Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Videolent
Videolent — polistirol korpusda yerləşdirilmiş maqnit lentdən təşkil edilmiş məlumat daşıyıcısı. Videokamera ilə videolentə yazılan məlumat, videomaqnitafona görüntü və səsli şəkildə ötürülür. 1980–1990-cı illərdə videolentlərə geniş tələbat var idi. 2000-ci ildən isə DVD-diskləri yaranması ilə videolentlərə tələbat azaldı.
Videomətn
Videomətn — Çox sayda abonentin bir mərkəzi kompüterlə ikitərəfli əlaqə ilə idarə edildiyi sistem. Abonentlər klaviatura vasitəsilə mesajlarını çatdırırlar. Görüntü üçün normal bir televizor ekranı, əlaqə üçün isə telefon xətləri istifadə edilir. Videomətn şirkətləri ev bankçılığı xidmətindən əlavə xəbərlər, alış-veriş, mülk alış-satışı, aviabilet satışı kimi müxtəlif xidmətlər də təklif edirlər. Modern Bankacılık, Nuray Uzkesici Eskişeher – 1994, Bankacılar için Para ve Kredi Bilgisi”, Prof.Dr.