WELL-RUN

adj yaxşı fəaliyyət göstərən, yaxşı işləyən (müəssisə, dükan və s.)

WELL-REGULATED
WELL-SET
OBASTAN VİKİ
Run əlifbası
Run əlifbası kəhanət məqsədləri üçün istifadə olunan simvollardan ibarət, təxminən e.ə. 200-cü ildə yaradılmış qədim Skandinaviya əlifbasıdır. Qədim skandinav mifinə görə tanrı Odin doqquz gün yaralı şəkildə İqqdrasil ağacından (dünya ağacı) başı-aşağı asılaraq Run əlifbasını aşkar etmişdi. Üç məlum Run əlifbası var: "böyük" və "kiçik" Futark (Futark bu əlifbanın ilk altı hərfinin transliterasiyasıdır), Anqlo-Sakson futorku və Danimarka skript əlifbası. "Rune" pıçıltı, sirr, gizli hikmət deməkdir. Böyük Futark ən qədim əlifbadır və 24 hərfdən ibarətdir. Müxtəlif dövrlərdə ən az on altı, ən çox isə otuz üç run simvolu mövcud olmuşdur. Run əlifbası əvvəllər dini məqsədlər üçün istifadə edilmişdir və bəzi alimlər inanırlar ki, qədimdə sadəcə run əlifbasının oxunması ilə məşğul olan xüsusi sinif kahinlər mövcud olmuşdur. Uzun illər ərzində bir çox permutasiya və dəyişikliklər "böyük" və "kiçik" Futark və Danimarka "qısa çubuq" şrifti daxil olmaqla bir neçə variantın yaranmasına səbəb olmuşdur. Nəhayət, on altı simvoldan ibarət əlifbadan daha geniş miqyasda istifadə olunmağa başlanmışdır.
Temple Run
Temple Run (azərb. Məbəd qaçışı‎) — mobil qurğular üçün kompüter oyunudur. Oyun Imangi Studios studiyası tərəfindən "sonsuz ranner" janrında hazırlanmışdır. == Ssenari == Oyunun ssenarisi - iblisanə meymunlar tərəfindən qorunan məbəddən bütün əşyaları oğurlamağa çalışan tədqiqatçılardan bəhs edir. Oyunçu sensor ekranda, sadə jestlərin köməyi ilə tədqiqatçılara nəzarət edir. Oyunun hədəfi — mümkün qədər tez qaçmaq və özünüiblisanə meymunlardan qorumaqdan ibarətdir. Oyunda səviyyələr (etaplar) mövcud deyil və oyunun sonu yoxdur; oyunda əsas hərəkət qaçmaq, maneələrdən tullanmaq (barmağın yuxarı hərəkəti), sürüşməkdən (barmağın aşağı hərəkəti) ibarətdir. Oyunda məbəddən başlayaraq gedilmiş yol qeydə alınır. Oyunçunun qaçışı gedişatında həmişə meymunlar təqib edirlər. Oyun zamanı oyunçu sola və ya sağa istiqamət ilə hərəkət edərək qənimətləri toplaya bilər.
Albrext fon Run
Albrext fon Run (alm. Albrecht Theodor Emil Graf von Roon‎; 30 aprel 1803 – 23 fevral 1879, Berlin) — qraf (19 yanvar 1871-ci il), alman hərbi və siyasi xadimi, Prussiya general-feldmarşalı (1 yanvar 1873-cü il). 2 sentyabr 1859-cu ildən Prussiyanın hərbi naziri, bu vəzifədə 1873-cü ilədək qaldı. Bir sıra əhəmiyyətli hərbi islahatlar keçirdi, hərbi qulluq üç illik oldu, ordunu daha çevik vəziyyətə gətirdi. Prussiyanın 1864-cü ildə Danimarka ilə , 1866-cı ildə Avstriya ilə , 1870–1871-ci ildə Fransa ilə muharibələrində qələbə çalmasında böyük rol oynadı. I Vilhelm ilə hərbidən dost idi və ona Otto fon Bismarkı kansler təyin etməyi məsləhət bilmişdi. == Ədəbiyyat == Roon W. von: Denkwürdigkeiten aus dem Leben des General-Feldmarschalls Kriegministers Grafen von Roon, Bd.1–2, Breslau 1892. == İstinadlar == Vikianbarda Albrext fon Run ilə əlaqəli mediafayllar var.
Run with the Lions
Run with the Lions (azərb. Şirlərlə qaç‎) — Litvanın 2019 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Yuriyus Veklenko "Run with the Lions" mahnısı ilə Litvanı İsrailin Tel-Əviv şəhərində keçirilən Avroviziya 2019-da təmsil etmişdir. Mahnı Eşli Hiklin, Erik Lumyere və Pele Loriano tərəfindən bəstələnmişdir.