obscure1
adj 1. qaranlıq, pis işıqlandırılmış, tutqun; ~ lobby qaranlıq dəhliz; ~ corner of a room otağın qaranlıq küncü; misty and ~ day dumanlı və tutqun gün; 2. anlaşılmaz, aydın olmayan, naməlum, dumanlı, qarışıq, dolaşıq, qeyri-müəyyən, qeyri-dəqiq; ~ sound anlaşılmaz səs; ~ motives anlaşılmaz / dolaşıq səbəblər; ~ pulse zəif hiss edilən nəbz; ~ feelings dolaşıq / qarışıq hisslər; ~ explanation dolaşıq/ dumanlı / anlaşılmaz izahat; ~ style anlaşılmaz üslub; The part he played in the matter remains obscure Onun bu məsələdə oynadığı rol anlaşılmaz qalır; 3. nəzərə çarpmayan, az tanınan; an ~ book of a forgotten author unudulmuş müəllifin az tanınan kitabı; an ~ German poet az tanınan alman şairi; 4. uzaq, ucqar; an ~ village ucqar kənd / əyalət; He settled in an obscure village O, uzaq / ucqar bir kənddə məskunlaşdı
obscure2
v 1. qabağını kəsmək / tutmaq, örtmək, pərdələmək, çulğamaq, kölgə salmaq; The Moon / The Sun was obscured by clouds Buludlar ayın /günəşin qabağını tutdu; 2. dolaşdırmaq, qarışdırmaq; His testimony obscured the issue Onun şəhadəti / ifadəsi məsələni dolaşdırdı; to ~ the meaning of the word sözün mənasını qarışdırmaq; 3. kölgədə qoymaq / buraxmaq; His fame was obscured by that of his son Oğlunun şöhrəti onun şöhrətini kölgədə qoydu; 4. qabağını kəsmək / tutmaq (işığın); to ~ the light işığın qabağını kəsmək / tutmaq