Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Belorus
Belarus Respublikası (əvvəlki yazılışı: Belorus; belar. Рэспубліка Беларусь) — Avropanın şərqində dövlət, dənizə çıxışı yoxdur. Ölkə şimal-şərqdən Rusiya Federasiyası, cənubdan Ukrayna, qərbdən Polşa, şimal-qərbdən isə Litva və Latviya ilə həmsərhəddir. Paytaxtı və ən çox əhalisi olan şəhəri Minskdir. 207,600 kvadrat kilometr sahəsinin təqribən 40%-i meşə ilə örtülüdür. İqtisadiyyatın əsas sahələri xidmət sənayesi və istehsalatdır. XX əsrə qədər müasir Belarus dövlətinin yerləşdiyi ərazidə Polotsk knyazlığı, Böyük Litva knyazlığı, Reç Pospolita və Rusiya imperiyası kimi dövlətlər hökmranlıq etmişdir. 1917-ci ildə Rusiyada baş vermiş inqilabdan sonra Belarus Xalq Respublikası müstəqilliyini elan etsə də, çox keçmədən ölkə Sovet Rusiyasının işğalına məruz qalır. 1922-ci ildə Sovet İttifaqının əsası qoyularkən Belorusiya Sovet Sosialist Respublikası da həmin ittifaqın qurucu üzvlərindən biri oldu. 1919–1921-ci illərdə baş vermiş Sovet-Polşa müharibəsi nəticəsində Belarus ərazisinin təqribən yarısı Polşa tərəfindən işğala məruz qaldı.
Elburs
Əlburz dağları və ya Elburs dağları (fars. البرز‎ Əlborz) — İranın şimalında yerləşən dağ silsiləsi. Şimal-qərbdə Azərbaycan və Ermənistan sərhədlərindən başlanır və Xəzər dənizinin cənub sonuna qədər davam edir, şərqdə Türkmənistan və Əfqanıstan sərhədlərində bitir. İranın ən uca dağı olan Dəmavənd dağı bu dağ silsiləsində yerləşir.
Belorus dili
Belarus dili, Belorus dili — Şərqi slavyan dillərindən biridir. Əsasən Belorusda, Rusiya Federasiyasında, Ukraynada, Litvada, Latviyada və Estoniyada yayılmışdır. Bu dildə danışanların ümumi sayı 8 milyonu keçir. İki əsas dialekti mövcuddur: şimal-şərq dialekti (polotski, vitebsk-mogilyov); cənub-qərb dialekti (qrodno-baranoviçi, slutsko-mozırsk və b.) Belorus yazısı kiril qrafikası əsasında tərtib olunmuşdur.
Elburs anaptixiyası
Elburs anaptixiyası (Elmi adı - Anaptychia elbursiana) — IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir– VU D2. Nadir növdür. == Qısa morfoloji təsviri == Tallomu yarpaqvaridir, rozet formalı, 3-4(5) sm-qədər diametrdə soredilidir. Lövhəciklər yastı və yaxud qabarıqdır, yarılmış, eni 0,8-1(2) mm, bir-birilə sıxlaşmışdır. Lövhəciklərin üst hissəsi boz, bozumtul, nadi hallarda bozumtul –qəhvəyi rənglidir. Soredilər tünddür. Özəyi ağdır, alt hissəsi ağımtıldır. Bəzən mərkəzə doğru sarımtıl –qəhvəyiyə qədər bir qədər tündləşir. Soredilər qara rənglidir, lövhəciklərin qırağında yerləşirlər, Apotesilər məlum deyil. Piknidilər tünd qəhvəyi, talloma batırıblar.
Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq velotur
Azərbaycan Turu, Tour d'Azerbaïdjan (tələffüzü: Tur dö Azerbaycan) və ya Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq velotur (ing. Heydar Aliyev Anniversary Tour) — "BVİ Avropa Turu" çərçivəsində hər il may ayında Azərbaycanda keçirilən 2.1 çoxmərhələli velosiped yarışı. İştirakçılar hər gün yarışın yeni bir mərhələsinə start verir. Velotur Azərbaycanın 7 regionunda keçirilir və ölkənin paytaxtı olan Bakı şəhərində sona çatır. Veloturun keçirildiyi digər şəhərlər arasında Oğuz, Mingəçevir, Sumqayıt, Şamaxı, İsmayıllı, Qəbələ və Şəki var. 2018-ci ildə keçiriləcək "Azərbaycan Turu" maliyyə səbəblərindən ləğv edilmişdir. Yarış 2019-cu ildə də keçirilməmişdir. == Turlar == === 2012-ci il turu === 2012-ci il Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq velotur 2012-ci ilin may ayının 9-dan 13-nə qədər keçirilmişdir. Bu, ilk "Azərbaycan Turu" olmuşdur. Velotur 2011-ci ildə keçirilmiş "Big Caucasus" (azərb.