Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Amy Winehouse
Emi Uaynhaus (ing. Amy Jade Winehouse; 14 sentyabr 1983[…] – 23 iyul 2011[…], Kamden[d], London, Birləşmiş Krallıq) — güclü kontralto səsi və eksentik musiqi janrların qarışmasını ifa etməsi ilə məşhur, əsasən R&B, soul və caz, britaniyalı müğənni və mahnıların müəllifi. Tənqidçilər onu 2000-ci illərin aparıcı ifaçılardan biri kimi tanımışdılar. Səsi old school ifaçıları Ella Fitscerald, Dina Vaşinqton və Sara Voqanın səsinə bənzəyir. 2006-cı ildə çıxan Back to Black adlı albomu 5 Qremmi mükafatına layiq görülmüşdür. Ona görə də Ginnesin rekordlar Kitabına 5 dəfə Qremmi mükafatı alan birinci Britaniyalı kimi qeyd olunub. 2007-ci ildə "Ən yaxşı britaniyalı qadın ifaçı" kimi Brit Awards mükafatı almışdır. Uaynhaus 2011-ci il iyul ayının 23-də alkoqoldan zəhərlənərək ölüb. == Həyatı == Emi Ceyd Uaynhaus 1983-cü ilin sentyabrın 14-də Londonda Yəhudi ailədə anadan olmuşdur. Onun valideynləri – Rusiya imperiyasıdan mühacirət edənlər Yəhudilərin övladları idilər.
"Farhouse" neon ev-muzeyi
Neon Sənət Muzeyi və ya "Farhouse" neon ev-muzeyi – Azərbaycanın Novxanı kəndinə yerləşən neon muzeyi. Azərbaycanda yerləşən ilk və yeganə belə muzeydir. == Tarixi == Neon Sənət Muzeyi Azərbaycanın ən tanınmış neon sənətçilərindən biri olan Fərid Ələkbərov tərəfindən 2015-ci ildə yaradılmışdır. Muzey kimi rəsmi fəaliyyətinə 2022-ci ilin yanvarında başlamışdır. Muzey hazırlanarkən fenşuy fəlsəfəsindən istifadə olunmuşdur. Fərid Ələkbərov muzeyi yaratmaq üçün 7 il vaxt sərf etmişdir. Muzeyi yaratmaq ideyası Laplandiyada olanda şimal işıqlarını görəndə yaranmışdır. Rəssamın məkan kimi Novxanı kəndini seçməsinin səbəbi dənizə yaxınlığı olub. Belə ki, rəssam uşaqlıqdan "bütün dəyişən əhval-ruhiyyəsi ilə dənizə aşiq olub". Fərid Ələkbərov elə burada yaşayır.