Eyniadlı Trençin bölgəsinin inzibati mərkəzidir.
Tyuninq
Tyuninq (ing. Tuning — «sazlama») — ingilis dilli termin. Avtomobil tyuninqi — həm yeni , həm işlənmiş avtomobilin həm zavod, həm kənar şirkətlər tərəfindən keyfiyyətinin yaxşılaşdırılması. Kompüter tyuninqi (moddinq) — kompüterin və kompüter şəbəkəsinin yenidən işlənməsi.
Redinq
Redinq — Böyük Britaniyada, İngiltərədə şəhər.
Alina Trepina
Alina Trepina (16 sentyabr 1989) — Azərbaycanı təmsil edən bədii gimnast. == Karyerası == Alina Trepina Azərbaycanı 2008-ci ildə Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 7-ci pillənin sahibi olub.
Dey-treydinq
Dey-treydinq (ing. Day-Trading) — əməliyyat günü ərzində açıq mövqeləri ertəsi günə köçürmədən birjada spekulyativ ticarət. Gündüz ticarəti termini, yalnız gün içi əməliyyatların istifadə olunduğu, qiymətli kağızların saxlanma müddətinin bir neçə dəqiqədən bir neçə saata qədər olduğu strategiyanı ifadə edir. Bir çox treyder eyni anda bir neçə strategiyadan istifadə edə bilər ki, bunlardan biri də gün içi əməliyyatlardır. Başlanğıcda bir günlük ticarət yalnız maliyyə şirkətləri və peşəkar spekulyantlar tərəfindən istifadə olunurdu. Bu ticarət bankların və investisiya firmalarının işçiləri tərəfindən həyata keçirildi. Bununla birlikdə, elektron ticarət və marja ticarətinin yayılması ilə bu fəaliyyət növü, qeyri-peşəkar ticarətçilər arasında populyarlaşır. Ümumiyyətlə, marjinal ticarəti əməliyyatların rentabelliyini artırmaq üçün istifadə olunur ki, bu da risklərin artmasına səbəb olur. Gün içi ticarət fundamental təhlildən çox texniki analizə güvənməyə meyllidir. 1996-cı ildən bəri Birləşmiş Ştatlarda fiziki şəxslər üçün gündəlik ticarətə icazə verilir.
Katalitik krekinq
Katalitik kreking- neft fraksiyalarının, yüksək oktan ədədli benzin, yüngül qazoyl və doymamış yağlı qazlar almaq üçün, katalitik termiki emalıdır. == Ümumi məlumat == Katalitik kreking- neftin dərin emalını təmin edən əsas proseslərdən biridir. Katalitik krekingin sənayeyə tətbiqi (20-ci əsrin 30-cu illərində ABŞ-da) (E. Qudri, 1936 il) uzunmüddətli istismara malik olan alümosilikat əsasında katalizatorların yaranmasına təsir göstərdi. Bu prosesin əsas müsbət cəhəti- onun böyük istismar çevikliyinə malik olmasıdır: propilen, izobutan və butilenlə zəngin olan yüksək oktan ədədli benzin və qazın alınması ilə neftin müxtəlif fraksiyalarının emalının mümkünlüyüdür: diqər proseslərlə əvəz olunmasının asanlığı, məs.: alkilləşmə, hidrokreking, hidrotəmızləmə, deasfaltlaşma və s. Neftin emalında krekingin belə universal olmağı onun neft emalında böyük əhəmiyyət kəsb etdiyini göstərir. == Xammal == Hal-hazirda katalitik kreking üçün xammal vakuum qazoyludur –qaynama temperaturu 350-500 °C olan birbaşa qovulan fraksiya. Qaynamanın sonu xammalın tərkibində metalın qalması və kokslaşması ilə (0,3%-dən artiq olmamalıdır) təyin olunur. Fraksiya, kükürdlü birləşmələri yox etmək və kokslaşmanı azaltmaq üçün əvvəldən hidrotəmizləməyə uğrayır. Bəzi (UOP, İFP) kimi kompaniyalarda ağır fraksiyaların katalitik krekinqi üçün bir sıra işlənib-hazırlanmış proseslər var –məs. Mazutun( 6-8% kokslaşmaya qədər).
Lotay Tserinq
Lotay Tserinq (dz. བློ་གྲོས་ཚེ་རིང་; 10 may 1969, Thimphu) — 7 noyabr 2018-ci ildən etibarən Butanın hazırkı Baş naziri və siyasətçi. == Həyatı == Tserinq 10 may 1969-cu ildə sadə bir ailədə anadan olub. Thimphu şəhərinin Daluxa kəndində böyüyüb.İlk təhsilini Punaxa Liseyində almış və Şerubtse Kollecini bitirmişdir. Banqladeşdəki Dakka Universitetinin nəzdindəki Mymensinq Tibb Kollecini bitirmiş və 2001-ci ildə magistr dərəcəsi almışdır. Banqladeşin Dakka şəhərindəki Banqabandu Şeyx Mucib Tibb Universitetində cərrahiyyə ixtisasını bitirmişdir. 2007-ci ildə ABŞ-nin Viskonsin Tibb Kollecində Ümumdünya Səhiyyə Təşkilatının ona verdiyi maddi dəstəyin sayəsində urologiya təhsili aldı. Butana qayıtdıqdan sonra ölkəsində təcrübə keçən yeganə uroloq idi. 2010-cu ildə Sinqapurun Sinqapur Ümumi Xəstəxanasında və Yaponiyanın Okayama Universitetində endourologiya ixtisası üzrə kurs aldı. 2014-cü ildə Avstraliyanın Kanberra Universitetindən magistr dərəcəsi alıb.Tserinq həkim Uqyen Dema ilə evlidir.
Orqyen Tşerinq
Orqyen Vanqçuk Tşerinq (14 sentyabr 1999-cu ildə anadan olub) — Butan Milli Liqası təmsilçilərindən olan Timpxu Siti klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Butan futbolçusudur. == Milli karyerası == Tşerinq Butan milli futbol komandasında debütünü 13 iyun 2017-ci ildə 2019 Asiya Kubokunun təsnifat mərhələsinin üçüncü turunda Maldiv adaları millisinə qarşı oyunda etmişdir. Həmin görüşdə Butan rəqibinə 2-0 hesabı ilə məğlub olmuşdur.
Tensinq Norgey
Tensinq Norgey (əsl adı Namqyal Vanqdi; may 1914 - 9 may 1986) — şerp mənşəli Nepal və Hindistan alpinisti. Tarixdəki ən məşhur alpinistlərindən olan Tensinq Norgey 29 may 1953-cü ildə Edmund Hillari ilə birlikdə Everestin zirvəsini fəth etmiş ilk iki insandan biridir. O, "Taym" jurnalı tərəfindən 20-ci əsrin ən təsirli şəxsləri siyahısına daxil edilmişdir. == Erkən dövr == Tensinqin həyatının erkən dövrü ilə bağlı ziddiyyətli məlumatlar mövcuddur. Öz avtobioqrafiyasında yazdığına görə, o, şerp mənşəlidir və Nepalın şimal-şərqində yerləşən Kxumbu adlanan ərazinin Tenqboçe kəndində böyümüşdür. Kxumbu tibetlilərin və şerplərin Comolunqma (Tibet dilində "Müqəddəs ana") adlandırdığı Everest dağının yaxınlığında yerləşir. Tensinq şerplərin və tibetlilərin ənənəvi dini olan Buddizmin ardıcılı idi. Tensinqin dəqiq doğum tarixi məlum olmasa da, o özü hava və məhsula görə mayın sonlarında doğulduğunu iddia edirdi. Everesti 29 mayda fəth etdikdən sonra, o, öz doğum gününü bu tarixdə qeyd etməyə qərar verdi. Onun anadan olduğu il isə Tibet təqviminə görə Dovşan İli olmuşdur; bu isə 1914-cü ilə təsadüf edir.
Tensinq Norqey
Tensinq Norgey (əsl adı Namqyal Vanqdi; may 1914 - 9 may 1986) — şerp mənşəli Nepal və Hindistan alpinisti. Tarixdəki ən məşhur alpinistlərindən olan Tensinq Norgey 29 may 1953-cü ildə Edmund Hillari ilə birlikdə Everestin zirvəsini fəth etmiş ilk iki insandan biridir. O, "Taym" jurnalı tərəfindən 20-ci əsrin ən təsirli şəxsləri siyahısına daxil edilmişdir. == Erkən dövr == Tensinqin həyatının erkən dövrü ilə bağlı ziddiyyətli məlumatlar mövcuddur. Öz avtobioqrafiyasında yazdığına görə, o, şerp mənşəlidir və Nepalın şimal-şərqində yerləşən Kxumbu adlanan ərazinin Tenqboçe kəndində böyümüşdür. Kxumbu tibetlilərin və şerplərin Comolunqma (Tibet dilində "Müqəddəs ana") adlandırdığı Everest dağının yaxınlığında yerləşir. Tensinq şerplərin və tibetlilərin ənənəvi dini olan Buddizmin ardıcılı idi. Tensinqin dəqiq doğum tarixi məlum olmasa da, o özü hava və məhsula görə mayın sonlarında doğulduğunu iddia edirdi. Everesti 29 mayda fəth etdikdən sonra, o, öz doğum gününü bu tarixdə qeyd etməyə qərar verdi. Onun anadan olduğu il isə Tibet təqviminə görə Dovşan İli olmuşdur; bu isə 1914-cü ilə təsadüf edir.
Tiefinq Konate
Tiefinq Konate — Mali Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2017-ci ildən)
Trentino əyaləti
Trentino əyaləti — İtaliyanın Trentino-Alto Adice regionunda əyalət.
Trençin FK
Trençin – Slovakiyanın futbol klubu. == Tarixi == 1992-ci ildə yaradılıb.
Trençin bölgəsi
Trençin diyarı (slovak. Trenčiansky kraj) — Slovakiyada birinci dərəcəli inzibati–ərazi vahidlərindən biri. Diyarın inzibati mərkəzi Trençin şəhəridir. Sahəsi 4501 km², əhalisi isə 609 828 nəfər (2001) təşkil edir. Trençin diyarı Slovakiyanın qərbində yerləşir və Çexiya ilə həmsərhəddir. Diyarda yerləşən Dunay düzənliyi Nove Mesto nad Vahom və Partizanske ərazilərini əhatə edir. Həmçinin diyar ərazisində bir sıra dağ massivləri də var: cənub-qərbdə Kiçik Karpat dağlarının bir hissəsi, mərkəzdə Strajov, cənubda Povajski İnovets, cənub-şərqdə Vtaçnik və şərqdə Jiar dağları. == İnzibati bölünmə == Trençin diyarı "okres" adlanan 9 rayona bölünür: Banovtse nad Bebravou rayonu İlava rayonu Miyava rayonu Nove Mesto nad Vahom rayonu Partizanske rayonu Povajska Bistritsa rayonu Priyevidza rayonu Puxov rayonu Trençin rayonu == Statistik məlumatlar (2001) == Diyarda əhalinin sıxlığı 135/km² nəfər təşkil edir. Diyarın inzibati mərkəzi Trençin şəhəri sayılır (almanca Trentschin).
Trençin diyarı
Trençin diyarı (slovak. Trenčiansky kraj) — Slovakiyada birinci dərəcəli inzibati–ərazi vahidlərindən biri. Diyarın inzibati mərkəzi Trençin şəhəridir. Sahəsi 4501 km², əhalisi isə 609 828 nəfər (2001) təşkil edir. Trençin diyarı Slovakiyanın qərbində yerləşir və Çexiya ilə həmsərhəddir. Diyarda yerləşən Dunay düzənliyi Nove Mesto nad Vahom və Partizanske ərazilərini əhatə edir. Həmçinin diyar ərazisində bir sıra dağ massivləri də var: cənub-qərbdə Kiçik Karpat dağlarının bir hissəsi, mərkəzdə Strajov, cənubda Povajski İnovets, cənub-şərqdə Vtaçnik və şərqdə Jiar dağları. == İnzibati bölünmə == Trençin diyarı "okres" adlanan 9 rayona bölünür: Banovtse nad Bebravou rayonu İlava rayonu Miyava rayonu Nove Mesto nad Vahom rayonu Partizanske rayonu Povajska Bistritsa rayonu Priyevidza rayonu Puxov rayonu Trençin rayonu == Statistik məlumatlar (2001) == Diyarda əhalinin sıxlığı 135/km² nəfər təşkil edir. Diyarın inzibati mərkəzi Trençin şəhəri sayılır (almanca Trentschin).
Trençin qəsri
Trençin qəsri (slovak. Trenčiansky hrad, mac. trencséni vár) ― Slovakiyanın qərbindəki Trençin şəhərində yerləşən qəsr. == Tarix == Qəsrin tarixi II Roma legionu Lauqarisionun b.e. 179-cu ilində zəfərindən bəhs edən yazıya əsasən Roma imperiyası dövrünə qədər gedib çatır. Ərazidəki ən qədim bina Böyük Moraviya dövründə təsis edilmiş daş rotondadır. Qəsr XIII əsrin ortalarında kral IV Belanın qılıncdaşı olan baron Yakab Çesznekinin iqamətgahı idi. Trençin qəsri 13–14-cü əsrdə Matuş Çakın iqamətgahına çevrildi. Qəsrin həyətində "sevgi quyusu" olaraq da bilinən su quyusu var idi. Rəvayətə görə, bu quyu qaya içində quyu qazaraq qurtarmalı olduğu gözəl Fatiməyə böyük məhəbbəti olan Ömər adlı Türk şahzadəsi tərəfindən qazılmışdı.
Helle Torninq-Şmitt
Helle Torninq-Şmitt (dan.
Trentino-Alto Adice
Trentino-Alto Adice və ya Trentino-Cənubi Tirol (alm. Trentino-Südtirol‎, 1972-ci ilə kimi alm. Trentino-Tiroler Etschland‎) — İtaliya muxtar vilayətlərindən biri. 1972-ci ildən əsas inzibati idarə funksiyası 2 muxtar əyalətə verilərək bölünmüşdür: Boltsano-Botsen-Cənubi-Tirol və Trento. == Fiziki coğrafi mövqeyi == Trentino-Alto Adice muxtar qrumunun ərazisi şimaldan Alp sıra dağları vasitəsilə Avstriya, qərbdən İsveçrə və İtaliyanın Lombardiya regionu ilə, cənub-şərqdən isə Veneto regionu ilə həmsərhəddir.
Evening (jurnal)
"Evening" (イブニング, Ibuningu) — Yaponiyanın Kodansha nəşriyyatı tərəfindən hər iki həftədən bir nəşr olunan seynen manqası jurnalı. Jurnal B5 formatında ağ-qara qəzet kağızı üzərində çap olunur, bir sayının qiyməti təqribən 800 ¥ (7 manat) olur. 2015-ci ildə jurnal 115.617 tirajla satılmışdır. 2010-cu ildə bu rəqəm 147.980, 2008-ci ildə 166.000 idi.
This Is Me Trying
"This Is Me Trying" (kiçik hərflərlə stilləşdirilmiş) — amerikalı müğənni-bəstəkar Taylor Sviftin mahnısı. Mahnı onun 24 iyul 2020-ci ildə Republic Records tərəfindən yayımlanmış səkkizinci studiya albomu olanFolklore-un doqquzuncu trekidir. "This Is Me Trying" Svift və Cek Antonoff tərəfindən yazılmış, istehsal prosesində isə onlar arasında Co Elvin də yer almışdır. Mahnı orqan, yavaş templi təbil və nəfəs alətlərində ifa olunan orkestr pop və drim-pop janrındadır. "This Is Me Trying" "üç fərqli personajın baxış bucağından" yazılmışdır. Svift özü mahnının sözlərində 2016-2017-ci illərdə yaşadığı hisslərə yer vermişdir. Mahnıdakı hekayəni danışan şəxs "dağıdıcı təsirin rədd edilməsi" perspektivini təsvir edir. Svift başqasının onun haqqındakı nöqteyi-nəzərini qəbul edərək trekin hekayə danışanı kimi gizlənməyə çalışmışdır. O, 2020-ci ildə hazırladığı Folklore: The Long Pond Studio Sessions adlı sənədli filmində mahnının alkoqolizmə də toxunduğunu söyləmişdir. Tənqidçilər mahnının istehsalını və sözlərini, bəziləri isə Sviftin vokal performansını tərifləmişdirlər.