Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Forgotten Worlds
Forgotten Worlds (azərb. Unudulmuş dünyalar‎), Yaponiyada Lost Worlds — "Capcom" tərəfindən yayımlanan, ilk dəfə 1988-ci ildə arkada oyunu kimi buraxılmış sayd-skroller atıcı videooyunu seriyası. Bu, "Capcom" tərəfindən "CP System" arkada oyun avadanlıqları üçün yayımlanan ilk buraxılış olması ilə diqqət çəkir. == Süjet == XXIX əsrdə Bios kimi tanınan şər tanrısı Yer kürəsinin çox hissəsini məhv edərək onu Toz dünyası kimi tanınan kimsəsiz çöllərə çevirmişdir. Bios və ona xidmət edən səkkiz şər tanrısını məğlub etmək üçün insanlar tərəfindən iki adsız super əsgər yaradılmışdır.
Prince of Persia: The Forgotten Sands
Prince of Persia: The Forgotten Sands — Ubisoft oyun istehsal edən şirkət tərəfindən 2008-ci ildə "Hərəkət-macəra" janrında yaradılan videooyundur. "Prince of Persia: The Forgotten Sands" videooyunu ABŞ-da 18 may 1997-ci il, Avropada isə 20 may 1997-ci ildə ilk dəfə olaraq yayımlanmışdır. Bu videooyunun Prince of Persia: The Sands of Time seriyasında baş verən hekayəyə geri dönməkdədir. "Prince of Persia: The Forgotten Sands" videooyunun əsl hekayəsi isə "PS3", "Xbox 360" və "PC" üçün hazırlanmış və ayrıca olaraq bu distributiv xaricində "PSP", "NDS" və "Wii" platformaları üçün üç xüsusi platforması vardır. Videooyunu "PlayStation Portable" və "Wii" platformaları üçün "Ubisoft Quebec", "PlayStation 3", "Xbox 360" və Microsoft Windows platformaları üçün "Ubisoft Singapore" distribüterin köməyi ilə Ubisoft Montreal tərəfindən hazırlanmışdır. "Nintendo DS" platforması isə "Ubisoft Casablanca" tərəfindən istehsal edilmişdir. Hekayənin əvvəli Şahzadənin atı üzərində səhrada irəliləməsiylə başlayır. Şahzadə döyüş sənətlərini daha dərindən mənimsəmək üçün qardaşı Malikin krallığına gəlmək arzusu ilə yola düşmüşdür. Şahzadə Malikin krallığına çatdığı zaman bir ordunun krallığa hücumuyla qarşı-qarşıya qalır. Ordu krallığın dərinliklərindəki xəzinəni ələ keçərməyə çalışmaqdadır.