Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Waiting for Cousteau
Waiting for Cousteau ( Fransız: En assistant Cousteau ) Jan Mişel Jarrın 1990-cı ildə Polydor lisenziyası iləDisques Dreyfus tərəfindən buraxılmış albomudur.Bu albom Jak-İv Kustoya həsr olunub və 11 iyun 1990-cı ildə onun 80 illik yubileyində işıq üzü görüb.Albomun adının Samuel Beckettin " Witing for Godot" əsərindən ilhamlandığı deyilir.[mənbə göstərin] .
Waiting for the End
Waiting for the End – Linkin Parkın dördüncü studiya albomu olan A Thousand Sunsdan çıxan 2-ci sinqlı. 1 oktyabr 2010-cu il tarixində çıxmışdır. Klipi isə 8 oktyabr 2010-cu il tarixində Co Han prodüserliyi ilə çıxarılmışdır. Sinql çıxdıqdan sonra "Guitar Hero: Warriors of Rock" adlı oyunun soundtreki olmuşdur. == Sinqldakılar == "Waiting for the End" – 3:51 "The Catalyst ("Guitarmagedon" DIOYY? Remix) – 3:06 == Klipi == Waiting for the End klipi xüsusi effektlər vasitəsi ilə çəkilmişdir. Klipə Co Han prodüserlik etmişdir.
I've Been Waiting for This Night
I've Been Waiting for This Night (azərb. Mən bu gecəni gözləyirdim‎) — Litvanın 2016 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.Donni Montell "I've Been Waiting for This Night" mahnısı ilə Litvanı İsveçin paytaxtı Stokholm şəhərində keçirilən Avroviziya 2016-da təmsil etmişdir. Mahnı İsveç bəstəkarları Conas Tander və Beatris Robertsson tərəfindən bəstələnmişdir.
Riding
Redinq — Böyük Britaniyada, İngiltərədə şəhər.
Driving Miss Daisy
Xanım Deyzinin sürücüsü — Morgan Freeman, Jessica Tandy və Den Aykroydun baş rollarda oynadığı 4 Oskar nominasiyalı və 5 Oskar nominasiyasına da namizəd olmuş komediya-dram filmidir. == Süjet xətti == Miss Daisy Werthan (Jessica Tandy) 1950-ci illərdə yaxşı həyat sürən, lakin özünü heç vaxt zəngin görməyən və kasıb günlərini də heç vaxt unutmayan təvazökar yaşlı bir qadındır. O avtomobil sürməkdə bəzi problemlər yaşayır; başqalarının bağlarına girir, qəzaya düşür və s. Deyzinin keçmiş müəllim olan oğlu, Boolie (Dan Aykroyd) iş yerində bacarıqlarını gördüyü Hoke (Morgan Freeman) adlı bir adamı anasının sürücüsü olaraq işə götürür. Hokedən əvvəl onlarla yalnız İdellay (Ester Rolle) ilə işləmişdirlər. Lakin Daisy sürücü istəmir, çünki Hokenin çoxlu səhvlərə yol verdiyini və pis bir insan olduğunu düşünür. Onu dəfələrlə danlayır, onunla yola getmir. Nəhayət, Hoke Deysini yaxşı sürücü olacağına inandırır. Bu arada Daisinin bilmədiyi bir şey vardır ki, o da, gələcəkdə Hokeni çox sevəcəyidir.
Entertainment Software Rating Board
Entertainment Software Rating Board (ESRB) - ABŞ və Kanadada kompüter video-oyunları və başqa əyləncəli proqram təminatı üçün reytinqlərin qəbul və təyin olunması ilə məşğul olan qeyri-hökumət təşkilatı. 1994-cü ildə Interactive Digital Software Association (indiki adı – Entertainment Software Association) tərəfindən yaradılıb. Oyunun reytinqi məhsulun bağlamasının üzərində çap olunur, onun reklamında yerləşdirilir və saytında göstərilir. İstehsalçı şirkət rəsmi olaraq satışa buraxılmayanadək ona reytinq almağa borclu deyil, çünki işlənib hazırlanma gedişində oyunun məzmunu əhəmiyyətli dərəcədə dəyişilə bilər. Reytinq iki hissədən ibarətdir: reytinq nişanından və məzmunun qısa təsvirindən. Reytinq nişanı, adətən, bağlamanın üz tərəfində sol, yaxud sağ aşağı küncdə yerləşir və oyun üçün ən münasib yaş kateqoriyasını müəyyənləşdirir. Məzmunun təsviri qutunun arxa tərəfində, adətən, sol, yaxud sağ aşağı küncdə yerləşdirilir və oyunun məzmunun bəzi elementlərini sadalayır. ESRB reytinqlərinin loqotipində oyunun tövsiyə olunduğu yaş kateqoriyasının adının başlanğıc hərfləri göstərilir. Hazırda aşağıdakı loqotiplərdən istifadə olunur: • “EC” (“Early childhood”) – “Kiçik yaşlı uşaqlar”; • “E” (“Everyone”) – “Hər kəs”; • “E10+” (“Everyone 10 and older”) – “10 yaşdan yuxarı hər kəs”; • “T” (“Teen”) – “Yeniyetmələr”; • “M” (“Mature”) – “Yetkin yaşlılar”; • “AO” (“Adults Only 18+”) – “Yalnız böyüklər”; • “RP” (“Rating Pending”) – “Reytinq gözlənilir”. Əvvəllər mövcud olmuş “K-A” (“Kids to Adults”) – “Uşaqdan böyüyədək” reytinqi 1998-ci ildə “E” (“Everyone”) ilə əvəz olunub.
Brifinq
Brifinq (ing. brief - qısa) — mətbuat nümayəndələrinin qısa yığıncağı. Belə toplantıda xüsusi səlahiyyətli şəxs tərəfindən hökumətin, hər hansı partiyanın, təşkilatın və ya ayrıca siyasi xadimin müəyyən məsələ üzrə mövqeyi açıqlanır. == İctimaiyyətlə əlaqələr == KİV ilə iş aparıldıqda brifinq bir məsələyə həsr olunmuş qısa mətbuat konfransıdır. Rəsmi şəxslərin kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşü, rəsmi mövqenin ifadə edildiyi məqamda hər hansı bir problemlə bağlı qısa məlumat verilir(adətən, mətbuat konfransından fərqli olaraq, dəvət olunanların suallarına cavab vermədən). Mətbuat konfransından fərqli olaraq, təqdimat hissəsinin movcud olmaması ilə fərqlənir. Bundan başqa, brifinq qapalı xarakter daşıyır, ona yalnız əvvəlcədən müəyyən edilmiş KİV nümayəndələri dəvət olunur. == Aviasiya == Mülki və hərbi aviasiyada pilotların və uçuş ekipajlarının uçuşqabağı və ya uçuşdan sonrakı hazırlığının elementi. Brifinqdə lazımi meteoinformasiya çatdırılır, hava məkanından istifadəyə dair məhdudiyyətlər, prosedur aspektləri təkrarlanır, məlumatın çapı paylanır, uçuşların yerinə yetirilməsi üçün lazım olan məlumatların çapı paylanılır, həmçinin konsultasiya aparılır. Brifinqin formatı və həcmi Aviasiya fəaliyyətinin növündən asılıdır.
Frikinq
1970 - Telefon Frikerləri və Cap'n Crunch Frikerlər yerli və beynəlxalq telefon şəbəkələrini (setlərini) qıraraq (virtual yolla), pulsuz danışıq əldə edirlər. Onlardan ən məşhurlarından biri - ”Frikerlərin atası” Con Dreyperdir. Con Dreyper frikerlik aləmində “Cap'n Crunch” ləqəbiylə məşhurdur. Günlərin birində Con Dreyper Cap'n Crunch adlı bir məkanda qutuda fit suvenir tapır, hansı ki, bu saatda 2600 hers (fizikada: rəqs tezliyi ölçü vahidi) səs yayır və AT&T kimi telefon şəbəkələrində elektrik siqnalları ilə üst-üstə düşürdü. O, ilk mavi qutunu (BLUE BOX) fitin içində yerləşdirir, hansı ki, telefonun mikrofonundakı fıştırıq pulsuz danışıq üçün şərait yaradırdı. Amma tezliklə Esquire jurnalı “Mavi qutunun kiçik sirləri” adlı məqalə dərc edir. Həmin məqalədə onun quruluşu və istifadəsi göstərilmişdi. ”Mavi qutuların” ev şəraitində istehsalına və onların satışında kollecdəki tələbə dostlar - Stiv Voznyak və Stiv Cobs məşğul idilər. Hansı ki, bu iki məşhur şəxs sonralar Alma kompüterlərin (Apple Computer) əsasını qoyanlardan biri idilər.
Qrikinq
“Moltanı dili”, qrikinq (ing.greeking, ru.“китайская грамота”, грикинг) — 1. Ekrana verilərkən həddindən artıq kiçik olan və ya oxunmaz olan mətnin əks etdirilməsi üçün boz rəngli düzbucaqlıların və ya qondarma simvolların tətbiqi. Bu üsuldan, məsələn, masaüstü nəşriyyat sistemlərində istifadə olunur; belə ki, istifadəçi bir və ya iki səhifənin strukturuna baxmaq istəyir, ancaq verilmiş çözümlülükdə mətnin özünü dəqiq vermək mümkün olmur. 2. Qrafik mühitdə: sənədin strukturunu göstərmək üçün onun tərkibini nəzərə almadan maketdə qondarma mətndən istifadə edilməsi. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Mitinq
Mitinq - müəyyən kütlənin hər hansı siyasi, mədəni və s. tələblərini bəyan etmək üçün müəyyən məkanda toplaşmasıdır.
Ridinq
Redinq — Böyük Britaniyada, İngiltərədə şəhər.
Rutinq
Rutinq — Rutinq Android ƏS-də çalışan telefon (planşet) sahibinə "superuser" hüquqları — sisteminə qoşulma və dəyişiklik etmə imkanı verir.
Ridinq (Pensilvaniya)
Ridinq — Amerika Birləşmiş Ştatlarının Pensilvaniya ştatının Berks əyalətində şəhər. 87.575 əhalisi olan bu şəhər Pensilvaniyada beşinci böyük şəhərdir. Ştatın cənub-şərq hissəsində yerləşir və Böyük Ridinq ərazisinin əsas şəhəridir. 2010-cu ilin siyahıyaalmasına görə, ölkə ərazisində yoxsul vətəndaşların ən yüksək payı Ridinq şəhərindədir.Son illərdə Ridinq velosipedlərin dayanaçağına çevrilmişdir. Şəhər Beynəlxalq Dağ Velosiped Assosiasiyasının Hərəkət Mərkəzidir və 2017-ci il sentyabr ayının 8-9-da Ridinq Redsport Festivalına ev sahibliyi etmişdir. == Tarixi == Delavarlar hindliləri kimi tanınan Delavarlar Ridinq ərazisində məskunlaşan ilk xalq hesab olunurlar. Pensilvaniya koloniyası 1680-ci ildə yaradılmışdır və torpaq sahəsi İngiltərə kralı II Çarlesdən Uilyam Pennə hədiyyə edilmişdir. 120000 km2 -dən çox torpağa sahib olan bu hədiyyə onun atası Ser Uilyam Pennin şərəfinə adlandırılmışdır. == Coğrafiyası == Ridinq Filadelfiyadan 105 km şimaı-qərbdə Pensilvaniya ştatında yerləşir. ABŞ siyahıyaalma bürosunun məluamtlarına əsasən,şəhərin ümumi sahəsi 26 km²-dir.
Editinq Enn Dunham
Stenli Enn Danhem (29 noyabr 1942, Viçita[d], Kanzas – 7 noyabr 1995, Honolulu) – ABŞ-nin 44-cü prezidenti Barak Obamanın anası. İqtisadi antropologiya və kənd təsərrüfatının inkişafı üzrə ixtisaslaşmışdı. Anna deyə çağrılırdı. Sonradan Doktor Stenli Enn Danhem Soetro kimi tanındı. == Həyatı == Kanzas ştatının Viçita şəhərində anadan olub. Uşaqlıq illərini Kaliforniya, Oklahoma, Texas və Kanzasda keçirib. Yeniyetməlik illərini Vaşinqtonda, dolğun illərini isə Havayda və İndoneziyada keçirib. Danhem Honoluluda, Havay Universitetində təhsil alıb və antropologiya və ya riyaziyyat üzrə bakalavr təhsili alıb. Qadınların kustar sənayesində rolunu araşdıraraq İndoneziyada, Yava adasında qadınların rolunu öyrənir. O ABŞ Beynəlxalq İnkişaf Agentliyinin məsləhətçisi kimi kənd yerlərində kasıblığın qarşısını almaq üçün mikrokredit proqramını təşkil edir.