WEEK-OLD

adj həftəlik; a ~ child bir həftəlik uşaq

WEEK-END
WEEKLY
OBASTAN VİKİ
Old Trafford
Old Trafford — İngiltərənin Mançester şəhərində yerləşən və "Mançester Yunayted" klubunun ev oyunlarını oynadığı 75,643 nəfərlik tutumu ilə Böyük Britaniyada 3-cü, Avropada isə 11-ci ən böyük stadiondur. Trafford şəhərinin Greater Mançester səmtində yerləşmişdir. Ser Bobbi Çarlton tərəfindən bu stadiona "Xəyalların Teatrı" ləqəbi verilmişdir. 1910-cu ildən bəri "Mançester Yunayted"in stadionudur. Amma İkinci dünya müharibəsi zamanı stadionun bombalanması səbəbiylə 1941-ci ildə 1949-a qədər "Mançester Yunayted" matçlarını "Mançester Siti" ilə birgə "Maine Road"da oynamaq məcburiyyətində qalmışdır. Stadiona ən çox azarkeş 1939-cu ildə FA kubokunun Vulverhempton Vonderers və Qrimsbi Taun klubları arasında keçirilən yarım-final oyununda qeydə alınmışdır ki, həmin oyunda stadiona 76,962 nəfər gəlmişdir. Gələcəkdə stadionun Cənub istiqamətində olan hissəsinə ikinci yarus əlavə olunaraq tutumun 95,000 nəfərə çatdırılması planlaşdırılır.Old Trafford indiyə qədər FA kubokunun yarım-final oyunlarına, İngiltərə çempionatının oyunlarına, 1966-cı ildə Dünya, 1996-cı ildə Avropa çempionatının bir sıra oyunlarına, 2003-cü il Çempionlar Liqasının finalına, həmçinin 2 dəfə reqbi üzrə Dünya Kubokunun final oyunlarına ev sahibliyi etmişdir. == Rekordlar == Old Trafforda ən çox tamaşaçı 25 mart 1939-cu ildə Vulverhempton Vonderers və Qrimsbi Taun komandaları arasında baş tutan FA kuboku yarım final matçında qeydə alınmışdır. Old Traffordda 31 mart 2007-ci il tarixində baş tutan Mançester Yunayted - Blekburn Rovers qarşılaşmasında isə 76,098 tamaşaçı qeydə alınmışdır və bu rəqəm İngiltərə Premyer Liqasında rekord hesab olunur. Old Trafforda qeyri-rəsmi oyun zamanı qeydə alınan rekord isə 5 avqust 2011-ci il tarixində Mançester Yunayted və Nyu-York Kosmos klubları arasında baş tutan qarşılaşma zamanı olmuşdur.
Old Dominion Universiteti
Old Dominion Universiteti (ing. Old Dominion University) ― ABŞ-nin Virciniya ştatının Norfolk şəhərində yerləşən dövlət universiteti.Əsası 1930-cu ildə Norfolkda Vilyam və Meri Kollecinin fəaliyyətə başlaması ilə qoyulmuşdur. 1969-cu ildən etibarən bugünkü adı ilə fəaliyyət göstərən qurum Virciniya ştatının ən böyük və ən qabaqcıl ali təhsil müəssisələrindən biridir. Hazırda 8 kollec və 1 aspirantura məktəbində 73 bakalavr, 60 magistr və 35 doktorantura proqramı üzrə dünyanın 89 ölkəsindən təhsil alan 25 minə yaxın tələbəsi vardır. Əsas kampusu isə Norfolk şəhərində yerləşir. Universitetin tədqiqat fəaliyyəti səlahiyyətli orqan olan Cənubi Kolleclər və Məktəblər Birliyi tərəfindən tənzimlənir. Bundan əlavə, universitet Cənub-Şərqi Universitetlərin Araşdırma Assosasiyasının üzvü və "Kolleclər üzrə milli dəniz tədqiqatları qrant proqramı", o cümlədən "Kolleclər üzrə milli kosmik tədqiqatlar qrant və təqaüd proqramı" kimi ABŞ dövlət proqramlarının tərkib hissəsidir. "Washington Monthly" jurnalının 2020-ci ildə ABŞ ali təhsil müəssisələri üzrə dərc etdiyi siyahıya görə Old Dominion Universiteti ən nüfuzlu 150 universitet arasındadır. Princeton Review şirkətinin sıralamasında Old Dominion Universiteti 5 il (2016-2021) ardıcıl olaraq ABŞ-nin cənub-şərqində yerləşən ən mütərəqqi universitetlərdən biri kimi göstərilmişdir. Bundan əlavə, ABŞ-nin Milli Elm Fondu, Old Dominion Universitetini "Yüksək tədqiqat fəaliyyətli" ali təhsil müəssisələri kateqoriyasına daxil etmişdir.
Old Trafford Stadionu
Old Trafford — İngiltərənin Mançester şəhərində yerləşən və "Mançester Yunayted" klubunun ev oyunlarını oynadığı 75,643 nəfərlik tutumu ilə Böyük Britaniyada 3-cü, Avropada isə 11-ci ən böyük stadiondur. Trafford şəhərinin Greater Mançester səmtində yerləşmişdir. Ser Bobbi Çarlton tərəfindən bu stadiona "Xəyalların Teatrı" ləqəbi verilmişdir. 1910-cu ildən bəri "Mançester Yunayted"in stadionudur. Amma İkinci dünya müharibəsi zamanı stadionun bombalanması səbəbiylə 1941-ci ildə 1949-a qədər "Mançester Yunayted" matçlarını "Mançester Siti" ilə birgə "Maine Road"da oynamaq məcburiyyətində qalmışdır. Stadiona ən çox azarkeş 1939-cu ildə FA kubokunun Vulverhempton Vonderers və Qrimsbi Taun klubları arasında keçirilən yarım-final oyununda qeydə alınmışdır ki, həmin oyunda stadiona 76,962 nəfər gəlmişdir. Gələcəkdə stadionun Cənub istiqamətində olan hissəsinə ikinci yarus əlavə olunaraq tutumun 95,000 nəfərə çatdırılması planlaşdırılır.Old Trafford indiyə qədər FA kubokunun yarım-final oyunlarına, İngiltərə çempionatının oyunlarına, 1966-cı ildə Dünya, 1996-cı ildə Avropa çempionatının bir sıra oyunlarına, 2003-cü il Çempionlar Liqasının finalına, həmçinin 2 dəfə reqbi üzrə Dünya Kubokunun final oyunlarına ev sahibliyi etmişdir. == Rekordlar == Old Trafforda ən çox tamaşaçı 25 mart 1939-cu ildə Vulverhempton Vonderers və Qrimsbi Taun komandaları arasında baş tutan FA kuboku yarım final matçında qeydə alınmışdır. Old Traffordda 31 mart 2007-ci il tarixində baş tutan Mançester Yunayted - Blekburn Rovers qarşılaşmasında isə 76,098 tamaşaçı qeydə alınmışdır və bu rəqəm İngiltərə Premyer Liqasında rekord hesab olunur. Old Trafforda qeyri-rəsmi oyun zamanı qeydə alınan rekord isə 5 avqust 2011-ci il tarixində Mançester Yunayted və Nyu-York Kosmos klubları arasında baş tutan qarşılaşma zamanı olmuşdur.
My Old Kentucky Home
"My Old Kentucky Home, Good-Night!" (Azərbaycan dilində, Mənim köhnə Kentukki evim, gecən xeyrə!) Stefan Foster tərəfindən təxminən 1852-ci ildə bəstələnmiş sentimental minstrel mahnıdır. O, 1853-cü ilin yanvarında Nyu-Yorkun Firth, Pond & Company adlı amerikan musiqi şirkəti tərəfindən dərc edilib. Foster, güman edilir ki, Harriyet Biçerin Tom dayının daxması romanından ilhamlanıb, buna sübut olaraq Fosterin eskiz dəftərindəki "Yazıq Tom dayı, gecən xeyrə!" adlı eskizi göstərmək olar. Bəziləri iddia etmişdi ki, Foster 1850-ci illərdə Bardstovn,Kentukkidəki ziyarət etdiyi Federal Hill adlı əkin sahəsindən ilhamlanıb. Lakin, bu ziyarətə dair birbaşa və ya çağdaş bir dəlil ortaya çıxmadı və bu iddia Vilyam Ostin, Ken Emerson və Con Tasker Hovard da daxil olmaqla ən məşhur Foster alimləri tərəfindən etiraz edildi. Mahnının şərhləri çox müxtəlifdir. Fosterin əksər alimləri, mahnının "Oh Susanna" və "De Camptown Races" kimi əvvəlki ədəbsiz komik minstrel mahnılarından fərqli olaraq sentimental minstrel mahnısı olduğu ilə razılaşırlar. Frederik Duqlas 1855-ci ildə yazdığı "Əsarətim və Azadlığım" adlı tərcümeyi-halında mahnının "köləyə qarşı simpatiya oyandırdığını və beləliklə köləlik əleyhinə prinsiplərin kök saldığı, böyüdüyü və çiçəkləndiyini" yazdı. Lakin, mahnının qaraüzlü minstrel şovlara daxil olması şöhrətinə böyük ölçüdə mənfi təsir göstərdi.
When We're Old
When We're Old (azərb. Biz yaşlanarkən‎) — Litvanın 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.Yeva Zasimauskayte "When We're Old" mahnısı ilə Litvanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmək hüququ əldə etmişdir. Mahnı Vıtautas Bikus tərəfindən bəstələnmişdir.
Plain old telephone service
Plain old telephone service (POTS; azərb. Adi köhnə telefon xidməti‎) — mis halqalar üzərində analoq siqnal ötürülməsindən istifadə edən səs səviyyəli telefon xidməti üçün istifadə olunan retronim. POTS 1876-cı ildən 1988-ci ilə qədər ABŞ-də İnteqrasiya Edilmiş Rəqəmsal Şəbəkənin (ISDN) Əsas dərəcə interfeysi (BRI), ardınca mobil telefon sistemləri və IP üzərindən səs (VoIP) təqdim edildiyi vaxta qədər telefon şirkətləri tərəfindən standart xidmət təklifi idi. POTS dünyanın bir çox yerlərində yaşayış və kiçik biznes xidmətlərinin telefon şəbəkəsinə qoşulmasının əsas forması olaraq qalır. Termin XIX əsrin sonlarında ictimai telefon sisteminin tətbiqindən bəri mövcud olan texnologiyanı əks etdirir. Bu, DTMF, elektron telefon stansiyaları və fiber-optik kommunikasiyanın ictimai telefona (PSTN) daxil edilməsinə baxmayaraq, əsasən dəyişməz formada qalmışdır. == Xüsusiyyətləri == POTS bir neçə aspektlə xarakterizə olunur: İki istiqamətli (tam dupleks) kommunikasiya. İki telli mis döngədə səs təzyiqi dalğalarının gərginlik analoqlarının balanslaşdırılmış siqnalizasiyasından istifadə 300–3,300 Hz dar tezlik diapazonu ilə məhdudlaşdırılmışdır və bu səs diapazonu adlanır. İnsanın 20–20,000 Hz eşitmə diapazonundan çox azdır. Zəng tonları "Pulse dialing" və DTMF BORSCHT funksiyaları: batareya təchizatı (B), həddindən artıq gərginlikdən qorunma (O), zəng (R), siqnal (S), kodlaşdırma (C), hibrid (H) və test (T) Döngə başlanğıcı, yerə başlama və E&M siqnalıBir çox zəng funksiyaları ABŞ-də 1980-ci illərdə telefon stansiyalarının kompüterləşdirilməsindən sonra telefon abunəçiləri üçün əlçatan olmuşdur.