Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Eak
Eak (həmçinin Ayak və ya Oyak, q.yun. Αἰακός, lat. Aeacus) — qədim yunan mifologiyasında personaj, Zevsin oğlu və Egina adasının hökümdarı. O, güclü ədalət və dindarlıq hissləri ilə seçilirdi. Axilles və Ayaks Telamonidin də daxil olduğu Eakidlər sülaləsinin əcdadıdır. Bir mifə görə, vəfatından sonra axirət dünyasında hakim oldu. == Mifologiyada == Eakın anası Egina idi, hansı ki çay tanrısı Asopun qızı və Saronikos körfəzində yerləşən adanın eponimi olmuşdur (qədim müəlliflərindən yalnız biri Mavr Sevi Honorat Eakın anası kimi digər qadını Avropanı qeyd edir). Elə məhz bu adada Eak dünyaya göz açdı. Hesiod tərəfindən yazılmış mifin köhnə versiyasına görə, o, orada yeganə insan idi; Zevs onun istəyi ilə yerli qarışqaları insanlara çevirdi və beləliklə yeni Mirmidonlar xalqı yarandı və Eak onların hökümdarı oldu. Sonrakı dövrlərdə yaşayan müəlliflər yazırlar ki, qısqanc Hera Eginaya azar göndərdi, bunun nəticəsində bütün yerli sakinlər öldü.
Android Wear
Wear OS — Google tərifindən təkmilləşdirilən ağıllı saatlar üçün nəzərdə tutulan əməliyyat sistemi.
Ferens Deak
Ferens Deak (mac. Deák Ferenc; 17 oktyabr 1803[…], Şöytör[d], Habsburq monarxiyası – 28 yanvar 1876, Budapeşt) — Macarıstan dövlət xadimi və ölkəsinin ilk ədliyyə naziri. == Həyatı == Ferens Deak Macarıstanın cənub-qərbindəki Zala əyalətində Söjtör şəhərində ziyalı ailəsində anadan olmuşdur. Atası Ferens Deak de Kexida (1761-1808), hüquqşünas və torpaq sahibi idi. O həm də Kapornak rayonunun baş hakimi olmuşdur. Anası isə xanım Ersebet Sibrik (1768-1803) idi. Ferens Deak ali təhsilini hüquq ixtisası üzrə tamamladıqdan sonra ardıcıl olaraq vəkil və notarius vəzifələrində çalışmışdır. 1833-cü ildə ilk dəfə siyasi həyata atılan Deak artıq 1850-ci illərdə Macarıstan siyasətində ən mühüm şəxsiyyətlərindən biri idi. == Siyasi fəaliyyəti == 1836-cı ildə Deak senzorların icazəsi olmadan dəstəklədiyi məsələlər haqqında məqalə yazdı və yayımladı. Bu məqalə onun adının əhəmiyyətli dairələrdə daha da məşhurlaşmasına gətirib çıxardı.
Pikes Peak
Pikes Peak, Amerika Birləşmiş Ştatlarının Kolorado əyalətindəki Rocky Dağlarında yerləşən bir zirvədir. Dağ Colorado Springsdən 19.3 km cənubda yerləşir və 4.302 metr hündürlükdədir. Amerikalı tədqiqatçı Zebulon Pikenin adını daşıyır. Pikes Peak, xüsusilə illik Pikes Peak International Hill Climb avtoyarışı ilə məşhurdur. Dağ həm də xizək kurortuna ev sahibliyi edir. Pikes Zirvəsi 1961-ci ildən Milli Tarixi Abidə elan edilmişdir.
Wear OS
Wear OS — Google tərifindən təkmilləşdirilən ağıllı saatlar üçün nəzərdə tutulan əməliyyat sistemi.
Sprite
Sprite (azərb. Sprayt‎) - qazlı alkoqolsuz içkidir. The Coca-Cola Company tərəfindən 1961-ci ildən ABŞ-də istehsal olunur. "Sprayt" sözü balaca elf olan "Sprayt-Boy" personajından götürülüb. İlk dəfə "7 Up" içkisinə rəqabət olaraq hazırlanmışdır. Hal-hazırda bu alkoqolsuz içki dünyanın 190-dan çox ölkəsində istehsal olunur.
2Pak
Tupak Amaru Şakur (16 iyun 1971, Nyu-York-13 sentyabr, 1996, Las-Veqas) afro-amerikan hip-hop ifaçısı, Qərbi Sahil repinin və qanqsta-repin ən görkəmli ulduzlarından biri və əfsanəvi reper. Dünya üzrə 75 milyondan artıq (onlardan 50 — ABŞ-də)musiqi albomlarını sata bilib. Bu da onu dünyada satış üzrə birinci ifaçıya çevirir. İki Qremmi mükafatı laureatı olaraq, altı filmdə çəkilmişdir. Bir sıra səbəbə görə həbsxanada cəza çəkmişdir. Musiqisində getto həyatının bir çox ağırlıqlarını təmsil edən Tupak ölümə "If I Die 2Nite" və "Death Around the Corner" mahnılarını == Həyatı == Afeni Şakur və Billi Qarland ailəsində doğulmuş Tupak II Tupak Amarunun şərəfinə adlandırılmışdı. 1988-ci ildə evi tərk etmiş Tupak "Strictly Dope" rep-qrupuna qoşuldu. 3 ildən sonra dostların "Digital Underground" qrupuna daxil etmiş Tupak onun 1991 il "Same Song" sinqlində oxumuşdur. Həmin ildə Şakur "Brenda's Got a Baby" hiti ilə "2Pacalypse Now" öz debüt solo albomu buraxdı. "Juice" filmində (1992) təsvir edildiyi aqressiv Bişop personajı və Laki rolu ("Poetic Justice", 1993) Şakurun şəxsi həyatının bir çox problemini əks etdi.
AKAK
Qafqaz Arxeoqrafiya Komissiyasının Aktları (QAKA) (rus. А́кты Кавка́зской археографи́ческой коми́ссии (АКАК)) — Qafqaz Canişini Baş İdarəsi arxivindən əldə edilmiş sənədlərin rəsmi nəşri. == Nəşrin içindəçilər == Aktlar 12 cilddən ibarətdir (VI cild 2 hissədə olmaqla).
Abak
Abak (lat. abacus – hesab taxtası) — b.e.ə. IV əsrdən başlayaraq Qədim Yunanıstanda, Romada və 18 əsrədək Qərbi Avropada hesablama üçün işlədilmiş lövhə. == Tarixi == Lövhə zolaqlara bölünürdü. Bu zolaqlardakı markaları (sümük, daş və s.) hərəkət etdirməklə hesablama aparılırdı. Azərbaycanda abak – hesab taxtası kimi tanınır. Çində abaka suan-pan deyirlər. Bu abak quruluşuna görə rus abakından fərqlənir. Onun hər milində 7 aşıq vardır və bu aşıqlar boyuna sədlə iki hissəyə ayrılır. Hissələrin birində 5, digərində isə 2 aşıq vardır.
Adak
HEAT
Yüksək partlayıcılı tank əleyhinə mərmi (ing. high-explosive anti-tank) (HEAT) və ya Kumulyativ mərmi - kumulyativ effektdən istifadə olunan əsas artelleriya təyinatlı mərmi növüdür. Zirehli (tank, pzm və sairə), eləcə də dəmir-beton hədəfləri vurmaq üçün nəzərdə tutulur. Kumulyativ mərmi korpusdan, partlayıcı doldurucudan, kumulyativ çuxurcuqdan, partladıcıdan və trasserdən ibarətdir. Yüksək çıxış sürətini Neuman effekti ilə istifadə edərək möhkəm və qalın zirehi daha təsirli bir şəkildə vurur. Səs sürətindən 25 dəfə daha sürətli hərəkət edərək, zirehə yüksək təsir göstərir. Mərminin xarici hissəsi metal astarla örtülmüşdür. İkinci Dünya Müharibəsi dövründə misdən istifadə edilmişdir. Mərmi tank zirehinə çatmazdan 2 metr əvvəl əsasən bölünür və dağılır. HEAT mərmisinin effekttivliyi əsasən döyüş başlığının diametri ilə mütənasibdir.
B-2 Spirit
Nortrop B-2 "Spirit" (ing. Northrop B-2 Spirit) — Northrop Grumman şirkəti tərəfindən hazırlanan amerikan ağır az-sezilən strateji bombardmançı. Sıx Havadan müdafiyəni(HM) sıçramaq və adi yaxud nüvə silahını çatdırmaq üçün nəzərdə tutulur. Az-sezilməsi üçün stelz texnolojilərdən istifadə olunur: təyyarə radio-udan materialla örtülüb, "uçan qanad" aerodinamik sxem üzrə yaradılıb, mühərriklərin reaktiv axınları ekranlaşdırılır(əks olunur). == Xarakteristikası == Dünyada ən çox tanınan təyyarələrdən biri, aeorodinamik sxeminə görə “uçan qanad” adlanan “B-2 Spirit” bombardımançılarıdır. O həmçinin dünyanın ən məhvedici silahlarından biri sayılır. İlk başdan bu təyyarəni strateji nüvə bombardmançısı kimi layihələndirsələr də, soyuq müharibənin sonunda onu adi bombardmançı kimi modifikasiya etdilər. ”B-2” düşmənin Hava Hücumundan Müdafiə komplekslərindən yan keçə və 40 tona qədər bomba ilə 10 min kilometr məsafəni havada yanacaq doldurmadan qət edə bilir. ”Stels” texnologiyalı “B-2” –ni qorxulu edən onun radarlara yaxalanmamasıdır.
Quantum Break
Quantum Break — 2016-cı ilin döyüş-macəra oyunu. Remedy Entertainment şirkəti tərəfindən hazırlanan oyun Microsoft Studios tərəfindən yayınlanıb. Oyun 21 may 2013 Xbox One tədbirində elan olunub. Eyni zamanda Quantum Break Serialının çəkilişlərinə də başlanılıb. == Mövzusu == Oyun, Jack Joyce, Beth Wilder, ve Paul Serene adındakı zamanı yönləndirə bilən 3 insan üzərinə qurulmuşdur. Məsələn Paul Serene gələcəyi görə bilmə bacarığına sahibdir. Oyundakı hadisələr ABŞ-nin şimal şərqində Riverport Üniversitetində aparılan Zamanda Səyahət təcrübəsinin səhv getməsi ilə daha da sürətlənir. Oyunun hazırlanması sırasında şirkət CERN-də işləyən bir nəfər nəzəri fizikaçıdan da faydalanıb.
Shojo Beat
Shojo Beat — Viz Media tərəfindən Şimali Amerikada nəşr olunan şoco manqa jurnalı. 2005-ci ilin iyun ayında Shonen Jump jurnalının qardaş jurnalı kimi nəşr olunan jurnal, altı manqa seriyasından olan seriyalı fəsillərdən ibarət idi. Jurnalda həmçinin Yaponiya mədəniyyəti, manqa, anime, dəb və gözəllik haqqında məqalələrə yer verilirdi. İlik dərcindən sonra, Shojo Beat iki redizayna məruz qaldı və ümumi yapon manqa antologiyalarında olduğu kimi, ilk ingilis antologiyalı siyan və magenta mürəkkəb tonlarını istifadə edən jurnal oldu. Viz Media öz manqalarında, yapon layt-novel və anime bölmələrini jurnalının məzmunu ilə əlaqələndirmək üçün "Shojo Beat" imprintlərinə başladı. 16-18 yaşlı qadın cinsinə hədəfələnən Shojo Beat-in ilk dərci 20 000 tiraja malik idi. 2007-ci ildə, jurnalın orta tirajı təxminən 38 000 nüsxə idi. Jurnal tirajınını yarısı, mağaza satışlardan daha çox, abunədən gəlirdi. Bəzi tənqidçilər jurnalın erkən dərclərini, darıxdırıcı və zəif yazılmış saysa da, yapon mədəniyyəti haqqında məqalələrin daxili ilə manqa seriyasının qarışdırılması, bir çox tənqidçilər tərəfindən müsbət qəbul edilmişdi. 2009-cu ilin may ayında Viz Media jurnalın nəşriyyatını dayandırdılma planlarını açıqladı — 2009-cu il iyulda jurnalın sonuncu nəşri dərc olundu.
Turdus feae
Turdus feae (lat. Turdus feae) — qaratoyuqlar fəsiləsinin qaratoyuq cinsinə aid heyvan növü.
İstanbul Atak
İstanbul Atack Türkiyə rep qrupu. Qrup 2005-ci ildə yaradılıb. Qrup üzvləri: Fuchs, Ramiz, Qasırğa və Timur ləqəbli repçilərdir.
İrak
İraq (ərəb. العراق; kürd. عێراق) və ya rəsmi adı ilə İraq Respublikası (ərəb. جمهوریة العراق; kürd. کۆماری عێراق) — Qərbi Asiyada dövlət. İraq Yaxın Şərqdə dünyanın ən qədim mədəniyyətlərinin beşiyi olmuş Aşağı Mesopotamiya bölgəsində yerləşir. Şimalda Türkiyə, şərqdə İran, cənub-şərqdə Küveyt, cənubda Səudiyyə Ərəbistanı, cənub-qərbdə İordaniya, qərbdə isə Suriya ilə həmsərhəddir. Ölkənin cənub-şərqdə Fars körfəzinə çıxışı vardır. Paytaxtı və ən böyük şəhəri Bağdad, ümumi sahəsi 438,317 kvadrat kilometr, əhalisinin sayı 40 milyon nəfərdən çoxdur. Digər böyük şəhərləri Mosul, Kərbəla, Nəcəf və Ərbildir.
Aaron Henk
Henri Luis (Henk) Aaron (ing. Henry Louis "Hank" Aaron; 5 fevral 1934, Mobil, Alabama – 22 yanvar 2021, Atlanta, Corciya) — ABŞ beysbolçusu. O, 1954–1974-cü illərdə "Miluoki Breyvz" komandasında, 1966–1976-cı illərdə "Atlanta Breyvz" komandasında çıxış etmişdir. Henk 1957-ci ildə Milli Liqanın Ən dəyərli oyunçusu mükafatına layiq görülmüşdür. Ləqəbi "Çəkic" idi. O, 1974-cü ildə Beyb Rutun 1930-cu illərdən bəri davam edən rekordunu geridə qoyaraq 715 meydança hitinə çatmışdır. 1976-cı ildə karyerasına son qoymuşdur. 1982-ci ildə Beysbol Şöhrət Zalına daxil edilmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Allen, Bob; Gilbert, Bill. The 500 Home Run Club: From Aaron to Williams.
İsak Rabin
İshaq Rabin (1 mart 1922[…], Qüds, Britaniya Fələstini[d] – 4 noyabr 1995[…], Tel-Əviv) — İki dəfə İsrailin baş naziri (1974–1977 və 1992–1995), İsrailin müdafiə naziri (1984–1990). == Həyatı == İshaq Rabin 1922-ci il martın 1-də o zamanlar Fələstinin tərkibində olan Yerusəlimdə anadan olub. Onun ailəsi bir ildən sonra Təl-Əvivə köçmüşlər. Valideynləri qatı sionist və yəhudi dövlətinin yaradılmasını hədəfləyən kampaniyalarda fəal şəkildə iştirak etmişdirlər. Rabinin komandanlığı ilə İsrail 1967-ci il iyunun əvvəlində Altı günlük müharibədə Misirə, Suriyaya, İordaniyaya sarsıdıcı zərbələr vurur. Rabin bir ildən sonra hərbi karyeradan imtina edib beş il Birləşmiş Ştatlarda İsrailin səfiri olur. == Mükafatları == İshaq Rabin 1994-cü ildə Yasir Ərəfat və Şimon Pereslə birlikdə Nobel sülh mükafatına layiq görülmüşdür. == Ölümü == İshaq Rabinin qatili Eqal Amir dəfələrlə ona qarşı sui-qəsd etmək istəsədə son anda fikrindən daşınmışdır. 1995-ci il noyabrın 4-də Rabin Təl-Əvivdə Çar meydanında kütlə qarşısında çıxış edir. Rabinin nitqini eşitmək və ona dəstək verməkdən ötrü yüz min adam meydana yığışmışdı.
İsak Dinesen
Karen Blinksen (ing. Baronessa Karen Kristenze von Bliksen-Fineke; 17 aprel 1885[…] – 7 sentyabr 1962[…]) — danimarka və ingilis dilində əsərlər yazan danimarkalı bir müəllif və yazıçı. İngilis dilli ölkələrdə Isak Dinesen, Alman dilli ölkələrdə Taniya Bliksen, Oskeola və Pierre Andrezel təxəllüsləri ilə də məşhurdur. Karen Keniyada yaşayarkən yazdığı Afrika xaricində əsəri və hekayələrindən biri olan Babetta bayramı ilə lap çox tanınır, onların hər ikisinin əsasında çəkilən filmlər Oskar mükafatına layiq görülüb. O, həmçinin Danimarkada hekayələr toplusu olan Yeddi Qotik Nağıl əsəri ilə tanınır. Blinksenin bir neçə dəfə ədəbiyyat üzrə Nobel mükafatına namizədliyi irəli sürülmüşdü. == Həyatı == === Erkən həyatı === Karen Dinesen, Kopenhagenin şimalında, Runqstedlund malikanəsində dünyaya gəldi. Atası Vilhelm Dinesen (1845–1895), Yutlandiya torpaq mülkiyyətçilərinin ailəsindən olan bir yazıçı və ordu zabiti idi; həyat yoldaşı İnqeborq Vestenholz (1856–1939) varlı bir Unitar burjua tacir ailəsindən idi. Karen Dinesen, üç bacı və iki qardaşdan ibarət bir ailədə ikinci uşaq idi. Kiçik qardaşı Tomas Dinesen Birinci Dünya Müharibəsində Victoriya Xaçını qazanmışdı.
Berk Oktay
Berk Oktay (28 oktyabr 1982, Ankara)- Ankara Türkiyə-də anadan olmuşdu == Həyatı və karyerası == 2000-2006-cı illərdə modellik etmişdir.100-dən çox moda nümayişi çıxdı.2004-cü ilin iyunundan sonra karyerasını xaricdə davam etdirib. Parisdə və Milano, Tokio,Dubay,Moskva, Dolce & Gabbana Ferre kimi şəhərlərdə məskunlaşıb. Gucci və Prada kimi bir çox marka ilə çalışıb.Universitet təhsilini başa vurmaq üçün Türkiyəyə qayıdıb və Türker İnanoğludan aldığı təkliflə 2007-ci ilin fevralında Türvakdan özəl aktyorluq dərsləri alaraq Erler Film ilə müqavilə imzalayıb.O,daha çox Sweet Trouble Fadime dramı ilə tanınır.Daha sonra Akasya Durağı serialına çəkilib.Daha sonra Kanal Ddə yayımlanan Arka Sokaklar serialında rol alıb.Bu serialdan ayrıldıqdan sonra karyerasını atv-də yayımlanan Alev Alev serialı ilə davam etdirib.Star TV serialında Hakan obrazını,Hala Ümidim Var serialında FOX obrazını canlandırıb.Daha sonra Sevgi qaçdı serialında rol alıb.Daha əvvəl Show TVdə yayımlanan Münasibət Durumu Qarışıq serialında Can Tekin obrazını canlandırıb. FOX kanalında yayımlanmağa başlayan Savaşçı serialında Kapitan Kağan Bozok obrazını canlandırdıqdan sonra serialdan ayrılan Oktay 2017-ci ildə,2020-ci ilin noyabr ayından 2022-ci ilin iyun ayına kimi fəaliyyət göstərir.
Ceyk Roberts
Ceyk Roberts(30 may 1955) — Amerikalı peşəkar güləşçi. == Haqqında == Aurelian Smith Jr 30 may 1955-ci ildə anadan olub daha çox üzük adı Jake The Snak Roberts adı ilə tanınır.hazırda All Elite Wrestling (AEW) ilə müqavilə imzalayan Amerikalı peşəkar güləşçi və aktyordur. və o, həmçinin AEW-nin AEW Together icmaya yardım proqramı üçün xüsusi məsləhətçi kimi xidmət edir. O, daha çox WWE Dünya Güləş Federasiyası sonradan WWE adlanır-dakı iki işi ilə tanınır birincisi 1986–1992-ci illərdə, ikincisi isə 1996–1997-ci illərdə. 1983-cü ildə Milli Güləş Alyansı 1992-ci ildə Dünya Güləş Çempionatı və Lucha libre Meksika-da güləşib. Asistencia Asesoría y Administración-da 1993–1994-cü illərdə və yenidən 1997-ci ildə yaradılmışdır. O, 1997-ci ilin yayında Extreme Championship Wrestling-də meydana çıxdı və 2008-ci ildən 2008-ci ilə qədər Total Nonstop Action Wrestling üçün çıxış etdi. Karyerası boyunca tez-tez peşəkar güləşin ən ikonik simalarından biri hesab edilən Roberts intensiv və serebral Peşəkar güləş terminlərinin siyahısı promos qaranlıq xarizması, görüşlərində psixologiyadan geniş istifadə etməsi və yenilikçiliyi ilə tanınırdı. DDT professional güləş DDT bitirmə hərəkətindən istifadə sonralar bu, WWE tərəfindən bütün zamanların ən gözəl manevri adlandırıldı O, tez-tez ilan gətirirdi. rinqə, ən məşhuru Python cins python O, 1999-cu ildə çəkilmiş Döşəmədən kənarda sənədli filminin mövzularından biri olub.
Dead Oceans
Dead Oceans — 2007-ci ildə ABŞ-də yaradılmış müstəqil musiqi şirkəti.
Henk Şreyder
Henri R. "Henk" Şreyder (ing. Henry R. "Hank" Schrader) — Vins Qilliqanın yaratdığı "Breaking Bad" teleserialının personajlarından biri. Din Norris tərəfindən canlandırılmış bu personaj DEA (Narkotiklə Mübarizə İdarəsi) əməkdaşıdır. Norris "Ən yaxşısı Sola zəng et" spin-off teleserialında da rol almışdır. == Bioqrafiya == Henri R. Şreyder, serialın baş qəhrəmanı Volter Vaytın arvadının bacısı əridir. O, Albukerkedəki DEA şöbəsinin əməkdaşıdır. Serial boyunca o, Heisenberg adlı narkobaronun axtarışında iştirak edir — əslində onun öz qohumu Volter olduğundan xəbərsizdir. Henk onu tapmaq və həbs etmək üçün xüsusi tədbirlər görür.
İt Ceyk
İt Ceyk (ing. Jake the Dog) — Pendlton Vord tərəfindən yaradılmış "Macəra zamanı" cizgi serialının baş qəhrəmanlarından biri. O, "Adventure Time: Distant Lands" spin-off serialında da görünüb. Ceyk Con Di Macio tərəfindən səsləndirilmişdir. Serialda onun "it ili ilə 28 yaşı" var. Ceyk öz formasını və ölçüsünü dəyişmə qabiliyyətinə malikdir. O, bədənini istədiyi qədər böyüdə və kiçildə bilir. Ceykin tövsiyələri və məsləhətləri mükəmməl olmaya bilər, lakin o, övladlığa götürülmüş ögey qardaşı Finnə hər zaman bacardığı qədər dəstək olmağa çalışır. Ceykin gücləri ona döyüşlərdə və hərəkət etməkdə xeyli kömək edir, buna baxmayaraq o, çox vaxt güclərindən sadəcə əylənmək və hisslərini ifadə etmək üçün istifadə edir. Ceykin "Lady Raincorn" adında sevgilisi və onunla sahib olduğu beş övladı var.
Bənk
Bənk— İranın Buşehr ostanının Kəngan şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 8,753 nəfər və ya 1,751 ailədən ibarət idi.
Dərk
Dərk (kənd) — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Dərk çayı — Quba rayonu ərazisində çay. Dərketmə — insanın öz əqli və fiziki qabiliyyətlərinin öyrənilməsi və anlamasıdır.
Fərk
Fərk (fars. فرک‎) — İranda, Mərkəzi ostanında, Komican şəhristanının Mərkəz bəxşinin Vəfs dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 64 ailədə 137 nəfəri kişilər və 121 nəfəri qadınlar olmaqla cəmi 258 nəfərdir. Kəndin əhalisini tatlar təşkil edir, vəfscə danışırlar və şiə müsəlmandırlar.
Çeka
RSFSR Xalq Komissarları Soveti yanında Əksinqilab və Təxribatla Mübarizə üzrə Ümumrusiya Fövqəladə Komissiyası (rus. Всероссийская чрезвычайная комиссия по борьбе с контрреволюцией и саботажем при Совете народных комиссаров РСФСР, ВЧК при СНК РСФСР) və ya qısaca ÇK — SSRİ xüsusi təhlükəsizlik orqanı. Komissiya 7 dekabr 1917-ci ildə yaradılmışdır. 6 fevral 1922-ci ildə səlahiyyətlərin RSFSR XDİK-si yanında DSİ-yə verilməsi ilə ləğv edilmişdir. Robert Konkvestin məlumatına görə, 1917–1922-ci illərdə ÇK-nın inqilabi tribunallarının və məhkəmədənkənar iclaslarının hökmləri ilə ümumilikdə 140,000 adam güllələnmişdir. Sovet xüsusi xidmət orqanlarının tarixinin tədqiqatçılarından biri, polkovnik Oleq Mozoxin arxiv məlumatlarına əsaslanaraq bu rəqəmi tənqid etmişdir. Onun sözlərinə görə, “bütün qeyd-şərtlər və şişirtmələr nəzərə alındıqda ÇK orqanlarının qurbanlarının sayı 50 min nəfərdən çox ola bilməz". Komissiyanın ölkələrdə əksinqilabla mübarizə aparmaq üçün ərazi bölmələri var idi. "ÇK" abbreviaturasından "çekist" sözü yaranmışdır. == Vəzifələri == Vladimir Lenin onun formalaşmasında əsas ideoloqdur.
Ərak
Ərak (İran) — İran İslam Respublikasının Mərkəzi ostanında şəhər. Ərak (Tabasaran) — Dağıstan Respublikasının Tabasaran rayonunda yerləşən kənd.
Аfаk
Northrop B-2 Spirit
Nortrop B-2 "Spirit" (ing. Northrop B-2 Spirit) — Northrop Grumman şirkəti tərəfindən hazırlanan amerikan ağır az-sezilən strateji bombardmançı. Sıx Havadan müdafiyəni(HM) sıçramaq və adi yaxud nüvə silahını çatdırmaq üçün nəzərdə tutulur. Az-sezilməsi üçün stelz texnolojilərdən istifadə olunur: təyyarə radio-udan materialla örtülüb, "uçan qanad" aerodinamik sxem üzrə yaradılıb, mühərriklərin reaktiv axınları ekranlaşdırılır(əks olunur). == Xarakteristikası == Dünyada ən çox tanınan təyyarələrdən biri, aeorodinamik sxeminə görə “uçan qanad” adlanan “B-2 Spirit” bombardımançılarıdır. O həmçinin dünyanın ən məhvedici silahlarından biri sayılır. İlk başdan bu təyyarəni strateji nüvə bombardmançısı kimi layihələndirsələr də, soyuq müharibənin sonunda onu adi bombardmançı kimi modifikasiya etdilər. ”B-2” düşmənin Hava Hücumundan Müdafiə komplekslərindən yan keçə və 40 tona qədər bomba ilə 10 min kilometr məsafəni havada yanacaq doldurmadan qət edə bilir. ”Stels” texnologiyalı “B-2” –ni qorxulu edən onun radarlara yaxalanmamasıdır.
Spirit (Formula-1 komandası)
Spirit (orijinalda ing. Spirit Racing) - Formula-1-in 1981-ci ildə Böyük Britaniyada yaranmış ilk konstruktor komandası. Komanda 1982-ci ildə Avropada keçirilən Formula-2 Çempionatında, daha sonra 1983 və 1985-ci illərin Formula-1 sezonunda iştirak etmişdir. Formula-1-də keçirilən 23 yarışma içərisində komandanın ən yaxşı nəticəsi 1983-cü ildə Niderland qran-prisi ilə 7-ci yer olmuşdur. == Formula-2 == Spirit Racing - 1981-ci ilin avqust ayında mühərrik təchizatçıları vasitəsilə Formula-1-ə yenidən qoşulmaq istəyən Bridgestone və Hondanın dəstəyi ilə yarış komandasının keçmiş əməkdaşları Con Uikem, Qordon Koppak tərəfindən yaradılmışdır. Onlar 1982-ci ildə Avropada keçirilən Formula-2 Çempionatında iştirak etmək istədiklərindən komandaya Koppakla birlikdə Spirit 201 avtomobilinin layihəsini qurmaqla, onda Honda şirkətinin 2 litrlik hərəkətedici V6 mühərrikini yerləşdirməyə qərar verən eks-dizayner Maklaren Con Bolduini də komandaya cəlb etmişdilər. Malboro şirkətinin dəstəyi, eləcə də peşəkar sürücülər Stefan Johansson və Thierry Boutsen sayəsində komanda tez bir zamanda çempionatın 13 mərhələsindən 8-ci yerdə yarımmövqe tutmaqla, həmçinin üç yarışda (Butsen) qələbə qazanmaqla müvəffəqiyyət əldə etdi. == Formula-1 == Hələ 1982-ci ildə Formula-2 Çempionatı tamamlanmamışdan əvvəl Honda Formula-1 üçün turbo mühərriklərin prototipini buraxdı. Prototip mühərriki aldıqdan sonra komanda Spirit Formula-1-in qaydalarına uyğun olaraq avtomobil Spirit 201-in şossesini dəyişməklə, 1983-cü ilin Formula-1 yarışmasında iştirakını planlaşdırmaqla, 1982-ci ilin noyabr ayından yeni mühərriklə Silverstone marşrutu istiqamətində sınağa başladı. Hondanın maliyyə bazası ilk Formula-1 yarışmasındakı iştirakı kimi yenidən kölgədə qalmağa və digər Formula-1 yarışmaçıları ilə sınaq yarışlarından, eləcə də Kaliforniyadakı Villou Sprinqs və Riverside yarışlarından da imtina etməyə çalışırdı.
Spirit of the Night
Spirit of the Night (azərb. Gecənin ruhu‎) — San-Marinonun 2017 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. San Marinolu ifaçı Valentina Monetta və Amerikalı ifaçıCimmi Vilson duet şəklində ifa etdikləri "Spirit of the Night" mahnısı ilə San-Marinonu Avroviziya 2017-də təmsil etmişdir. Mahnının musiqisi Ralf Ziqel, sözləri isə Steven Barnakl və Cutta Staudenmayerə aiddir.