Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Avazenik
Avazenik — 1728-ci ildə İrəvan əyalətinin Dərəçiçək nahiyəsində kənd. == Toponimik izah == XVIII əsrin ortalarına aid ermənicə mənbədə Avazank kimidir (150, 362). Azərbaycanca Avazan kənd adının ermənicə yazılış formasıdır. XX əsrin 50-ci illərində kənd dağılmışdır.
Vardenis
Basarkeçər, Vardenis — Ermənistan Respublikasında şəhər. Basarkeçər rayonunun mərkəzi. == Tarixi == Basarkeçər İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indi Basarkeçər (Vardenis) rayonunda kənd. Göyçə gölünün yaxınlığında yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə qeyd edilmişdir. 1969-cu ildən şəhər tipli qəsəbə və eyni adlı rayonun mərkəzi olmuşdur. Kənddə tarixən azərbaycanlılar yaşamışdıır. 1831-ci il əhalinin siyahıya alınmasında burada 178 nəfər yalnız azərbaycanlının yaşadığı göstərilir. 1831-ci ildən sonra Türkiyədən köçürülən 1296 nəfər (1873-cü il siyahıya alınmasına əsasın) erməni burada yerləşdirilmiş, azərbaycanlılar sıxışdırılmağa başlanmışdır. 1897-ci ildə burada 85 nəfər azərbaycanlı, 2108 erməni yaşamışdır.
Satenik
Satenik (erm. Սաթենիկ; Alaniya) —və ya Satana Ermənistan kralı Artaşeslə evlənən şahzadə. Onların '"Artaşes və Satenik"' kimi tanınan sevgi hekayəsini erməni tarixçisi Movses Xorenli özünün '"Ermənistan tarixi"' əsərində təqdim edir. Movses qeyd edib ki, bilavasitə sitat gətirdiyi hekayə onun dövründə Ermənistanın sadə xalqı arasında səyahət edən nağılçılar və ozanların danışdığı məşhur dastan olub. == Ümumi məlumat == Adı yunan formasında Artaksias kimi də görünən Artaşes, təxminən eramızdan əvvəl 189-cu ildə Ermənistan taxtına yüksəldi və həm Roma, həm də Parfiya tərəfindən tanındı. Kral I Artaşesin (e.ə. 189–159) hakimiyyəti dövründə alanların Ermənistan Krallığını işğalı Artaşes və Satenik arasında romantik nağıl fonunda rol oynayır. Alanlar İberiya torpaqlarını fəth etdikdən sonra daha da cənuba doğru hərəkət edərək Kür çayını keçərək Ermənistana daxil oldular. Artaşes Alaniya təhlükəsini qarşılamaq üçün böyük bir qüvvə topladı və iki tərəf arasında şiddətli müharibə baş verdi, nəticədə Alaniya kralının kiçik oğlu əsir alındı. Alanlar Kür çayına geri çəkilməyə məcbur oldular və orada çayın şimal tərəfində düşərgə qurdular.
Bernhard Varenius
Bernhard Varenius - alman coğrafiyaçısıdır. == Həyatı == Almaniyanın Hamburq şəhərinin şimalında, Elbe Nehri kənarında bir şəhərdə 1622-ci ildə anadan olmuşdur. Kahin ailəsində anadan olan Berhard ailənin 4-cü övladı idi. Anası 1623-cü ildə doğuş vaxtı rəhmətə geib və ailəsi 1628-ci ildə Uelzdən köçmüşdür. Atası 1635-ci ildə öldükdə sonra kimsəsiz uşaqların hamısı Almaniyada Varenius şəhərində bir kilsədə öz təhsillərini davam etmişlər və Tübingenə getmişlər. Daha sonra Tibb, astronomiya və coğrafiya fənlərini öyrənmiş, coğrafiyaya daha çox marağı olduğu üçün onu seçmiş və biliklərini artırmağa davam elemişdir.1649-cu ildə təhsilini başa vuraraq Amsterdama gəlmişdir. Həmin il ""Descriptio Regni Japoniae" adlı əsəsinrdə Yaponiya və Siam haaqında məlumat vermişdir. Ən vacib əsəri isə Coğrafiyanın xüsusiyyətidir. 1650-ci ildə bu kitabı bitirmiş və həmin il rəhmətə getmişdir. == İş həyatı == Varenius bu kitabı coğrafiyanın bir çox prinsipləri ortaya qoymuşdur.
Sirenik eskimosları
Sirenik yupikləri və ya Sirenik eskimosları (öz dilində olan adı: Сиӷы́ныгмы̄́ӷа tək Сиӷы́ныгмы̄́ӷий cəm) — Rusiya Federasiyasının Çukotka Muxtar Dairəsində assimilyasiyaya məruz qalmış olaraq yaşayan Yupik qolundan bir Eskimos xalqıdır. Sirenik Yupiklərinin dilləri digər Yupik dillərindən diqqətə çarpan şəkildə fərqlidir və bu fərqliliyə əsasında Menovşçikov (Меновщиков) kimi mütəxəssis dilçilər Sirenik Yupikçəsini Yupik dilləri xaricində dutaraq Sirenik Eskimocası adı altında Eskimo dillərinin üçüncü ana qolu olaraq təsnif edər.Özlərinə məxsus mədəniyyətləri böyük ölçüdə dəyişmişdir. İndiki vaxtda Rusiyada ayrı bir xalq olaraq qəbul edilməyib, Naukan və Sibir (Çaplino) yupikləri ilə birlikdə Asiya eskimosları adı altında xatırlanarlar. == Təsnifatı == Eskimos-Aleut xalqları Aleut xalqı Eskimoslar Sirenik eskimosları Yupik xalqları Sirenik yupikləri Əsl Yupik xalqları Sibir yupikləri Naukan yupikləri Alyaska yupikləri Nunivak çupikləri Supiklər İnuit xalqları İnyupiklər və ya Alyaska inuitləri İnuitlər və ya Kanada inuitləri Qərbi Kanada inuitləri Şərqi Kanada inuitləri Qrenlandiya inuitləri == Tarix və Əhali == 20-ci əsrin başlarında Sirenik yupikləri Çukçi yarımadasının Provideniya (Провидения) ilə Preobrajeniya (Преображения) koyları arasında olan Sirenik və ya Sığınık (Сиӷы́ныӽ), İmtux (Имтух), Kınlığah (Кынлыӷаӽ), Asun (Асун) və Nunalıx (Нуналых) nöqtələrində yaşayırdı. 1895 yılında Sireniki (Sirinek) kəndində 79, İmtux kəndində də 43 danışanı var idi. 20-ci əsrin başlarında Sirenik yupikcəsini danışanlar 1954-ci ildə 130 nəfər ikən 1980-ci illərin başlarında yalnız 30 nəfər tərəfindən danışılırdı. 1988-ci ildə bu sayı 4-ə enmiş, 1997-ci ildə də son nəfər ölüncə də yox olmuşdur. == Dil == Anadilləri (Uqeghllistun) Valentina Vıye (Валентина Выйе) adlı son danışanının 1997-ci ildə ölməsiylə yox oldu. Anadillərini unudan Sirenik yupikləri indiki vaxtda Sibir yupikcəsinin Ungazik dialekti ilə və ya Rus dilində danışmaqdadır. Ruscayı indiki vaxtda xüsusilə gənclər seçim edir.
Sirenik yupikləri

Valerik çayı
Valerik (çeç. Валарта, Валериг, Валерг; bəzi mənbələrdə Вайрик) — Rusiyada çay. Çay Çeçenistan Respublikasının qərbində yerləşir. Çayın mənsəbi Sunji çayının sağ sahilində, mənsəbinin 132 km-də yerləşir. Çayın uzunluğu 29 km, su toplayıcı hövzənin sahəsi — 35,4 km²-dir. Valerik çayının aşağı axarları yay aylarında quruyur. Buna səbəb çayın əsasən qar suları ilə qidalanmasıdır. O üzdən yay aylarında çayda yüksək səviyyə müşahidə olunmur. == Etimologiyası == Çayın adı çeçen dilindəki ilkin Valeran xi sözündən yaranıb. Hərfi tərcüməsi — "çayın ölümü" deməkdir.
Vardenis (dəqiqləşdirmə)
Vardenis — Basarkeçər şəhərinin 1969-cu ildə dəyişdirilmiş adı. Vardenis rayonu — Basarkeçər rayonunun 1969-cu ildə dəyişdirilmiş adı. Vardenis — Abaran rayonundakı Güllücə kəndinin 15.06.1946-cı ildə dəyişdirilmiş adı.
Vardenis rayonu
Basarkeçər rayonu (1969-cu ildən Vardenis rayonu) — Göyçə mahalı ərazisində rayon. Mərkəzi Basarkeçər (Vardenis) şəhəridir. == Tarixi == Basarkeçər rayonu 1930-cu il sentyabrın 9-da yaradılıb. 1969-cu il iyunun 11-nə kimi Basarkeçər, həmin tarixdən sonra isə Vardenis rayonu adlandırılıb. Ərazisi 1151 km²-dir. Rayon mərkəzi Basarkeçər (dəyişdirilmiş adı Vardenis) rayonudur. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 168 km-dir. Rayon ərazisində irili-xırdalı çoxlu dağ zirvələri və Göyçə gölünə tökülən çaylar vardır. Onlardan ən böyüyü Məzrə (dəyişdirilmş adı Masrik) çayıdır. Çaxırlı yaylası da bu rayon ərazisindədir.
Parnik (istixana)
Parnik (istixana)- tərəvəz, ağac və kol şitilləri yetişdirmək üçün düzəldilmiş örtülü yer. Parniklər su, buxar və ya elektriklə qızdırılır. Onlar küləkdən müdafiə olunan günəşli sahədə şərqdən qərbə doğru uzununa yerləşdirilir. Bunun üçün torpaqda müəyyən dərinlikdə yer qazılıb divarları daş, dəmir, beton, taxta və s. materiallarla, üzəri isə şüşə və plankalı çərçivələrlə örtülür. == Parnik (istixana) bitkiləri == Parnik bitkiləri faraş tərəvəz məhsulu və bəzi bitkilərin toxumunu (ştilini) almaq üçün parniklərdə becərilən tərəvəz bitkiləridir. Kələm, xiyar, pomidor, turp, şüyüd, keşniş, istiot və s., eləcə də bəzi çiçəkli bitkilər becərilir. Əsas qulluq onların işığa, rütubətə, istiliyə olan tələbatını təmin etmək, yemləmə gübrəsi vermək, xəstəlik və zərərvericilərlə mübarizədən ibarətdir. Bunun üçün həmin bitkilərin toxumları fevral ayından parniklərə səpilir, sonra yetişən şitillər açıq sahələrə köçürülür.
Parnik effekti
Elmi-texniki tərəqqi bir çox təzadlar yaratmışdır ki, bunlar da təbiətdə ekoloji tarazlığın pozulmasına səbəb olmuşdur. Belə bir əsaslı fikir formalaşmışdır ki, ətraf mühitdə baş verən deformasiyalar məhz həmin tərəqqinin məntiqi nəticəsidir. XX əsrin ortalarında az miqdar qazların konsentrasiyasının artım tendensiyası özünü xüsusilə kəskin göstərirdi. İndi parnik effektində onların rolu heç bir şübhə doğurmur. Parnik effekti – günəşin istilik enerjisinin xeyli hissəsinin yer üzərində tutulmasıdır. Parnik effekti anlayışı əvvəlcə fizikada qeyd olunmuşdur. O hələ 1863-cü ildə Tindal tərəfindən istifadə edilmişdir. Az sonra, yəni 1896-cı ildə Arrenius göstərmişdir ki, atmosferin cüzi hissəsini – 0,03%-ni təşkil edən karbon qazı onun temperaturunu 5–60 °C artırır və əgər həmin maddə olmasaydı temperatur yəqin ki, bir o qədər az olardı. 1938-ci ildə ilk dəfə Kallender karbon qazının antropogen tullanmasının iqlimə mümkün təsiri ehtimalını əsaslandırılmışdır. XX əsrin 70-ci illərində sübut edilmişdir ki, digər qazlar karbon qazından daha kiçik miqdarlarda, hiss olunan parnik effektlər verirlər.
Parnik qazları
Parnik qazlar - Atmosferdə bəzi qazlar, o cümlədən su buxarı parnik effekti yaratmaqla fərqlənir, onlar yer səthinə yüksək dərəcədə Günəş radiyasiyası buraxmağa qabildirlər. == Yaranması == Yer səthinin orta temperaturu +15 ° təşkil edir, pamik effekti olmasa idi o ,(- 18°) olardı. Odur ki, parnik effekti Yerdə həyatın mövcudluğu üçün əsas mexanizmlərdən biri sayılır. Parnik effekti yaratmaqda atmosferdə olan su buxarı aparıcı rol oynayır. Bu baxımdan, atmosferdə yüksək konsentrasiyada olan qazlar da böyük rol oynayır. == Parnik qazları == Əsas parnik qazları aşağıdakılardır: karbon 2 - oksid (CO2), azot oksidləri, xüsusilə NO2 metan (CH4) və troposfer ozonu (O3). Sonuncu yüz illərdə bu təbii qazların miqdarı artmışdır. Atmosferə əlavə olaraq qlobal ekosistemin təbii komponenti olmayan digər qazlar da daxil olur. Onlardan ən əsasları insan tərəfindən sintez edilən xlor - flüor üzvi birləşmələri, freonlar da bu katiqoriyaya aiddir. Son 200 ildə , xüsusilə 1950 - ci ildən sonra , hazırda da davam edən insan fəailiyyəti atmosferdə pamik effektli qazların konsen- trasiyasmm artmasına səbəb olur.Bu qaz qarışıqları radiasiyanı udur və süni əks etdirir.
Renik Ceyms
Renik Ceyms (21 avqust 1987) — Belizli cüdoçu. Renik Ceyms Belizi 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Renik Ceyms birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 90 kq çəkidə, 1/16 final mərhələsində Naurunun nümayəndəsi Ovini Uera ilə üz-üzə gəldi. Həmin görüşdə Renik Ceyms rəqibinə 0:100 hesabı ilə uduzdu.
Cekson-Venik düzəlişi
Cekson-Venik düzəlişi (ing. Jackson-Vanik amendment) – 1974-cü ildə Konqres tərəfindən yəhudilərin azad mühacirət hüquqlarını məhdudlaşdıran dövlətlərə qarşı ticarət sanksiyalarının tətbiq edilməsini nəzərdə tutan ABŞ Ticarət Aktına edilən düzəliş. Düzəlişdə nəzərdə tutulan sanksiyalar ABŞ tərəfindən əsasən MDB dövlətləri və Çin Xalq Respublikasına qarşı tətbiq edilir. 2008-ci ildə Senator Riçard Luqar düzəlişin Azərbaycana qarşı tətbiq edilməsinin ləğv edilməsi haqqında qanun layihəsini ABŞ Konqresinə təqdim etmişdir.
Varen-syur-Alye
Varen-sür-Alye (fr. Varennes-sur-Allier) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Varen-syur-Alye kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03298. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 3750 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 2252 nəfər əmək qabiliyyətli insanlar arasında (15–64 yaş arasında) 1588 nəfər iqtisadi cəhətdən fəal, 664 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi — 70,5%, 1999-cu ildə 69,0%). Fəal olan 1588 nəfərdən 1400 nəfər (770 kişi və 630 qadın), 188 nəfər işsiz (75 kişi və 113 qadın) idi. Fəal olmayan 664 nəfər arasında 164 nəfər şagird və ya tələbə, 244 nəfər təqaüdçü, 256 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Varen-syur-Teş
Varen-sür-Teş (fr. Varennes-sur-Tèche) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Jalinyi-syur-Bebr kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03299. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 253 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 139 nəfər (15-64 yaş arasında) arasında 109 nəfər iqtisadi cəhətdən, 30 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 78,4%, 1999-cu ildə 58,6%). Fəal olan 109 nəfərdən 99 nəfəri (56 kişi və 43 qadın), 10 nəfəri işsizdir (5 kişi və 5 qadın). 30 hərəkətsiz 5 nəfər arasında şagird və ya tələbə, 10 nəfər - təqaüdçü, 15 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Varen-sür-Alye

Varen-sür-Teş

Medvedyev-Şponhoyer-Karnik şkalası
Medvedyev-Şponhoyer-Karnik şkalası (MSK və ya MSK-64 adları ilə də tanınır) — zəlzələnin baş verdiyi sahədə yer səthinin müşahidə edilən silkələnmələrini qiymətləndirmək üçün 12 ballıq makroseysmik intensivlik şkalası. Şkala Sergey Medvedyev (SSRİ), Vilhelm Şponhoyer (Şərqi Almaniya) və Vit Karnik (Çexoslovakiya) tərəfindən 1964-cü ildə yaradılmışdır. Bu şkala 1960-cı illərin əvvəllərindən istifadə edilən Modifikasiya olunmuş Merkalli şkalasının və 1953-cü ildə təklif edilmiş, GEOFİAN şkalası kimi də tanınan, Medvedyev şkalasının əsasında tərtib edilmişdir.Aşağıda MSK-64 seysmik intensivlik şkalası ətraflı şəkildə verilir.
II Vaçenin Sasanilərə qarşı üsyanı
II Vaçenin Sasanilərə qarşı üsyanı — 457-463-cü illərdə alban hökmdarı II Vaçenin zərdüştlükdən vaz keçərək başlatdığı Sasanilərə qarşı üsyanıdır.
Varənov (Ərdəbil)
Varənov (fars. وره نو‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 19 nəfər yaşayır (5 ailə).
Komodo varanı
Komodo varanı və ya Komondo əjdahası (lat. Varanus komodoensis) — Əsl varanlar fəsiləsinə aid kərtənkələ növü. Növ ancaq İndoneziyanın Komodo, Rinka, Flores və Qili-Motanq adalarında yayılmışdır. Adanın yerli əhalisi onları ora və ya buaya darat("yerüstü timsah") adlandırırlar. Bu canlı dünyada hazırda yaşayan ən böyük kərtənkələdir. Onların uzunluğu bəzən 3 metr, çəkiləri isə 250 kq çata bilir. Ölçülərinin böyüklüyü Ada qiqantizmi. ilə izah edilir. == Xüsusiyyətləri == === Xariçi görünüş === Vəhşi təbiətdə yetkin dişi varanlar adətən 2.25–2.6 m arası uzunluğa malik olurlar. Çəkiləri 47 kq təşkil edir.