Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Die Welt
«Velt» (alm. Die Welt‎ ) — alman işgüzar elitasının nümayəndələri tərəfindən məşhur olan «Aksel Şprinqer-ferlaq» nəşriyyatının nüfuzlu (709 min oxucu) gündəlik qəzeti. Bir çox analitik material dərc edir. İlk buraxılış 2 aprel 1946-cı ildə Hamburqda İngilis işğal orqanları tərəfindən buraxıldı. Tirajı — 251.000 nüsxə. Nəşr mühafizəkar bir oriyentasiyaya sadiqdir və ispaniyanın El Pais, italyan La Repubblica, fransız Le Figaro, belçika Le Soir və isveçrə Tages-Anzeiger və Tribune de Geneve-in də daxil olduğu LENA (Leading European Newspaper Alliance) yaradıcı ittifaqının qurucularından biridir. == Tarxi == Die Welt, 1946-cı ildə Hamburqda ingilis işğalçı qüvvələri tərəfindən Times qəzetinə əsaslanan "keyfiyyətli bir qəzet" çıxarmaq məqsədi ilə quruldu. Əvvəlcə xəbər və redaksiya məzmununu İngilis nöqteyi-nəzərindən yayımladı, lakin 1947-ci ildən biri İngilis və biri Alman olmaqla böyük məsələlərə dair iki aparıcı məqalə təqdim etmək siyasətini qəbul etdi. Qəzet Axel Springer tərəfindən 1953-cü ildə alınıb. 1993-cü ildə qəzetin tirajı 209 677 nüsxə təşkil edirdi.
Kelt
Keltlər — qədimlərdə Şimali İtaliya, Qalliya, İspaniya, Britaniya , İrlandiya və Fransada (Qərbi Avropa) məskunlaşan çoxsaylı tayfalar. Yunanlar onları "keltlər", romalılar — "qallar", sonralar Kiçik Asiyaya soxulmuş keltləri isə "qalatlar" adlandırmışlar. Kelt tayfaları nəsli icma ilə yaşayırdılar. Romanın Şimali İtaliyanı, Qalliyanı və İspaniyanı tutmasından sonra bu vilayətlərin kelt əhalisi romalı köçkünlərlə qaynayıb-qarışaraq müvafiq olaraq qall-Roma və qall-ispan xalqlarını əmələ gətirmişlər. Romalılar tərəfindən tutulmuş Britaniyada isə Romanın təsiri zəif olmuşdur. == Kelt mifologiyası və folkloru == Kelt mifologiyasına kelt politeizminin, yəni kelt çoxtanrılığının mifologiyası da deyilir. Kelt politeizmi dəmir dövründə yaşayan keltlərin dini idi. Kelt tayfalarında Gallar və İber yarımadasındakı keltlər daha sonra Roma imperatorluğunun tərkibinə keçmiş, lakin öz dinlərini və inanclarını qoruyub saxlaya bilməmişdir. Xristian olmuş və dillərini də itirmişlər. Keltlərin mifologiyası ilə bağlı görüşlər günümüzə roma və xristian mənbələri vasitəsilə çatmışdır.
Wolt
Wolt — Finlandiyanın qida və malların çatdırılması platforması ilə tanınan texnologiya şirkəti. Wolt-un proqramlarında (iOS və Android) və ya veb-saytında müştərilər platformanın restoranından və ticarət tərəfdaşlarından ərzaq və məişət əşyaları sifariş edə, sifarişlərini götürə, ya da platformanın kuryerləri tərəfindən məhsulun çatdırılmasını təmin edə bilərlər. Wolt həmçinin Wolt Market adlı öz ərzaq mağazalar şəbəkəsini idarə edir. Şirkətin baş ofisi Helsinkidə yerləşir. 2022-ci ilin may ayında Wolt Amerikan texnologiya şirkəti DoorDash tərəfindən satın alınıb. DoorDash bu gün 29 ölkədə fəaliyyət göstərir, onlardan 25-i Wolt məhsulu və brendi ilədir. == Tarixçə == Wolt 2014-cü ildə Slush-un keçmiş baş direktoru Miki Kuusi də daxil olmaqla 6 nəfər tərəfindən təsis edilib. Kuusi, DoorDash-ın Wolt-u satın almasından sonra DoorDash-ın ABŞ-dən kənardakı biznesinə cavabdehdir. Wolt Financial Times tərəfindən nəşr olunan "FT:1000 Avropanın Ən Sürətli İnkişaf edən Şirkətləri 2020" siyahısında ikinci yeri tutub. Wolt DoorDash tərəfindən satın alınmamışdan əvvəl ICONIQ Capital, Highland Europe, 83North, EQT Ventures, Tiger Global, DST Global, Prosus, KKR, Coatue, Inventure, Lifeline Ventures, Supercell təsisçisi və CEO-su İlkka Panen, Nokia sədri Risto Siilasmaa və digərləri daxil olmaqla investorlardan 856 milyon dollar vəsait toplayıb.
Böyük Belt
Böyük Belt (dan. Storebælt) şərq tərəfdən Lollan və Zelandiya, qərb tərəfdən Lanqelann və Fyun adaları arasında yerləşən boğaz. Böyük Kəmər Kattegat və Baltik dənizi birləşdirən üç ən böyük Danimarka boğazlarından biridir (o biri ikisi:Öresund və Kiçik Kəmər). Boğazın üzərindən 20 m. dərinliyində gəmi farvateri keçir və Baltik dənizinə vacib yollardan biri sayılır. Boğazda İsveç və Danimarkanı bağlayan bərə keçidi fəaliyyət göstərir Kil borusu tikiləndən sonra (1895) skandinaviya boğazları Atlantik okeana yeganə yol kimi artıq sayılmırdı və indi ancaq yerli üzgüçülük üçün istifadə olunur. Şərq küləklərinə görə qışda buzla donur. Burada yerləşən Sproqo adası boğazı şərq və qərb borusuna bölür. Onların üstündən iki hissədən ibarət olan Böyük Kəmər körpüsü tikilib. Həm də şərq borusunun altından dəmir yol tuneli keçir.
Femarn Belt
Femarn Belt (dan. Femern Bælt) — Baltik dənizinin qərb hissəsində, Kil və Meklenburq körfəzlərini birləşdirən və Almaniyanın Femarn ilə Danimarkanın Lollann adaları arasında yerləşən bir boğaz. Boğazdan keçən bərələr iki adadakı Puttqarden və Redbi şəhərlərini birləşdirir. Boğazın eni 18 kilometr, dərinliyi 20-30 metrə qədərdir. Boğazdakı cərəyan zəifdir və əsasən küləkdən asılıdır. == Boğazdan keçən körpü və tunel layihəsi == Danimarka və Almaniya hökumətləri 29 iyun 2007-ci ildə bərə marşrutunu əvəz edəcək bir körpü inşa etmək barədə razılığa gəlir. Körpü keçid müddətini bir saat qısalda bilər və daha çox tutum təmin edə bilər. 30 noyabr 2010-cu il tarixində tunel dizaynının körpü dizaynından daha üstün olduğu məlum olur. Belə bir genişləndirilmiş obyektin tikintisində daha az risk olur. 2011-ci ildə Danimarka parlamenti 2020-ci ildə açılması planlaşdırılan 5.1 milyard avroluq bir layihə böyük bir səs çoxluğu ilə (8 partiyadan yeddisi tərəfindən dəstəklənir) qəbul olunur.
KELT-9b
KELT-9b ekzoplanetdir, daha dəqiq desək, ultra isti Yupiterdir və Yerdən təqribən 670 işıq ili uzaqda yerləşən KELT-9-un son B tipli/ilkin A tipli ulduzunun orbitində fırlanır. Kilodegree Həddindən artıq Kiçik Teleskopunun (Kilodegree Extremely Little Telescope) köməyi ilə aşkar edilən KELT-9b-nin kəşfi 2016-cı ildə elan edilmişdir. == Ev sahibi ulduz == Ulduz Günəşdən 2,3 dəfə, kütləsi isə 2,6 dəfə böyükdür. Ev sahibi ulduz olan KELT-9-un səthinin temperaturu 10,170 K-dir, bu isə öz növbəsində, tranzit planeti olan bir ulduz üçün qeyri-adi dərəcədə istidir. KELT-9b-nin kəşfindən əvvəl, yalnız altı A tipli ulduzun planetləri olduğu bilinirdi, onlardan ən isti olan WASP-33, 7,430 K-da əhəmiyyətli dərəcədə soyuqdur; əvvəllər planetlərə ev sahibliyi edən B tipli ulduzların heç biri məlum deyildi. B9.5-A0 kimi təsnif edilən KELT-9 planeti olduğu bilinən ilk B tipli ulduz ola bilər. KELT-9b KELT-9-dan cəmi 0,03462 AU-luq məsafədə dairəvi, lakin güclü maili orbitdə yerləşir və onun orbital müddəti 1,5 gündən də azdır. == Fiziki xassələri == KELT-9b nisbətən böyük nəhəng planetdir və kütləsi Yupiterdən təxminən 2,8 dəfə böyükdür; lakin onun radiusunun Yupiterdən təxminən iki dəfə böyük olduğunu nəzərə alsaq, onun sıxlığı Yupiterinkinin yarısından azdır. Bir çox isti Yupiterlər kimi, KELT-9b da öz ulduzu ilə gelgit olaraq kilidlənir. Atmosferinin xarici sərhədi, demək olar ki, Roche lobuna çatır və bu, planetin öz ulduzundan aldığı həddindən artıq miqdardakı radiasiyaya görə sürətli bir formada atmosfer qaçışı yaşadığını göstərir, başqa sözlər öz atmosferini sürətlə itirir.
Kanye West
Ye (tam adı: Kanye Omari West; 8 iyun 1977, Atlanta, Corciya) — amerikalı repçi, müğənni, mahnı müəllifi, prodüser və dəb dizayneri. Atlanta şəhərində doğulub, Çikaqoda böyüyən Kanye Vest 2000-ci illərin əvvəllərində Roc-A-Fella Records səsyazma şirkətində gördüyü prodüserlik işləri ilə məşhurlaşmağa başlayıb. O, müxtəlif sənətçilərin sinqlları üçün prodüserlik etmiş, həm də "chipmunk soul" sempl üslubunu təkmilləşdirmişdir. Kanye 2004-cü ildə GOOD Music səsyazma şirkətini təsis edir. Onun buraxdığı ilk altı studiya albomu Rolling Stone tərəfindən 2020-ci ildə tərtib edilmiş "Bütün zamanların ən möhtəşəm 500 albomu" siyahısına daxil edilmişdir. Kanye bir çox sənətçi ilə ortaq albom hazırlamışdır – Jay-Z ilə "Watch the Throne" (2011), Kid Cudi ilə "Kids See Ghosts" (2018) və nəhayət Ty Dolla Sign ilə "Vultures 1" (2024) Dünyanın ən çox musiqi satışı həyata keçirən musiqiçilərindən biri olan Kanye, 160 milyondan çox səsyazma satmağa nail olmuşdur. Kanye 24 "Qremmi" qalibi olmuş, 75 dəfə namizədlik əldə etmiş, həm də Jay-Z ilə birlikdə ən çox mükafat qazanan repçilərdən biri olmuşdur. Time jurnalı onu 2005 və 2015-ci illərdə "100 ən nüfuzlu" insanlardan biri adına layiq görüb. Dəb dizayneri kimi Kanye, Nike, Louis Vuitton, Gap, A.P.C. moda markaları ilə tərəfdaşlıq etmişdir. O, Adidas ilə birlikdə Yeezy ayaqqabılarını təqdim etmişdir.
Kelt dilləri
Kelt dilləri — hind-avropa dil ailəsinə daxil olan qohum dillər qrupu.
Kelt dənizi
Kelt dənizi (ing. Celtic Sea) — Atlantik okeanının akvatoriyasına daxildir. Sahillərində İrlandiya, Böyük Britaniya və Fransa kimi dövlətlər yerləşir. Dənizin şimaldan Müqqəddəs Georgi boğazı ilə İrland dənizi, cənub-şərqdə Bristol körfəzi və La-Manşla əhatələnir, qərb və cənub hissədən kontinantal şelflə əhatələnir. Adı onun sahillərində yaşayan Keltlərin adından götürülmüşdür. Bir zamanlara qədər dənizin şimalı Müqqəddəs Georgi boğazının bir hissəsi jesab edilirdi. 1921-ci ildə dənizin Kelt dənizi adlandırılması ingilis dəniz araşdırmaçısı Ernest Vilyam Layons Holton tərəfindən irəli sürülmüşdür.
Kelt pişikotu
Kelt pişikotu (lat. Valeriana celtica) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin pişikotu cinsinə aid bitki növü.
Kelt qrupu
Kelt dilləri — hind-avropa dil ailəsinə daxil olan qohum dillər qrupu.
Kelt xaçı
Kelt xaçı — xristian xaçının kəsişən yerinə bir çevrə əlavə olunması ilə meydana gələr. Kelt Xristianlığın xarakteristika simvoludur, ancaq mənşəyi Xristianlıq əvvəlidir. Çevrə ilə birləşdirilmiş xaçların Xristianlıq əvvəlindən gələn bir çox növü vardır. Sıxlıqla Günəş xaçı olaraq adlandırılan bu cür xaçlara pagan Şimal-qərb Avropada (Skandinav mifologiyasında tanrı Odinin simvoludur.) və ya Pireneler və İber Yarımadasında rast gəlinə bilər. Ancaq Xristian xaçı ilə ortaq bir mənşə ya da əlaqəyə dair bir dəlil yoxdur.
Key West
Key West ABŞ-dakı Florida Keysin bir hissəsidir. Adanın uzunluğu 6.4 kilometr, eni 3.2 kilometrdir. Key West City və heç bir ölkə tərəfindən tanınmayan Conch Republic adadadır. 1950-ci illərin sonuna qədər adada bir çox duz gölməçəsi mövcud idi. Daha sonra bu gölməçələr dolduruldu.
Mark Felt
Uilyam Mark Felt (17 avqust 1913[…] – 18 dekabr 2008[…], Santa-Roza, Kaliforniya) — Federal Təhqiqat Bürosunun xüsusi agenti, sonradan sayca ikinci direktoru. Direktor olduğu müddətdə, "Dərin Boğaz" ləqəbi ilə, Vaşinqton Post Qəzetinin, Bob Vudvard və Karl Bernşteyn adlı iki müxbirinə gizli şəkildə, Uotergeyt qalmaqalı barədə məxfi məlumatlar ötürüb və nəticədə, 1974-cü ildə ölkəyə rəhbərlik edən, ABŞ-nin 37-ci prezidenti Riçard Niksonu istefaya məcbur edib. Bu məlumatların həqiqətən Felt tərəfindən ötürülməsi ilə bağlı ABŞ-də şüphələr yaranmasına baxmayaraq, bu sirr 30 il sonra öz sübutunu tapıb. 2005-ci ildə qızının təkidi ilə özünün "Dərin Boğaz" olduğunu mətbuata açıqlayıb. "Dərin Boğaz" əhvalatı mətbuat və qəzet tarixinin ən yaxşı qorunan sirri olaraq qəbul olunur.
West Tower
West Tower (azərb. Qərb qalası‎) — Liverpulun mərkəzində yerləşən 40 mərtəbəli göydələn. == Xüsusiyyətləri == Göydələn Liverpulda yerləşən ən hündür tikilidir. Tikili vahid memarlıq üslubunda (modernizm) inşa edilmişdir. 5-ci mərtəbədən 33-cü mərtəbəyə qədər dəbdəbəli mənzillər, 34-cü mərtəbədə isə panoramalı restoran var. Qalan mərtəbələri (6 mərtəbə) üst qatında yerləşən ayrı bir sahə. Binanın inşası şirkətə 35.000.000 funt sterlinqə başa gəldi.
Kelt dil qrupu
Kelt dilləri — hind-avropa dil ailəsinə daxil olan qohum dillər qrupu.
North West Construction
VIA 57 West
VIA 57 Qərb (ing. VIA 57 West) — Danimarka memarlıq firması “Bjarke Ingels Group” (BIG) dizaynı əsasında Nyu-York şəhərində inşa edilmiş yaşayış binası. Piramida formalı qüllə və ya tetrahedron formalı bina 142 metr hündürlüyə və 5 mərtəbəyə malikdir. Bina, 57-ci küçə, Cəhənnəm mətbəxi, Manhetten, Nyu-York ünvanında yerləşir. “The New York Times”ın verdiyi məlumata görə, binanın adı şəhərə gətirən Vest-Sayd-Hayvey avtomagistralının məhz binanın yerləşdiyi yerdən keçməsi ilə bağlıdır. == Tarixi == ABŞ investor və sahibkarı Duqlas Darst 2000-ci illərdə Danimarkada olarkən memar Byarke İngels ilə görüşür. 2010-cu ilin fevralında memarın Kopenhagendəki studiyasını ziyarət edən Darst “onun işlərinin əsas heyranedici cəhətinin hər bir dizaynın bir-birindən fərqlənməsi və xırda detalların yerli mühitə uyğunlaşdırılması”nı görür. 2010-cu ilin yazında “Durst Fetner Residential” şirkəti “BIG” şirkətinə Manhettendə yeni yaşayış binası inşa etməyi sifariş edir. W57 adlandırılmış yaşayış binası layihəsinin inkişafı və həyata keçirilməsi üçün 2011-ci ildə “BIG” Nyu-York ofisini açır. 2012-ci ilin ortalarında ofis işçilərinin sayı 50 nəfərə çatır, 2015-ci ildə isə şirkət Nyu-Yorkda 150 nəfəri işə cəlb edir.
Walt Disney Dünyası
Walt Disney World (Volt Disney dünyası) və Disney dünyası kimi adlandırılan Walt Disney World Resort, ABŞ-nin Florida ştatındakı Orlando və Kissimmee şəhərləri yaxınlığında Bay Lake və Lake Buena Vista əyləncə kompleksidir. 1 oktyabr 1971-ci ildə açılan kurort The Walt Disney şirkətinin bir bölməsi olan Disney Parkları tərəfindən idarə olunur. İlk olaraq Walt Disney World Company tərəfindən idarə edildi. Mülk 25,000 acreni (39 kv. mil; 101 km²) əhatə edir , bunun yalnız yarısı istifadə edilmişdir. Kurort dörd tematik park ( Magic Kingdom, Epcot, Disney Hollywood Studios və Disney's Animal Kingdom-dan ibarətdir ), iki su parkı, 27 tematik kurort oteli, doqquz Disney olmayan otel, bir neçə golf kursu, bir düşərgə və digər əyləncələrdən, Disney Springs açıq ticarət mərkəzi də daxil olmaqla məkanlardan ibarətdir. 1960-cı illərdə Walt Disney 1955-ci ildə açdığı Kaliforniyanın Anaheim bölgəsində Disneylendi tamamlamaq üçün hazırlamışdır. "Florida Layihəsi", məlum olduğu kimi, özünəməxsus attraksionları ilə fərqli bir görünüş təqdim etmək üçün nəzərdə tutulmuşdu. Volt Disneyin orijinal planları, yeni şəhərdə yaşayan yeniliklər üçün bir test yatağı olaraq hazırlanması planlaşdırılan bir cəmiyyətin " Sabahın Təcrübəli Prototip Cəmiyyəti " nin (EPCOT) daxil olmasını da çağırdı. Volt Disney, 15 dekabr 1966-cı ildə, kompleksin ilkin planlaşdırılması zamanı öldü.
Walt Disney Pictures
Walt Disney Pictures — həm Yaponiya, həm də ABŞ-də bölməsi olan 1983-cü ildə yaradılan Amerika kino kampaniyasıdır. Bundan öncə bütün Disney filmləri "Walt Disney Productions" adı altında istehsal edilirdi. Cizgi film kampaniyasının loqotipindəki qəsr "Yatmış gözəl"in qəsrini canlandırırdı. 2006-cı ildən etibarən kampaniyanın loqotipi dəyişdirilir. 14 dekabr 2017-ci ildə Walt Disney Pictures 52.7 milyard ABŞ dolları qiymətinə 20th Century Fox şirkətinin televiziya və kino aktivlərini (buraya X-adamlar, Avatar, Fantastik dördlük, Meymunlar planeti, Simpsonlar, Qriffinlər, Buz dövrü, The Brave Little Toaster, Mighty Joe Young, Walt Disney’s Fables 1 Walt Disney’s Fables 2 Walt Disney’s Fables 3 Walt Disney’s Fables 4 Walt Disney’s Fables 5 Walt Disney’s Fables 6 Walt Disney's Timeless Tales 1 Walt Disney's Timeless Tales 2 Walt Disney's Timeless Tales 3 Evdə tək, Amerikan ata! franşizaları daxildir) alıb.
West Melbourne, Florida
Vest Melburn, ABŞ-nin Florida ştatının Brevard dairəsində yerləşən bir şəhərdir. 26 Noyabr 2009 tarixində şəhərin əhalisi 18.155 nəfər olmuşdur. == Demoqrafiya == === 2010-cu il siyahıya alması === 15 Mart 2010-cu il tarixində aparılmış siyahıya alınmaya görə, şəhərdə 11.487 nəfər, 5.176 ev və 3.207 ailə var. Şəhərin əhali bölgüsünə görə əhali 79.0% Ağ, 11.3% Afroamerikalı, 0.3% Yerli Amerikalı, 5.2% Asiya mənşəli, 0.1% Sakit okean adaları mənşəli, 1.1% digər qruplardan ibarətdir.
Şotland kelt dili
Şotland kelt dili və ya Gel dili (Gàidhlig; ing. Scottish Gaelic, və ya Scots Gaelic) — kelt dillərinin Hoydel qolunun nümayəndəsi, daşıyıcıları olan -kelt qəl xalqı -adətən dağlıq Şotlandiyada və Hebrid adalarında yaşayırlar. Daşıyıcılarının sayı Şotlandiyada 58 652 nəfər(2001) və 500-1000 arası Kanadada (Yeni Şotlandiya əyaləti, əsasən Keyp-Breton adası). Dil daşıyıcılarının kiçik qrupları ABŞ, Avstraliya, Yeni Zelandiya, Cənubi Afrika Respublikasında var. Daşıyıcıların dünyada sayı təxminən 60 min nəfərdir. Şotlandiyanın düzənlik ərazisində yayılmış ingilis dilinə qohum, german dil qrupuna aid skoç dili ilə fərqli dillərdir.
Silk Way West Airlines
Silk Way West Airlines — baş ofisi və əsas əməliyyat bazası Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşən Azərbaycan hava yükdaşımaları şirkəti. == Silk Way Group == Silk Way West Airlines daha iki şirkətin – Silk Way Airlines və Silk Way Technics şirkətlərinin daxil olduğu Silk Way Group şirkətlər qrupunun tərkib hissəsidir. == Tarixçə == 2012-ci ildə Bakıda, İpək Yolunun mərkəzində əsası qoyulan Silk Way West Airlines Xəzər dənizi regionunun ən böyük hava yükdaşımaları şirkətidir. == Donanma == Heydər Əliyev Beynəlxalq Aeroportu mərkəzli aviaşirkət 12 Boeing 747-8F və 747-400F təyyarələrindən ibarət donanması vasitəsilə dünyanın müxtəlif ölkələrinə ayda 350-dək uçuş həyata keçirir. Aviaşirkətin illik yük dövriyyəsi 420 000 tondan artıqdır. Artmaqda olan marşrut şəbəkəsi Avropa, MDB ölkələri, Orta Şərq, Mərkəzi və Şərqi Asiya, habelə Şimali və Cənubi Amerikada 40-dan artıq istiqaməti əhatə edir. 28 aprel 2021-ci il tarixdə Silk Way West Airlines şirkəti Boeing ilə ən müasir 777F təyyarələrinin alınması barədə strateji müqavilə imzalamaqla donanmasının genişləndirilməsi istiqamətində mühüm addım atıb. == Mükafatlar == 2015-ci ildən Beynəlxalq Hava Nəqliyyat Birliyinin (IATA) üzvü olan Silk Way West Airlines hava yükdaşımaları üçün nəzərdə tutulmuş bütün beynəlxalq təhlükəsizlik tələblərinə cavab verir. Cənubi Koreyanın İnçxon hava limanı Silk Way West Airlines şirkətini nüfuzlu “2020-ci ilin yükdaşıma aviaşirkəti” mükafatına layiq görüb. Aviadaşıyıcı əczaçılıq məhsullarının standartlara uyğun şəkildə daşınmasını nəzərdə tutan GDP (Good Distribution Practice) sertifikatı sahibidir.
The Walt Disney Company
The Walt Disney Company (Volt Disney Kompani və ya sadəcə Disney) — əyləncə sənayesi üzrə dünyanın ən böyük konqlomeratı. 1923-cü ildə Volt və Roy Disney qardaşları tərəfindən əsası qoyulmuşdur.
Love Never Felt So Good
Love Never Felt So Good — Maykl Ceksonun ölümündən sonra yayımlanan ikinci studiya albomu olan Xscape albomunda yer alan mahnı. Albomdakı ilk sinql olaraq 2 may 2014-cü ildə yayımlanmışdır. Castin Timberleyklə duet versiyası diskin delüks versiyasına daxil edilmişdir. Mahnı ilk dəfə 1980-cü ildə yazılmış, 2013-2014-cü illərdə yenidən işlənmişdir. Mahnının müəllifləri Maykl Cekson və bəstəkar Pol Ankadır. "Love Never Felt So Good" amerikan Billboard Hot 100 çartında doqquzuncu yerədək yüksəldi və beləliklə Maykl Cekson 1971-ci ildən başlayaraq ard-arda beş onillik ərzində çartların ilk onluğuna daxil olan yeganə çart kimi tarixə düşdü.
Reyyan ibn Səlt
Reyyan ibn Səlt (ərəb. الريّان بن الصلت‎) — 8-ci şiə imamı Rzanın səhabəsi. Rzadan bəhs edən Rza əleyhissalamın itrət və ümmətin fərqi haqqında kəlamı kitabının müəllifi. == Haqqında deyilmiş sözlər == == Əsərləri == Rza əleyhissalamın itrət və ümmətin fərqi haqqında kəlamı == İstinadlar == == Mənbə == Elmeddin. "Reyyan b. Səlt r.a-ın "Rıza a.s-ın itrət və ümmətin fərqi haqqındaki kəlamı" kitabı" ( (ərəb.) və (az.)). 313news.net/forum. 2014-02-04. 2015-01-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-01.
Alet
Alet (Mikena çarı) — yunan mifologiyasında personaj. Alet (Korinf çarı) — yunan mifologiyasında personaj.
Kəlt-i Süfla (Xoy)
Kəlt-i Süfla (fars. كلتسفلي‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 485 nəfər yaşayır (87 ailə).
Kəlt-i Ülya (Xoy)
Kəlt-i Ülya (fars. ‎‎كلتعليا‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 292 nəfər yaşayır (50 ailə).
Bent
Bent — İranın Sistan və Bəlucistan ostanının Nikşəhr şəhristanının Bent bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,302 nəfər və 822 ailədən ibarət idi.
Best
Best (Urmiya) — İranda kənd. Best Buy — ABŞ-də yerləşən beynəlxalq elektronik pərakəndə satış həyata keçirən şirkət. Best Of '98 (albom) — The Best (mahnı) — Şəxslər Corc Best — Şiamli İrlandiya futbolçusu. Pit Best — İngilis musiqiçi.
Alət
Alət — obyektə təsir etmək üçün əl ilə idarə edilən sadə qurğu, predmet və ya maşın. Onunla obyekt öyrənilir, ölçülür və ya dəyişilir. Geniş mənada obyekti dəyişmək və ya yaratmaq üçün istifadə edilən vasitə. O ancaq əmək aləti olaraq köməkçi vasitə deyil. == Alət anlayışı == "Alət" heç də bütün maşən və qurğular demək deyil. Alət dedikdə əllə istifadə edilə bilən, daşınan və ötürülə bilən qeyri-stasionar qurğular başa düşülür. Təbiətdə alətlərin məqsədli hazırlanması qabiliyyəti insanlarla yanaşı bəzi heyvanlara da aiddir. Hissənin alətlə emalı insan və heyvanın fiziki gücünün istifadəsi və ya maşınların tətbiqi ilə həyata keçirilir. Aləti sərbəst olaraq tətbiq edən maşın və dəzgahlar alət hesab edilmir. Ümumlilkdə alət aşağıdakı hallara xasdır: Dülgərlik işləri (çəkic, yiyə, açar), Presləmə və yayma prosesləri (formalar), Dəzgahlarda tətiq olunan kəsmə əməliyyatları (kəski, frez, burğu) İnformasiya texnologiyasında yeni proqramların yaradılmasında (kompayler, interpreter).