Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Teteun
Teteun və ya teten (it. və fr. teteun) — İtaliyanın Valle d'Aosta inzibati bölgüsünə məxsus olan kolbasa növü. Teteun çoxlu ədviyyatlarla mal ətindən hazırlanır. Adətən ənənəvi zeytun yağı sousu və ya meyvə konfitürü ilə antipasto kimi süfrəyə verilir. Ənənəvi İtalyan kənd təsərrüfatı məhsullarının rəsmi siyahısına daxildir. Jino kommunasında xüsusilə hər il bu yeməyə həsr olunmuş festivallar keçirilir. == Tarixi və yayılması == Mal əti və mal əti məhsulları tarixən İtaliyanın əsas maldarlıq bölgələrindən biri olan Valle d'Aostanın mətbəxində mühüm rol oynamışdır. Ehtimal olunur ki, mal ətindən xörək hazırlamaq ənənəsi qədim dövrlərdən, Qədim Roma mətbəxində fəal şəkildə istifadə edildiyi vaxtdan bəri orada qorunub saxlanılmışdır. Teteun, Valle d'Aosta kulinariyasının ən məşhur yeməklərindən biridir.
Ruter
Marşrutlaşdırıcı (Ruter və ya Router ingilis dilindən tərcüməsi ing. router /ˈɹu:tə(ɹ)/ və ya /ˈɹaʊtəɹ/, /ˈɹaʊtɚ/) — şəbəkə trafikinə yol göstərir (istiqamətləndirir). Şəbəkədə göndərilən verilənlər kiçik paketlərə bölünür. Paketlərin hamısı eyni yolla (marşrutla) hərəkət etmir; paketlərin biri bir yolla, digəri isə başqa bir yolla gedə bilər. Paketlər təyinat yerinə çatdıqda ilkin formada birləşdirilir. Mürəkkəb, yəni çoxlu hissəsi olan şəbəkələrdə yönləndiricilər göndərilmiş paketləri qəbul edir və onları mövcud marşrutlardan ən səmərəli olanı (ən qısası) üzrə göndərir. Şəbəkənin hər hansı bir hissəsində nasazlıq olarsa, yönləndirici paketləri alternativ yollara istiqamətləndirə bilər. Marşrutlaşdırıcının şəbəkə kommutatorundan (Switch) və şəbəkə qovşağından (HUB) əsas fərqi OSİ modelinin şəbəkə (3-cü) səviyyəsində işləməsindədir. Beləki digər 2 avadanlıq uyğun olaraq 1 və 2-ci səviyyəli OSİ modelləri ilə işləyirlər. == İş prinsipi == Adətən marşrutlaşdırıcı paket başlığında göstərilən ötürülən ünvandan istifadə edir və marşrutlaşdırma cədvəlindən məlumatların ötürüləcəyi yolu müəyyənləşdirir.
Beloakon luteum
Phlomis fruticosa (lat. Phlomis fruticosa) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin bozaqgülü cinsinə aid bitki növü. == Sinonimləri == Phlomis angustifolia Mill., Gard. Dict. ed. 8: 2 (1768). Phlomis latifolia Mill., Gard. Dict. ed. 8: 3 (1768).
Cyanus luteus
Amberboa moschata (lat. Amberboa moschata) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin amberboa cinsinə aid bitki növü. == Arealı == Türkiyədən İranın şimal-qərbinə qədər ərazilərdə yayılmışdır. == Sinonimləri == Amberboa moschata subsp. moschata Amberboa odorata var. glauca (Muss.Puschk. ex Willd.) DC. Centaurea moschata L. Centaurea moschata var. moschata Centaurium moschatum Cass. Centaurium suaveolens Cass. Chryseis moschata (L.) Cass.
Delphinium luteum
Delphinium luteum (lat. Delphinium luteum) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin mahmızçiçək cinsinə aid bitki növü.
Galium luteum
Glaucium luteum
Sarı buynuzlalə (lat. Glaucium flavum) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin xaşxaşkimilər fəsiləsinin buynuzlalə cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == İkiillik ot bitkisi olub, hündürlüyü 50sm-ə qədər olur. Gövdəsi düz, dəyirmi olub, budaqlanandır. İnkişafının birinci ilində çətiri böyük liraşəkilli-lələkvari yarılmış, yarpaqları sıxtükcüklü olmaqla, uzunluğu 35 sm-ə qədərdir. Gövdəyəbənzər yarpaqları çoxsaylı, şişkin, göyümtül, oturaq, yuxarı hissəsi qısa, oval, demək olar ki, kənarları bütövdür. Çiçəkləri tək, iri, diametri 1,5-3sm, ləçəkləri 4, böyük tərsyumurtaşəkilli və ya dairəvi, uzunluğu 3,5 sm, parlaq-sarı və ya tünd-sarıdır. Toxumları böyrəkşəkilli, qəhvəyi və ya qaradır. Bitkinin bütün hissələri şirəli soka malik olub, şirəsi çıxarıla bilir. May-iyun aylarında çiçəkləyir, avqust-sentyabr ayında isə meyvələri yetişir.
Lupinus luteus
Sarı acıpaxla (lat. Lupinus luteus) — paxlakimilər fəsiləsinin acıpaxla cinsinə aid bitki növü. == Təsnifatı == I. var. luteus I. f. volovnenkoae Kurl. et Stankev. 2. f. compactus Kazim. et Kaz.
Narcissus luteus
Yalançı nərgizgülü (lat. Narcissus pseudonarcissus) - nərgizgülü cinsinə aid bitki növü. == Sinonim == Ajax breviflos Haw. Ajax cambricus Haw. Ajax capax M.Roem. Ajax cernuus Haw. Ajax cuneifolius Haw. Ajax fenestralis Gray Ajax festalis (Salisb.) Salisb. Ajax festalis var. plenissimus Haw.
Nerium luteum
Adi oleandr (lat. Nerium oleander) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin kəndirkimilər fəsiləsinin oleandr cinsinə aid bitki növü. == Təbii yayılması == Oleandrın vətəni — qərbdə Mərakeş və Portuqaliyadan şərqdə cənubi Çinə qədər quru və yarımquru subtropiklərin geniş zolağıdır. Təbii halda Aralıq dənizi sahili ölkələrində, Yaponiyada və Hindistanda yayılan 3 növü məlumdur. == Botaniki təsviri == Hündürlüyü 6 m olan həmişəyaşıl kol və ya kiçik ağacdır. Budaqlanan gövdələri qonur rəngli, yumru qabıqlarla örtülmüşdür. Yarpaqlarının uzunluğu 12 sm olub, neştərvari formalı, bozumtul-yaşıl rənglidir, üzbəüz və ya dəstələrdə 3-4 ədəd lansetvari və ya xətvari, kənarları bütöv və ya oyuqlu, qısa saplaqda, çılpaq, dərili, açıq orta damarcıqlıdır. Çiçəkləri parlaq, iri, beşləçəkli, qalxanvari çiçək qruplarında yerləşmişdir. Yayda çiçəkləyir. Əsasən toxumla, qələmlə, pöhrələrlə çoxaldılır.
Nuphar luteum
Sarı nelufər (lat. Nuphar lutea) - nelufər cinsinə aid bitki növü. Nuphar luteum (L.) Smith - Sarı nelufər (Dırmaşan, sarı suzanbağı) == Botaniki xarakteristikası: == Çoxillik su bitkisidir. Sürünən, möhkəm, çoxsaylı ağ qaytanabənzər köklərdən ibarətdir. Kökləri silindrik, bir və ya bir neçə yan şaxələnən köklərə malik, uzunluğu 1-1,5 m (bəzən 3-4m), eni isə 13sm, xaricdən sarı-yaşıl, daxili ağ, tünd rombabənzər-dairəvi dişlidir. Zirvədə yerləşən yarpaq və çiçəklərin saplaqları möhkəmdir. Yarpaqları iki tiplidir: üzən-sıx, zəif dərili, yumurtayabənzər-ellipsvari, uzunluğu 15-17 sm dairəvikənarlı, əsası dərin oyuqlu, nazik və büküşlüdür. Çiçəkləri sarı, tək, uzun qaytanabənzər olub, suyun üzərinə sərilərək şarabənzər görünməklə, diametri 4-5 sm olur. May-avqust aylarında çiçəkləyir, iyul-sentyabr aylarında isə meyvələri yetişir. Toxumla və vegetativ yolla çoxalır.
Pachyptila turtur
Qar balinaquşu (Pachyptila turtur) — Fırtınaquşular fəsiləsinə daxil olan növ.. == Görünüşü == Uzunluğu 28 sm, qanadları arasında məsafə 55–60 sm-ə malikdir. Fırtınaquşular fədiləsinə daxil olan kiçik növdür. Üts hissəsi qara olur. Ön hissəsi isə ağdır. Zəif ayaqlara sahib olması səbəbindən quru sahəsində hərəkəti olduqca zəifdir. == Yayılması == Qar balinaquşu ömrünün böyük qismini dənizdə keçirir. Koloniyaların yuva qurduğu bölgələr: Çatem adaları, Sners adaları, Antipodov adaları, Folklend adaları, Prins-Eduard adaları, Kroze adaları, Kroze adaları, Bass boğazı adaları və Makkuori adası. == Xüsusiyyətləri == Quşlar gecə vaxtları su üzərində kiçik canlıları ovlayırlar. Onlar balıqçı qayıq və gəmilərini daim qidə məqsədi ilə izləyirlər.
Panicum luteum
Setaria pumila (lat. Setaria pumila) — qırtıckimilər fəsiləsinin setaria cinsinə aid bitki növü. == Sinonim == Chaetochloa glauca var. purpurea Farw. Chaetochloa lutescens var. longispica Honda Oplismenus helvolus (L.f.) P.Beauv. Panicum flavescens Moench [Illegitimate] Panicum glaucum var. elongatum Pers. Panicum glaucum var. flavescens Elliott Panicum glaucum var.
Rendi Kutyur
Rendi Dueyn Kutyur (ing. Randy Duane Couture) — amerikalı idmançı, aktyor və şoumen. Yunan-Roma güləşi və MMA yarışlarında iştirak etmiş, ağır və yarımağır çəkilərdə 5 dəfə UFC çempionu olmuşdur.
Streptopelia turtur
Adi qurqur (lat. Streptopelia turtur) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin göyərçinkimilər dəstəsinin göyərçinlər fəsiləsinin qurqur cinsinə aid heyvan növü.
Trillium luteum
Trillium luteum (lat. Trillium luteum) — melantkimilər fəsiləsinin trillium cinsinə aid bitki növü.
Tutqun ayıca
Qara ayıca (lat. Axiopoena maura) — buğumayaqlılar tipinin pulcuqqanadlılar dəstəsinin ayıcalar fəsiləsinə aid olan növ. == Görünüşü == Qanadları açıq halda 100–105 mm-dir. Ön qanadın uzunluğu 43–48 mm-dir. Hər iki cinsin rəngi eynidir. Ön qanadlar ipək parıltılı, qara rənglidir. Arxa qanadların əsası kərpici-qırmızı, kənarı isə bozumtul-qaradır. Bəzən ön qanadların xarici kənarında 1–2 ağ ləkə olur. Yaxalığı qırmızı, qarıncığı qonuru-qırmızı olub, ucu qaradır. == Arealı == Növə Orta Asiya, Pakistanın şimal-qərbi, Əfqanıstan, Türkmənistan, Qazaxıstan, Zaqafqaziya, Azərbaycan və Şərqi İran ərazilərində rast gəlinir.
Rhododendron luteum
Sarı rododendron (lat. Rhododendron luteum) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinin rododendron cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Kritik təhlükə həddində olanlar" kateqoriyasına aiddir –CR B2ab(ii,iii,iv,v). Azərbaycanın nadir növüdür. == Yayılması == Belarus, Ukrayna, Rusiya (Dağıstan), Polşa, Avstriya, keçmiş Yuqoslaviya, Yunanıstan, Türkiyə və Qafqazda (Gürcüstan) təbii halda yayılmış . Təbii halda Azərbaycanda arealı çox geniş deyildir. Böyük Qafqazın qərb hissəsində (Zaqatala rayonu-subalp qurşağı, Balakən Dövlət Qoruğunun ərazisi, Blakən rayonu – Katexçay boyunca) yayılmışdır. Zaqatala və Balakən rayonlarında dəniz səviyyəsindən 2200 m hündürlükdə rast gəlinir. Azərbaycanın nadir bitkilərindəndir (CR B2ab(ı,ıı,ııı,ıv)) və Azərbaycanın "Qırmızı kitabı"na daxil edilmişdir. Azərbaycanda mədəni halda az becərilir.
Chimonanthus luteus
Chimonanthus praecox (lat. Chimonanthus praecox) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin calycanthaceae fəsiləsinin chimonanthus cinsinə aid bitki növü. == Təbii yayılması == Mərkəzi və Şərqi Çində, Yaponiyada geniş yayılmışdır. == Botaniki təsviri == 2–3 hündürlükdə yarpağını tökən koldur. Gövdələri yuxarıya doğru düz qalxır. Cavan budaqları tüklü, birillik budaqları isə çılpaq, bozumtul-yaşıl və ya qəhvəyi rəngdədir. Tumurcuqları iti, kirəmit şəklində düzülmüş pulcuqludur. Yarpaqları yumurtavari və ya yumurtavari-neştərvari, uc tərəfdən sivri, qaidəsi dairəvi və ya pazvaridir, uzunluğu 7–20 sm, eni isə 3,5–7 sm-dir. Təzə əmələ gəlmiş yarpaqları tüklü olub, sonradan çılpaqlaşır, hər iki tərəfdən parıldayan açıq-yaşıl rəngdədir. Saplaqları 0,5–0,8 sm uzunluqdadır.
TV Tuner
TV Tuner - televizor üçün nəzərdə tutulmuş siqnalları rəqəmli formata çevirən qurğu. TV Tuner vasitəsi ilə antennanı və ya TV üçün PAL, SECAM və ya NTSC formatlı siqnalları göndərəbiləcək qurğu ilə birləşdirilir. Sonra bu qurğunun içində həmin siqnallar emal olunur və kompüterə ötürülür. Bu üsulla kompüterdə televizora baxmaq, istənilən videotəsviri rəqəmli formata salmaq mümkündür.
Tutum göstəricisi
Aviahorizont — əvvəllər gyro üfüqi və ya süni,üfüqi olaraq bilinən münasibət göstəricisi (AI), təyyarənin Yerin üfüqünə nisbətən istiqamətini izah edən və ən kiçik oriyentasiya dəyişikliyini dərhal göstərən bir uçuş vasitəsi idi. Miniatür təyyarə və üfüq çubuğu təyyarənin həqiqi üfüqə nisbətini təqlid edir. Bu, meteoroloji şəraitdə uçuş üçün əsas vasitədir. == İstifadəsi == AI-nin zəruri komponentləri, üfüqə nisbətən uçduğu görünən şəkildə quraşdırılmış simvolik bir miniatür təyyarəni əhatə edir. Pilotun görmə xəttini nəzərə almaq üçün bir tənzimləmə sapı, təyyarəni üfüq çubuğuna uyğunlaşdırmaq üçün yuxarı və aşağı hərəkət edir. Alətin üst yarısı göyü təmsil etmək üçün mavi, alt yarısı isə yeri bildirən qəhvəyi rəngdədir. Yuxarıdakı bank indeksi bankın təyyarə bucağını göstərir. Ortadakı istinad sətirləri üfüqə nisbətən yuxarı və ya aşağı səviyyədədir. Rusiya istehsalı təyyarələrin əksəriyyəti bir qədər fərqli dizayna malikdir. Arxa plan displeyi Qərb alətində olduğu kimi rənglidir, ancaq meydançanı göstərmək üçün yuxarı və aşağı hərəkət edir.
You Tuber
YouTuber və ya Yutuber — YouTube üçün video hazırlayıb paylaşan və bu videolarla məşhur olan şəxslərə verilən ad. == Tarixi == YouTube 14 fevral 2005 tarixində PayPal işçiləri Chad Hurley, Steve Chen və Jawed Karim tərəfindən yaradıldı. İlk YouTube kanalı "Jawed" 23 aprel 2005 eyni adlı YouTube qurucusu tərəfindən yaradıldı. Me adlı qısa bir vlog klibi olan zooparkda ilk YouTube videosu olaraq tarixə keçdi. 2005-ci ilin oktyabrında YouTube, YouTube kanallarına abunə olmaq xüsusiyyətini tanıtdı. 2015-ci ilin oktyabrından etibarən 100.000-dən çox abunəyə sahip 17.000-dən çox YouTube kanalı və bir milyondan çox abunəyə sahib təqribi 1.500 YouTube kanalı var. Bu rəqəmlər 2019-cu ilinin yanvarında ən az 250.000 abunəyə sahip 44.000 kanala çatdı. == Etimalogiyası == "YouTuber" sözü "YouTube" sözündən əmələ gəlib. Bu sözün Azərbaycan dilində tam mənası "Yutubçu" deməkdir amma, Azərbaycan dilində "Yutuber" kimi işlənir. == Ticarət uğurları == YouTuber-lər Google AdSense hesabından gəlir əldə edə bilərlər.
Tülər
Tülər — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Tülər oyk., sadə. Quba r-nunun Tüləkəran i.ə.v.-də kənd. Ağçayın sahilində, dağətəyi ərazidədir. Yaşayış məntəqəsi adını ərazidəki dağın adından almışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1110 nəfər əhali yaşayır.
Tütün
Tütün (lat. Nicotiana) — quşüzümükimilər fəsiləsinə aid bitki cinsi. 40-a yaxın növü məlumdur. XVI əsrə qədər tütün yalnız Şimali və Cənubi Amerikada bitirdi. == Sinonimləri == AmphipleisRaf. BlenocoesRaf. DittostigmaPhil. EucapniaRaf. DilsdorfiaRaf. LehmanniaSpreng.
Tütək
Tütək – ağacdan hazırlanmış nəfəsli musiqi aləti. == Tarixçə == İnsanlar tarixin müxtəlif dövrlərində qarğı, qamış, sümük, ağac, saxsı və metaldan nəfəsli musiqi alətləri düzəltmişlər. Ən qədim nəfəsli musiqi aləti tütək hesab edilir. Belə güman edilir ki, tütəyi çobanlar icad etmiş, ilk dəfə onlar dilə gətirmişlər. Etnoqrafik axtarışlardan aydın olur ki, hələ də Azərbaycanın kənd yerlərində daxili boşluğu olan bəzi bitkilərin, xüsusilə taxıl və qamışın özəyini əl ilə dartıb çıxarır, buğum hissəsini qırdıqdan sonra deşiyin ağzını azacıq əzərək bəsit çalğı aləti düzəldirlər. Onu üfürdükdə nazik cır səs alınır, hətta bəzən onların üzərində kiçik dəliklər açılıb müxtəlif havalar çalınır. Kim bilir, bəlkə də nəfəslə çalınan musiqi alətlərinin yaranmasında belə sadə xalq təcrübəsinin müəyyən rolu olmuş, sonralar ağac və qarğı zoğundan tütək düzəltmişlər. Sadə tütəklərin düzəldilməsi o qədər də çətin deyildir. İçərisi novlu olan quru qarğını kəsib ucunda dil, üzərində isə səslənməni nizama salan dəlik açırlar. Nizami Gəncəvinin məlumatından aydın olur ki, naməlum bir çoban qamışlıqdan keçərkən bir qamış kəsib ondan tütək duzəldir və ürəyinin kədərini onunla dağıdır.
Şütür
Şütür — Azərbaycanın erkən şəhərlərindən biri. Goranboy bölgəsində yerləşirdi. Qədim mənbələrdən məlum olur ki, Şütür V – VI əsrlərdə şəhər kimi mövcud olmuş və müxtəlif vaxtlarda Şatar, Şatal, Şətəl kimi adlanmışdır. 1231-ci ildə monqollar Gəncəyə, Beyləqana və Şəmkirə basqın edərkən, Şütür şəhərini yerlə yeksan etmişlər. Şütür şəhərinin əsrlər boyu mövcud olduğu ərazi indi "qala yeri", yaxınlıqdakı kənd isə "sevinc, şənlik, səadət" mənasında Şadlı adlanır. Vaxtilə çox inkişaf etmiş bu şəhər qədim Gəncə və Bərdə şəhərləri arasındakı karvan yolunun üstündə yerləşirdi. Alban salnaməçisi Musa Kalankatlı özünün "Albaniya tarixi" kitabında qeyd etmişdir ki, Şatal Şəki, Şamaxı, Şabran və Şəmkirlə eyni səviyyədə idi. Şütür şəhəri qədim mənbələrdə Xanagahi-Şütür də adlanırdı. Bu da Şütür xanagahı deməkdir. Araz sahilindən Gəncəyə kimi olan 34 fərsənglik yol Xaar, Qark, Lənbəran, Bazarcıq, Bərdə, Cuqbuq, Dih-Isfahan, Xanəgah-Şütür kimi ticarət mərkəzləri və yaşayış məskənlərindən keçirdi.
Qaçdı-tutdu (oyun)
Qaçdı tutdu — Azərbaycan uşaq oyunu. == Yaş == 10-14. == Oyunçuların sayı == 6-8 == Oyun qaydası == Uşaqlar dairə təşkil edirlər. İki uşaq dairə kənarında qalır. Biri qovur, o biri qaçır. Qaçan uşaq dairəyə daxil olub uşaqlardan birinin yanında dayanır. Bunun sağ tərəfindəki uşaq dairədən çıxıb əvvəlki uşağı qovmağa başlayır. Qaçan uşaq dairəyə girir. Onun sağındakı uşaq isə dairədən çıxaraq dairədən kənardakı uşağı qovmağa başlayır və bu qayda ilə davam edir. Oyunu 4-5 dəfə təkrar etmək olar.
Qaçdı tutdu (oyun)
Qaçdı tutdu — Azərbaycan uşaq oyunu. == Yaş == 10-14. == Oyunçuların sayı == 6-8 == Oyun qaydası == Uşaqlar dairə təşkil edirlər. İki uşaq dairə kənarında qalır. Biri qovur, o biri qaçır. Qaçan uşaq dairəyə daxil olub uşaqlardan birinin yanında dayanır. Bunun sağ tərəfindəki uşaq dairədən çıxıb əvvəlki uşağı qovmağa başlayır. Qaçan uşaq dairəyə girir. Onun sağındakı uşaq isə dairədən çıxaraq dairədən kənardakı uşağı qovmağa başlayır və bu qayda ilə davam edir. Oyunu 4-5 dəfə təkrar etmək olar.
Desmond Tutu
Desmond Mpilo Tutu (ing. Desmond Mpilo Tutu; doğ. 7 oktyabr 1931(19311007), Klerksdorp, Transvaal əyaləti - 26 dekabr 2021) — Keyptaun anqlikan arxiyepiskopu (CAR - da ilk qaradərili episkop), aparteidlə mübarizənin aktiv üzvü. 1984 - cü il üzrə Nobel Sülh mükafatı laureatı. == Həyatı == Klerksdorpda qızıl mədənləri rayonunda anadan olan Desmond ailənin üç övladından ikincisi idi və yganə oğlan uşağı idi. 12 yaşında olarkən ailəsi Yohannesburqa köçür. Atası müəllim, anası isə məktəbdə aşpaz və xadimə idi. Baxmayaraq ki, o həkim olmaq istəyirdi lakin ailəsinin onun təhsilinə imkanı çatmırdı. Atası kimi o da müəllim oldu, kollecdə və məktəbdə dərs deməyə başladı. Aparteid siyasətinin güclənməsi və ağlarla qaraların qeyri - bərabərliyinin qanunla dəstəklənməsilə bağlı istefa verdi.
Martin Lüter
Martin Lüter (alm. Martin Luther‎ [ˈmaɐ̯tiːn ˈlʊtɐ] dinlə; 10 noyabr 1483[…], Lyuterştadt-Aysleben, Müqəddəs Roma imperiyası – 18 fevral 1546[…], Lyuterştadt-Aysleben, Müqəddəs Roma imperiyası) — Almaniyada reformasiyanın başçısı, alman protestantlığının (lüteranlıq) banisi. 1517-ci ildə katolik kilsəsinə qarşı 95 tezisi ilə çıxış etmişdi. Martin Lüter tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. == Həyatı == Böyük dini islahatçı kimi tanınan Martin Lüter 10 noyabr 1483-cü ildə Almaniyanın Eysleben şəhərində, kəndli ailəsində doğulmuşdur. On üç yaşında ikən atası onu Eyzenax şəhərindəki kilsə məktəbinə oxumağa yollamışdır. Burada Ursula Kott adlı xeyirxah bir qadınla tanış olan Lüter dörd ildən sonra onun köməyi ilə Erfurt Universitetinə daxil olmuşdur. 1502-ci ildə bakalavr, üç ildən sonra isə fəlsəfə magistri dərəcəsi almışdır. Atasının təzyiqi ilə hüquqşünas peşəsinə yiyələnən Martin gözlənilmədən rahib olmaq qərarına gəlmiş və 1507-ci ildə avqustinçilər monastırına getmişdir. Rəvayətə görə, onun rahib olmasının səbəbi, tufan vaxtı ölüm qorxusuna düşərək, "Müqəddəs Anna, məni xilas et, sağ qalsam, monastıra gedəcəyəm" andı verməsi ilə əlaqədardır.