Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Vouter Segers
Vouter Segers (28 mart 1996) — Belçikalı peşəkar kişi BMX velosipedçisi. Vouter Segers Belçikanı beynəlxalq yarışlarda təmsil edir. Vouter Segers 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 33.005 saniyəlik nəticəsi ilə 55-ci yeri tutdu.
Akasiya yalançıçanaqlı yastıcası ( Parthenolecanium corni Bouche)
Vauçer
Vauçer (ing. voucher — «qəbz, zamin») — yazılı sertifikat, qəbz, malların alınmasını təsdiqləyən sənəd, mal və ya xidmətlər üçün endirimlər. Rusiyada 1992-1994-cü illərdə vauçer özəlləşdirmə proqramı çərçivəsində əhaliyə verilən və özəlləşdirilən müəssisələrin varlıqları ilə mübadilə edilən özəlləşdirmə çek adlanırdı. Turizm fəaliyyətində vauçer turistin pullu turun bir hissəsi olan xidmətlər (transfer, otel, yemək və s.) almaq hüququnu təsbit edən sənəddir . Kupça tur operatoru tərəfindən fərdi turistlərə və ya qrup rəhbərinə ev sahibliyi etdiyi şirkətdə göstərilən xidmətləri almaq hüququnun təsdiqlənməsi kimi verilir. Təyinat yerinə çatdıqdan sonra çeki ev sahibinə təhvil verilir. Ticarətdə vauçer sahibinə məhsul, xidmət və ya endirim almaq hüququ verən sənəddir. İnnovasiyalı vauçerlər əvvəlcə tədqiqat çekləri deyilirdi. 1990-cı illərin sonlarında Hollandiyanın Limburg əyalətində ortaya çıxdılar. Tədqiqat vauçeri kiçik və orta sahibkarlığın rəqabət qabiliyyətini dəstəkləmək və təmin etmək üçün yaradılmışdır.
SMS Blücher
SMS Blücher ( tələffüzü: SMS Blüşer) — Almaniya İmperatorluq Donanmasının son emal edilən zirehli kreyseri. Alman kəşfiyatına görə, səhv olaraq Britaniyanın Invincible sinfi döyüş kreyseri sinfinə aid olduğu zənn edilən xüsusiyyətlərə görə hazırlanan Blücher, əvvəlki zirehli kreyserlərə görə daha böyük olub, daha çox ağır silah daşısa da böyüklük və silah baxımından Böyük Britaniya ilə Almaniya donanmalarında zirehli kreyserlərin yerinə gətirilən döyüş kreyserləri ilə rəqabət edə biləcək mövqedə deyil idi. Gəmi, adını 1815-ci ildəki Vaterlo döyüşündə Prussiya qüvvələrinə əmr edən General-feldmarşal Qebhard Leberext von Blüşerdən almışdı. Blücher, 1907-ci və 1909-cu illəri arasında Kil şəhərindəki Kaiserliche Werft Kiel (azərb. Kil İmperatorluq Tərsanəsi‎) limanında inşa edilmişdir. Gəmi ilk səfərinə 1 oktyabr, 1909 tarixində başlamışdır. Birinci Dünya Müharibəsinin ilk mərhələləri də daxil olmaq üzrə vəzifə müddətinin çoxunu I Kəşfiyyat Qrupuna bağlı olaraq keçirən Blücher, 1914-cü ildə Skarborou, Hertlepol və Vitbi ilə Yarmot basqınlarında iştirak etmişdir. 24 yanvar 1915 tarixində baş vermiş Doqqer Bank döyüşü əsnasında, vitse-admiral Deyvid Bitti əmrindəki Britaniya döyüş kreyseri donanmasının top atışlarında zərər görən Blücher, yavaşladı. Kontr-admiral Franz von Hipper, alman döyüş kreyserlərini təqib edən Britaniya donanmasının fikrini yayındırmaq üçün Blücher-i arxada buraxdı. Britaniya gəmilərinin ağır artilleriya atəşi qarşısında gəmi batarkən, həyatda qalan alman ekipajı britaniyalı əsgərlər tərəfindən xilas edilirdi.