Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tanqutlar
Tanqutlar ( minya) — Tibet-Birma xalqı. Tanqutlar haqqında Orxon-Yenisey abidələrində də məlumat var. "On yeddi yaşımda tanqutlara qarşı əsgər göndərdim, onları məğlub etdim". Salih Mütəllibov bu savaşın 711-ci ildə baş verdiyini təxmin edir. Tanqutlar da tibetlər və xotanlılar kimi türk ölkəsinə sonradan gəlib yerləşmişlər; "Çinə yaxın yerdə yaşayan bir türk boyu. Onlar öz əcdadlarının ərəblər olduğunu söyləyirlər«. Buradan belə bir nəticə çıxır ki, tanqutlar qismən türkləşsələr də, əslində tibetlilərə qohumdurlar. "Divan"da tanqutlarla Çin arasında yerləşən Katun sini (Xatun məzarı, çincə Ko-tun chen) şəhərinin bəyi ilə tanqutların savaşı haqda məlumat var. 1028-ci ildə baş verən bu savaşı tanqutlar qazanmışlar. Кычанов Е. И. Гимн священным предкам тангутов // Письменные памятники Востока.
Turqutlar
Turqutlar — Monqolların qolu. Oyrat qrupundan. Bəzi qaynaqlara görə anlamı yer, yurd, durulan, yaşanılan yer, ömür, yaşam ya da ömürlü, durucu, uzun yaşamlı mənalarına gəldiyi bildirilən Turqut adı, bəzi lüğətlərdə bəldə, məkan, məskən olaraq yer alır. Tarix səhnəsində Turqut, Turgavut, Turud, Turagut, Tourout, Torgut, Turqutoğulları, Turqutlu kimi isimlərlə gördüyümüz el ya da ellər haqqında çeşidli söz-savlar ortaya atılmaqdadır. Bir görüşə görə Turqut boyundan (Turgot) qərbə köç edərək Anadoluya yerləşənlər Kalmıklardır (Kalmuklar). Monqollar bunları (Turqutları) “Xas Monqol” saymazlar. Onlara görə Turqut boyu, Monqollaşmış Türklərdirlər. Faruk Sümərin tanımlaması isə bu görüşün əksi yönündədir: “Kalmuk=Kalmak” deyilən qövm həqiqi Monqollar olub ünləri daha Əmir Teymur dönəmində Mavəraünnəhrə qədər çatmışdı. Kalmıklar Buddist idilər. Kalmıkların batıya gələnlərinin çoğunu Torgut (Turqut) adlı Monqol boyu təşkil edirdi.
Podkamennaya Tunquska
Podkamennaya Tunquska ('Orta Tunqus, Çulakan, Kа'tanqa) (evenk Дулгу Катэнӈа, rus. Подкаменная Тунгуска) — Rusiyanın Sibir ərasisində yerləşən çay. İrkutsk vilayəti ərazisindən başlayaraq Krasnoyarsk diyarından axaraq Yenisey (sağ qolu) çayına tökülür. Yayla ərazisindən axan çay yüksək axın sürətinə malikdir. Çayın uzunluğu 1865 km, hövzəsinin sahəsi 240 min km² təşkil edir. Orta Sibir yaylasından axır. Yuxarılarda çay dərin dərələrlə axır və Katanqa adlanır. Ümumulikdə Podkamennaya Tunquskanı dağ çayı adlandırmaq olar. Bəzi yerlərdə çay vulkanik suxurların arasından axır. Yuxarı axarlarda çay xüsusi ilə sərt suxurların arasında 3–4 m/s sürətlə axır.
Tunquska meteoriti
Tunqus meteoriti — 30 iyun 1908-ci ildə Podkamennaya Tunquska çayı hövzəsinə düşmüş nəhəng meteorit. Bu zaman parlaq işıq saçan bolid müşahidə edilmiş, onun partlayışı 1000 km-dən böyük məsafədə eşidilmişdir. Partlayışı nəticəsində Yer kürəsinin bir çox məntəqəsində seysmik və hava dalğaları qeydə alınmış, atmosferə külli miqdarda meteorit maddəsinin tozlanması nəticəsində Avropada bir neçə gün anomal işıqlı gecələr müşahidə olunmuşdur. SSRİ EA meteoritlər üzrə komitəsi, sonralar isə SSRİ EA Sibir bölməsinin meteoritlər və kosmik toz üzrə komisiyası Tunqus meteoritinin düşdüyü əraziyə dəfələrlə ekspedisiyalar təşkil etmişdir. Подкаменная Тунгуска, 1908 год. "Тунгусский метеорит".
Sunqurlar (teleserial, 2014)
Sungurlar (türk. Sungurlar) — İlk bölümü 25 oktyabr 2014-cü ildə yayımlanan döyüş, hərbi, dram və cinayət növündəki Türkiyə teleserialıdır. 2010-2014-cü illərdə yayımlanan Şefkat Tepe serialının davamıdır. Baş rollarında Mert Kılıç, Bora Karakul, Dilara Büyükbayraktar, Merve Anlağan və Mehmet Küçük yer almışdır. 2016-cı ildə Samanyolu Media quruluşu kanallarının Türksat yayımından çıxarılması səbəbiylə serialın çəkilişlərinə son verilmişdir. Şefkat Tepe serialının davamı nitəliyində olan Sungurlar-ın aktyor heyətində, Şefkat Tepe-də rol almış Ərtoğrul Şakar, Mehmet Korhan Fırat, Merve Akaydın, Gülşah Küçükyıldız kimi baş rol aktyorları yer almamışdır.
İnquşlar
İnquşlar - Şimali Qafqazda, əsasən İnquşetiyada yaşayan Qafqaz xalqı. İnquşlar İslam dininin sünni-hənəfi məzhəbinə mənsubdurlar, inquş dilində danışırlar. İslamdan əvvəl bütpərəst idilər. İnquş və çeçenlər birlikdə vaynax xalqları adlanırlar. İnquşlar yaşadıqları əraziyə görə tez-tez hücumlara və işğallara məruz qalıblar. Avropa Hun dövləti, Şərqi Roma, Əməvi, Abbasi, Xəzər, Səlcuqlu, Qızıl Orda və Teymur dövlətlərindən asılı olublar.