Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tunel (funikulyor)
F2 xətti — Türkiyənin İstanbul şəhərində olan yeraltı metrosu. 1863-cü ildə Londonda xidmətə verilən yeraltı sərnişin daşıma sistemlərindən sonra inşa edilən dünyanın ən qədim 2-ci yeraltı sərnişin daşıma sistemidir. 17 yanvar 1875-ci ildə açılmışdır. Ümumi uzunluğu 573 metr olan Tunelin inşasına 1871-ci ildə başlandı və tikinti 1874-cü ildə tamamlandı. 1910-ci ildə elektrik sistemə keçən tunel, 1939-cu ildə İETT ümumi müdiriyyətinə təhvil verildi. 1970-ci ildə bir Fransız firması tərəfindən tamamilə yenilənən tunel, 90 saniyədə Qalata ilə Bəyoğlunun bir-birinə bağlamaqdadır. 2009-ci ilin statistikasına görə hər gün orta hesabla 15 min sərnişin daşıyan tunel, ildə ortalama 64 min 800 dəfə səfər edir və ortalama 37 min kilometr yol qət edir. Tüneli hal-hazırda İstanbul Elektrik Tramvay və Tunel İşlətmələri (İETT) işlədir. Fransız mühəndis Eugene Henri Gavand, 1867-ci ilin mayında İstanbula gəlir, Qalata ilə Bəyoğlu arasındakı gündə ortalama qırx min adamın enib çıxdığını təsbit edir. Buna görə də lift tipində bir dəmiryolu layihəsi hazırlayıb İngilis hökumətindən kredit alıb Osmanlı hökumətinə təqdim edir.
Tunel (pirsinq)
Tunel — qulağın sırğalıq nahiyyəsinə taxılan halqa şəklində və böyük ölçüdə olan bəzək əşyası. Adi sırğadan dəliyin böyük diametri ilə fərqlənir. Həmçinin sonradan həmin dəliyin bağlanma prosesi Plaq (ing. plug — «tıxac») adlanır. Tunel və Plaqlar hələ qədim dövrlərdən məlum idi, çünki qulaqların modifikasiyası hələ Afrika kontinentində yaşayan erkən insanlar tərəfindən təcrübələnirdi. Xalqların Afrika materikindən yeni ərazilərə köçməsi ilə tunel də Avrasiya və digər kontinentlərə də yayıldı. Arxeoloji qazıntılar tunellərin Qədim Misirdə, İnd vadisi mədəniyyətində, Hind-Çində və Mezoamerika mədəniyyətlərində geniş istifadəsini təsdiqləyir. Mohenco-Daroda aparılan arxeoloji qazıntılarda çoxlu sayda qulaq dəliklərini genişləndirmək üçün istifadə edilən alətlər və halqalar aşkar edilmişdi. İnd vadisi boyunca yaşayan xalqlarda tunel və plaqlar kundala (sanskr. कुण्डलिन्; “halqalarla bəzədilmiş qulaqlar”) adlanırdı.
Tunel (film, 2005)
Film Vüqar Ercanın eyniadlı əsərinin motivləri əsasında çəkilmişdir. Filmin 5 seriyalı "Sevimli xəstə" adlı versiyası var.
Tüntül
Tüntül — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Oykonimin türk dillərindəki "ocaq, tüstü, ev" mənalı tüntü sözündən olması güman edilir. Kənddə İkinci Dünya müharibəsi iştirakçılarının şərəfinə qəhrəman əsgər heykəli ucaldılmışdır. Kənd Dəmiraparançayın sahilində, Alazan-Əyriçay çökəkliyində, rayon mərkəzindən 10 km. aralıda yerləşir. Şimal tərəfdən Nohurqışlaq, cənub tərəfdən Yengicə kəndləri ilə əhatələnmişdir. Şərqindən Vəndamçay, qərbindən isə Dəmiraparançay axır. Kənddə mülayim iqlim hakimdir. Yaşı 300-ü keçmiş çinar ağacı ilə yanaşı adları Azərbaycanın "Qırmızı Kitabı"na düşmüş bir çox ağac və bitki növləri vardır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2618 nəfər əhali yaşayır.
Tüntül bələdiyyəsi
Qəbələ bələdiyyələri — Qəbələ rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.