Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Truba (musiqi aləti)
Truba (rus. Труба, it. tromba) - ucunda ağızlıq olan nəfəsli mis musiqi aləti.
Trubadur (opera)
Trubadur, Trovator ya Carçı (it. Il trovatore) — İtalyan bəstəkar Cüzeppe Verdinin bəstələdiyi, Salvador Kammaranonun librettosunun yazdığı 4 pərdəli opera əsəri. İlk dəfə 19 yanvar, 1853 cü ildə Romadakı "Apollo" teatrında səhnəyə qoyulmuşdur. Verdi Luiza Müller operasından dərhal sonra 1850 ci ildə müvafiq süjet üstündə bu operanı yazmağı qərara alır. 2 yanvar 1850 tarixli Kammaranoya ünvanladığı bir məktubda Verdi ispan dramaturqu Qarsiya Qutyerresin "Trubadur" dramı əsasında libretto yazmasını xahiş edir. Kammarano süjetin üsyankar ruhuna görə senzuradan keçə bilməyəcəyindən ehtiyatlanaraq, ona dərhal cavab vermir. Bu arada Verdi Riqoletto operasını tamamlamış olur. Verdi bir daha Kammaranodan libretto tələb edir. Nəhayət 1851 ci ild Kammarano Verdiyə bir libretto variantı göndərir, lakin bu Verdini qane etmir. Yeni librettonu Kammarano 1852 ci ildə vəfat etdiyinə görə bitirə bilmir.
Trubadurlar
Trubadurlar (fr. troubadour, cəmdə: troubadours, oks. trobador) — əsasən Oksitaniyadan olan orta əsr şair -musiqiçiləri (instrumentalistlər və müğənnilər). Trubadurların yaradıcılığı XI əsrin sonu — XIII əsrləri əhatə edir, onun çiçəklənmə dövrü XII–XIII əsrin əvvəllərinə təsadüf edir. Trubadurlar öz şeirlərini müasir Fransanın bəzi bölgələrində danışılan provans dilində bəstələyirdilər. Trubadurlar o dövrdə cəmiyyətin ictimai, siyasi və dini həyatında fəal iştirak edirdilər. Albi səlib yürüşündən sonra onlar tamamilə yox oldular, lakin zəngin mədəni irs qoydular. Əsasən trubadurların sayəsində ilk ədəbi roman dili yarandı: Kataloniya və Şimali İtaliya şairləri daha sonra Köhnə Provans dilində yazırdılar. Trouvères poeziyası və Minnesingers poeziyası Provans lirikasının təsiri altında formalaşmışdır; onların yaradıcılığı Dante, Dolce stil nuovo və Petrarkanın şeirlərini ilhamlandırmışdır. . Müasir dövrdə trubadurların lirikası unudulmuş və onu yalnız romantiklər yenidən kəşf etmiş, sonra isə onun tədqiqinə başlamışdırlar.
Aruba
Aruba — Karib dənizində, Venesuelanın yaxınlığında yerləşən və Kiçik Antil adalarına daxil olan Niderlanda məxsus ada dövləti. 1499-cu ildə ispanlar tərəfindən tapılmış, 1636-cı ildə isə Niderlandın müstəmləkəsinə çevrilmişdir. 1986-cı ildə Niderland Antil adalarının tərkibindən çıxarılaraq Niderlandın birbaşa tabeliyinə keçirilmişdir. Sahəsi 193 km², əhalisi təxminən 103 min nəfərdir. Əhalinin əksəriyyəti paytaxt Oranyestadda məskunlaşıb və afrikalı, yerli, avropalı, hindli qarışığından ibarətdir. Yerli dili papyamento, rəsmi dövlət dili flamand dilidir. XX əsrin əvvəllərində Venesuela neftini emal edən neftayırma zavodları əsas gəlir qaynağı ikən 1980-ci illərdən etibarən turizm daha böyük əhəmiyyət qazanmışdır. İqlimi quru tropikdir. Orta illik temperaturu 28 °C-dir.
Triba
Triba (lat. tribus, tribuo bölürəm, ayırıram) — Qədim Romada triba komisiyasında bir səsə malik əhalinin bölündüyü ərazi və seçki dairələrinin adı. Bu bölgü prinsipi e.ə.VI əsrdə Roma çarı Serviy Tulliy tərəfindən tətbiq edimişdir. Nəticədə Roma ərazisi 4 şəhər və 17 kənd tribasına bölünmüş olur. Sonradan bu say e.ə. 241 ci ildə 35 triba çatır. Ənənəyə görə Roma əhalisi 3 triba — latınlara, sabinlərə (piçenlərə) və etrusklara bölünürdü. İlkin olaraq hər bir triba 100 sonralar isə 300 ailə ya nəsil daxil idi.
Tuba
Tuba − böyük ölçüsü və dərin səsləri ilə xarakterizə edilən bir nəfəsli musiqi alətidir. Şaquli kəmərli boru, üç və ya dörd klapan, geniş konusvari dəlik, fincanşəkilli ağızlıqdan ibarətdir. Tubanın müxtəlif seqmentləri standart texnika ilə işlənmiş misdən hazırlanmışdır. İlk tuba on doqquzuncu əsrin əvvəllərində bas səs gətirmək üçün icad edilmişdir. Tubalar mis külək alətləri kimi tanınan bir alət sinfinə aiddir. Tuba latın sözü olub “Tub” və “Boru” mənasını verir. Amerika Birləşmiş Ştatlarında da tuba çalan şəxs tubaçı ya da tubist kimi tanınır . Böyük Britaniyada adi orkestrdə tuba alətində çalan musiqiçi sadəcə bir tubaçalan kimi tanınır; nəfəsli alətlər orkestrində və ya hərbi orkestrdə tuba alətində çalan musiqiçilər isə basistlər kimi tanınır. Tubanın tarixi Roma İmperiyasına kimi uzanır. Tubanın inkişafı 19-cu əsrin əvvəllərində başlamışdır.
Ahmed Touba
Ahmed Touba (fr. Ahmed Touba; 13 mart 1998, Rube) — Erediviziya təmsilçilərindən olan "Valveyk" klubunda yarımmüdafiənin sol cinahında çıxış edən peşəkar Belçikalı futbolçu. Fransada doğulan futbolçu Belçikada böyümüş və Əlcəzair millisinin heyətində oynayır. Touba Brügge akademiyası vasitəsilə inkişaf etmişdir. Touba öz peşəkar karyerasında debütünü 1 may 2017-ci ildə etmişdir. O, "Zülte Varegem" klubu ilə qarşılaşmada etmişdir. O, 80-ci dəqiqədə Xose İskyerdonu əvəz etmişdir. Əlcəzair əsilli futbolçu Fransada doğulub. O, gənc yaşlarında Belçikaya köçmüş və ölkənin gənclərdən ibarət milli komandasında çıxış etməyə başlamışdır. 3 iyun 2021-ci ildə Mavritaniya millisi ilə oyunda Əlcəzair millisinin formasıyla meydana çıxmışdır.
Aruba florini
Aruba florini (Niderlandca: Arubaanse florijn; ISO 4217 : AWG) - 1986-cı ildən bəri Arubada istifadə edilən rəsmi pul vahididir. 1 Aruba florini təqribən 100 sentə bərabərdir. Aruba florini Aruba Mərkəzi Bankı tərəfindən dövriyyəyə buraxılır. 4 sentyabr 2016 tarixinə aid məzənnəyə görə, 1 Aruba florini = 0.558659 ABŞ dolları.
Oranyestad (Aruba)
Oranyestad (nid. Oranjestad) — Arubanın paytaxtı. 2005-ci ildə əhalisi 35000 nəfər idi.
Triba (biologiya)
Triba fəsilə və cins arasında yerləşən taksonomik qrupdur. Aralarında böyük taksonomik fərqlər olduqda və ya bir çox növün bir-birindən aydın şəkildə ayrılmadığı hallarda təsnifatı asanlaşdırmaq üçün istifadə olunur. Bəzən yetərli olmadıqda yarımtriba termini istifadə olunur. Digər taksonomik qruplar kimi, böyük hərflərlə başlayır və tək bir sözdən ibarətdir, lakin italiklə yazılmır. Triba çox böyükdürsə, yarımtribalara bölünə bilər. Tribanın elmi adının sonu belə müəyyən edilir: Botanikada – eae Zoologiyada – ini Məsələn, İtlər fəsiləsi (Canidae) Canini və Vulpini olan iki tribaya ayrılır.
Triba (dəqiqləşdirmə)
Tribadizm, əsasən bir qadının xüsusən klitoruna xəbərdarlıq edilməsi üçün vulvasını partnyoruna toxundurduğu bir seks pozasıdır Triba (biologiya) — Triba fəsilə və cins arasında yerləşən taksonomik qrupdur. Triba — Qədim Romada triba komisiyasında bir səsə malik əhalinin bölündüyü ərazi və seçki dairələrinin adı.
Trua(rayon)
Trua (fr. Troyes) — Fransanın Şampan-Ardenn regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Ob (departament). Suprefektura — Trua. Rayon əhalisi 2006-cı ildə 217 625 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 62 nəf / km². Rayon sahəsi — 3534 km².
Trua (rayon)
Trua (fr. Troyes) — Fransanın Şampan-Ardenn regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Ob (departament). Suprefektura — Trua. Rayon əhalisi 2006-cı ildə 217 625 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 62 nəf / km². Rayon sahəsi — 3534 km².
Trua FK
ES Trua AC ya da sadəcə "Trua" (fr. Espérance Sportive Troyes Aube Champagne) - 1900-cü ildə Trua şəhərində qurulan Fransa futbol klubu. Ev oyunları Stade de l'Ob Stadionunda keçirilir. Klubun ən yüksək nailiyyəti 2001-ci ildə UEFA İntertoto Kubokunda qələbədir. 2008/2009 mövsümünün sonunda klub Liqa 2-də 19-cu yeri titdu bə Liqa 3-ə düşdü. Ancaq 3 mövsümə komanda əhəmiyyətli bir sıçrayışını bacardı və Trua artıq, 2012-2013 mövsümünə Liqa 1-də başlamışdı, ancaq dərhalda oradan çıxdı. 2014/2015 mövsümündə komanda yenidən Liqa 1-ə doğru irəlilədi amma sonuncu yeri alaraq, Trua yenidən Liqa 2-yə getdi. 2016/2017 mövsümündə "Trua" Liqa 2-də 3-cü yer tutub pley-offa çıxdı. İlk matçda Loryanı 2:1 hesabı ilə məğlub etdi və ikinci oyunda onlar 0-0 oynadılar ki, bu da Truanın mövsümün sonunda Liqa 1-ə qayıtmasına imkan verdi.
Tuba Büyüküstün
Xədicə Tuba Büyüküstün (5 iyul 1982, İstanbul) — türk aktrisa. Tuba Büyüküstün 5 iyul 1982-ci ildə İstanbulda anadan olub. Ana tərəfindən Krım mühaciri, ata tərəfindən, o, Krit mühaciridir. İstanbul Özəl Doğuş Məktəblərinin və Memar Sinan Gözəl Sənətlər Universitetinin, Səhnə Dekorları və Kostyum Dizaynı bölümlərinin bitirib . Universitetdə oxuyarkən reklamlarda iştirak edirdi. Universiteti bitirdikdən sonra rejissor Tomris Giritlioğlu sayəsində fəaliyyətə başladı. 28 iyul 2011-ci ildə Parisdə, Fransada özü kimi aktrisa Onur Saylak ilə evləndi. 19 yanvar 2012-ci ildə əkiz qızlarını dünyaya gətirdi. Qızlarına Toprak, Maya adlarını verdilər. Evliliklər 5 iyun 2017-ci ildə başa çatdı.
Tuba Erdem
Tuba Erdem — Türkiyə kino və teatr aktrisası. Tuba Erdem 24 fevral 1975-ci ildə Türkiyə Cümhuriyyətinin İzmir şəhərində anadan olmuşdur.
Tuba çayı
Тuba çayı — -Yenisey çayının sağ qolu. Rusiya Federasiyasının Krasnoyarsk əyalətinə aiddir. Kızır və Amıl çaylarının birləşməsindən yaranır. Uzunluğu-119 km, mənbəyindən Kızıra qədər-507 km-dir. Şərqi Sayan dağlarını axıb keçir. Su hövzəsinin sahəsi- 36,9 min. km²-dir. Qidalanmasında qar suları üstünlük təşkil edir. Oktyabrdan donmaya başlayan çay, may ayında buzlardan əriməyə başlayır. İllik su sərfi- 771 m³/san-dir.
Aruba muzeylərinin siyahısı
Bu məqaləyə Aruba muzeylərinin siyahısı daxil edilmişdir. Hal-hazırda Arubada səkkiz muzey fəaliyyət göstərir.
Tuba Şahi məscidi
Tuba Şahi məscidi — Bakı şəhəri Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən XV əsrə aid tarix-memarlıq abidəsi. Məscid Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarix və memarlıq abidəsi kimi qeydiyyata alınmışdır. Məscid binası Şirvanşahlar dövrünə aid Dördkünc Mərdəkan qəsrinin yaxınlığında inşa edilmişdir. Məscid, onun inşasını sifariş etmiş Tuba Şahi xanımın adını daşıyır. Məscid üzərindəki kitabədən onun inşa tarixinin 1481-1482-ci illər də bəlli olur. 1720-1721-ci illərdə Bakı xanlarından Məhəmməd xanın sifarişi ilə məsciddə bərpa işləri aparılmışdır. Məscid, günbəzlə tamamlanmış paralellepiped formasında dəqiq ifadə olunmuş həcmə malikdir. İbadət zalının mərkəzi hissəsi yelkənlər üzərində dayanan günbəzlə örtülmüşdür. Kvadrat formalı mərkəzi ibadət zalına dörd tərəfdən düzbucaqlı formaya malik köməkçi otaqlar birləşir. Məscid, onun inşasını sifariş etmiş Tuba Şahi xanımın adını daşıyır.
Aruba Milli Futbol Çempionatı
Aruba 2008 Yay Olimpiya Oyunlarında
Qəl.=Qalib gəldi Məğ.=Məğlub oldu 2008 Olimpiya Oyunlarında cüdo yarışlarında Arubanı təmsil edən yeganə idmançı Fiders Vis idi. Vis yarışlara məşqçi Alberto Tielin rəhbərliyi altında Braziliyada hazırlandı. Visin çıxışını nəzərə alan Beynəlxalq Olimpiya Komitəsi (BOK), idmançısı yarışlara qatılması üçün güzəştli vəsiqə verdi.
Draba
Yastıqotu (lat. Draba) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinə aid bitki cinsi.
Eruca
İndau (lat. Eruca) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinə aid bitki cinsi.
Grube
Adolf Eduard Qrube (alm. Adolph Eduard Grube‎;18 may 1812, Köniqsberq – 2 iyun 1880, Vrotslav, Prussiya) — Alman anatomu və zooloqu. "Zur Anatomie und Physiologie der Kiemenwürmer" (1838); "Die Familie der Anneliden" (1851); "Untersuchungen über den Bau von Peripatus Edwardsii" (1853); "Annulata Oerstedtiana" (1856–58); "Die Insel Lussin und ihre Meeresfauna" (1864); "Annulata Semperiana" (1878). M'Intosh W. C. Adolph Edouard Grube // Nature. — 1880. — Vol. 22. — P. 435–436. — doi:10.1038/022435d0. Romer F. Adolf Eduard Grube // Leopoldina.
Quruba
Qurumba (əvvəlki adı: Quruba) — Azərbaycan Respublikasının Lənkəran rayonunun Rvo inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 2001-ci il tarixli, 191-IIQ saylı Qərarı ilə Lənkəran rayonunun Rvo kənd inzibati ərazi dairəsi tərkibindəki Quruba kəndi Qurumba kəndi adlandırılmışdır. 25 oktyabr 2011-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Qurumba və Narbağı kəndləri Rvo kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Qurumba kəndi olmaqla Qurumba kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. Bu oykonimin Qunınba variantın da qeydə alınmışdır. Bəzi tədqiqatçılara görə, oykonim talış dilində ku (dağ, təpə), ron (yol) və bə (qapı) komponentlərindən düzəlib, "dağ yolunun qapısı" deməkdir. Digər mülahizəyə görə isə, oykonim qronbə sözündən olub, mənası "qəbirlər qapısı" deməkdir. Əhalisi 937 nəfərdir.
Rubab
Rübab — mizrabla çalınan simli-dartımlı musiqi aləti. Rübabın vətəni ərəb ölkələri hesab edilir. Alət e. ə. I minillikdə icad edilib. X əsrdə yaşamış görkəmli alim Əl-Fərabiyə görə, rübab qədim mənşəli Şərq musiqi alətidir". Orta əsrlərdə Azərbaycanda geniş istifadə edilmişdir. Nizaminin, Nəsiminin, Füzulinin, S. Ə. Şirvaninin və bir çox klassiklərin yaradıcılığında rübabın təsviri verilmişdir. N. Gəncəvinin, Ə. Xaqaninin (XII əsr) şerlərinə istinad etsək, Azərbaycanda rübabın Qaşqar (Qoşqar) növündən istifadə edilib. Bəzi qaynaqlara görə, Çində Kaşqar adlı çayın ətrafında uyğurlar yaşadığından alətə də Qaşqar rübabı adını veriblər.
Rubas
Rubas (keçmişdə Xoşmənzil adlanırdı) – Dağıstan Respublikasının Dərbənd rayonunda yerləşən kənd. 2002-ci il əhali siyahıyaalınmasına əsasən sakinlərinin sayı 3.326 nəfər olmuşdur. "Ləzgi federal milli-mədəni muxtariyyatı" ictimai təşkilatının mənbə göstərmədən təqdim etdiyi qeyri-rəsmi məlumata əsasən tərkib baxımından kənd əhalisini azərbaycanlılar, tabasaranlılar və ləzgilər təşkil edir.
Rubat
Rubat — İranın Kirmanşah ostanının Kirmanşah şəhristanının Mahidəşt bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 996 nəfər və 248 ailədən ibarət idi.
Rubia
Boyaqotu (lat. Rubia) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinə aid bitki cinsi. Boyaqotu Azərbaycanda qədim zamanlardan becərilən və xüsusi əhəmiyyət kəsb edən texniki bitkilərdən biridir. Boyaqotu adı ilə tanınan bu bitkidən toxuculuqda qırmızı rəng kimi istifadə edildiyi üçün ona qızıl boya adının verilməsi də təsadüfi deyildir. Azərbaycanda yabanı halda bitdiyini və toxuculuqda rəng üçün geniş istifadə edildiyini nəzərə alsaq, onun bu ərazidə hələ eramızdan çox-çox əvvəl becərildiyini ehtimal etmək olar. Lakin ilk orta əsrlərdə bu bitkinin Azərbaycanda geniş becərilməsi tamamilə qanunauyğun bir haldır. Bu dövrdə feodalizmin təşəkkülü, şəhərlərin yaranması və inkişafı bu şəhərlərdə toxuculuğun geniş miqyas alması və bununla əlaqədar olaraq rəngə olan tələbat boyaq kökünün daha bol istehsalını tələb edirdi. Ona görə də ölkədə boyaqotu bitkisinin əkin sahəsi də artırdı. Əsrlər boyu boyaqotu bitkisinin becərilməsində elə bir əsaslı dəyişiklik olmamışdır. Başqa bitkilər kimi, boyaqotu bitkisi xam torpaqda daha çox məhsul verir.
Trema
Trema (lat. Trema) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin çətənəkimilər fəsiləsinə aid bitki cinsi.
Skuba
Akvalanq (lat. aqua, su + lung, ağ ciyər) və ya skuba (ing. scuba) — su altında nəfəs almağa imkan yaradan fərdi dalğıc aparatı. 1943-cü ildə Fransada kəşf olunmuşdur. Akvalanq sıxılmış hava (təzyiqi 20–60 MPa) doldurulmuş iki balondan, hava verişini tənzim edən tənəffüs avtomatından ibarətdir. Sıxılmış hava reduktordan keçərək tənəffüs avtomatına daxil olur. Tənəffüs avtomatı dalğıcın nəfəs aldığı havanın təzyiqini tənzimləyir, nəfəslə verilən havanı isə suya buraxır. Akvalanq dalğıcın kürəyinə qayışla bağlanır. Ondan istifadə etməklə su altında 40 m dərinlikdə 8–10 dəq, 5 m-dən az dərinlikdə 1 saat qalmaq olur. Sıxılmış havanın tərkibindəki azot dalğıca narkotik təsir göstərdiyindən 40 m-dən çox dərinə üzmək məsləhət görülmür.
Rübai
Rübai — Iranda yazılı ədəbiyyatın geniş yayılmış şeir janrlarından biri. Rübai birinci, ikinci və dördüncü misraları həmqafiyə, üçüncü misrası isə sərbəst qalan dörd misralıq müstəqil əsərdir. Bəzən misralarda həmqafiyə olan sözlərdən sonra rədif də gələ bilər. Dörd misrada bitkin, həm də məna və ideyaca mühüm, dərin fəlsəfi bir fikir ifadə etmək rübaidə əsas şərtdir. Dünya ədəbiyyatında rübainin ən klassik nümunələrini Şərqin dahi mütəfəkkiri Ömər Xəyyam yaratmışdır. Onun fəlsəfi dərinlik və emosional tərzdə yazılmış rübailərində böyük həyat sevgisi, həqiqətpərəstlik, dini mövhumata qarşı üsyankarlıq və s. tərənnüm olunurdu: Əlimdə olsaydı əgər iqtidar, Bu köhnə fələki kökündən yıxar, Təzədən elə bir fələk qurardım, Ki, hər kəs yaşardı azad, bəxtiyar. Azərbaycan ədəbiyyatının intibah mərhələsinin ən qüdrətli sənətkarı Məhsəti Gəncəvi də rübai janrında gözəl sənət nümunələri yaratmışdır.