Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Unknown Pleasures
"Unknown Pleasures" — İngilis rok qrupu Joy Division-un 15 iyun 1979-cu ildə Factory Records səsyazma studiyasında buraxılmış debüt studiya albomudur. Üz qapağı rəssam Piter Savil tərəfindən radio pulsar siqnallarının təsvir planından istifadə etməklə yaradılmışdır. Bu, solist Yan Körtisin sağ olarkən çıxan yeganə Joy Division albomudur. Factory Records Unknown Pleasures -dən heç bir sinql yayımlamadı, baxmayaraq ki qrupun alboma daxil olmayan debüt sinqlı "Transmission" uğur qazanmışdır. Bu albom post-punk janrının ən önəmli albomu kimi tarixə yazıldı, və NME, AllMusic, Select, Rolling Stone və Spin kimi nəşrlər tərəfindən bütün zamanların ən yaxşı albomlarından biri olaraq seçildi. == Tarixi == Joy Division 1976-cı ildə Salfordda pank rokun ilk dalğası zamanı yarandı. Bernard Samner və Piter Huk 4 iyun 1976-cı ildə Mançester Kiçik Sərbəst Ticarət Zalında Sex Pistols qrupunun şousunda ayrı-ayrılıqda iştirak etmişdilər və hər ikisi qrupun sadəliyi, sürəti və aqressivliyini bəyənmiş və sevmişdilər. Zərb alətində dostları Terri Meyson, gitarada Samner və basda Huk ilə qrup yaradaraq, vokalisti tapmaq üçün qəzetlərdə reklam yerləşdirdilər. Samner və Huk tanışları olan Yan Körtisə müraciət edərək qrupa dəvət etdilər. Qrup bir neçə dənə təbilçi dəyişdikdən sonra Stiven Morris 1977-ci ilin avqustunda, o vaxt Varşava adlanan qrupa, qoşuldu.