Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Oroqrafiya
Oroqrafiya (yun. όρος – "dağ" və γραφία – "yazıram") — fiziki coğrafiyanın Yer səthinin relyef quruluşunu öyrənən bölməsi. Həmçinin "oreoqrafiya", "orologiya" və "oreologiya" adlarından da istifadə edilir. Orfoqrafiya – [yun. orthographia, orthos – düzgun] 1)dilçilikdə düzgün yazı qaydaları; 2)yazılı nitqin (söz və qrammatik formaların) düzgun əks olunmasını tənzim edən vahid qaydalar sistemi. Orfoqrafiya qaydaları nitqin yazılı formasını sabitləşdirir və ünsiyyət üçün əlverişli şəklə salır. R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Aeroqrafiya
Aeroqrafiya – spreyli boyamada istifadə olunan trafaretin üç ölçülü cisimlə əvəz olunduğu sürrealist metod. Metoddan Viktoriya dövründə kaşıləri dekorasiya etmək üçün və Man Rayın əsərlərində istifadə olunurdu. Aeroqrafiya çox vaxt avtomobillər üzərində istifadə olunur.
Bioqrafiya
Bioqrafiya və ya tərcümeyi-hal — bir şəxsin doğum tarixi, atasının, anasının kimliyi, aldığı təhsili, ümumi həyatının mənbələri haqqında konkret məlumatlardan ibarət olan adətən qısa mətn.
Orfoqrafiya
Orfoqrafiya, yazı qaydaları (q.yun. ὀρθογραφία, ὀρθός — "düzgün" и γράφω — "yazıram") — yazıda nitqin qrammatik formaları və sözlərin həmahəng ifadəsi. Həmçinin, bu həmahəngliyi təmin edən qaydalar toplusudur və bununla məşğul olan dilçiliyin sahəsidir. Orfoqrafiya — sözlərin düzgün yazılışını öyrənən, bir linqvistikanın sahəsidir. Yazılışın həmahəngliyi deyilişin individual və dialektik xüsusiyyətlərini aradan qaldırır, bu isə öz növbəsində təkrar soruşmaq imkanı olmadıqda qarşılıqlı anlaşmaya gətirib çıxarır. Orfoqrafiya ilə yazının bilavasitə əlaqəsi olduğundan, yazının əmələ gəlməsi orfoqrafiyanın prinsiplərin formalaşmasında əsas təsir göstərən amildir. Bəzi dillərdə yazı çox qədimdir və heçvaxt islahat keçirilməyib, bu zaman demək olar ki, yazı dilin qədim formasını ifadə edir və həyatdan geri qalıb(misal üçün, ingilis dili).
Bioqrafiya (jurnal)
Orfoqrafiya lüğəti
Orfoqrafiya lüğəti — hər hansısa bir dilə aid nəşr olunmuş konkret, tam səhvsiz mənbə Orfoqrafiya lüğəti tam səhvsiz olmalıdır. Bu tipli lüğətlərdə səhvlərə yol verilməməlidir. Çünki orfoqrafiya lüğəti mübahisələrə son qoyan bir istinad mənbəyidir. Elə bu səbəbdən orfoqrafiya lüğətində ən adi səhv bağışlanılmır, bir hərf səhvinə belə bəraət qazandırılmır. Məlumdur ki, oradakı səhvlər belə istifadəçilər tərəfindən düzgün kimi qəbul olunur. Lüğətdə getmiş səhvləri iki başlıq altında birləşdirmək olar: ənənəvi və mexaniki səhvlər. Ənənəvi səhv deyəndə onu nəzərdə tuturuq ki, bu nəşr özündən əvvəlki nəşrlərdə yol verilmiş səhvləri özündə qoruyub saxlayıb. Azərbaycanda ilk dəfə orfoqrafiya lüğəti latın qrafikası ilə 1929-cu ildə nəşr edilib. Bundan sonra 1940, 1960, 1975-ci ildə orfoqrafiya lüğətləri nəşr olunub. 29 illik fasilədən sonra sonuncu dəfə orfoqrafiya lüğəti 2004-cü ildə işıq üzü görüb.
Coğrafiya
Coğrafiya (yun. γεωγραφία, yerin təsviri, γεια — Yer, torpaq və γραφειν — yazmaq, təsvir etmək) — təbii və istehsal ərazi komplekslərini və onların komponentlərini tədqiq edən təbiət və ictimai elmlər sistemi. Təbiət və ictimai coğrafiya elmlərinin vahid sistem şəklindəki birliyi. İlk əvvəl coğrafiya Yer haqqında ensiklopedik elm olmuşdur. Diferensasiya prosesində birinci növbədə iki əsas qola ayrıldı: fiziki coğrafiya və iqtisadi coğrafiya. Bunun səbəbi həmin elimlərin öyrəndiyi obyektlərin müxtəlifliyi idi. Fiziki coğrafiya təbiət elmlərinin kəşf etdikləri qanunları rəhbər tutur, iqtisadi coğrafiya isə ictimai elmdir. İqtisadi coğrafiya ictimai istehsalat-sənayeni, kənd təsərrüfatını, həmçinin əhalini, onların yerləşməsini və istehsalat-ərazi komplekslərini öyrənir. İqtisadi coğrafiya da fiziki coğrafiya kimi ümumi və regional hissələrə ayrılır. Coğrafiya elmləri sisteminə həmçinin kartoqrafiya daxildir.
Bioqrafiya beynəlxalq jurnalı
Karl Popper Bioqrafiya
Ser Karl Raymond Popper (alm. Karl Raimund Popper‎; 28 iyul 1902[…], Vyana – 17 sentyabr 1994[…]) — Avstriya və Britaniya filosofu və sosioloqu. Karl Popper Avstriyanın paytaxtı Vyanada anadan olmuş, 1937-ci ildə isə Yeni Zelandiyaya köçmüş, 1946-cı ildə Londona gələrək həmin ildən 1970-ci illərin ortalarına kimi London İqtisad Məktəbində professor kimi çalışmışdır. 1976-cı ildən Kral Cəmiyyətinin üzvü, 1982-ci ildə isə Şöhrət Ordeni kavaleri olmuşdur. 1945-ci ildə, "Açıq cəmiyyət və onun düşmənləri" əsəri ilə, Popper demokratiya və "Açıq cəmiyyət"in müdafiəsinə çıxır, hakimiyyətin heç bir konflikt olmadan devrilməsindən söz açır. Eləcə də o, insan düşüncəsinin daim inkişafda olduğunu, bununla yeni tələb və narazılıqlar yaratdığını qeyd edir və hakimiyyətin buna uyğunlaşması üçün çox səlis olmasını bildirir. Cəmiyyətin hər zaman müxtəlif mövqelərə malik olduğunu və bu mövqelərin büruzəsi üçün şəraitin labüdlüyündən söz açır. == Həyatı == Karl Raymund Popper 1902-ci ilin 28-i iyulunda Vyanada hüquqçu ailəsində doğulmuşdur. Atası Simon Ziqmund Karl Popper, anasısa Cenni Şifdir. Onun atası Vyana Universitetində hüquq professoru idi, fəlsəfə, sosiologiya və politologiya problemləri ilə maraqlanırdı, geniş kitabxanası var idi və tez-tez oğlu ilə sosial-siyasi məsələləri müzakirə edirdi.
Amerika Bioqrafiya İnstitutu
Amerika Bioqrafiya İnstitutu (ABİ) 1967-ci ildən bəri biblioqrafiya dərc edən, Şimali Karolina ştatının Raleigh şəhərində yerləşən ödənişli daxil edilmiş boş bioqrafik arayış kataloqu naşiri idi. O, saxta sertifikatların və kitabların satışından gəlir əldə edirdi. Hər il şirkət yüzlərlə "İlin Adamı" və ya "İlin Qadını" mükafatlarını hər biri 195–295 dollar arasında dəyişir. Onun mükafatları siyasətçilər, jurnalistlər və başqaları tərəfindən tez-tez fırıldaq kimi qınanırdı. Qərbi Avstraliya hökumətinin ScamNet xidməti Amerika Bioqrafiya İnstitutunu "divarında lövhə istəyən və ya adlarını kitabda görən insanlara müraciət edən fırıldaqçı naşir hesab edirdi." Şirkət 2012-ci ildə müflis oldu . Şirkətin sahibi Arlene Calhoun, Birləşmiş Mədəniyyət Konvensiyası və Pentland Press və ya Ivy House Nəşriyyat Qrupu adlanan başqa bir qeyri-kommersiya mətbu orqanı da idarə etdi. == Əməliyyatlar == ABI ayrı-ayrı şəxsləri xüsusi tərcümeyi-halı üçün xatirə kimi müxtəlif mükafatlar almağa dəvət etdi. Keçmiş işçilərdən biri izah etdi ki, şirkət təşkilatlardan poçt siyahıları alıb və bu adlardan istifadə edərək, fərdləri bioqrafik kitablarda olmağa və ya mükafatları qəbul etməyə dəvət edən adi poçt göndərişləri göndərirlər . Bu cür mükafatlara "İlin Beynəlxalq Adamı", "Onilliyin ən Pərəstişkarı" və ya "21-ci Əsrin Görkəmli Adamı" və ya 500 Elm Lideri və ya ABI nəşrlərinə daxil edilmək daxildir. Ümumdünya Bilik Kitabı, töhfə haqqı müqabilində.
Azərbaycan dilinin orfoqrafiya lüğəti
Azərbaycan dilinin orfoqrafiya lüğəti — Azərbaycan Respublikasında dövlət dili haqqında Azərbaycan Respublikasının Qanununa görə Azərbaycan dilinin təsdiq olunmuş orfoqrafiya normalarına hüquqi, fiziki və vəzifəli şəxslər əməl etməli, Azərbaycan Respublikasının ərazisindəki bütün kütləvi informasiya vasitələri (mətbuat, televiziya, radio və s.), kitab nəşri və digər nəşriyyat işi ilə məşğul olan qurumlar Azərbaycan dilinin normalarına riayət olunmasını təmin etməlidirlər. "Azərbaycan Respublikasının Dövlət Dili haqqında" Qanuna əsasən, Orfoqrafiya lüğəti ən geci 5 ildən bir təkmilləşdirilməli və nəşr edilməlidir. == Haqqında == Orfoqrafiya (düzgün yazı) qaydaları sözlərin və onların bütün qrammatik formalarının düzgün yazılışını müəyyənləşdirir. Azərbaycanda ilk dəfə orfoqrafiya lüğəti latın qrafikası ilə 1929-cu ildə nəşr edilib. Sovet dövründə bundan sonra 1940, 1960, 1975-ci ildə orfoqrafiya lüğətləri kirilcə nəşr olunub. 1975-ci ilin lüğətində 58 min söz olub. "Azərbaycan dilinin orfoqrafiya qaydaları" "Azərbaycan Respublikasında dövlət dili haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2 yanvar 2003-cü il tarixli Fərmanında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 26 may 2004-cü il tarixli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası ilə razılaşdırıldıqdan sonra Nazirlər Kabinetinin 5 avqust 2004-cü il tarixli qərarı ilə təsdiq edilmişdir. Orfoqrafiya lüğəti AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Elmi Şurasının 10 mart 2004-cü il tarixli qərarı ilə təsdiq olunmuşdur. 29 illik fasilədən sonra ilk dəfə orfoqrafiya lüğəti 2004-cü ildə çap edilib. 2004 nəşri Müstəqillik dövrünün və müasir latın qrafikalı Azərbaycan əlifbası ilə ilk orfoqrafiya lüğəti olub.2004-cü ilin nəşrində sözlərin sayı 22 min söz artırılaraq 80 minə çatdırılıb.
Azərbaycan dilinin orfoqrafiya qaydaları
== Müasir == O saitli alınma sözlər a və ya o ilə deyilməsindən asılı olmayaraq, o ilə yazılır: avtomat, biologiya, velosiped, ensiklopediya, kollektiv, kombinat, laborant, obyekt, poeziya, poema, poçtalyon, problem, professor, solist, motor, polkovnik. Ü saitli alınma sözlər ü ilə də yazılır: alüminium, bülleten, büro, jüri. Aşağıdakı sözlər ədəbi tələffüzdə olduğu kimi, iki heca ilə yazılır: qəbir, qədir, eyib, ətir, zehin, isim, nəsil, ömür, səbir, sətir, sinif, fəsil, fikir, şəkil, heyf, meyil, əsil, şeir, feil. Əslində sonu a ilə bitən alınma sözlərdən aşağıdakılar a-sız yazılır: anket, aptek, armatur, atmosfer, vitrin, qəzet, idiom, kayut, kaset, kontor, konfet, lent, maşın, perspektiv, pyes, planet, reklam, sistem, sitat. == Samitlərin yazılışı == Birinci hecasındakı samiti həm n, həm də m ilə deyilən sözlər n ilə yazılır: anbar, qənbər, zənbil, günbəz, sünbül, şənbə. Kombayn, kombinat, kömbə, pambıq sözləri istisnadır. Əslində sonu qoşa samitlə bitən iki və ya çoxhecalı sözlər bir samitlə yazılır: ekspres, kilovat, kiloqram, konqres, metal, mühüm, proses, sərhəd, hüsnxət. Sonu -iy, -skiy ilə qurtaran xüsusi və ümumi alınma isimlərin sonundakı y yazılmır: Qorki, Yaroslavski, Mayakovski, ssenari, planetari, profilaktori, sanatori. Qeyd. Kimyəvi element adları əslinə uyğun olaraq yazılır: kalium, maqnezium, natrium.
Düzənlik (coğrafiya)
Düzənlik — yüksəklik fərqi çox az olan geniş sahə. == Ümumi məlumat == Düzənliklərin ayrı-ayrı hissələrini yüksəklik fərqi bəzən 100–200 metrə çatır. Lakin bu fərq tədricən və çox geniş sahədə dəyişdiyindən hiss olunmur. Məsələn, dünyanın ən geniş düzənliklərindən biri olan Qərbi Sibir düzənliyinin sahəsi 2mln.km²-ə yaxındır. Şimalda Karsk dənizi sahələrindən başlayaraq cənubda Altay dağlıq ölkəsinin ətəklərinə qədər 1500 km məsafədə uzanmış düzənlik cəmisi 150–170 m-ə qədər qalxır. Düzənliklər tam üfiqi vəziyyətdə olmayıb, hər hansı bir tərəfə meyil edir. Düzənlik çayları bu meyillikdən istifadə edərək axır. Dağlıq ölkələrdə denudasiya prosesləri hakim rol oynadığı kimi, düzənliklərdə də akkumulyasiya prosesləri hakimdir. Düzənliklər bir tərəfdən dağlara söykəndikdə akkumulyasiya prosesləri daha sürətlə gedir. Bununla yanaşı olaraq düzənliklərdə zəif də olsa denudasiya prosesləri də gedir.
Dəhnə (coğrafiya)
Dəhnə və ya estuari (lat. aestuarium, su basmış mənsəb) – dənizə tərəf geniş açılmış qıfabənzər çay mənsəbi. Estuari çayın töküldüyü yerdə dəniz səviyyəsinin qalxması, çayın gətirdiyi materialların qabarma-çəkilmə və ya dəniz axınlarının yuyub aparması ilə əlaqədar əmələ gəlir. Estuari dəniz suyu və saf suyun keçid zonası (ekoton) sayılır. Bununla əlaqədar Estuari nadir fiziki və bioloji əlamətləri ilə səciyyələnir. Estuarilər ilk növbədə insanın düşünülməmiş mənfi təsirinə məruz qalır. Odur ki, estuarilərin daim qorunması və səmərəli istifadəsi tələb olunur. Estuari mənsəbli çaylara Ob, Yenisey, Parana, Müqəddəs Lavrenti, Kolumbiya, Kolorado, Konqo, Taxo, Murrey aiddir.
Fiziki coğrafiya
Fiziki coğrafiya — Yerin coğrafi qatı və onun struktur hissələri haqqında elm. Əsasən, yerşünaslıq və landşaftşünaslıq hissələrinə bölünür. Bundan əlavə F.c.-ya paleocoğrafiya da aid edilir. Fiziki coğrafiya elmləri qrupuna təbii mühitin ayrı-ayrı komponentlərini öyrənən elmlər – geomorfologiya, iqlimşünaslıq, hidrologiya, okeanologiya, qlyasiologiya, geokriologiya, torpaq coğrafiyası, biocoğrafiya daxildir. Fiziki coğrafiyanın əsas vəzifələri Yerin qatları arasındakı enerji və kütlə mübadiləsini, həmin qatların struktur dəyişkənliyini, rütubət dövranını, bioloji məhsuldarlığını, təbii-ərazi komplekslərini və onlardan səmərəli istifadə yollarını və s. öyrənməkdən ibarətdir.
Kimyəvi coğrafiya
Kimyəvi coğrafiya landşaftın ayrı-ayrı komponentlərinin kimyəvi xüsusiyyətlərinin ərazicə yayılması qanunauyğunluqları haqqında elm sahəsi. aşkar edilmişdir ki, bitkinin, heyvanın, səthi və qrunt sularının,atmosfer yağıntılarının və s. kimyəvi tərkibi coğrafi zonallıq qanunauyğunluğuna tabedir. Belə ki, müxtəlif coğrafi zonalarda həm yabanı, həm də mədəni bitkilərin kimyəvi tərkibi müxtəlifdir. Məsələn, quru iqlim şəraitində yetişdirilən buğdanın dənində zülallar rütubətli iqlimdəkindən çoxdur.
Konstruktiv coğrafiya
== Konstruktiv coğrafiya == Konstruktiv coğrafiya terminini akademik İ. P. Gerasimov (1966) təklif etmişdir. Tətbiqi coğrafiya tədqiqatlarından fərqli olaraq konstruktiv coğrafiya tədqiqatlarında aktual problemlərin müvəffəqiyyətlə həlli üçün fundamental elmi işlərlə yanaşı, həm də yeni geosistem yaratmaq və ya rekonstruksiya etmək istiqamətində konstruktiv işlər görülməsi nəzərdə tutulur. Konstruktiv coğrafiya çərçivəsində coğrafi məsələlərin həllinin ümumi gedişi hazırlanır, xüsusi nəzəri modellər və fikirlər formalaşır, "təbiət-texnika" və "təbiət-insan"ərazi sisteminin qanunauyğunluqları d ərk edilir, mürəkkəb təbii-təsərrüfat obyektləri layihələşdirilir, mümkün kritik (böhranlı) vəziyyətlərin proqnozları hazırlanır. Konstruktiv coğrafi istiqamətində bir tərəfdən insanı əhatə edən mühitin elmi işlərlə aşkar edilən yeni imkanlarının məqsədyönlü konstruksiya edilməsinə, istehsal gücünün inkişafında cəmiyyətin artmaqda olan tələbatının tam təmin olunması marağına əhəmiyyət verilir. Digər tərəfdən cəmiyyət və təbiətin qarşılıqlı əlaqəsinin optimallaşdırılmasının elə bir forması axtarılır ki, o, "təbiət-cəmiyyət" sisteminin özünü dağılmağa doğru aparmasın.
Liman (coğrafiya)
Liman (yun. λιμένας — havan, buxta) — Sahil boyunda qurunun tədricən dayazlaşdığı yerlərdə, dəniz suyunun geniş çay mənsəblərini basması nəticəsində əmələ gələn dayaz dəniz körfəzinə liman deyilir. Daşqınlar zamanı dəniz suyu basmış liman açıq dənizə geniş şəkildə açılarsa buna quba deyilir. Limanın suyu şirin çay suyu ilə duzlu dəniz suyu qarışdıqdan təşkil olunduğundan elədə şor olmur. Ancaq limana az miqdarda çay suyu axdığı zaman suyu şorlaşır.
Meridian (coğrafiya)
Meridian (latınca: meridies - Günorta xətti) – Coğrafi qütübləri yer səthindən keçməklə birləşdirən qısa xətt meridian adlanır. Meridianlar yarım çevrədir. Bütün meridianlar 360 dərəcədə kəsişirlər. Bütün meridianların uzunluqları eynidir. Onların uzunluğu 20 003,93 km-dir. Beynəlxalq təcrübədə meridianların başlanğıcı Böyük Britaniyanın paytaxtı London şəhərindəki Qrinviç rəsədxanasından keçir. Başlanğıc meridianı, ya da sıfırıncı meridian da deyilir. Xəritədə digər meridianlardan daha qalın göstərilir. Qrinviç meridianı Yer kürəsini Şərq və Qərb yarımkürələrinə bölür.
Mədəni coğrafiya
Mədəni coğrafiya — iqtisadi-sosial coğrafiyanın istiqamətidir, məkandakı mədəni fərqləri və mədəniyyətlərin ərazi bölgüsünü öyrənir. Elmi istiqaməti 1930-cu ildə Karl Sauer tərəfindən yaradılmışdır. Əsasən ABŞ-də inkişaf etmişdir. Saueradan sonra mədəni coğrafiyanın formalaşmasına ən böyük töhfəni Riçard Xartşorn və Vilbur Zelinski vermişdir. Sauer əsasən keyfiyyətli və təsviri analizin metodologiyasını tədqiq edir, hansı ki, 1930-cu illərdə Riçard Xartşorn tədqiq etməyə çalışırdı. Başqa tədqiqatçılar isə kəmiyyət metodunu tədqiq edirdilər. 1970-ci ildə kəmiyyət metodu coğrafiyada həddən artıq etibarilə pozitivizmi artırırdı.
Plan (Coğrafiya)
Məhəlin üfüqi proyeksiyasının kağız (müstəvi) üzərində kiçildilmiş oxşar (təhrivsiz) təsvirinə plan deyilir. Plan kiçik ərazini əhatə etdiyi üçün ölçmə zamanı Yerin əyriliyi təcrübi olaraq nəzərə alınmır. Radiusu 10 km və bundan kiçik olan əraziləri plana alarkən Yerin əyriliyindən yaranan təhrif 1:10000 və ondan böyükmiqyaslı plan üzərində aparılna ölçü və hesablama işlərinin dəqiqliyindən az olduğu üçün belə əraziləri müstəvi səth kimi qəbul etmək olar. Planalmanın aşağıdakı növləri var: Bu planalma zamanı obyektlərin üfüqi koordinatları təyin edilir və kağız üzərində obyektlərin yalnız konturları təsvir olunur. Bu zaman yer səthində olan yüksəkliklər ölçülür və kağız üzərinə ərazinin ancaq relyefi təsvir olunur. Bu zaman isə Yer səthində olan obyektlərin konturu ilə yanaşı, relyef də plana alınır. Planalmada başlıca məqsəd ərazinin topoqrafik plan və ya xəritəsini tərtib etməkdən ibarət olduğu üçün çox vaxt üfuqi-şaquli planalmaya topoqrafik planalma deyilir.
Platforma (coğrafiya)
Platforma — hamar forma deməkdir. Geosinklinaldan fərqli olaraq platforma yer qabığının nisbətən sabit, intruziv və effuzivlərlə qarışmış sahəsidir. Bura da tektonik fəaliyyət demək olar ki, heç müşahidə olunmur. Platformanın xarakterik xüsusiyyəti strukturunda 2 qatın aydın seçilməsidir: Altda — qırışıq qatı. Üstdə — çöküntü süxurlarının olduğu qat. Üst platforma qatının yuyulub getdiyi və alt qırışıq bünövrənin səthə çıxdığı sahələr qalxan, yaxud sipər adlanır. Qalxanlar əsasən qədim dağlıq yaylalardır (Braziliya, Qviana, Ərəbistan, Orta Sibir, Dekan, Şərqi Afrika, Efiopiya-Somali, Baltik, Labrador, Aldan, Anabar). Strukturunda hər iki qatın (qırışıq bünövrə və çöküntü qatı) ardıcıllıqla yerləşdiyi sahələr platforma tavası adlanır. Platforma tavaları adətən ovalıqlara uyğun gəlir. Məsələn, Amazon, Missisipi, La-Plata (Parana), Mesopotomiya, Qərbi Sibir, Hind-Qanq, Şərqi-Çin ovalıqları platforma tavalarıdır.
Sahil (coğrafiya)
Sahil (rus. берег, ing. coast) ― su hövzəsinin (okean, dəniz, çay, göl) quru ilə kəsişmə xətti. Quru ilə dənizin adətən sahil xətti adlanan sərhəddi əslində geniş zolaqdan ibarətdir. Burda Yerin keyfiyyətcə fərqli iki əsas səthi- okean səthi və materik səth bilavasitə təmasdadır. Bu qarşılıqlı əlaqədə atmosferdə iştirak edir. Sahillərin formalaşmasında materikin (adanın) geloji, relyefi, dənizin ləpədöymə işi, habelə qurunun yüksəkliyinın və dəniz səviyyəsinin tərəddüdü böyük rol oynayır. Sahilllərin formalaşmasında okean axınları, dənızə tökülən çaylar, sahilboyu bitkilər və fauna, sahil buzları da iştirak edir. Su hövzələrində Sahil formalaşdıran əsas amil dalğa və ləpədöyənlə, axar sularda isə əsasən yataq axınları ilə əlaqədardır. Sahil təsnifatı morfoqrafik, struktur, dinamik, genetik və b.
Say (coğrafiya)
Say — Dəniz, çay, göl daxilində mövcud olan və gəmiçiliyiə maneə törədən dayaz yer. Bu dayazlıqlar əsasən qum və ya çınqılın bir yerə toplanması nəticəsində yaranır. Vulkanik məşəlli ola bilir. Üstəlik insan və heyvanların fəzaliyyəti nəticəsində yarana bilər. Okeanların materik sahili ərazilərinə yaxın ərazilərdə formalaşan bu tip saylar şelf adlanır. Saylar su altında əbədiyyən görünməz halda qala bildiyi kimi bəziləri çəkilmə zamanı suyun üzünə çıxır. Bu zaman onlar ada, dil formasında təzahür edir. Çay yatağında əmələ gələn sayları hətta piyada belə keçmək olar.
Siyasi coğrafiya
Siyasi coğrafiya, coğrafi amillərin siyasi orqanların və təşkilatların qəbul etdiyi qərarlara təsirini, siyasi qərarların həyata keçirilməsinin coğrafi mühitə və nəticədə yaranan coğrafi hadisələrə təsirini araşdıran insan coğrafiyasının alt fənnidir. Siyasi coğrafiya, coğrafiyanın əsas iş prinsiplərinə (bölgü, əlaqə və səbəb-nəticə) görə dövlətlə yer arasındakı münasibətləri araşdırır. Alman alimi Fridrix Ratsel (1844–1904) "Siyasi coğrafiya" kitabı ilə siyasi coğrafiyanın banisi hesab olunur, o, bu kitabında insanın dünyaya yayılmasının təbii şəraitdən qaynaqlandığını iddia edir. Bir ölkədə, bütün dünyada və ya dünyanın bir hissəsində, təbii, bəşəri və iqtisadi hadisələrin paylanması, bunlar arasındakı əlaqələr ilə səbəblər və nəticələri araşdıraraq, dövlət işlərində töhfələr verir. Qütb bölgələrinin və ekvatorial Afrikada dövlət quruluşlarının zəifliyi və orta genişliklərdə güclü və köklü dövlətlərin qurulması coğrafiyanın siyasətə təsirinin nümunələridir. Geosiyasət və geostrategiya, siyasi coğrafiyada tərif və maraq baxımından oxşar olan, lakin sinonim olmayan iki anlayışdır. Geostrategiya, məlumat baxımından siyasi və hərbi planlaşdırmanı dəstəkləyən, əlaqələndirən və ya təsir edən coğrafi amillər tərəfindən idarə olunan bir növ xarici siyasət növü olan geosiyasətin alt şöbəsidir. Geosiyasət siyasi coğrafiyadan qaynaqlanan bir elm sahəsidir. Bu elm, siyasi coğrafiyanın dövlətlərə verdiyi üstünlük və çatışmazlıqları araşdırır.
Səngər (coğrafiya)
Səngər — qədim türk dillərində dağ burnu mənasında işlənmişdir. Azərbaycanlıların məskunlaşdığı ərazilərdə səngər sözü ilə bağlı çoxlu toponimlər vardır. Məsələn, Vardenis rayonunda Səngər qışlağı olmuşdur.
Çöküntülər(coğrafiya)
Örtük (coğrafiya)
Örtük - Geologiyada böyük sahə tutan və kifayət qədər qalınlığı olan hər hansı törəməni ifadə etmək üçün işlədilən termin (Lava örtüyü, üstəgəlmə örtüyü, moren örtüyü, çöküntü örtüyü və s.).
Coğrafiya (Ptolemey)
Coğrafiya (q.yun. Γεωγραφικὴ Ὑφήγησις : Γεωγραφικὴ Ὑφήγησις, Geōgraphikḕ Hyphḗgēsis, lit. ("Coğrafi Rəhbərlik"), Latın adları ilə də Geographia kimi tanınır və Cosmographia Klaudi Ptolemey tərəfindən təxminən eramızın 150-ci ilində İsgəndəriyyədə yunan dilində yazılmışdır. Onun 9-cu əsrdə ərəb və 1406-cı ildə latın dilinə tərcüməsi orta əsr xilafəti və İntibah Avropasının coğrafi biliklərinə və kartoqrafik ənənələrinə böyük təsir göstərmişdir.
Radikal coğrafiya
Radikal coğrafiya — sosial problemləri, qeyri-bərabər inkişafı, məkanlaşma və istismarı, dövlətdə və ya dünyada sosial ədalətin təmin edilməsi məqsədilə regionlara münasibətdə dövlət və dövlətlərarası siyasətin formalaşmasında coğrafi amillərin nəzərə alınmasına yönəlmiş tədqiqat mövzularını nəzərə alaraq coğrafiyanın öyrənilməsinə yönəlmiş, marksist əsaslara söykənən tənqidi nəzəriyyə. Termin və onun arxasında duran ideyalar 1970-ci illərdə anqlofon və frankofon coğrafiyasında üstünlük təşkil edən pozitivist tədqiqatlara cavab olaraq yayılmışdır. Radikal coğrafiya Viltam Bunge və Devid Harvinin əsərlərində formalaşdırıldıqdan sonra "solçu" intellektual dairələrdə populyarlaşmışdır. Anri Lefevr urbanizm və şəhər məkanı problemlərinə həsr olunmuş son əsərləri ilə onların davamçısı hesab edilə bilər. Radikal coğrafiya ayrıca elmi istiqamət kimi öz yerini tutmamış, müəyyən edilmiş məsələlər üzrə nəşrlərin sayının dəfələrlə artmasına töhfə vermiş, daha akademik və daha az siyasiləşmiş tənqidi coğrafiyanın yaranması üçün əsas olmuşdur.