RUBA

(Dəvəçi)
10 puda bərabər çəki vahidi
RU
RUCAH
OBASTAN VİKİ
Bilal ibn Rubah əl-Həbəşi
Bilal ibn Rubah əl-Həbəşi (ərəb. بلال بن رباح‎ Bilal ibn Rabah al-Habaşi) — Məhəmməd peyğəmbərin səhabəsi. İlk müəzzin. == Həyatı == Bilal əslən Afrika həbəşlərindən olan Rəbbahın oğlu idi. Bilalın Fil ilindən on il ötmüş dünyaya gəldiyi bildirilir. Bilalın ata-anası qul olmuşdur. Bilalın fitri paklığı qul olmasına baxmayaraq, onu nəzərə çarpdırırdı. Ona ehtiram göstərir, böyük işlər tapşırırdılar. Bilal məhrumluq və təhqir nəzərincə başqa qullardan fərqlənməsə də, yaxşı xüsusiyyətlərinə görə seçilirdi. Onun qəlbində müşriklərə, zalım ağalara qarşı daim qəzəb alovlanırdı.
Nikolay Rubakin
Nikolay Aleksandroviç Rubakin (1 (13) iyul 1862[…] və ya 13 iyul 1862, Lomonosov, Sankt-Peterburq quberniyası[d], Rusiya imperiyası – 23 noyabr 1946[…], Lozanna, Vo kantonu, İsveçrə) — yazıçı, kitabxanaçı. 1862-ci il iyul ayının 13-də Oraniyenbaum (indiki Lomonosov şəhərində) tacir ailəsində anadan olmuşdur. Atası Oraniyenbaum şəhərinin başçısı olmuşdur. O, on iki yaşında olarkən məcara romanı və pyes yazmış, on üç yaşında "Стрела" əlyazma jurnalını çap etdirmiş, on altı yaşında isə "Uşaq mütaliəsi" adlı ilk məqaləsi nəşr olunmuş və bu məqalədən qonorar da almışdı. N. A. Rubakin Peterburq Universitetinin 3 fakültəsini – tarix-filologiya, təbiətşünaslıq və hüquq fakültələrini bitirmişdir. Lakin buna baxmayaraq öz həyatını kitabxana işinə həsr etmişdir. Nikolay Aleksandroviçin XIX əsrdə Rusiya kitabxana-nəşriyyat işinin inkişafında cox böyük əməyi olmuşdur. Belə ki, A. Rubakin O. A. Popova, U. D. Sitina nəşriyyat firmasının və "Издатель" Birliyinin rəhbəri olmuşdur. O, həmçinin Rusiya Savadlanma Komitəsinin katibi kimi də uzun müddət fəaliyyət göstərmişdir. N. A. Rubakin 1905–1907-ci illərdə Rusiya inqilabında yaxından iştirak etmişdir.
Rubab
Rübab — mizrabla çalınan simli-dartımlı musiqi aləti. Rübabın vətəni ərəb ölkələri hesab edilir. Alət e. ə. I minillikdə icad edilib. X əsrdə yaşamış görkəmli alim Əl-Fərabiyə görə, rübab qədim mənşəli Şərq musiqi alətidir". Orta əsrlərdə Azərbaycanda geniş istifadə edilmişdir. Nizaminin, Nəsiminin, Füzulinin, S. Ə. Şirvaninin və bir çox klassiklərin yaradıcılığında rübabın təsviri verilmişdir. N. Gəncəvinin, Ə. Xaqaninin (XII əsr) şerlərinə istinad etsək, Azərbaycanda rübabın Qaşqar (Qoşqar) növündən istifadə edilib. Bəzi qaynaqlara görə, Çində Kaşqar adlı çayın ətrafında uyğurlar yaşadığından alətə də Qaşqar rübabı adını veriblər.
Rubacer parviflorum
Rubus parviflorus (lat. Rubus parviflorus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin moruq cinsinə aid bitki növü. Bossekia nutkana Greene Bossekia parviflora (Nutt.) Greene Rubacer parviflorum (Nutt.) Rydb. Rubus natkanus G.Don [Spelling variant] Rubus nutkanus Mo‡. ex Ser. Rubus nutkanus var. nuttallii Torr. & A.Gray Rubus nutkanus var. parviflorus (Nutt.) Focke Rubus nutkanus var. parvifolius A.Gray Rubus parviflorus var.
Rubail Azimov
Rubail Əzimov
Rubançikin binası (Taqanroq)
Rubançikin binası — Rostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən bina. Bina şəhərin ən qədim tikililərindən biridir. Şəhərin mərkəzi hidsəsinsə yerləşir. Ünvanı: Rostov vilayəti, Taqanroq şəhəri, Turqenev xiyabanı, ev 12. Bina XIX əsrdə inşa edilmişdir. Bir villa olaraq istifadə edilmişdir. Arxitektur bina olaraq Rusiyanın mədəni irsi siyahısına salınmışdır. Bibanın kodu 6101261000 müəyyən edilmişdir. Bina iki mərtəbədən ibarətdir. Layihəyə görə 1873-cü ildə artıq bina mövcud idi.
Rubas
Rubas (keçmişdə Xoşmənzil adlanırdı) – Dağıstan Respublikasının Dərbənd rayonunda yerləşən kənd. 2002-ci il əhali siyahıyaalınmasına əsasən sakinlərinin sayı 3.326 nəfər olmuşdur. "Ləzgi federal milli-mədəni muxtariyyatı" ictimai təşkilatının mənbə göstərmədən təqdim etdiyi qeyri-rəsmi məlumata əsasən tərkib baxımından kənd əhalisini azərbaycanlılar, tabasaranlılar və ləzgilər təşkil edir.
Rubas çayı
Rubas çayı (Rubasçay) — Dağıstanın Tabasaran və Dərbənd rayonları ərazisindən axan çay. Uzunluğu — 92 km-dir. Su toplayıcı hövzəsinin sahasəsi — 1180 km² təşkil edir. Dağıstanın silsilələrinin şimal-şərqində, Cufu-Dağ zirvəsindən 3,4 km cənub-şərq ətəklərində yerləşən bulaqlardan başlanğıcını götürərək Xəzər dənizinə tökülür (Ərəblər kəndi). İlin isti və soyuq dönəmlərində suyunda azalma müşahidə edilir. Su sərfiyyatı yağışlı dövrdə artır. Yay yağışları katastrofik nəticələrə sahib olur. Orta illik su sərfiyyatı — 1,01 m³/s, maksimal isə — 59,3 m³/s təşkil edir. Ən iri qolları: Afnaçay, Xanaqçay, Karçaq-su, Qamışçay. Aşağı axarda çayın suyu Samur-Dərbənd kanalı ilə birləşir.
Rubat
Rubat — İranın Kirmanşah ostanının Kirmanşah şəhristanının Mahidəşt bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 996 nəfər və 248 ailədən ibarət idi.
Rubat Səng
Rubat Səng — İranın Rəzəvi Xorasan ostanının Türbət Heydəriyə şəhristanının Colgərox bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,344 nəfər və 384 ailədən ibarət idi.
Çeşmə Rubah (Bicar)
Çeşmə Rubah (fars. چشمه روباه‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 237 nəfər yaşayır (58 ailə). Əhalisini kürdlər təşkil edir.
Rubacer
Moruq (lat. Rubus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. Azərbaycanda həm yabanı, həm də mədəni şəkildə yayılmışdır. Tünd-qırmızı rəngli, turşməzə meyvələri olur. Meyvələri qurudulan zaman bozumtul-qonur rəngə çevrilir. Ən əla keyfiyyətli meşə moruğu hesab olunur. Meşə moruğunun meyvələri xırda olsa da, çox şirəli, şirin və ətirlidir. Meyvələri avqust ayında yetişir. Moruğun meyvələrini günəşli quru havada, tam yetişən dövrdə yığmaq lazımdır. Qurudulması isə o qədər də isti olmayan sobalarda və ya xüsusi quruducularda aparılmalıdır.

Digər lüğətlərdə