Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Vulkanizm
Vulkanizm — Yerin daxilində temperatur yüksək olduğu üçün süxurlar əriyib bir-birinə qarışır və maqma əmələ gətirməsi hadisəsi. Yerin daxili qatlarından yüksək təzyiq ilə odlu maqmanın Yer səthinə çıxması prosesinə vulkanizm deyilir. Maqma Yer səthinə vulkan boğazı və ya vulkan kanalı vasitəsi ilə püskürür. Vulkanın səthdə püskürdüyü yerdə əmələ gələn qıfvari çökəklik krater adlanır. Vulkanlar çox güclü olduqda onların kraterləri kiçik olur və yaxud heç olmur. Diametri 1500 metrdən artıq olan krater kaldera adlanır. Ən böyük kaldera Yaponiyadakı Aso, Flippindəki Apo vulkanlarının kalderasıdır. Yer səthinə çıxan qazları uçmuş, soyumuş maqma – lava, vulkan boğazında bərkimiş lava isə nekk adlanır. Başqa sözlə desək, müəyyən vaxtdan sonra eroziya və denudasiya nəticəsində vulkanik dağ aşınır və vulkan boğazında soyumuş lava qayalı təpə əmələ gətirir ki, buna da nekk deyilir. Məsələn, Qazax rayonundakı Göyəzən dağı.
Quercus vulcanica
Quercus vulcanica (lat. Quercus vulcanica) — fıstıqkimilər fəsiləsinin palıd cinsinə aid bitki növü. Quercus vulcanica növü Türkiyə, Suriya ərazilərində yayılmışdır.
Quercus tristis var. vulcani
Quercus castanea (lat. Quercus castanea) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin fıstıqkimilər fəsiləsinin palıd cinsinə aid bitki növü.