Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Online
Kompüter texnologiyası və telekommunikasiyada onlayn bağlantının vəziyyətini, oflayn isə bağlantının kəsilmiş olduğunu göstərir. Müasir terminologiyada bu adətən internet bağlantısını nəzərdə tutur, lakin daha böyük sistemə qoşulmuş hər hansı avadanlıq və ya funksional bölməyə də aid edilə bilər. Onlayn olmaq avadanlıq və ya alt sistem qoşulmuşdur və ya istifadəyə hazırdır deməkdir. "Onlayn" yerinə yetirilən fəaliyyətləri və internetdə mövcud olan məlumatları təsvir etmək üçün istifadə olunur, məsələn: "onlayn şəxsiyyət", "onlayn yırtıcı", "onlayn qumar", "onlayn oyun", "onlayn alış-veriş", "onlayn bankçılıq", və "onlayn öyrənmə". Oxşar məna "kiberfəza", "kibercinayət", "e-poçt", "e-ticarət" sözlərində olduğu kimi "kiber" və "e" prefiksləri ilə də verilir. Bunun əksinə olaraq, "oflayn" ya internetdən ayrılmış halda yerinə yetirilən fəaliyyətlərə, ya da internet fəaliyyəti alternativlərinə aid ola bilər. "Oflayn" termini bəzən "real həyatda" mənasını verən "IRL" abreviaturu ilə əvəz olunur. == Tarixi == XIX əsrdə onlayn (on-line) termini həm dəmiryolu, həm də teleqraf sənayesində geniş istifadə olunurdu. Dəmiryolları üçün siqnal qutusu teleqraf xətti (kabel) vasitəsilə xəttin (yolun) aşağısına yolun vəziyyəti, yəni xəttdə qatarın olub-olmaması barədə mesajlar göndərirdi. Teleqraf xətti işçiləri cərəyanı göndərməyə "xətt üzrə birbaşa" və ya "xətt üzrə batareya" deyirdilər.
Dengeki Online
Dengeki PlayStation (電撃 PlayStation) — Yaponiya videooyun publikasiyası. "ASCII Media Works" tərəfindən nəşr olunurdu. Əsasən "PlayStation" markası ilə bağlı məlumatları dərc edirdi. "Dengeki" ilk olaraq 1994-cü ildə jurnal kimi təsis edilmişdir. Buna baxmayaraq, 2020-ci ildə jurnalın buraxılışı dayandırmış və publikasiya "Dengeki Online" adı ilə rəqəmsal fəaliyyətə keçid etmişdir. == Tarixi == Jurnal ilk dəfə 1994-cü ilin dekabrında "Dengeki G's Magazine"in xüsusi buraxılışı kimi satışa çıxarılmışdır. Jurnalın nəşri 28 mart 2020-ci il tarixində buraxılan 686 nömrəsində dayandırılmışdır. Qərar "jurnallar kimi medianı əhatə edən, həmçinin videooyunlar haqqında məlumatların çatdırılmasında dəyişikliklər" səbəbindən qəbul edilmişdir. Publikasiya hələ də "Dengeki Online" veb-saytı vasitəsilə rəqəmsal olaraq fəaliyyətini davam etdirir.
Knight Online
Knight Online — MGame Corporation tərəfindən istehsal olunan MMORPG oyunudur.
Transitions Online
Transitions Online və ya qısaca Transitions (TOL) — Çexiyada yerləşən qeyri-kommersiya təşkilatı olub keçmiş Sovetlər Birliyinin, Şərqi, Mərkəzi və Cənub-şərqi Avropanın, Baltikyanı, Qafqaz və Orta Asiyanın post-kommunist ölkələrində medianın müstəqilliyini, professionallığını və təsirini artırmaq üçün yaradılıb. Təşkilat bunu jurnalistika, media təlim proqramları və 1999-cu ildən internetdə yayımlanan Transitions Online jurnalı vasitəsilə həyata keçirir. Bu təşkilat dünyanın müxtəlif ölkələrində keçirilmiş Sosial Yeniliklər Düşərgəsi adlı tədbirlərin təşkilatçısıdır.
Undine Vitola
United Airlines
United Airlines Inc (adətən sadəcə "United" adlandırılır) — İllinoys ştatının Çikaqo şəhərində yerləşən böyük bir Amerika hava yolu şirkəti.. 2010-cu ildə 3 milyard dollarlıq bir ortaqlığın ardından United tamamilə United Continental Holdingsə məxsus olmuşdur. Aviaşirkət bir vaxtlar dünyanın ən böyük təyyarə istehsalçılarından biri olan Boeing şirkətinə məxsus idi.
Hetq Online
Hetq (erm. Հետք; azərb. İz‎) — Araşdırmaçı Jurnalistlər qeyri-hökumət təşkilatının İrəvanda nəşr etdiyi onlayn qəzet. İlk dəfə 2001-ci ildə erməni dilində, 2002-ci ildən isə ingilis dilində də nəşr olunur. Ermənistanın Araşdırmaçı Jurnalistləri QHT 29 iyul 2000-ci ildə təsis edilmiş qeyri-hökumət təşkilatıdır və əsas məqsədi Ermənistanda araşdırmaçı jurnalistikanın inkişafına kömək etmək, söz azadlığı və demokratik prinsipləri gücləndirmək və inkişaf etdirməkdir. == Tarixi == 2001-ci ildən təşkilat müxtəlif layihələr çərçivəsində ətraf mühit, sosial, təhsil, mədəniyyət, məhkəmə, enerji, bank sistemi və digər mövzularda araşdırma filmləri və məqalələr hazırlayıb. Bu araşdırmalar nəticəində dövlət və yerli hökumətlər tərəfindən müxtəlif sui-istifadə halları, habelə insan hüquqlarının pozulması aşkar edilib. 2001-ci ildən təşkilat Hetq Online internet qəzetini nəşr etdirir. Hetq Online-ın ingilis dilində versiyası 2002-ci ilin sentyabr ayından nəşr olunur. Hetq Online-ın araşdırma məqalələri Ermənistanın aparıcı gündəlik qəzetləri tərəfindən yenidən dərc olunur.
Caucasus Online
Caucasus Online — Gürcüstanın ən böyük internet provayderlərindən biri. Gürcüstanın internet rabitə bazarının böyük hissəsinə nəzarət edir. Caucasus Online 2006-cı ildə Gürcüstanın bir neçə iri provayderinin: Caucasus Network, Georgia Online və SaNet-in birləşməsi nəticəsində yaranıb. 2008-ci ildən Gürcüstanda simsiz və fiber-optik internetin əsas provayderi Telenet Caucasus Online ilə birləşdi. 2008-ci ildən Caucasus Online Tyco Electronics (bu gün TE Subcom kimi tanınır) tərəfindən inşa edilmiş 1200 km uzunluğunda sualtı fiber-optik kabelin yeganə sahibidir və bu kabel vasitəsilə Avropadan Cənubi Qafqaza və Xəzər regionuna internet trafikini tranzit edir. FOC Avropadan Qafqaz regionuna və Yaxın Şərqə birbaşa, yüksək keyfiyyətli fiber-optik internet bağlantısı təmin etmək üçün Qara dənizin dibində çəkilib. Layihə 2008-ci ildə Tyco Electronics ilə əməkdaşlıqda Caucasus Online tərəfindən hazırlanıb. 2016-cı ilin sentyabrında Caucasus Online öz pərakəndə biznesini MagtiCom-a satdı və hazırda Caucasus Online regionda əsas topdansatış operatorudur. 2019-cu ildə Azərbaycan şirkəti NEQSOL Holding Caucasus Online-ın 49%-ni 61 milyon dollara satın alıb. 24 mart 2021-ci ildə isə şirkətin 100%-ni satın alıb.
GTA Online
Grand Theft Auto Online və ya qısaca GTA Online — Rockstar North tərəfindən hazırlanmış və Rockstar Games tərəfindən yayımlanmış onlayn çoxoyunçulu (çoxnəfərli; multipleyer) döyüş-macəra oyunu. PlayStation 3 və Xbox 360 üçün 1 oktyabr 2013-cü ildə, PlayStation 4 və Xbox One üçün 18 noyabr 2014-cü ildə, Windows üçün 14 aprel 2015-ci ildə, PlayStation 5 və Xbox Series X/S üçün isə 15 mart 2022-ci ildə yayımlanıb. Oyun Grand Theft Auto V-in onlayn komponentidir. Xəyali San-Andreas əyalətində (Cənubi Kaliforniya əsasında) gerçəkləşən Grand Theft Auto Online 30-a qədər oyunçunun iştirak edə bildiyi bir oyundur. Bu istifadəçilərə açıq dünya mühitini araşdırmaq və kooperativ və ya rəqabətli oyun qarşılaşmalarında iştirak etmək imkanı verir. Açıq dünya dizaynı oyunçulara açıq kənd ərazisi və uydurma Los Santos şəhəri (Los-Anceles əsasında) daxil olan San Andreasda sərbəst gəzməyə imkan verir. Oyunçular getdikcə çətinləşən missiyaları başa vurduqca yavaş-yavaş bir imperiya quraraq güclü cinayətkar olmaq üçün səyahətlərində fərdiləşdirilə bilən səssiz qəhrəmana nəzarət edirlər. Tək oyunçu kampaniyasından həm aylar əvvəl, həm də illər sonra baş tutan "Grand Theft Auto Online" bir çox oyunçunun hekayəni inkişaf etdirmək üçün missiyaları tamamladığı kooperativ (birgə) missiyalardan ibarətdir. Oyunda həmçinin daha təkmil "Soyğunlar" da daxil olmaqla çoxsaylı yan tapşırıqlar, fəaliyyətlər və oyunçuların satın ala və gəlir əldə edə biləcəyi müxtəlif bizneslər var. Tək oyunçu rejimi ilə birlikdə hazırlanmış "GTA Online" daim inkişaf edən bir dünyada oynamaq üçün ayrıca bir təcrübə kimi hazırlanmışdır.
Baku United FC
Baku United FC — İngiltərənin futzal klubu. == Tarixi == Baku United futzal klubu 2008-ci ildə Odlar Yurdu təşkilatı tərəfindən yaradılmışdır. Həmin dövrdə "Odlar Yurdu" Diaspor Təşkilatı London şəhərində təhsil alan və yaşayan tələbələrdən ibarət bir neçə həvəskar futbol komandaları formalaşdırmışdı. Həmin komandalar öz aralarında qeyri peşəkar yarışlar keçirməklə yanaşı, bəzən birləşib vahid komanda formalaşdıraraq digər komandalarla oynayırdılar. Sonralar "Baku United" adı məhz həmin tarixi ənənədən yaranmağa başladı. Yarandığı ilk illərdən etibarən komanda Böyük Britaniyada təşkil olunan müxtəlif turnirlərdə iştirak etmişdir. "Baku United" futbol komandasının iştirak etdiyi ilk turnir "Odlar Yurdu" Diaspor Təşkilatı tərəfindən təsis edilən "Heydar Aliyev" CUP futzal turniri idi. Bu turnir 2008-2010-cu illərdə Böyük Britaniyada, 2011-ci ildə bu ölkə ilə yanaşı Çexiyada, 2012-ci ildə əlavə olaraq Rumıniya və Avstriyada, 2013-cü ildə isə ümumilikdə 8 ölkədə 88 komanda arasında keçirilib. "Baku United" futzal komandası 2009-cu ildə "Heydər Əliyev Kuboku"nun qalibi adına layiq görülüb. "Baku United"in qatıldığı yarışlardan biri də İngiltərədə ənənəvi olaraq təşkil olunan Lobanovski turniri idi.
Sword Art Online
Sword Art Online (ソードアート・オンライン, Sōdo Āto Onrain, azərb. Onlayn Qılınc Sənəti‎) və ya qısaca SAO — 2009-cu ildən abec-in rəssamlıği ilə Reki Kavahara tərəfindən yazılan ranobe seriyası. Ranobe seriyası yaxın gələcəkdəki müxtəlif virtual dünyalarda oynayan Kazuto "Kirito" Kiriqaya və Asuna Yuukinin macəralarından bəhs edir. Ranobe seriyası 10 aprel 2009-cu ildən ASCII Media Works nəşriyyatı tərəfindən Dengeki Bunko imprinti ilə nəşr olunur. 2012-ci ilin oktyabrında isə spin-offu istehsal olunmuşdur. Ranobe seriyasında ASCII Media Works və Kadokawa nəşriyyatları tərəfindən çap olunan 9 manqa adaptasiyası peyda olmuşdur. Ranobe seriyası və manqa adaptasiyaları Yen Press tərəfindən Şimali Amerika regionu üçün lisenziyalaşdırılmışdır. A-1 Pictures studiyası tərəfindən istehsal olunmuş eyniadlı anime serialı adaptasiyası Yaponiyada 2012-ci ilin iyulundan dekabrına kimi yayımlanmışdır. "Extra Edition" seriyası 31 dekabr 2013-cü ildə, anime serialının ikinci mövsümü olan "Sword Art Online II" isə 2014-cü ilin iyulundan dekabrına kimi Yaponiyada nümayiş etdirilmişdir. Reki Kavaharanın orijinal hekayəsinə əsaslanan"Sword Art Online: Ordinal Scale" anime filmi 18 fevral 2017-ci ildə Yaponiyada ekranlaşdırılmışdır.
United Buddy Bears
United Buddy Bears — bütün dünyada sülh ideyasını dəstəkləyən dünya turnesi çərçivəsində beynəlxalq mədəniyyət layihəsidir. Hər birinin hündürlüyü 2 metr olan 140-dan çox Baddi ayısı Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınmış ölkələrin sayını təmsil edəcəklər. 2002-ci ildə Berlin şəhərində keçirilmiş ilk sərgidən başlayaraq bütün dünyada artıq 40 milyondan çox tamaşaçı "Bir-birimizi daha yaxşı tanımalıyıq ki, bir-birimizi daha yaxşı anlaya, daha çox inana və sülh şəraitində qonşu ola bilək" şüarı ilə səbir, xalqlar arasında dostluq və sülhü təbliğ edir. == Vəzifəsi == Baddi ayıları sakit əl-ələ tutub durur və xalqlar, mədəniyyətlər və dinlər arasında səbir və razılığı təbliğ edirlər. Hər Baddi ayısı öz ölkəsini təmsil edən rəssam tərəfindən bəzənmişdir. Belə şənlik toplantısında beynəlxalq rəssamlar qrupunun cürbəcür üslub istiqamətləri həyat sevincini yayan vahid bir əsərə birləşir. Ayıların cürbəcür, təmsil olunmuş ölkələrə xas olan bəzənməsinə görə tamaşaçılar dünya ətrafında səyahət edirlər. Azərbaycan tərəfdən Birləşmiş Baddi Ayılarını rəssam İbrahim Əhrari bəzəmişdir. == Dəstək və yardım == Sərgilər Almaniyanın səfirliklərinin, həmçinin UNİCEF-in bütün dünyada olan xoşməramlı səfirlərinin (Peter Ustinov, Ceki Çan, Miya Ferrou, Ken Don, Kristian Xerbiqer) dəstəyi ilə keçirilir. Bəzi sərgiləri ev sahibi olan ölkələrin prezidentləri və ya baş nazirləri açmışlar, misal üçün, Almaniya prezidenti Horst Köller, Yaponiyanın baş naziri Yuniçiro Koizumi, Avstraliyanın baş naziri Con Hovard və Misir prezidentinin xanımı Suzanna Mübarək.
World Flora Online
Dünya Florası Onlayn (ing. World Flora Online) — dünyanın bitki növlərindən ibarət İnternet-toplu. == İstinadlar == == Mənbə == Miller, Chuck; Ulate, William. "World Flora Online Project: An online flora of all known plants". Proceedings of Taxonomic Databases Working Group (TDWG). 1. 23 August 2017: e20529. doi:10.3897/tdwgproceedings.1.20529. "World Flora Online: An international initiative of the Global Partnership for Plant Conservation". The World Flora Online Consortium.
Asuna (Sword Art Online)
Asuna Yuuki (結城 明日奈, Yūki Asuna) – Reki Kavahara tərəfindən yazılmış "Sword Art Online" ranobe seriyasının baş qəhrəmanlarından biri. Əsasən ranobe dünyasındakı video oyunlarda oynadığı zaman istifadə etdiyi Asuna (アスナ, Asuna) oyunçu adı ilə tanınır. Asuna "Sword Art Online"-ın ən güclü oyunçularından biri olan Kiritonun sevgilisi və Aynkradın ən güclü gildiyalarından biri olan And Qanı Cəngavərlərinin (血盟騎士団, Ketsumei Kishidan) liderlərindən biri kimi təqdim olunur. Güclü oyunçu reputasiyası ona Şimşək (閃光, Senkō) ləqəbini qazandırmış, bir çox oyunçunun ona rəğbət bəsləməsinə gətirib çıxarmışdır. Kirito və Asuna animanqa fanatları arasında çox böyük populyarlığa malikdirlər və tez-tez ən populyar animanqa personajları siyahılarında peyda olurlar. Personaj tənqidçilər tərəfindən seriyadakı roluna və Kirito ilə münasibətinə görə müsbət qiymətləndirilmişdir. == Personaj == Seriyanın yaradıcısı Reki Kavahara verdiyi bir müsahibədə bildirmişdi ki, "Sword Art Online"-dakı qadın personajları yaradarkən real dünyada heç kimdən ilhamlanmamışdır: "Mən adətən yazmazdan öncə hansısa personaj, qurma və ya başqa bir şey üzərində işləmirəm. Hekayəni yazdıqca qız personajlar indiki vəziyyətinə gəlib çatırdılar. Bir şəkildə, dəqiq bilmirəm, amma bir şəkildə subliminal ideyalarım və ya gizli emosiyalarım personajları güclü və bacarıqlı hala gətirir". Kavahara həmçinin əlavə etmişdi ki, o, ranobe seriyasını video oyunları sosial xəstəlik və ya real həyatdan qaçış vasitəsi kimi deyil, daha müsbət xüsusiyyətlərə malik olduğunu göstərmək üçün yazır.
Sword Art Online (teleserial)
Sword Art Online — Reki Kavaharanın "Sword Art Online" ranobe seriyasının əsasında çəkilməsi planlaşdırılan ABŞ teleserialı. Teleserial Skydance Media tərəfindən istehsal olunacaq. İstehsalçı şirkət ranobe seriyası əsasında virtual reallıq təcrübəsi yaratmağı planlaşdırdığını bildirib. == İstehsal == Skydance Television 2 avqust 2016-cı ildə Reki Kavaharanın "Sword Art Online" ranobe seriyası əsasında teleserial çəkmək hüququnu əldə etdiyi açıqlamışdır. Laeta Kalogridis teleserialın ssenaristi və icraçı prodüseri olacaq. Teleserialın digər icraçı prodüserləri Skydance CEO-su Devid Ellison, Dana Qoldberq və Mersi Rossdur. == Digər media == Skydance Interactive teleserialdan sonra "Sword Art Online" virtual reallıq təcrübəsi üzərində işləyəcəyini açıqlamışdır.
Grand Theft Auto Online
Grand Theft Auto Online və ya qısaca GTA Online — Rockstar North tərəfindən hazırlanmış və Rockstar Games tərəfindən yayımlanmış onlayn çoxoyunçulu (çoxnəfərli; multipleyer) döyüş-macəra oyunu. PlayStation 3 və Xbox 360 üçün 1 oktyabr 2013-cü ildə, PlayStation 4 və Xbox One üçün 18 noyabr 2014-cü ildə, Windows üçün 14 aprel 2015-ci ildə, PlayStation 5 və Xbox Series X/S üçün isə 15 mart 2022-ci ildə yayımlanıb. Oyun Grand Theft Auto V-in onlayn komponentidir. Xəyali San-Andreas əyalətində (Cənubi Kaliforniya əsasında) gerçəkləşən Grand Theft Auto Online 30-a qədər oyunçunun iştirak edə bildiyi bir oyundur. Bu istifadəçilərə açıq dünya mühitini araşdırmaq və kooperativ və ya rəqabətli oyun qarşılaşmalarında iştirak etmək imkanı verir. Açıq dünya dizaynı oyunçulara açıq kənd ərazisi və uydurma Los Santos şəhəri (Los-Anceles əsasında) daxil olan San Andreasda sərbəst gəzməyə imkan verir. Oyunçular getdikcə çətinləşən missiyaları başa vurduqca yavaş-yavaş bir imperiya quraraq güclü cinayətkar olmaq üçün səyahətlərində fərdiləşdirilə bilən səssiz qəhrəmana nəzarət edirlər. Tək oyunçu kampaniyasından həm aylar əvvəl, həm də illər sonra baş tutan "Grand Theft Auto Online" bir çox oyunçunun hekayəni inkişaf etdirmək üçün missiyaları tamamladığı kooperativ (birgə) missiyalardan ibarətdir. Oyunda həmçinin daha təkmil "Soyğunlar" da daxil olmaqla çoxsaylı yan tapşırıqlar, fəaliyyətlər və oyunçuların satın ala və gəlir əldə edə biləcəyi müxtəlif bizneslər var. Tək oyunçu rejimi ilə birlikdə hazırlanmış "GTA Online" daim inkişaf edən bir dünyada oynamaq üçün ayrıca bir təcrübə kimi hazırlanmışdır.
Plants of the World Online
Onlayn Dünya Bitkiləri (ing. Plants of the World Online) — Royal Botanika Bağları, Kyu tərəfindən yayılan onlayn məlumat bazası. 2020-ci ilə qədər elmə məlum olan bütün toxumlu bitkilər haqqında məlumat toplamaq məqsədilə 2017-ci ildə yaradılıb. İlkin dövrlərdə diqqət əsasən tropik Afrika florası, xüsusilə Zambiya, tropik Qərbi Afrika florası və tropik Şərqi Afrika florasına yönəlmişdir.
Sword Art Online: Infinity Moment
Sword Art Online: Infinity Moment (ソードアート・オンライン -インフィニティ・モーメント-, Sōdo Āto Onrain: Infiniti Mōmento) — Sword Art Online ranobe seriyasına əsaslanan 2013-cü il istehsalı videooyun. Videooyun Yaponiyada PlayStation Portable platforması üçün 14 mart 2013-cü ildə həm məhdud, həm standart nəşrdə buraxılmışdır. Sikvel oyunu "Sword Art Online: Hollow Fragment" (PlayStation Vita) oyununa bu oyunun bütün məzmunu daxildir. == Geympley == Geympleyin MMORPG oyunlarınkına çox bənzərdir, lakin oyun onlayn deyil. Oyunda silahlar almaq və inkişaf etdirmək, missiyalara getmək, digər personajlarla qrup şəklində döyüşmək mümkündür. Baş qəhrəman Kirito qılınclar və baltalar kimi 10 cür silah gəzdirə bilər. == Məzmun == Oyunun məzmunu orijinal hekayənin birinci arkından sonra baş verən alternativ hekayə haqqındadır. Hitklifi məğlub etmələrinə baxmayaraq Kirito və digər personajlar Sword Art Online oyununun içərisində qalırlar və digər VMMORPG oyunçuları (ikinci və üçüncü arkların personajları Lifa və Sinon kimi) özləri bu oyuna daxil olurlar. == İstehsal == Oyun 14 mart 2013-cü ildə Yaponiyada PlayStation Portable platforması üçün buraxılmışdır. 2014-cü ilin iyununda Bandai Namco Games oyuna yeni oyun modu əlavə etmişdir.
Sword Art Online: Ordinal Scale
Sword Art Online: Ordinal Scale (ソードアート・オンライン -オーディナル・スケール-, Sōdo Āto Onrain -Ōdinaru Sukēru-, azərb. Onlayn Qılınc Sənəti: Sıra şkalası‎) – abec-in rəssamlığı ilə Reki Kavahara tərəfindən yazılan "Sword Art Online" ranobe seriyası əsasında çəkilmiş 2017-ci il istehsalı elmi fentezi anime filmi. Film A-1 Pictures studiyası tərəfindən çəkilmişdir. Rejissoru Tomohiko İto, ssenaristi Reki Kavahara, personaj dizayneri Şinqo Adaçı, bəstəkarı Yuki Kaciuradır. Yaponiya, Almaniya, Cənub-şərqi Asiyada 18 fevral 2017-ci ildə, Meksikada 4 mart 2017-ci ildə, ABŞ-də 9 mart 2017-ci ildə buraxılmışdır. == Məzmun == 2026-cı ildə yeni virtual reallıq sistemi Augma təqdim olunur. Augma NerveGear və AmuSphere-dən sonra virtual reallıq texnologiyalarının 3-cü nəslidir. Bu iki texnologiyadan fərqli olaraq Augma tam dalış etmir, artırılmış reallığa əsaslanır. Augma əsasında buraxılmış yeni oyun isə "Ordinal Scale" (OS) adlanır. "Ordinal Scale" oyununda oyunçular bacarıqlarına əsasən sıralanırlar.
Sword Art Online seriyalarının siyahısı
"Sword Art Online" Reki Kavahara tərəfindən yazılan və abec tərəfindən çəkilən eyniadlı fentezi ranobe seriyası əsasında çəkilmiş anime serialıdır. Anime serialı A-1 Pictures, Genco və SAO Project tərəfindən istehsal olunmuş və Tomohiko İtonun rejissorluğu ilə çəkilmişdir. Serial iki arka bölünmüşdür: Aynkrad və Pəri rəqsi. Anime serialı Sword Art Online (SAO) adlı virtual reallıq dünyasında ilişmiş Kazuto "Kirito" Kiriqaya və Asuna Yuukinin başına gələn hadisələrdən bəhs edir. Onlar oyundan azad olmaq üçün 100 mərtəbəni təmizləməli və final bossu məğlub etməlidirlər. Ölüm oyunundan 3 ay sonra Kirito Asunanın bu dəfə SAO-nun xələfi olan və insanların pəri rolunda çıxış etdikləri ALfheim Online (ALO) adlı başqa virtual reallıq oyununda ilişdiyini öyrənir. Kirito oyuna daxil olur və bacısı Suquha "Lifa" Kiriqaya ilə birlikdə Asunanı xilas etməyə çalışır. Anime serialı 8 iyul 2012-ci ildən 23 dekabr 2012-ci ilə kimi Tokyo MX kanalında yayımlanmış və 25 seriya davam etmişdir. Daha sonra başqa 12 kanal tərəfindən yayımlanmışdır. Aniplex of Amerika animeni ingilis dilinə dublaj etmiş və 27 iyul 2013-cü ildə Adult Swim-in Toonami blokunda yayımlamağa başlamışdır.
Online Mendelian Inheritance in Man
OMIM (ing. Online Mendelian Inheritance in Man) — gen-fenotip əlaqəsinə xüsusi diqqət yetirməklə insan genlərinin və genetik xəstəliklərin və əlamətlərin davamlı olaraq yenilənən kataloqudur. 28 iyun 2019-cu il tarixinə OMIM-dəki 25.000-dən çox girişdən təxminən 9.000-i fenotipləri təmsil edirdi; qalanları genləri təmsil edirdi, onların çoxu məlum fenotiplərlə əlaqəli idi.
Sword Art Online II seriyalarının siyahısı
"Sword Art Online"-ın davam mövsümü olan "Sword Art Online II" Reki Kavahara tərəfindən yazılan və abec tərəfindən çəkilən eyniadlı fentezi ranobe seriyası əsasında çəkilmiş anime serialıdır. Anime serialı A-1 Pictures və SAO Project tərəfindən istehsal olunmuş və Tomohiko İtonun rejissorluğu ilə çəkilmişdir. Serial üç arka bölünmüşdür: Ölüm gülləsi, Kalibur və Ananın rosariosu. Anime serialı ranobenin 5-7 cildlərini, eləcə də, 8-ci cildin bəzi hissələrini əhatə edir. İkinci mövsümdə Kazuto "Kirito" Kiriqaya Gun Gale Online (GGO) adlı yeni virtual reallıq oyununa daxil olur, orada Şino "Sinon" Asada adlı oyunçu ilə tanış olub onunla müttəfiq olur və virtual reallıqda oyunçuların avatarlarını öldürməklə onları real həyatda da öldürə bilən "Ölüm silahı" adlı oyunçunu araşdırmağa başlayır. Daha sonra Kirito və dostları ALfheim Online-a (ALO) qayıdıb Yotunheymin əvvəlki qüdrətini bərpa etmək üçün buz divlərinin kralı Trimdən Ekskalibur qılıncını əldə etməyə çalışırlar. Sonuncu arkda Asuna Yuuki Yatan cəngavərlərinin lideri olan və sonuncu missiyada onlara qatılmasını xahiş edən Yuuki Konno adlı qızla tanış olur. Lakin daha sonra Asuna onun ağır xəstə olduğunu və tezliklə öləcəyini öyrənir. Anime serialı 5 iyul 2014-cü ildən 20 dekabr 2014-cü ilə kimi Tokyo MX kanalında yayımlanmış və 24 seriya davam etmişdir. Daha sonra başqa 11 kanal tərəfindən yayımlanmışdır.
United States Army Center of Military History
ABŞ Ordusu Hərbi Tarix Mərkəzi (HTM; ing. United States Army Center of Military History) — Birləşmiş Ştatlar Ordusunun Təlim və Doktrina Komandanlığının tərkibində olan idarə. Heraldika İnstitutu Ordu Katibinin İnzibati Köməkçi Ofisinin tərkibindədir. Mərkəz Birləşmiş Ştatlar Ordusunda tarixin və hərbi qeydlərin düzgün istifadəsinə cavabdehdir. Ənənəvi olaraq, bu missiya həm sülh, həm də müharibə dövründə ordunun rəsmi tarixini qeyd etmək, eyni zamanda ordu heyətinə tarixi məsələlərdə məsləhət vermək demək idi. HTM Ordu Tarixi Proqramına rəhbərlik edən qabaqcıl təşkilatdır. == İstinadlar == == Əlavə ədəbiyyat == U.S. Army History CMH Online Bookshelves History of "History" in the U.S. Army Publications of the United States Army Center of Military History Army Historical Program(by fiscal year) Oral History: Techniques and Procedures The U.S. Army Art and Photo Collection Army History (a professional bulletin) Organizational History == Xarici keçidlər == history.army.mil — ABŞ Ordusu Hərbi Tarix Mərkəzinin rəsmi saytı Gough, Terrence J. "The U.S. Army Center of Military History: A Brief History". United States Department of the Army.