UNITED

adj 1. birləşmiş; the United States of America Amerika Birləşmiş Ştatları; United Nations Organization Birləşmiş Millətlər Təşkilatı; 2. birgə, ümumi; ~ action birgə hərəkət; 3. mehriban, səmimi; ~ family mehriban ailə

UNITE
UNITY
OBASTAN VİKİ
United Airlines
United Airlines Inc (adətən sadəcə "United" adlandırılır) — İllinoys ştatının Çikaqo şəhərində yerləşən böyük bir Amerika hava yolu şirkəti.. 2010-cu ildə 3 milyard dollarlıq bir ortaqlığın ardından United tamamilə United Continental Holdingsə məxsus olmuşdur. Aviaşirkət bir vaxtlar dünyanın ən böyük təyyarə istehsalçılarından biri olan Boeing şirkətinə məxsus idi.
Baku United FC
Baku United FC — İngiltərənin futzal klubu. == Tarixi == Baku United futzal klubu 2008-ci ildə Odlar Yurdu təşkilatı tərəfindən yaradılmışdır. Həmin dövrdə "Odlar Yurdu" Diaspor Təşkilatı London şəhərində təhsil alan və yaşayan tələbələrdən ibarət bir neçə həvəskar futbol komandaları formalaşdırmışdı. Həmin komandalar öz aralarında qeyri peşəkar yarışlar keçirməklə yanaşı, bəzən birləşib vahid komanda formalaşdıraraq digər komandalarla oynayırdılar. Sonralar "Baku United" adı məhz həmin tarixi ənənədən yaranmağa başladı. Yarandığı ilk illərdən etibarən komanda Böyük Britaniyada təşkil olunan müxtəlif turnirlərdə iştirak etmişdir. "Baku United" futbol komandasının iştirak etdiyi ilk turnir "Odlar Yurdu" Diaspor Təşkilatı tərəfindən təsis edilən "Heydar Aliyev" CUP futzal turniri idi. Bu turnir 2008–2010-cu illərdə Böyük Britaniyada, 2011-ci ildə bu ölkə ilə yanaşı Çexiyada, 2012-ci ildə əlavə olaraq Rumıniya və Avstriyada, 2013-cü ildə isə ümumilikdə 8 ölkədə 88 komanda arasında keçirilib. "Baku United" futzal komandası 2009-cu ildə "Heydər Əliyev Kuboku"nun qalibi adına layiq görülüb. "Baku United"in qatıldığı yarışlardan biri də İngiltərədə ənənəvi olaraq təşkil olunan Lobanovski turniri idi.
United Buddy Bears
United Buddy Bears — bütün dünyada sülh ideyasını dəstəkləyən dünya turnesi çərçivəsində beynəlxalq mədəniyyət layihəsidir. Hər birinin hündürlüyü 2 metr olan 140-dan çox Baddi ayısı Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınmış ölkələrin sayını təmsil edəcəklər. 2002-ci ildə Berlin şəhərində keçirilmiş ilk sərgidən başlayaraq bütün dünyada artıq 40 milyondan çox tamaşaçı "Bir-birimizi daha yaxşı tanımalıyıq ki, bir-birimizi daha yaxşı anlaya, daha çox inana və sülh şəraitində qonşu ola bilək" şüarı ilə səbir, xalqlar arasında dostluq və sülhü təbliğ edir. Baddi ayıları sakit əl-ələ tutub durur və xalqlar, mədəniyyətlər və dinlər arasında səbir və razılığı təbliğ edirlər. Hər Baddi ayısı öz ölkəsini təmsil edən rəssam tərəfindən bəzənmişdir. Belə şənlik toplantısında beynəlxalq rəssamlar qrupunun cürbəcür üslub istiqamətləri həyat sevincini yayan vahid bir əsərə birləşir. Ayıların cürbəcür, təmsil olunmuş ölkələrə xas olan bəzənməsinə görə tamaşaçılar dünya ətrafında səyahət edirlər. Azərbaycan tərəfdən Birləşmiş Baddi Ayılarını rəssam İbrahim Əhrari bəzəmişdir. Sərgilər Almaniyanın səfirliklərinin, həmçinin UNİCEF-in bütün dünyada olan xoşməramlı səfirlərinin (Peter Ustinov, Ceki Çan, Miya Ferrou, Ken Don, Kristian Xerbiqer) dəstəyi ilə keçirilir. Bəzi sərgiləri ev sahibi olan ölkələrin prezidentləri və ya baş nazirləri açmışlar, misal üçün, Almaniya prezidenti Horst Köller, Yaponiyanın baş naziri Yuniçiro Koizumi, Avstraliyanın baş naziri Con Hovard və Misir prezidentinin xanımı Suzanna Mübarək.
United Press International
United Press International (qısaca UPI) qərargahı ABŞ-ın Vaşinqton şəhərində yerləşən və əvvəllər dünyanın ən böyük xəbər agentliklərindən biri olan xəbər agentliyidir. Xəbər agentliyinin kökləri 1907-ci ilə qədər gedib çıxır. Belə ki, həmin il «United Press Association» adı altında yaradılmış olan agentlik, 1958-ci ildə "International News Service" ilə birləşərək bu günkü adını almışdır. Televiziya jurnalistikasının yayılması ilə əlaqədar olaraq onun populyarlığı bir qədər azalmışdır. 2000-ci ildə isə Vəhdət kilsəsinin News World Communications şirkəti tərəfindən satın alınmışdır. Xəbər agentliyi hal-hazırda ingilis, ispan və ərəb dillərində yerli və xarici xəbərlər, biznes, əyləncə, idman, sağlamlıq və digər mövzularda xəbərlər yayımlayır. Xəbərləri mətn, foto və video formasındadır.
United States Army Center of Military History
ABŞ Ordusu Hərbi Tarix Mərkəzi (HTM; ing. United States Army Center of Military History) — Birləşmiş Ştatlar Ordusunun Təlim və Doktrina Komandanlığının tərkibində olan idarə. Heraldika İnstitutu Ordu Katibinin İnzibati Köməkçi Ofisinin tərkibindədir. Mərkəz Birləşmiş Ştatlar Ordusunda tarixin və hərbi qeydlərin düzgün istifadəsinə cavabdehdir. Ənənəvi olaraq, bu missiya həm sülh, həm də müharibə dövründə ordunun rəsmi tarixini qeyd etmək, eyni zamanda ordu heyətinə tarixi məsələlərdə məsləhət vermək demək idi. HTM Ordu Tarixi Proqramına rəhbərlik edən qabaqcıl təşkilatdır. U.S. Army History CMH Online Bookshelves History of "History" in the U.S. Army Publications of the United States Army Center of Military History Army Historical Program(by fiscal year) Oral History: Techniques and Procedures The U.S. Army Art and Photo Collection Army History (a professional bulletin) Organizational History history.army.mil — ABŞ Ordusu Hərbi Tarix Mərkəzinin rəsmi saytı Gough, Terrence J. "The U.S. Army Center of Military History: A Brief History". United States Department of the Army.