Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bozbığlı uzunbığ
Döşüdişli uzunbığ
== Təsviri == Erkək fərdlərin bədəninin uzunluğu 30 – 40 mm, dişilərinki isə 60 mm - ə qədərdir. Bədəni iridir, qanadüstlükləri adətən bir qədər açıq rəngdədir. Ön döş önə doğru daralmışdır, ön ucları itidir. Ön döşün yan tərəfləri uzun dişiciklərlə əhatə olunmuşdur. Sonuncu dişicik qalanlarından uzun olub, arxaya doğru əyilmişdir. Erkək fərdlərin çənələri dişilərinkinə nisbətən iri olub, içəri kənarında iri dişi vardır. Dişi fərdlərdə bu diş zəif inkişaf etmişdir. Bığcıqlar erkək fərdlərdə qanadüstlüklərin yarısından uzundur, dişi fərdlərdə isə yarısına çatmır. == Yayılması == Albaniya, keçmiş Yuqoslaviya, Yunanıstan, Bolqarıstan, Türkiyə, İran, Suriya, Rusiya, Gürcüstan, Ermənistan, Azərbaycanda Şəki – Zaqatala, Quba – Xaçmaz, Gəncə, Yevlax, Mingəçevir, Samux, Neftçala və Lənkəran rayonlarında rast gəlinir. == Sayı == 1904-cü və 1906-cı ildə M.Vinovski tərəfindən Yevlaxda 1 fərd, 1909-cu ildə M.Vinovski tərəfindən Gəncədə 1 fərd, 1929-cu ildə K.Predum tərəfindən Lənkəranda 2 fərd, 1931-ci ildə V.Kavdişev tərəfindən Zaqatalada 1 fərd, 1941-ci ildə A.V.Boqaçev tərəfindən Lənkəranda 3 ədəd, 1946-cı ildə A.V.Boqaçev tərəfindən Mingəçevirdə 1 fərd, 1947-ci ildə A.V.Boqaçev tərəfindən Samuxda 1 fərd, 1949-cu ildə A.V.Boqaçev tərəfindən Xaldanda 5 fərd, 2008-ci ildə X.Z.Əsgərzadə tərəfindən Nabranda 5 fərd, 2011-ci ildə Z.B.Şahverdiyeva tərəfindən Neftçalada 1 fərd, 2010-cu ildə İ.Q.Kərimova tərəfindən Lənkəranda 2 fərd, 2011-ci ildə İ.Q.Kərimova tərəfindən Şabranda 2 fərd, 2012-ci ildə İ.Q.Kərimova tərəfindən Zaqatalada 2 fərd qeydə alınmışdır.
Dənəvərbığlı uzunbığ
Qara uzunbığ
Qara uzunbığ (lat. Morimus asper) — sərtqanadlılar dəstəsinin uzunbığlar fəsiləsinə aid böcək növü. Təhlükə həddinə (VU) yaxınlaşır, yaxın gələcəkdə təhlükəli vəziyyətə düşə bilər. == Təsviri == Bədəni qara rəngdə olub, 16–38 mm uzunluqdadır. Qanad üstlükləri və ön döşün üzəri dənəvərdir. Qanadüstlüklərin üzərində qara ləkələr vardır. == Yayılması == Krım, Qafqaz, Cənubi Qafqaz; Türkiyə, Şimali İranda rast gəlinir. Azərbaycanda Bakı, Abşeron, Zaqatala, Lənkəran, Astara və Yardımlı rayonlarında rast gəlinir. Ölkəmizdə bu böcəyin Morimus vercundus yarımnövü yayılmışdır. == Həyat tərzi == Sürfələr müxtəlif enliyarpaqlı və iynəyarpaqlı ağacların oduncağı və qabığı altında yaşayırlar.
Uzunbığ rezuslar
Uzunbığ rezuslar (lat. Rhaesus) — Uzunbığlar fəsiləsinə aid böcək cinsi. == Xüsusiyyətləri == İri ölçülərə malik olan böcəklərdir. Onların uzunluğu 60 mm təşkil edir. Gövdə hissəsinin kənarları dişlikli olur. == Növləri == Bu cinsə aşağıdakı növlər daxildir: növ: Rhaesus persicus Motschulsky, 1875 növ: Rhaesus serricollis (Motschulsky, 1838) == Ədəbiyyat == Бей-Биенко Г. Я. Часть 1. Жесткокрылые и веерокрылые // Определитель насекомых европейской части СССР в пяти томах. — Москва—Ленинград: "Наука", 1965. — Т. II. — С. 389–419. — 668 с.
Böyük qısaqanad uzunbığ
Böyük qısaqanad uzunbığ (lat. Necydalis major) — Sərtqanadlılar dəstəsinin uzunbığlar fəsiləsinə aid böcək növü. Nadir növdür. Mənfi təsirlərə həssasdır. == Təsviri == Bədəni yığcam formaya malik olub, 21 –32 mm uzunluqdadır. Rəngi qaradır, qanadüstlükləri qırmızımtıl – boz rəngdə olub zirvədə qaradır. Qanadüstlükləri qısadır və qarıncığı örtmür, qanadlar qarıncıq boyu açıqda yerləşmişdir. Bığcıqları erkək fərdlərdə birinci yarısına qədər, dişilərdə isə tamamilə qırmızımtıl – sarı rəngdədir. Ətrafları qırmızımtıl – sarı rəngdə, arxa budların zirvələri isə qaradır. Qarıncığın birinci buğumu qırmızımtıldır.
Uzungöl
Uzungöl (türk. Uzungöl) — Türkiyənin Trabzon əyalətinin Çaykara ilçesində yerləşən göl. Uzungöl həmçinin gölün ətrafındakı kəndin adıdır. Göl Trabzon şəhər mərkəzindən 99km, Çaykara ilçe mərkəzindən 19km uzaqlıqdadır. Uzungöl yamaclardan düşən qayaların Haldizen dərəsinin qabağını kəsməsiylə yaranıb. Sıx meşələri, təbii gözəlliyi turistləri özünə cəlb etməkdədir. == Coğrafiyası == Türkiyənin Soğanlı və Qaçqar sıradağlarının kəsişməsində yerləşir. İynəyarpaqlı meşələrin olması və yağışlı ərazidə olması ərazinin daim yaşıl görünməsinə şərait yaradır. Dəmirqapı dağları və Soğanlı dağlarında 60 dan çox endemik bitki növü var. Bu ərazidə 59 məməli heyvan, 250 quş növü yaşayır.
Üzəngi
Üzəngi — atlanmaq üçün və at belində olanda müvazinatı saxlamaq üçün zəruri yəhər ləvazimatı. Köçərilər tərəfindən IV əsrdə icad edilməsi onların döyüş taktika və strategiyasında və silahlanmasında dəyişikliklərə gətirdi. Qılıncla və nizə ilə daha dəqiq və güclü zərbələr endirmək üçün dayaq və ox atmaq üçün at belində ayağa durmaq üçün imkan yaratdı.
Uzungöl (Uçalı)
Uzungöl (başq. Оҙонгүл, rus. Узунгулово) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd Mindyak kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Uçalı): 80 km, kənd sovetliyindən (Mindyak): 10 km. ən yaxın dəmiryol stansiyasından (Ural-Tau stansiyası): 24 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (100 %) üstünlük təşkil edir.
Üzəngi sümükcüyü
Üzəngi sümükcüyü (lat. stapellos) — daxili qulağa aid eşitmə sümüklərindən biri. Əsasdan, ön və arxa ayaqcıqlaradn, boyuncuqdan və başcıqdan ibarət bu sümük at üzəngisinə bənzədiyindən belə adlandırılmışdır. == Qurluşu == Üzənginin başı-lat. caput stapedis (capitulum stapedis-BNA) və iki ın (düz) ayaqcığı-lat. crus antcrius və dal (əyləşmiş) ayaqcığı-lat. crus posterius vardır. Bu ayaqcıqlar bir-biriilə oval səfhə-üzəngi əsası-lat. basis stapedis vasitəsilə birləşmişdir. Üzənginin əsası təbil boşluğunun içəri divarında olan dəhliz pəncərəsini qapayır.
Üzəngi əzələsi
Üzəngi əzələsi (lat. m. stapedius) təbil boşluğunun dal divarında yerləşir və lat. eminentia pyramidalis adlanan hündürlüyün içəri tərəfindən başlayaraq üzəngi sümükcüyünün dal ayaqcığına bağlanır. Vəzifəsi üzəngini dartmaqla daxili qulağı şiddətli vurğulardan mühafizə etməkdir.