Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Triatlon
Triatlon – qaçış, velosiped və üzgüçülük idmanlarını özündə birləşdirir. Bu idman növü 2000-ci ildən etibarən Olimpiya oyunlarına daxil edilib. Triatlon sözü qədim yunan mənşəlidir. 3 branşın bir yerdə edildiyi idman növüdür. Fərdi bir idman növüdür və idmançı hər bir branşa aid məsafəni bitirdikdə qaydalara uyğun olaraq geyimini dəyişmək üçün dəyişim nöqtəsinə gedir və digər branşlar başlayır. Atletin yalnız bir sahədə uğurlu olması kifayət deyil. Üstəlik, taktika və texniki səviyyəsini ən yüksək səviyyədə saxlayaraq, həm enerji, həm də dayanıqlığını saxlamalıdır. İdmançı ilk əvvəl 3.8 km məsafəni üzür, sonra 180 km-i velosipedlə qət edir və 42.195 km-i qaçır. Supertriatlon da var. Buraya 5 km üzgüçülük, 250 km velosipedlə qətetmə və 50 km qaçış daxildir.
Triatlon Olimpiya oyunlarında
Triatlon ilk dəfə Olimpiya oyunlarında 2000-ci ildə Sidney Yay Olimpiya oyunlarında oynandı və 2000-ci ildən etibarən bütün Olimpiadalarda oynanılır. Medal oyunu üçün iki növdə oynanılır: fənlər və məsafələr qaydası. Üzgüçülük-1500 m,velosiped-40 km,qaçış-10 km.
Biatlon
Biatlon (yun. άθλον — yarış, mübarizə) — 20 km məsafəyə təxminən hər 3–5 km-dən bir tüfəng 4 dəfə atəş açmaqla xizək yürüşüdür. == Ümumi məlumat == kompleks yarışlar; xizəklə sürüşərək tüfəngdən bir neçə hədəfə atəş açmaqdan ibarətdir. 1920-ci illərdə Skandinaviya ölkələrində, İsveçrə, Fransa və Avstriyada hərbi patrulların atəşaçma, qum baratullama və s.-dən ibarət xizək yarışları kimi yaranmışdır. 1924, 1928,1936, 1948 illər Qış Olimpiya Oyunlarında hərbi patrulların nümunəvi xizək yarışları nümayiş etdirilmişdir. Biatlonun müasir növü 1950-ci illərin əv vəllərində formalaşmış, Norveç, Rusiya, Finlandiya, İsveç, Polşa, Rumıniya və bir sıra digər ölkələrdə geniş yayılmışdır. 1948-ci ildə Beynəlxalq Müasir Beşnövçülük və Biatlon İttifaqı (UIPMB) təsis olunmuşdur. 1958-ci ildə kişilər arasında ilk dünya çempionatı keçirilmiş, 1960-cı ildən isə Qış Olimpiya Oyunlarının proqramına daxil edilmişdir. 1978-ci ildə Biatlon idman növündə dəyişikliklər edilmişdir: hərbi döyüş tüfəngləri kiçikçaplı tüfənglərlə əvəz edilmiş, hədəflərədək məsafə 150 m-dən 50 m-ədək qısaldılmış, xüsusi Biatlon trasları və tamaşaçı tribunaları olan atəşaçma meydançaları tikilmişdir. 1984-cü ildə qadınlar arasında ilk dünya çempionatı keçirilmiş, 1992-ci ildə Olimpiya Oyunlarının proqramına daxil edilmişdir.
Triton
Triton (lat. Triturus) — quyruqlular (Caudata) dəstəsindən suda-quruda yaşayanlar cinsi.Tritionların yaz fəslində bel hissələrində dəri tənəffüsünü artıran daraqlar inkişaf edir. Yayda onlar quruya çıxaraq su hövzələrinin yaxınlığında gizli həyat keçirir.
Adi triton
Adi triton (lat. Lissotriton vulgaris), (Salamandridae) — fəsiləsinin (Caudata) dəstəsindən suda-quruda yaşayanlar növü. Nadir, sayı azalmaqda olan növdür. == Qısa təsviri == Bədənin uzunluğu 110 mm-ə (adətən 80 mm-ə yaxın) çatır. Dərisi hamar və ya xırda ziyillidir. Bədənin bel hissəsinin rəngi zeytuni-qonur, qarınaltı hissə isə sarımtıl olub, xırda tutqun xallara malikdir. Başında olan tünd uzununa zolaqlardan biri gözlərindən keçir və yaxşı nəzərə çarpır. Çoxalma dövründə erkəklərin rəngi daha parlaq olur və peysərdən quyruğunun ucuna qədər daraq əmələ gəlir. Adətən bu hissədə narıncı haşiyəsi və parlaq rəngli göy zolağı olur. Bu üzgəcvari qırış quyruğun əsasında kəsilmir.
Daraqlı triton
Daraqlı triton (lat. Triturus cristatus), (Salamandridae) fəsiləsindən (Caudata) dəstəsindan suda-quruda yaşayanlar növü. Status. Azərbaycanda Triturus cristatus carelini (Strauch, 1870) yarımnövü yaşayır. Nadirdir. Yayılması. Respublikanın cənub-şərqində (Lənkəran rayonunda) və Böyük Qafqaz sıra dağlarının cənub-şərq ətəklərində (Şamaxı və İsmayıllı rayonlarında) tək-tək hallarda təsadüf edilir. Yaşayış yeri. Gündüz həyat tərzi keçirir. Adətən meşəlik, meşə-bozqır və dağ-səhra rayonlarında dəniz səviyyəsindən təxminən 500-600 metrdən 2200 metrə qədər hündürlükdə müşahidə edilir.
Triton (peyk)
Triton və ya Neptun I — Günəş sistemində yerləşən Neptun planetinin ən böyük təbii peyki. 1846-cı ildə astronom Uilyam Lassel yeni kəşf edilmiş Neptun planetini öyrənirdi. Neptunun halqaları olduğu haqqında fərziyyələri sübut etməyə çalışarkən daha maraqlı bir şey kəşf etmişdir. Neptunun bir peyki vardı. Neptunun Yohan Qatfird Qalle tərəfindən kəşf edilməsindən cəmi 17 gün sonra — 10 oktyabr 1846-cı ildə Lassel Neptunun peykini kəşf etmişdir. Triton adını Roma mifologiyasında Neptunun oğlu və dəniz tanrısı Tritondan götürmüşdür. Bu ad ilk dəfə 1880-ci ildə Kamill Flammarion tərəfindən təklif edilmişdir. Triton peyki Neptunun 14 peyki arasında ən böyüyü və ilk kəşf olunanıdır. Günəş sistemində isə ən böyük 7-ci təbii peykdir. Uranın üç xarici peyki və Yupiter-Saturn planetlərinin xarici peyklərinin böyük qismində olduğu kimi Triton peyki tərs orbitə sahibdir.
Trianon sülh müqaviləsi
Trianon sülh müqaviləsi - I dünya müharibəsinin yekunlarına dair Paris Sülh Konfransının gedişində Antanta ölkələri ilə Macarıstan arasında imzalanmış sülh müqaviləsi. 1920-ci il 4 iyunda Macarıstanla Antanta arasında Parisin Trianon sarayında sülh müqaviləsi imzalandı. Müqaviləyə görə Macarıstandan slavyan malikanələri alındı. Macarıstan Çexoslovakiyanın müstəqilliyini tanıyır, Slovakiya və Zakarpat Ukraynasını ona, Serb-Xorvat-Sloven krallığının müstəqilliyini tanımaqla Xorvatiya, Baçka və Banatın qərb hissəsini isə ona verirdi. Həmçinin Macarıstan Rumıniyaya Transilvaniya və Banatın şərq hissəsini, Avstriyaya Burqenland əyalətini verirdi. Macarıstan özünün Dunaydakı bütün donanmasından məhrum edilirdi. O ancaq 35 min nəfərlik muzdlu qoşun saxlaya bilərdi. Macarıstan ərazisi belə parçalandığına görə İkinci Dünya müharibəsinə qədər onu “kəsilmiş dövlət” də adlandırırdılar. Müttəfiq Dövlətlərin müharibədən sonra Macarıstana sülh müqaviləsinin şərtlərini göndərməsi çox gecikmişdi. Bunun səbəbi əvvəllər Macarıstanda Bela Kun rəhbərliyində kommunist rejimin mövcud olması və sonralar daha mülayim olan iqtidarların gəlməsinə baxmayaraq Rumıniyanın Budapeşt şəhərini işğal altında saxladığı müddət ərzində (Avqust - Noyabr 1919) mövcud olmuş siyasi qarışıqlıq idi.
Ornithorhynchus anatinus triton
Ördəkburun (lat. Ornithorhynchus anatinus) — məməlilər sinfinin birdəliklilər dəstəsinin ördəkburunlar fəsiləsinə aid yeganə növ. Bədəninin uzunluğu 30-45 sm, quyruğu 10-15 sm, kütləsi 0,5-2 kq-dır. Üst tərəfdən qonur, alt tərəfi bozumtul sıx xəzlə örtülüdür. Başı uzun yastı dimdiyə oxşayır, üzəri çılpaq yumşaq dəri ilə örtülüdür. Barmaqlarında caynaq və üzmə pərdəsi var. Dişləri yoxdur. Şərqi Avstraliyada və Tasmaniyada su sahillərində yayılmışdır. 10 m-dək dərinlikdə qazdığı yeraltı yuvada gizlənir. 1-2 yumurta qoyur.
Triton (Neptunun peyki)
Triton və ya Neptun I — Günəş sistemində yerləşən Neptun planetinin ən böyük təbii peyki. 1846-cı ildə astronom Uilyam Lassel yeni kəşf edilmiş Neptun planetini öyrənirdi. Neptunun halqaları olduğu haqqında fərziyyələri sübut etməyə çalışarkən daha maraqlı bir şey kəşf etmişdir. Neptunun bir peyki vardı. Neptunun Yohan Qatfird Qalle tərəfindən kəşf edilməsindən cəmi 17 gün sonra — 10 oktyabr 1846-cı ildə Lassel Neptunun peykini kəşf etmişdir. Triton adını Roma mifologiyasında Neptunun oğlu və dəniz tanrısı Tritondan götürmüşdür. Bu ad ilk dəfə 1880-ci ildə Kamill Flammarion tərəfindən təklif edilmişdir. Triton peyki Neptunun 14 peyki arasında ən böyüyü və ilk kəşf olunanıdır. Günəş sistemində isə ən böyük 7-ci təbii peykdir. Uranın üç xarici peyki və Yupiter-Saturn planetlərinin xarici peyklərinin böyük qismində olduğu kimi Triton peyki tərs orbitə sahibdir.
Triton (ziyankar proqram)
Triton ilk dəfə 2017-ci ildə Səudiyyə Ərəbistanının neft-kimya zavodunda aşkar edilmiş zərərli proqramdır. O, təhlükəsizlik alətləri ilə təchiz edilmiş sistemləri sıradan çıxara bilər ki, bu da zavodun fəlakətinə səbəb ola bilər. O, "dünyanın ən öldürücü zərərli proqramı" adlandırılıb. 2017-ci ilin dekabrında Səudiyyə Ərəbistanında olduğu güman edilən naməlum elektrik stansiyasının təhlükəsizlik sistemlərinin Schneider Electric SE tərəfindən istehsal edilən Triconex sənaye təhlükəsizliyi texnologiyasının dövlət tərəfindən dəstəklənən hücum olduğu güman edilən hücumda hədəfə alındığı bildirildi. Kompüter təhlükəsizliyi şirkəti Symantec iddia etdi ki, "Triton" kimi tanınan zərərli proqram Microsoft Windows əməliyyat sistemi ilə işləyən kompüterlərdəki boşluqdan istifadə edib. 2018-ci ildə kibertəhlükəsizliyi araşdıran FireEye şirkəti, zərərli proqramın çox güman ki, Rusiyadakı tədqiqat qurumu olan Mərkəzi Elmi Tədqiqat Kimya və Mexanika İnstitutundan (CNIIHM) gəldiyini bildirdi.